Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   2   3   4   5   6   7   8   9   ...   53

öz iddialarını həyata keçirmək  üçün faydalanmağa çalışırlar.  Müa­
sir,  çağdaş  dünyanın  bu gedişlərində,  çaxnaşmAlarında yol  azma­
maq  üçün  har kəsə  Ziya  Göyalpm  bu  əsəri  və  bütün  irsi  yolgöstə­
ricidir, qurtarıcıdır.
* * *
Kitabın  Azərbaycan  türkcəsində  birinci  nəşrini  hazırla­
yarkən  oxucularımızın  o  zamankı  hazırlığını  göz  önündə  tutduq. 
Azərbaycan  oxucusu  üçün  illərlə  tanış  olan  və  onun  işlətdiyi  alın­
ma sözlərin (başqa dillərdən)  bir çoxunu eyni anlamlı türk mənşəli 
sözləri  aralarına  defis  işarəsi  və ya  birini  mötərizəyə  almaqla  ver­
dik.  Bugün isə Azərbaycan oxucusunun söz ehtiyatı ortaq sözlər ilə 
zənginləşdiyi  üçün  bu  qaydaya ikinci  nəşrdə  ehtiyac görmədik.  Bu 
ikiliyi çox az yerdə saxladıq.
Kitabın  birinci  nəşri  naşir  Hacı  İsmayıl  Allahverdiyevin 
əməyi sayəsində mümkün  oldu.  İkinci  nəşri  isə Z.H.Bayramlı yeri­
nə  yetirdi.  Buna  görə  onların  hər  ikisinə  də  təşəkkürümü  bildiri­
rəm.
Elman Mustafa
8
REDAKTORDAN
İnsanların,  hər  xalqın  öz  ana  dili,  öz  yurdu,  vətəni  var.  Hər 
kəsə öz ana dili, öz yurdu, vətəni doğmadır, həyatdır.  Hər bir insan 
bu  doğmalar  ilə  insan  ola  bilir,  həyatda  yaşaya  bilir.  İndi  orta  və 
ali  məktəb  illərini  xatırlayıram.  Orta  məktəbdə  bizə  alayarımçıq 
Azərbaycan  tarixi  -   Vətən  tarixi  tədris  olunurdu.  Orta  məktəb 
üçün  yazılmış o  kitabların müəlliflərinə Allah  rəhmət eyləsin, deyi­
rəm.  Ancaq  o  kitablar  rejimin  diktəsi  ilə,  tələm-tələsik  yazılmışdı. 
Bizim  Vətənəmizin  tarixindən  gerçək məlumatımız olmurdu.  Tari­
ximizdə Səfəvilərin gerçək  rolu,  yeri də obyektiv işıqlanıdırılmırdı. 
Türkiyə  isə  «işğalçı»  idi.  Bizə  öyrədilirdi  ki,  Türkiyə  Vətənmizo 
işğalçı  yürüşlər  edib,  1918-ci  ildə  də  işğal  məqsədilə  ordu  yeridib. 
Bizə  deyirdilər  ki,  onlar  müdaxiləçilər  idi.  Ancaq  evimizdəki,  qo- 
hum-əqrəbadakı,  eldə,  oymaqdakı  yaşlılarımızdan  başqa  şeylər 
dinləyirdik.  Onlar  Türkiyədən,  türklərdən  başqa  şeylərdən  -  
doğmalıqlarından  «bizi  1918-ci  ildəki  soyqırım»dan  qurtarmala­
rından  danışırdılar.  Bu  deyilənlərə  baxardıq,  məktəbdə,  kitabda 
deyilənlər ilə tamamilə əks  olan  mənzərə görərdik.  Məktəbdə  rus- 
sovet tarixi «əməlli-başlı» tədris olunurdu. Biz elə bil, yol ayrıcında 
qalırdıq.
Ali məktəbdə uyğun bildiyim bir fakültədə oxuyarkən biz tə­
ləbələrin  bir  çoxunu  içimizdəki  eyni  istək  birləşdirirdi.  Fakültə­
mizdə  mənə dərs deyən  müəllimlərin  hamısını  da  indi  minnətdar­
lıqla  xatırlayıram.  Rejimin  təhlükəsinə  baxmayaraq  bizə  imkan 
düşdükcə həqiqəti başa salırdılar.
İstər  fərd,  istərsə  də  insan  birliyi 
xalq,  millət  səviyyəsində 
olsun,  hər kəs öz milli  müstəqilliyini, öz milli  kimliyini  bilmədikcə 
qaranlıqda yol azmış kimi olur. Onun gələcəyə gedən yolu duman­
lıdır.  Sovet dövründə bu kimliyi  tanımaq üçün  böyük  əngəllər var­
dı.  Türk-İslam  dünyasının  böyük  mütəfəkkiri  Ziya  Göyalpm  tə­
qdim  olunan  bu  kitabı  kimliyimizi  bilmək  üçün qapılar açır.  Anc­
aq sovet  dövründə bunun  nəşri  qəti  mümkün  deyildi:  Ziya  Göyal- 
pın  adını  açıq-aşkar  söyləmək  belə  «KQB»  təhlükəsini  göz  altına 
almaq deməkdi.  Sovetin son  günlərində tələbə yoldaşım  Elman bu 
kitabı  çoxdan  hazırladığını,  indisə  az-çox  fürsət  düşdüyünə  bax­
mayaraq  çap etdirə  bilmədiyini söylədi.  Tələbə yoldaşımın imkan­
larının  məhdud  olduğunu  bilirdim  və  mən  müəyyən  adamlara 
müraciət  etdim.  Sağ  olsun,  nəşri  boynuna  götürən  oldu  (Hacı  İs­
mayıl  Allahverdiyev). Sovetin son günləri olmasına baxmayaraq o, 
səhnədən  tam  çəkilməmişdi  və  uzun  illərin  vahiməsi,  ağrıları  da
9


yox  olmamışdı.  Bunlara  baxmayaraq  kitab  işıq  üzü  gördü.  Mən 
özüm  indi  müəlliməm.  Mənə  dərs  demiş  müəllimlərin  zamanla 
bağlı çətin İkilərini  indi yaxşı  başa  düşürəm.  Müəllim  öz  tələbəsinə 
gerçəyi  söyləyəndə  rahat  olur.  Böyük ehtiyacı  göz önündə tutaraq 
Ziya Göyalpın əsərini Azərbaycan türkcəsində yenidən nəşr etməyi 
lazım bildik.
İndi  qloballaşmadan müxtəlif səviyyələrdə çox  danışılır.  Av­
ropa  bu  qloballaşmada  baş  rolu  öz  üzərinə  götürüb.  Avropa  döv­
lətləri  bir  çox  sahədə  vahid  məkan  qururlar,  bir  birliyə  girirlər. 
Buna heç  bir etirazımız yoxdur,  olsun.  Xalqlar  bir-birinə yaxınlaş­
sa  yaxşıdır.  Ancaq  bu qloballaşmada  əriməmək  də lazımdır.  Türk 
dilli xalqların bir-birinə yaxınlaşması üçün bir çox təbii əsaslar var. 
Belə  bir  yaxınlaşma  ümumbəşəri  xarakter  daşıyır,  dünyanın  sülh 
yolu ilə inkişafına  uyğundur.  Ziya  Göyalpın  bu  kitabı  belə  bir ya­
xınlaşmada  və dünyanın  dinindən,  milliyyətindən  asılı  olmayaraq 
digər  xalqları  ilə  səmimi  münasibətlərin  yaradılmasında  böyük 
əhəmiyyət daşıyır.
10
ZİYA GÖYALP VƏ ONUN 
«TÜRKÇÜLÜYÜN ƏSASLARI» ƏSƏRİ 
(Birinci nəşr üçün)
Antanta  ilə Türkiyə arasında  30  oktyabr  1918-ci ildə imza­
lanan Modros barışığı  birinci dünya savaşında sultan hökumətinin 
yenildiyini  təsdiqlədi.  Bundan  sonra  ingilislərin  fitvası  ilə  İstan­
bulda  qabaqcıl  görüşlü  adamlar,  vətonsevərlər  həbs  edilməyə  baş­
landı,  hərbi  məhkəmələr  quruldu...  İstanbulun  qara  günləri  bir- 
birini əvəz etdi.  Belə günlərin birində -   1919-cu ilin əvvəllərində bir 
hərbi  məhkəmə  də  quruldu.  Bu  məhkəmə  müttəhimi  edam  etməyi 
qarşısına  məqsəd  qoymuşdu.  Məhkəmə  rəisi  ingilislərə qulluq  gö­
stərən  Nazim  Paşa idi.  Məğrur müttəhim ilə Nazim  Paşa arasında 
belə bir sual-cavab oldu:
«-  Erməni  qırğınına  siz  fitva  vermişsiniz,  bəs  buna  nə  deyə
bilərsiniz?
Bu sual onu (müttəhimi) vulkan kimi püskürtdü:
-  Millətimizə  iftira  etməyin.  Türkiyədə  erməni  qırğım  deyil, 
türk-erməni müharibəsi  vardır.  Bizi arxadan vurdular,  biz də vur­
duq ...
Müttəhimdən  belə  bir  cavabı  gözləmirdilər.  Heyrətdən  Na­
zim  Paşanın ağzı  açıla qaldı. Qaşları alnma dırmanmış, gözləri  isə 
lal daşma dönmüşdü...» (Haqqı Süha).
Bu  qorxmaz  «müttəhim»  Türkiyənin  işıqlı  düşüncəsinin 
öncüsü  -   lideri,  türk  millətinin  azadlığı,  yüksəlişi  yolunda  özünü 
hor cür odun-alovun ağzına, ölümə atan, adı dildən düşməyən Ziya 
Göyalp idi.
Qısa  zaman  içində  yurdsevər,  açıqgözlü  adamları  öz  çevrə­
sində  toplayan,  coşğun  fikir  axımlarını  bir yönə yönəldən,  sistem­
ləşdirən və əlaqə qurduğu bütün adamları, ziyalıları,  yüksək dövlət 
vəzifələrində çalışanları daim  ruhlandıran  bu şəxsin keçdiyi  həyatı, 
millətinə verdiklərini  kiçik  həcmli  bir yazıda az-çox dolğun  şəkildə 
göstərmək mümkün deyildir.
Böyük sosioloq,  şair, publisist,  tarixçi,  siyasətçi Ziya Göyalp 
Türkiyənin, türk dünyasının bətnindən doğmuşdu...
1908-ci  il  Gənc  Türklər  inqilabı  Yaxın  və  Orta  Şərqin  ən 
böyük  hadisəsi  idi.  İnqilab  Türkiyənin  sürətli  inkişafı  üçün  yeni 
üfüqlər  açdı.  Türkiyədə sosial  həyat ömrünün  yeni,  aşıb-daşan  bir 
mərhələsinə girdi.
19-cu yüzilin axırları  və 20-ci yüzilin ilk on  ilində Türkiyənin 
sosial  həyatında  müxtəlif  fikir  axımları  özünə  yer  tutmuşdu.  Bu
I I


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə