Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə13/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

Bunun  sonucu  olaraq  İslamdan  sonra  da  türklor  çox  güclü  bir 
imana,  ən  səmimi  bir din  duyğusuna  (dindarlığa)  malik olduqları 
halda,  qaba və təəssübçü duyğulardan  uzaq  qaldılar.  Bu məsələdə 
Yunus Əmrəni oxumaq yetərlidir (kifayətdir). Türklərin camelərdə 
ilahilərə  və mövlid-i şərif105 oxunmasına, təkkələrdə isə şerə, musi­
qiyə  böyük  yer  vermələri estetik  (bədii)  din  duyğusu  (dinçilik) ör­
nəyinə mənsub olmalarındandır.
Əski  türk  dinində türk tanrısı  barış (sülh) və salamatlıq  tan­
rısı  idi.  Türk  dininin  mahiyyətini  göstərən  «cl»106  sözü  «barış» 
(«sülh»)  anlamında  idi  (Kaşqarlı  Mahmud).  «Elçi»  «barışçı» 
(«sülhçü»)  demək  olduğu  kimi,  «Elxan»107  «barış  xaqanı»  («sülh 
xaqanı»)  deməkdi.  Türk elxanları  Mancuriyadan  Macarıstana qə­
dər daimi  bir barış (sülh) yaradan  barışçı yenilikçilərdən başqa bir 
kəs deyildilər.
Ən  əski  türk  dövlətinin  qurucusu  olan  Mətənin yüksək əxla­
qını, 
barışsevərliyini, 
imperializmdən 
qaçmmasını 
«Yeni 
məcmuə»də107a  yazmışdım.  Türk  barışsevərliyinin  (sülhsevərli- 
yinin) qurucusu Mətədir.
Türklərin  bu  əski  barışçılıq  gəlonəyinin  (ənənəsinin) sayəsin- 
dədir  ki,  türk  hökmdarları  islam  dövründə  do  yenilgiyo  -   məğlu­
biyyətə  uğrayanlara  qarşı  daim  şəfqətlə davranmış,  daim özlərinə 
millətlərarası  (beynəlmiləl)  bir  barışın  icraçısı  kimi  baxmışlar. 
Türk  tarixi  başdan-başa  bu  duruma  şahiddir.  Avropalıların  o  qə­
dər suçladıqları  -  ittiham  etdikləri  Atilla da yenə onların  söylədik­
lərinə görə yenilən millətlər  nə zaman  sülh istəmişdilərsə,  o, dərhal 
qəbul  etmişdir.  Çünkü  Atilla  da  bir  elxan,  yəni  dünya  barışını  tə­
min  etməyə  çalışan  bir  yenilikçiydi.  Avropalılar  Atillanın  «Tanrı 
qutu»  adını108  «Allahın  bəlası»  kimi  tərcümə etməklə  tarixi  bir gü­
nah işləmişlər.
Türklərin  bütün  sənət  qollarında  görünən  estetik-bədii  xüsu­
siyyətləri  də  təbiilik,  sadəlik,  zəriflik  və orijinallıqdır.  Türkün  xalı­
larında,  çini  məmulatlarında,  memarlıq  və  hüsnüxəttində  (gözəl 
yazı  sənətində)  qabarıq  görünən  də  məhz  bu  estetik  (bədii) 
üstünlüklərdir.  Türkün  gözəl  sənətlərində  (incəsənətində)  olduğu 
kimi  dindarlıq  və  əxlaqında  da  tamamilə  bu  üstünlüklərin  hakim 
olduğu görünür.  Bu misaldan da anlaşılır ki, bir kültürü təşkil edən 
cürbəcür  ictimai  yaşayışlar  arasında  səmimi  bir  dayanışma  (həm­
rəylik) və dərin  bir uyum (ahəng) vardır.  1'ürkün dili  nccə sadədir- 
sə,  din,  əxlaq,  gözəllik  (bədii),  siyasət,  iqtisadiyyat  və  ailə yaşayış­
ları da  tamamilə sadə və səmimidir. Türkün yaşayışındakı scvimli- 
lik  və  orijinallıq  bu  aşkar  səciyyəsinin  görünməsindən  ibarətdir.
50
Ancaq milli  kültürün  ünsürləri  arasındakı  bu uyuma baxıb,  mədə­
niyyətin də uyumlu  (ahəngdar)  ünsürlərdən  ibarət  olduğunu  san­
maq (zənn etmək) doğru deyildir. Osmanlı  mədəniyyəti türk,  fars, 
ərəb kültürləri  ilə  İslam dini,  Şərq mədəniyyəti  və son  zamanlarda 
isə  Qərb  mədəniyyəti  qurumlarından  (institutlarından)  ibarət  bir 
qarışımdır  (xəlilədir).  Bu  qarışım  heç 
bir  zaman  qaynayıb- 
qarışaraq, uyğunlaşaraq  uyumlu  bir sistem  halını  ala  bilmədi.  Bir 
mədəniyyət ancaq  milli  bir  kültürə aşılanarsa,  uyumlu  (ahəngdar) 
bir  birlik  (vəhdət)  halını  alar.  Məsələ,  ingilis  mədəniyyəti  ingilis 
kültürünə  aşılanmışdır.  Bu  səbəbdən,  ingilis  kültürü  kimi  ingilis 
mədəniyyətinin ünsürləri arasında da bir uyum vardır.
Milli  küllür  ilə  mədəniyyəti  arasında  bir  ilişgi  də  budur: 
Hər qövmün  öncə  yalnız,  kültürü vardır.  Bu qövm  kültür baxımın­
dan  yüksəldikcə siyasət  baxmımdan da yüksələrək  giiclü bir dövlət 
meydana gətirir.  Digər yandan da kültürün  yüksəlməsindən  mədə­
niyyət doğmağa başlayır.  Mədəniyyət başlanğıcdan milli kültürdən 
doğduğu halda, sonralar qonşu millətlərin mədəniyyətindən də bir 
çox  müəssisələr  (qurumlar)  alır.  Ancaq  bir  toplumun  mədəniyyə­
tində  həddindən  artıq  bir  inkişafın  sürətlə meydana gəlməsi  zərər­
lidir.  Ribot  deyir:  «Ağıl  həddindən  artıq  bir  inkişafa  çalınca,  xa­
rakteri  pozaı».  İnsanda  ağıl  nədirsə,  toplumda  da  mədəniyyət 
odur.  Fərddə  xarakter  nədirsə,  toplumda  da  kültür  odur.  Buna 
görə,  ağlın  həddindən  artıq  inkişafı  da  milli  kültürü  pozar.  Milli 
kültürü  pozulmuş  olan  millətlərə  degenerasiya109  halına  düşmüş 
millətlər deyilir.
Milli  kültür  ilə  mədəniyyətin  sonuncu  bir  ilişkisi  (əlaqəsi) də 
budur:  Milli kültürü giiclü,  ancaq mədəniyyəti zəif bir millətlə milli 
kültürü  pozulmuş,  ancaq  mədəniyyəti  yüksək olan  başqa bir millət 
siyasi  savaşa girəndə  kültürü güclü olan  daim  qalib  gəlmişdir.  Mə­
sələ,  əski  Misirlilər mədəniyyətdə yüksələn  kimi milli  kültürləri  po­
zulmağa  başladı.  O zaman  yeni  doğan  fars  dövləti  isə mədəniyyət­
də  daha  geri  olmaqla  bərabər,  güclü  bir  milli  kültürə  malik  idi.  Bu 
səbəbdən,  farslar  Misirliləri  məğlub  etdilər.  Bir  neçə  yüz  ildən  so­
nra  İranda  da  mədəniyyət  yüksəldi.  Təbiidir  ki,  bunun  əvəzində 
milli  kültür  zəifləməyə  başladı.  Bu  dəfə  isə  milli  kültürləri  hələlik 
pozulmamış  olan  yunanlara  yenildilər.  Bir  müddət  sonra  yunan 
kültürü də pozulmağa başladığından  həm yunanlar,  həm  də iranlı­
lar  güclü  bir  kültürlə  meydana  çıxan  mədəniyyətsiz  (mədəni  ol­
mayan)  Makedoniyalılara  məğlub  oldular.  Şərqdə  Əşkani110  və 
Sasani111  soylarının,  Qərbdə  isə  Romalıların  milli  kültürü  pozul­
mağa  başlayan  Makedoniyalılara  qələbəsi  eyni  şəkildə  izah  oluna
51


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə