Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

riyalarının  yıxılması  da göstərdi  ki,  bu  ictimai  qiyamət  çox yaxın 
imiş.  Görəsən, türklər bu ictimai məhşər123 meydanına özlərinin də 
türk adlı bir millət olduqlarını, Osmanlı impeıatorluğu içində özlə­
rinin  də  xüsusi  bir  vətənləri  və milli  hüquqları  olduğunu  bilməyə­
rək,  anlamayaraq  atılmış  olsaydılar,  şaşqınlıqdan  nə  edəcəkdilər? 
Yoxsa  «madam  ki,  Osmanlılıq  yıxıldı,  bizim  artıq  heç  bir  milli 
umudumuz,  heç  bir  siyasi  əməlimiz  qalmadı»  -  deyəcəkdilər?  İlk 
öncə  Türkçülüyə  laqeyd  qalan  bəzi  insaflı  Osmanlıçılar  Vilson 
prinsipləri124  ortaya  atıldıqdan  sonra  «Türkçülük  bizə  Osmanlı 
imperatorluğundan bağımsız  (müstəqil),  xüsusi və milli bir həyatı­
mız,  smırları -  hüdudlan etnoqrafiya elmi tərəfindən çəkilmiş milli 
bir  vətənimiz,  bu  vətəndə  öz-özümüzü  tam  bir  bağımsızlıqla 
(müstəqilliklə)  idarə  etməkdən  ibarət  olan  milli  bir  haqqımız  ol­
duğunu  vaxtilə  bir  çoxumuzun  ağlına  və  ruhuna  yerləşdirmiş  ol­
masaydı,  bugün  halımız nə  olacaqdı?»  deməyə  başladılar.  Demək 
ki,  yalnız  bir  tək  söz,  müqəddəs  və  uğurlu  (mübarək)  «türk» 
sözüdür  və  bu  söz  bu  qarışıqlığın  içində  doğru  yolu  görməyimizə 
səbəb oldu.
Türkçülər  seçkinlərə  yalnız  millətlərinin  adını  öyrətməklə 
qalmadılar,  onlara  millətin  gözəl  dilini  də  öyrətdilər.  Ancaq  ver­
dikləri  ad  kimi,  bu  öyrətdikləri  gözəl  dil  də  xalqdan  alınmışdı. 
Çünkü,  bunlar  yalnız  xalqda  qalmışdı.  Seçkinlər  topluluğu  isə  in­
diyə  qədər  bir  uyurgəzor  (lunatik)  həyatı  yaşayırdı.  Uyurgozorlər 
(lunatiklər)  kimi  iki  şəxsiyyəti  vardı.  Gerçək  şəxsiyyəti  türk  ol­
duğu  halda,  uyurgəzorlik  (lunatiklik)  qorxusu  içində  özünü  Os­
manlı  sanırdı.  Doğma  dili  türkcə olduğu halda,  uyurgəzərlər  kimi 
xəstəliyin  nəticəsi  olaraq  süni  bir  dildən  istifadə  edirdi.  Öz  gözəl 
vəznlərini ataraq farsdan aldığı  və təqlid olunan  vəznlərlə şeir söy­
ləyirdi.  Ruhu  müalicə  edən  bir  mütəxəssis  həkim  kimi,  türkçülük 
bu uyurgəzərlərin Osmanlı deyil,  türk olduqlarını, dillərinin  türkcə 
və vəznlərinin də xalq vəznləri  olduğunu beyinlərinə yerildi.  Xeyr, 
sadəcə beyinlərinə yeritmədi, gerçək deyimlə  desək, onu elmi dəlil­
lər ilə inandırdı.  Beləliklə,  seçkinlər uyurgəzər durumundan qurtu­
laraq, normal bir biçimdə düşünməyə və duymağa başladılar.
Ancaq  bugün  etiraf elməliyik  ki,  bu  seçkinlər (seçmə  adam­
lar)  xalqa  doğru  yalnız  bir  addım  ata  bilmişlər.  Tamamilə  xalqa 
doğru  getmək  üçün  xalqın  içində  yaşayaraq,  ondan  milli  kültürü 
bütünlüklə almaları lazım idi.  Bunun üçün yalnız bir çarə vardır ki, 
o da türkçü gənclərin  öyrətmən  (müəllim) kimi kəndələ getməsidir. 
Yaşlı  olanlar  isə  heç  olmasa,  Anadolunun  iç  şəhərlərinə  getməli­
dirlər.  Osmanlı  seçkinləri  ancaq  tamamilə  xalq  kültürünü mənim­
56
sədikdən sonra milli seçkinlər olacaqlar.
Xalqa  doğru  getməyin  ikinci  vəzifəsi  də  xalqa  mədəniyyət 
aparmaqdır.  Çünkü  xalqda  mədəniyyət  yoxdur.125  Seçkinlər  isə 
mədəniyyətin  açarlarına  malikdirlər.  Ancaq  xalqa  dəyərli  bir  hə­
diyyə  kimi  aşağıda  göstərdiyimiz  şəkildə  Şərq  mədəniyyətini,  ya­
xud  onun  bir şöbəsi  olan  Osmanlı mədəniyyətini  deyil,  Qərb mə­
dəniyyətini aparmalıdırlar.
6
.
QƏRBƏ DOĞRU
Bir əski atalar sözü bizə belə deyir: «İşini bil, aşını bil, eşini126 
bil!».  Bu düstura bənzədərək sosiologiya da bizə belə müraciət edə 
bilər; «Millətini  tanı, ümmətini127 tanı, mədəniyyətini tanı».
Türkçülük  mətbuatı  və milli  fəlakətlər bizə az-çox  millətimi­
zin,  ümmətimizin nələrdən  ibarət olduğunu başa  saldı.  Bu məsələ­
lərdə artıq  hər bir kəsin eyni şəkildə düşündüyü aydın olur.  Ancaq 
hansı mədəniyyət  topluluğuna aid olduğumuza gəlincə, bu məsələ­
də  hələlik  aramızda  baxış  ayrılıqları,  bəlkə  də  gerçək  anlaşılmaz­
lıqlar  (ixtilaflar)  vardır.  Bu  səbəblə,  milli  məsələləri  incələməyə 
(tədqiq  etməyə)  başlarkən  bu  problemin  də  həllinə  çalışmağımız 
lazımdır.
Mədəniyyət məsələsinin  müxtəlif cür başa düşülməsinin  (tam 
aydın  olmamasının)  səbəblərindən  birincisi  mədəniyyət  qavramı 
(məfhumu) ilə mədənilik  qavramının  bir-birinə qanşdırılmasından 
ibarətdir.  Əski zamanlarda toplumlar bu üç haldan birinə mənsub 
sayılırdı:  Vəhşilik,  köçərilik,  mədənilik.  Bugün  vəhşilik  sözü  elm 
aləmindən  büsbütün  kənara  atılıb.  Çünkü  keçmişdə  vəhşi  deyilən 
ilkol (ibtidai) toplumların da özlərinə məxsus ayrı-ayrı mədəniyyət­
ləri  olduğu  ortaya  çıxdı.  Hətta,  bu toplumların  bəzi  təkamül  mər­
hələlərindən  keçdikləri  anlaşıldığına görə,  onlar haqqında ilkəl  to­
plumlar  (ibtidai  cəmiyyətlər)  termininin  işlədilməsindən  də  çəki­
nənlər var.
Mədəniyyətin  bütün  insan  toplumlarında  var  olduğu  aydın 
olunca,  bunun heyvan topluluqlarım da əhatə edib etmədiyi məsə­
ləsi  ortaya  çıxır.  Mədəniyyət  bir  qrup  qurumların  (müəssisələrin, 
institutların),  yəni  düşünüş  və  icra  tərzlərinin  toplamıdır.  Heyvan 
topluluqları  isə  bioloji  varisliklə  (üzvi  vərasətlə)  keçən  içgüdülər 
(insliktlər)  ilə  idarə  olunurlar.  Bunlarda,  hətta  iş  bölümü  (əmək 
bölgüsü) və məsləklərə ayrılma (peşə ixtisası) da irsidir.  Hökmdar, 
işçi  (fəhlə),  hərbiçi  kimi siniflər,  vəzifələri  üçün gərəkli  olan  bədən 
üzvləri ilə birlikə dünyaya gəlirlər. Heyvan topluluqlannda gələnək
57


və tərbiyə yolları ilə nəsildən-nəsilə keçən qurumlara (müəssisələrə) 
bənzər heç  bir  şey yoxdur.  Buna görə,  onlarda mədəniyyətin  var­
lığını  qəbul  etməmək  lazım  gəlir.  O  halda,  mədəniyyət  haqqında 
aşağıdakı  iki  əsası  gerçək  kimi  irəli  sürə  bilərik:  l)Mədəniyyət 
bütün  insan  toplumlarında  vardır;  2)  mədəniyyət  -   yalnız  insan 
toplumlarına məxsusdur.
Mədəniyyət  bir  qrup  qurumların  (institutların)  toplamıdır, 
dedik.  Halbuki, yalnız bir millətə məxsus olan qurumların bütünü- 
nə milli  kültür deyilir.  Yalnız bir ümmətə məxsus olan  qurumların 
bütününə də din adı verildiyi kimi.  Bu iki qavramm qarşısmda mə­
dəniyyət  qavranımının  yeri  nə  ola  bilər?  Sosiologiyaya  görə, 
kültürlori və dinləri ayrı olan çeşidli toplumlar arasında ortaq  qu­
rumların  toplamına  «mədəniyyət»  adını  verməyimiz  uyğundur. 
Demək  ki,  kültürdə və dində  yabançı  (yad)  olan  toplumlar  mədə­
niyyətdə  ortaq  ola  bilərlər.  Milli  kültürdəki  ayrılıqlar  (ixtilaflar) 
din  birliyinə mane  olmadığı  kimi,  milli  küllürün  və  dinin  ayrı  ol­
ması  da  mədəniyyətdəki  ortaqlığa əngəl ola bilməz.  Məsələ, yəhu­
dilər  və  yaponlar  istər milli  kültür,  istərsə də  din  baxımından Av­
ropalılara yabançı olduqları halda, mədəniyyətdə Avropa millətlə­
ri ilə ortaqdırlar.
Mədəniyyət  məsələsinin  tam  aydınlaşdırılmamış  qalmasının 
bir səbəbi də, mədəniyyətin  yalnız  bir növdə olduğunu sanmaqdır. 
Halbuki, mədəniyyət də çeşidlidir.  Məsələ, bugün Avstraliya tayfa­
ları başqa mədəniyyət dairəsi,  Şimali  Amerika  Hindliləri başqa bir 
mədəniyyət  dairəsi,  Afrika  tayfaları  və  Sakit  okean  tayfaları  isə 
başqa  mədəniyyət  daiərələri  təşkil  edirlər.  İlk  çağda  (ibtidai  icma 
dövründə)  Aralıq  dənizi  sahillərində  yaşay  an  millətlər  arasında 
ortaq olan bir Aralıq dənizi mədəniyyəti vardı.  Bundan əski yunan 
mədəniyyəti,  yunan  mədəniyyətindən  də  əski  Roma  mədəniyyəti 
doğdu.  Bu  son  mədəniyyətdən  də  Şərq  və  Qərb  mədəniyyətləri 
doğdu.  Asiyanın  şərqində  də  bir  Uzaq  Şərq  mədəniyyəti  vardı. 
Çinlilər,  monqollar,  tunquzlar,  tibctlilər,  Hindi-Çin  xalqları  indii 
də o mədəniyyətin çevrosindədirlər.
Arxeologiya  alimləri  yer  alıtndakı  insan  əsərlərindən  tarix­
dən  öncəki çağların mədəniyyət dairələrini də tapıb meydana çıxa­
ra bilirlər. Xalq  bilgisi -  folklor araşdırmaçıları  da nağılların, mif­
lərin  və  mənqəbələrin  (igidlik  eposlarının),  atalar  sözlərinin  bir 
qrup mədəniyyət dairələrini yaratdıqlarını aşkar etməkdədirlər.
Bu sözlərdən anlaşılır ki,  mədəniyyət dairələrinin də özlərinə 
məxsus  coğrafiya  sahələri  və  bu  sahələrin  müəyyən  hüdudları var. 
Məsələ, bir nağıl, ya da bir adət müəyyən bir nöqtəyə qədər yayılır,
58
ondan  o  yana gedə  bilmir.  Ona görə  ki,  hər mədəniyyət  başqa bir 
sistemə  mənsubdur.  Bir qayda olaraq,  hər mədəniyyətin başqa bir 
məntiqi,  başqa  bir  gözəllik  anlayışı,  başqa  bir  həyat  görüşü  var. 
Buna görə də, mədəniyyətlər bir-birinə qarışmırlar.  Yenə buna gö­
rədir ki,  bir mədəniyyəti  bütün sistemi ilə qəbul etməyənlər,  onun 
bəzi  bölümlərini  mənimsəyə  bilmirlər.  Mədəniyyəti  də,  din  kimi 
üzündən  deyil,  içindən  mənimsəmək  lazım  gəlir.  Mədəniyyət  də 
eyni  ilə  din  kimidir.Ona  da  inanmaq  və  ürəkdən  bağlanmaq  la­
zımdır.  Bunu  yaxşı  anlamadıqlarına  görə,  Tənzimatçılarm  xarici 
görünüş  təqlid  etmək  yolu  ilə  bizi  Avropa  mədəniyyət  dairəsinə 
daxil etməyə çalışmaları səmərəsiz oldu.
Mədəniyyətlərin coğrafiya sərhədləri ayrı  olduğu  kimi  tarixi 
inkişafları  da  bir-birindən  asılı  deyildir.  Bu  inkişafların  bir  baş­
lanğıcı  və  bir  sonu  vardır.  Ancaq  mədəniyyət  toplululqları  milli 
kültür  topluluqlanndan  daha  geniş  olduqları  üçün  ömürləri  də  o 
birilərinin  (milli  kültür  lopluluqlarınm)  ömürlərindən  daha  uzun­
dur.
Bundan  başqa,  bir  millət  inkişafının  yüksək  mərhələlərinə 
çatdıqca,  mədəniyyəti  də dəyişdirmək  məcburiyyətində  qalır.  Mə­
sələ,  yaponlar  son  yüzildə  Uzaq  Şərq  mədəniyyətini  tərk  edərək 
qərb mədəniyyətinə girdilər.
Bu məsələdə ən parlaq örnəyi türklərdə görürük. Ona görə ki, 
türklər  sosial  inkişaflarının  üç  ayrı-ayrı  mərhələsində  bir-birinə 
bənzəməyən  üç  müxtəlif mədəniyyət  dairəsinə girmək  məcburiyyə­
tində  qaldılar.  Türklər  qövm  dövləti  həyatını  yaşayarkən  Uzaq 
Şərq  mədəniyyətinə  mənsub  idilər.  Sultan  dövləti  dövrünə  keçən 
kimi  Şərq  mədəniyyətinə  girməyə  məcbur  oldular.  Bugün  milli 
dövlət dövrünə keçdikləri  bir vaxtda isə içlərində Qərb mədəniyyə­
tinə girmək üçün güclü bir axımın yarandığını görürük.
Uzaq  Şərq  mədəniyyətinin  izlərinə,  xüsusilə  şifahi  gələnək- 
lərdə  ayrıla  bilməyən  oxumamış  (savadsız)  xalq  təbəqəsində  tə­
sadüf  edə  bilərik.  Bu  xalq  təbəqəsinin  inandığı  «təndirnamo»128 
qaydaları (ehkamları)  Uzaq  Şərq  mədəniyyətində əsas  olan  inanc­
lar  ilə əməllərin davamından ibarətdir.  Nağıllar əski  mənqəbələrin 
və  miflərin  qalıntılarıdır.  Bir  yandan  əski  türk  dini  ilə  Uzaq  Şərq 
millətlərinə məxsus dinlərin  qarşılaşdınlması,  digər yandan  bunla­
rın  toplamı  ilə  bugün  də  yazıb  oxuya  bilməyən  xalq  içində  yaşa­
maqda  olan  «təndirnamə»  qaydaları və nağıllar arasında aparılan 
qarşılaşdırmalar bu həqiqəti meydana çıxarmağa kifayət edir.
Bu qarşılaşdırma  bizə türklərin  Altay  irqi  və  ya  Monqol  ir­
qi129 adları verilən topluluqlar ilə münasibətlərinin həqiqi mahiyyə­
59


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə