Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə14/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

bilər.  Nəhayət,  mədəniyyətdən  heç  bir  payı  olmayan,  ancaq  milli 
kültürləri  son  dərəcə güclü olan  ərəblər meydana çıxaraq  həm  Sa­
sanilərə,  həm  də  Romalılara  qalib  gəldilər.  Ancaq  çox  keçmədən 
ərəb  milləti də  mədəniləşməyə  başladığından  milli  kültürünü itirə­
rək siyasi  hakimiyyəti Türkistandan  yeni gəlmiş olan törəli112 Səlc- 
uq  türklərinə verdilər.  Törə -  türklərin  milli kültüründon  başqa  bir 
şey  deyildi.  Türklərin  indiyə  qədər  bağımsız  -   müstəqil  qalması, 
Çanaqqaladan113 ingilislərlə fransızları qovması və müvəqqəti barı­
şıqdan  (mütarəkədən)114  sonra,  ingilis  silahları  vo  pulu  ilə  təchiz 
edilmiş  yunanlarla  erməniləri  yenərək,115 mənəvi  cəhətdən  də ingi­
lisləri yenməsi, büsbütün bu milli  kültürün gücü sayəsindodir.
Milli  kültür  ilə  mədəniyyət  arasındakı  bu  ilişkilor  (əlaqələr) 
anlaşıldıqdan  sonra  artıq  Türkçülüyün  nə  demək  olduğunu  və  bu 
ölkədə  nə  kimi  vəzifələri  yerinə  yetirməli  olduğunu  təyin  edə  bilə­
rik.  Osmanlı  mədəniyyəti  iki  səbəbə  görə  yıxılmağa  mohkumdu: 
Birincisi,  Osmanlı  imperatorluğunun  bütün  imperatorluq  kimi  ke­
çici  -   müvəqqəti  topluluqlardan  (camiadan)116  ibarət  olması  idi. 
Əbədi  həyata  malik  olanlar  isə  müvəqqəti  topluluqlar  (zümrələr, 
camialar) deyil,  toplumlardır  (cəmiyyətlərdir).  Toplumlara  gəldik­
də,  bunlar  yalnız millətlərdir.  Məhkum  millətlər  milli  mənliklərini 
imperatorluq  kosmopolit  idarəsi  altında  ancaq  bir  müddət  üçün 
unuda  bilərdilər.  Bir  gün,  hökmən  millətlərdən  ibarət  olan  gerçək 
toplumlar  uyruqluq-tobəəlik  yuxusundan  oyanacaq,  kültür  baxı­
mından  -   istiqlallarını  və  siyasi  hakimiyyətlərini  istəyəcəkdilər. 
Avropada  beş  yüzildan  bəri  bu  iş-hərəkat  davam  edirdi.  Bundan 
dolayı,  bu  hərəkatdan  uzaq  qalmış  olan  Avstriya,  Rusiya  vo  Os­
manlı  impcratorluqları  da  öncəki  bənzərləri  -   sələfləri  kimi  yıxıl­
maqdan  qurtula  bilməyəcəkdilər.  İkinci  səbəb  Qərb  mədəniyyəti­
nin  yüksəldikcə  Şərq  mədəniyyətini  büsbütün  ortadan  qaldırmaq 
özəlliyini  daşımasıdır.  Rusiyada  vo  Balkan  millətlərində  Qərb  mə­
dəniyyəti  Şərq  mədəniyyətinin  yerinə  keçdiyi  kimi,  Osmanlı  impe- 
ratorluğunda da eyni durum baş verəcəkdi.  Şərq  mədəniyyəti  bəzi­
lərinin  zənn etdiyi  kimi gerçəkdən  yalnız  İslam  mədəniyyəti  deyil­
di.  Qaynağı baxımından  Şərqi  Roma  mədəniyyətinə  bağlıdır.  Necə 
ki,  qərb  mədəniyyəti  do  xristian  mədəniyyəti  deyil,  qərbi  Roma 
mədəniyyətinin bir davamından  ibarətdir.  Osmanlılar Şərqi  Roma 
mədəniyyətini doğrudan doğruya -  (bilavasitə) Bizansdan almadı­
lar:  özlərindən  öncə  müsəlman  ərəblər  ilə  farslar  bu  mədəniyyəti 
almış  olduqlarından,  osmanlılar  onu  bu  dindaş  millətlərdən  aldı­
lar.  Buna görədir ki,  bəzi mütəfəkkirlər bu mədəniyyəti  tslam mə­
dəniyyəti  zənn  etdilər.  Yuxarıdakı  mədəniyyətimiz  adlı  bölümdə
52
Şərq  mədəniyyətinin  Şərqi  Roma mədəniyyəti olduğunu tarixi  də­
lillər  ilə  sübut  etməyə çalışdım.  Bu  barədə dəlillər  o  qədər  çoxdur 
ki,  onlar  bir-iki  məqalədə  deyil,  bir  neçə cildlik  kitabda ancaq  to­
plana bilər.I16a
Qərb  mədəniyyətinin  hər  yerdə  Şərq  mədəniyyətinin  yerinə 
keçməsi  təbii bir qanun olunca, Türkiyədə də yerinə keçmə hadisə­
sinin  meydana  çıxması  zəruri  deməkdi:  O halda  Şərq  mədəniyyəti 
çevrəsində  olan  Osmanlı  mədəniyyəti  istər-istəməz  ortadan  qal­
xacaq,  onun  yerinə bir yandan  İslam  dini  ilə birlikdə türk  küllürü, 
digər  yandan  da  Qərb  mədəniyyəti  keçəcəkdi.  Bax,  Türkçülüyün 
vəzifəsi  bir yandan  yalnız xalq  içində qalmış türk  kültürünü arayıb 
tapmaq, digər yandan Qərb  mədəniyyətini tam və canlı bir surətdə 
alaraq milli küllürə aşılamaqdır.
Tənzimalçılar  Osmanlı  mədəniyyətini  Qərb  ınədəniyyotiylo 
uzlaşdırmağa çalışmışdılar.  Halbuki, iki zidd mədəniyyət yan-yana 
yaşaya  bilməzlər,  sistemləri  bir-birinə  əks  olduğu  üçün,  ikisi  də 
bir-birini  pozmağa  səbəb  olar.  Məsələ,  Qərb  musiqi  texnikası  ilə 
Şərqin  musiqi  texnikası  bir-biriylə  uzlaşa  bilməz.  Qərbin  təcrübi 
məntiqi  ilə  Şərqin  sxolastik  məntiqi  bir-biriylə  barışammaz.Bir 
millət ya şərqli olur, ya da qərbli.  İki dinli  bir insan olmadığı  kimi, 
iki mədəniyyətli  bir millət də olammaz. Tənzimalçılar bunu bilmə­
dikləri  üçün  ortaya  aldıqları  yeniliklərdə  başarı  (müvəffəqiyyət) 
qazana  bilmədilər.
Türkçülərə  gəldikdə,  onlar  kökü  Bizanslı  olan  Şərq  mədə­
niyyətini  büsbütün  tərk  edərək  Qərb mədəniyyətini  bütünü  ilə  qə­
bul  etmək  istədiklərindən  təşəbbüslərindən  başarılı  -   (müvəffə­
qiyyətli)  olacaqlar.  Türkçülər  tamamilə türk  və müsəlman  qalmaq 
şərli  ilə Qərb mədəniyyətinə tam vo qəti bir surətdə girmək istəyən­
lərdir.  Ancaq  Qərb  mədəniyyətinə  girməkdən  öncə,  milli 
küllürütnüzü arayıb taparaq meydana çıxarmağımız lazım gəlir.
5.
XALQA DOĞRU
Türkçülüyün  ilk  əsaslarından  biri  də  «Xalqa  doğru»  prinsi­
pidir.  Vaxtilo  bu  prinsipi  tətbiq  etmək  üçün  İstanbulda  «Xalqa 
doğru»  adıyla  bir dərgi  çıxarırdıq.  Sonıalar tzmirdə  də  eyni  adla 
bir dərgi nəşr edildi.
«Xalqa  doğru  getmək»  nə  deməkdir?  Xalqa  doğru  getməli 
olanlar  kimlərdir?  Bir  millətin  aydınlarına  -   (ziyalılarına), 
düşünürlərinə  (mütəfəkkirlərinə)  o  millətin  seçkin  (seçilmiş,  ta-
53


ninmiş)  adamları  adı  verilir.  Seçkinlər  yüksok  bir  təhsil  və  tərbiyə 
görmüş  olmaqla  xalqdan  ayrılmış  şəxslərdir.  Bax,  xalqa  doğru 
getməsi lazım gələnlər bunlardır.
Seçkinlər (seçilmiş adamlar) nə üçün xalqa doğru gedəcəklər? 
Bu suala bəziləri belə cavab verir: «Seçkinlər xalqa kültür aparmaq 
üçün  getməlidirlər».  Halbuki,  keçən  bölümdə  göstərdiyimiz  kimi, 
ölkəmizdə  milli  kültür  deyilən  şey  yalnız  xalqda  vardır.  Seçkinlər 
isə  hələlik milli  kültürdən yoxsundurlar -  (məhrumdurlar).  Elə isə, 
milli  kültürdən  məhrum  olan seçkinlər milli  kültürün canlı  bir mu­
zeyi  olan  xalqa  nə  şəkildə  kültür  apara  biləcəklər?  Məsələni  həll 
edə  bilmək üçün  öncə bu  suallara cavab verək:  Seçkinlər nəyə  ma­
likdir?  Xalqda  nə vardır?  Seçkinlər  mədəniyyətə malikdir.  Xalqda 
isə  kültür vardır.  Belə olduqda, seçkinlərin xalqa doğru getməsi  bu 
iki  məqsəd  üçün  ola  bilər:  1)  Xalqdan  milli  kültür  tərbiyəsi  almaq 
üçün  xalqa  doğru  getmək;  2)  Xalqa  mədəniyyət  aparmaq  üçün 
xalqa doğru getmək.
Gerçəkdən  də,  seçkinlərin  xalqa  doğru  getməsi  üçün  bu  iki 
məqsəd üçündür.  Seçkinlər milli  kültürü yalnız xalqda tapa bilərlər
başqa  bir  yerdə  tapa  bilməzlər.  Demək  ki,  xalqa  doğru  getmək 
milli  kültürə  doğru  getmək  mahiyyətindədir.  Çünkü  xalq  milli 
kültürün canıl bir muzeyidir.
Seçkinlərin  uşaqkən  aldıqları  tərbiyədə  milli  kültür  yoxdu. 
Ona görə ki, oxuduqları məktəblər xalq məktəbi deyildi, milli mək­
təb də deyildi.  Bu səbəblə, millətimizin seçilən adamları (seçkinləri) 
millilikdən  uzaqlaşıb  milli  kültürdən  yoxsun  (məhrum)  olaraq  ye­
tişdilər.  İndi  bu  əksikliyi  tamamlamaq  istəyirlər.  Nə  etməlidirlər? 
Bir  yandan  xalqın  içinə  girmək,  xalqla  bərabər  yaşamaq,  xalqın 
işlətdiyi sözlərə,  cümlələrə  diqqət  etmək.  Söylədiyi  atalar sözlərini, 
ənənəvi  deyillərini117  eşitmək.  Düşünüşündəki  və  duyuşundakı 
yöntomini  -  (üslubunu)  qavramaq.  Şerini,  musiqisini  dinləyərək 
oyunlarına  tamaşa  etmək.  Din  həyatının,  əxlaq  duyğularının  içinə 
varmaq,  Geyimindəki,  evinin  arxitckturasındakı,  mebellərinin  sa- 
dələyindoki  gözəllikləri  dada  bilmək.  Bundan  başqa,  xalqın  nağıl­
larını,  lətifələrini,  mənqəbələrini,  «təndirnamə»118  adı  verilən  əski 
törədən  qalma  inanışlarını  öyrənmək.  Xalq  kitablarını  oxumaq. 
«Qorqud  Ata»dan  başlayaraq  aşıq  kitablarını,  Yunus  Əmrədən 
başlayaraq  təkkə  ilahilərini,  Nəsrəddin  Xocadan  başlayaraq  xalq 
hazırcavablığını,  uşaq  çağlarımızda  tamaşa  etdiyimiz  Qaragözlə 
Orta  oyununu  aramaq,  tapmaq  gərək.  Cəngnamələr  oxunan  əski 
qəhvəxanaları,  ramazan gecələrini,  cümə arifanələrini,119 uşaqların 
hər  il  dörd  gözlə  gözlədikləri  coşqun  bayramlarını  yenidən  diril-
54
tmok,  canlandırmaq gərək.  Xalqın sənət əsərlərini toplayaraq  milli 
muzeylər yaratmaq  gərəkdir.  Bax,  türk  millətinin  seçkinləri ancaq 
uzun  müddət xalqın  bu milli  kültür muzeyləri vo məktəbləri  içində 
yaşadıqdan  və  ruhları  tamamilə türk  kültürü  ilə  dolduqdan  sonra 
milliləşmək imkanına nail ola bilərlər. Rusların ən böyük şairi olan 
Puşkin  bu  şəkildə  milliləşdiyi  üçün  gerçəkdən  bir  milli  şair  oldu. 
Dante,  Pctrarka,  Jan-Jak  Russo,  Höte,  Şiller,  D ’Annunsio  kimi 
şairlər xalqdan aldıqları güc sayəsində sənət dahiləri oldular.120
Sosiologiya  elmi  də  bizə  göstərir  ki,  dahilik  əslində  xalqda- 
du-.  Bir sənətkar ancaq  xalqdakı  bədii  (estetik) zövqün  göründüyü 
yer  olduğuna  görə  dahi  ola  bilər.  Bizdə  dahi  sənətkarların  yetiş- 
məməsi  sənətkarlarımızın  estetik  zövqlərini  xalqın  canlı  muzeyin­
dən  almadıqlarına  görədir.  Bizdə  indiyə  qədər  xalqın  incəsənətinə 
tbədiyyalına,  estetikasına)  kim  qiymət  verdi?  Əski  Osmanlı  seç­
kinləri  kəndliləri  «eşşək  türk»  deyə  təhqir  edərdilər.  Anadolu  şə­
hərliləri  də «əyalət adamı»  («taşralı») deyimi  -   ilə ələ salmırdılar. 
Xalqa «avam»121 sözü ümumi ad kimi verilmişdi.
İmtiyazlı  adamlar yalnız sarayın qullarından  ibarət  Osmanlı 
seçkinləri  idilər.  Xalqa  qiymət  vermədikləri  üçün,  bugün  bu  əski 
seçkinlər sənətinin  nə dili,  nə vəzifələri,  nə ədəbiyyatı,  nə musiqisi, 
nə  fəlsəfəsi,  nə  əxlaq  quruluşu,  nə siyasəti,  nə  iqtisadiyyatı,  sözün 
qısası,  heç bir şeyi qalmayıb.  Türk milləti  bütün bu şeylərə yenidən 
hər birinin əlifbasından başlamağa məcbur oldu.  Bu millətin yaxın 
zamana  qədər  özünə  məxsus  bir  adı  belə  yoxdu.  Tənzimatçılar 
ona:  «Sən  yalnız Osmanlısan.  Saqın,  başqa  millətlərə baxaraq  sən 
də milli  bir ad  istəməl.  Milli  bir ad istədiyin anda Osmanlı impera- 
torluğunun  yıxılmasına  səbəb olarsan» demişdilər.  Zavalı  türk  və­
tənimi  itirərəm  qorxusu  ilə  «Vallah,  türk  deyiləm.  Osmanlılıqdan 
başqa  heç bir ictimai topluluğa mənsub deyiləm» - deməyə məcbur 
edilmişdi.  Boşoya122  bu  sözü  hər  gün  söyləyən  millət  vəkillərimiz 
vardı.
Ancaq  osmanlıçılar  heç  düşünmürdülər  ki,  hər  nə etsələr  də, 
bu  yabançı  millətlər  Osmanlı  topluluğundan 
camiadan  ayrıl­
mağa  çalışacaqdılar.  Çünkü  artıq  yüzlərlə  millətlərdən  təşkil  olu­
nan  süni  topluluqların  -  camialarm  davam  etməsi  mümkün  deyil­
di,  Bundan  sonra  hər  millət  ayrı-ayrı  dövlət  olacaq,  həmcins,  sə­
mimi  və təbii  bir toplum həyatı yaşayacaqdı.  Şübhəsiz,  Avropanın 
qərbində  beş  yüz  ildən  bəri  başlayan  bu  sosial  gəlişmo  hərəkatı 
(ictimai  -   təkamül  hərəkatı)  hökmən,  qitənin  şərqində  də  başlay- 
acqdı.
Birinci  dünya  savaşında  Rusiya,  Avstriya  və  Osmanlı  impe­
55


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə