Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   2   3   4   5   6   7   8   9   ...   53

1908-ci ildən  sonra  gəncliyə,  aydınlara  (ziyalılara) ən  böyük 
ləsir edən  fikir  axımı  Türkçülük  idi.  Türkçülük yarandığı vaxtdan 
romantik, elmi və ülküçü (idealist) kimi üç mərhələni yaşadı.
Qərb  türkoloqlarının,  yəhudi  türkoloqların,  Rusiya  və 
Türkiyədəki açıq gözlü türklərin çalışmaları türkçülüyün qaynaqla­
rını  təşkil  edir.  Türkiyədə  türkçülük  axımının  başlanması  Rusiya­
dakı  türklərin  təsiri  ilə  bağlıdır.  Bu  türkçü ziyalıların  sırasında isə 
İsmayıl  bəy  Qaspıralı  (Krım),  Əhməd  bəy  Ağaoğlu  (Azərbaycan) 
və Əli bəy Hüseynzadə (Azərbaycan) on ön yerləri tuturlar.  1908-ci 
ildə Türkçülük  axımının  orqanı  olan  «Türk  dəməyi»  dərgisi  nəşrə 
başladı.  Bununla  belə,  Türkçülük  Avropa  torpaqlarının  Türkiyə­
nin  əlindən  çıxmasından  sonra  diqqəti  çəkdi.  «Gənc  qələmlər», 
«Yeni  məcmuə»,  «Türk  yurdu»  kimi  dərgilər  Türkçülüyün  yayıl­
masına,  xalqa aşılanmasına çalışdılar.
Osmanlıçılığa  qarşı  çıxan  türkçülük  daxili  və  xarici  düşmən­
lər  qarşısında  yalqız  qalmış  türklərin  qurtuluş  yolunu  işıqlandır­
maq üçün meydana  çıxmışdı.  Tripoliya  (Trablis) və Balkan  müha­
ribələrində (1911-1912 və  1912-1913) Türkiyənin başına gələn fəla­
kətlər də Türkçülük  axınımı ön  plana keçirdi.  2-ci Məşrutiyyətdən 
(1908) sonra Türkçülük dil,  soy  və  tarix sahələrində sürətlə inkişaf 
etdi:  türk  dilinin,  Türkiyənin  sınırlarından  kənarda  yaşayan  türk 
xalqlarının  və Osmanlılardan öncəki türk tarixinin öyrənilməsində 
böyük coşğunluq yarandı.
Türkçülüyün  başında duran,  ona elmlik  verən  böyük  sosio­
loq, şair və publisist Ziya Göyalp idi.
Ziya  Göyalp  bütün  həyatını  Türkçülüyün  gerəkləşməsinə, 
türk millətinə aşılanmasına  bağlamış,  bütün xoşbəxtliyini türklərin 
yüksəlməsində görmüşdü.
O,  Türkçülüyə  «türk  millətini  yüksəltmək  deməkdir»  -  deyə 
tərif verdi.
Türkçülüyün  meydana  gəlməsini  həyal  özü  diktə  elmişdi. 
Türk milləti özünü  onu gözləyən təhlükədən qurtarmalı idi. Bunun 
üçün ona qurtarıcı bir axım, ülkü-məfkurə gərək idi.
Türklərin  keçmiş  şöhrətini  qaytarmaq  istəyən  türkçülər ara­
sında  ilk  öncə Turançılıq  fikri  çox  geniş  yayıldı.  Turançılıq  bütün 
türk  xalqlarını  bir  dövlətdə  toplamaq  məqsədini  güdürdü.  Ziya 
Göyalpın  1911 -ci  ildə  «Gənc  qələmlər» jurnalında  (Səlanik) çıxan 
«Turan» şeiri Turançılıq ülküsünü parlaq şəkildə ifadə etdi:
Vətən nə Türkiyədir türklərə, nə Türkistan,
Vətən böyük və müəbbət bir ölkədir: Turan.
16
Türkiyədə imperatorluq  düşüncəsi  hələ güclü  idi.  Osmanlı- 
çıların  «Osmanlı  imperatorluğu»  düşüncəsinə  qarşı  Ziya  Göyalp 
«Turan  imperatorluğu»  düşüncəsini,  İslam  birlikçilərinin  müsəl­
manların dövlət birliyi fikrinə qarşı «islam ümmətçiliyi» fikrini irəli 
sürdü.  Ziya  Göyalp  öz  düşüncələrini  şeir  və  məqalələri  ilə  yayır, 
onları  bu  yolla  türk  xalqına  aşılamağa  çalışır,  iroliçi-mütərəqqi 
düşünə bilən ziyalıları başına toplayırdı.
1912-ci  ildən  Türkçülük  (Turançılıq)  «İttihad  və  Tərəqqi» 
partiyasının siyasətində özünə möhkəm bir yer tutdu.
Ancaq Turançılıq ülküsü o zaman daha çox xəyali bir səciyyə 
daşıyırdı. Zaman  keçdikcə Ziya Göyalp öz düşüncəsində dəyişiklik 
edir.  Türkçülər  arasında  artıq  «Türkləşmək,  İslamlaşmaq,  Qərb- 
loşmək»  fikirləri  güclənməyə başlamışdı. Ziya Göyalp  1915-1917-ci 
illərdə  bu  üç  düşüncəni  birləşdirib  yazılarında  bunu  əsaslandırdı. 
Bütün  bu yazılarını  1918-ci  ildə nəşr etdirdiyi «Türkləşmək,  İslam­
laşmaq,  Müasirləşmək»  adlı  kitabında  topladı.  Burada  Ziya  Göy­
alp Türkçülük  ilə  İslamçılıq  və  Müasirliyi uzlaşdırmağa çalışmışdı. 
Ümumiyyətlə,  1916-cı  ildən  Ziya  Göyalp  Turançılıq  məsələsinə 
toxunmur.  1917-ci  ildə  nəşr  etdirdiyi  «Kavim»  («Qövm»)  adlı  şe­
rində «Türkiyə dövlətim,  türklük  millətim»  - deyir.  Beləliklə  1915- 
1917-ci  illərdə  o,  fəaliyyətinin  yeni  bir  mərhələsinə  -   Türkçülük 
mərhələsinə  girir.  Ziya  Göyalp  yazırdı:  «Türkçülüyün  qayəsi 
çağdaş  bir  islam  Türkçülüyüdür.  Türkçülüyün  millət  ülküsü- 
məfkurəsi  Türkçülükdürsə,  ümmət  ülküsü-məfkurəsi  də  İslamçılı- 
qdır. Türklərin hamısı  İslam olduğu üçün Türkçülər heç bir zaman 
İslam  ümmotçiliyinə  əks  bir  duyğu  bəsləməyəcəklər.  Türkləşmək, 
İslamlaşmaq ülküləri arasında bir çatışma-ziddiyyəl olmadığı kimi, 
bunlar  ilə  müasirləşmək  ehtiyacı  arasında  da  bir  uyuşmazlıq  ola 
bilməz.  Bugün  bizim üçün müasirləşmək -  Avropalılar kimi zirehli 
gəmilər,  avtomobillər,  təyyarələr hazırlayıb  istifadə etmək demək­
dir.  Müasirləşmək  şokileə və yaşayış  tərzi  ilə Avropalılara  bənzə­
mək  demək deyildir.  Müasirlik  ehtiyacı  Avropadan  yalnız elmi  və 
əməli  biliklərin  alınmasını  bizdən  tələb  edir.  Avropada  dindən  və 
millətdən  doğan,  beləliklə,  bizdə  də bu  qaynaqlarda  aranması  la­
zım  gələn  bir  sıra  mənəvi  ehtiyaclarımız  vardır  ki,  bunların  Qər­
bdən  alınması  lazım  deyildir.  Belə  olduqda,  yeni  ülkünün- 
məfkurənin  üç  məqsədi  vardır:  Türklük,  islamlıq,  Müasirlik. 
Türkçülüyün  məqsədi  türk harsı (milli kültürü, milli şəxsiyyəti) ya­
ratmaqdır.  Bu ütkü İslamçiTiq^və'Qərb'məäəmVyəti ilə tamamlanır.
Bu  halda,  hər  bİf'-'tüifKüfrihähiclarf (etiqadları)  bu  tərzdə  ifadə
)..!• 
{
PREZİDENT  :-''37 ч;лЛ;-д:Т  |


olunmalıdır:  Türk  millətindənəm!  İslam  ümmətindənəm!  Avropa 
mədəniyyəlindənəm!».
Böyük sosioloq bu əsərində «müasirləşmək» (çağdaşlaşmaq), 
«islamlaşmaq»  və  «türkləşmək»  (yəni  milli  kültürünü  dirçəltmək, 
milliləşmək)  məsələlərini  dərindən  araşdıraraq  belə  qənaətə  gəlir 
ki,  «müasirləşməyə» və «islamlaşmağ»a  nisbətən «türkləşmək»  ar­
xa  planda  (geridə)  qalmışdır.  Çünkü  türklər  bir  ülküdən  ötrü  var 
olanı  (mövcud  olam),  yəni  Osmanlı  imperatorhığunu,  Osmanlı 
xalqlar  birliyini  təhlükə qarşısmda  qoymaqdan  çəkinmişlər.  Buna 
görə  türk  fikir  adamları  «türklük  yox,  osmanlılıq  var»  deyirdilər. 
Çünkü Osmanlı  dövlətini  türklər qurmuşdular.  Gerçəkdən də, Os­
manlı  imperatorluğunda  müasirləşmək  (Avpopa  müasirliyi  baxı­
mından)  və  İslamlaşmaq  bir sistemli  fikir  axımları  kimi  «Türkləş- 
məkwdən daha erkən meydana çıxmışdı.
Ziya Göyalp belə nəticə çıxarır ki, millət ülküsü-məfkurəsi ilk 
öncə  Osmanlı  imperatorluğunun  müsəlman  olmayan  xalqlarında, 
sonra  albanlarda  və  ərəblərdə,  ən  sonda  isə  türklərdə  özünü  gö­
stərmişdir.  Göründüyü  kimi,  Ziya  Göyalp  bir  millət  üçün  ölüm- 
dirimdən  ibarət  olan  olduqca  önəmli  bir  məsələnin  mahiyyətinə 
varır. Çünkü bir milləti, xalqı «millət ülküsü» görünməmiş dərəcədə 
güclü edir.
Ancaq  türklərdə  «millət  ülküsü»nün  çox  dərin  tarixi  kökləri 
vardır.  Bu  ülkünün  sonralar  «gizlənmosi»ni,  ən  sonda  çağdaş  ba­
xımdan  meydana  çıxmasını  incoloməyi  bu  yazıda  qarşıya  məqsəd 
qoymamışıq.
Türkçülük  Atatürk  devrimləri-inqilabları  üçün  zəmin  hazır­
ladı. Türkiyə Respublikası elan edildikdən  (29.10.1923) sonra həy­
ata  keçirilən  bir  çox  dəyişikliklər  Ziya  Göyalpın  əsərlərində  irəli 
sürülən fikirlərdən qidalanmışdır.
Osmanlı  imperatorluğunun  yıxılması,  Türkiyə  Respub­
likasının  meydana  gəlməsi  Ziya  Göyalpın  Türkçülük  ülküsündə 
bəzi  dəyişikliklər  etdi.  Bunlar  1923-cü  ildə  yazıb  tamamladığı 
«Türkçülüyün Əsasları» adil  ünlü kitabında öz əksini  tapdı.  Bu ki­
tabı ilə onun milliyyətçi  fəaliyyətinin üçüncü mərhələsi  başlanır.
Ziya  Göyalp  milliyyətçilik  məsələsini,  türk millətinin mənəvi 
quruluşunu  araşdırıb  açıqlayarkən  türk  tarixinə,  mifologiyasına, 
folkloruna, sosiologiyasına arxalanmış və  bu zaman  fransız sosio­
logiya  məktəbinin  qurucusu  Emil  Dürkheymin  (1858-1917) sosio­
logiya metodundan yaradıcı şəkildə istifadə etmişdir.
Ziya Göyalp E. Dürkheymin  təqlidçisi  olmamışdır.  O zaman 
Dürkheym  sosiologiyası  Avropada  geniş  yayılmışdı.  Həm  də  bu
18
sosiologiyanın Ziya Göyalpı özünə çəkən ən əsas səbəblərindən biri 
fransız  sosioloqunun  hər  bir  sosial  hadisənin  səbəbini  cəmiyyətin 
özündə  axtarması  idi.  Dürkheym  sosiologiyası  bugün  də  geniş 
yayılan  və getdikcə  artan  önəmi  olan  (məsələ,  Amerikada) bir so­
siologiyadır.
Kitab  şəklində  ilk  dəfə  1923-cü  ildə  çıxan  «Türkçülüyün 
Əsaslan»  sonralar  Türkiyədə  dəfələrlə  nəşr  edilmiş  və  edilmək­
dədir.  Hətta  xarici  dilə  çevrilərək  Avropada  işıq  üzü  görmüşdür. 
Bugün  Türk gəncliyinin, ziyalıların  sevə-sevə  oxuduğu  bir əsərdir. 
«Türkçülüyün  əsaslan»  bir  çox  üstünlüklərini  bugün  də  qoru­
maqdadır.
Bu  kitab  iki  bölümdən  ibarətdir.  Birinci  bölüm  nəzəri  olub 
Türkçülüyün  mahiyyətini,  ikinci  (əməli)  bölüm  isə  Türkçülüyün 
proqramını açıqlayır.
Ziya  Göyalp  bu  əsərində  türk  millətini  yüksəltməyin  pro­
qramını,  yollarını  və  prinsiplərini  işləyib  hazırlamış  və  göstərmiş­
dir.
Ziya  Göyalpı  daim  düşündürən,  bütün  çalışmalarının  ma­
hiyyətini  təşkil  edən  bir  başlıca  məsələ  vardır:  milli  şüur  və  milli 
vicdan. Türk millətinin milli şüurunu, milli vicdanını gücləndirmək 
üçün, bu başlıca məsələlənin həlli üçün varından yox olmuşdur.
Hər  şeydən  öncə, Türkçülüyü  «türk millətini  yüksəltmək  de­
məkdir»  -  deyə  tərif  edən  Ziya  Göyalp  Türkçülük  ülküsünü- 
məfkurəsini  böyüklüyü  baxımından 3 dərəcəyə ayırır:  1. Türkiyəçi- 
lik; 2. Oğuzçuluq və ya Türkmonçilik; 3.Turançılıq.
Ziya  Göyalp bugün yalnız Türkiyəçiliyin gerçəklik sahəsində 
olduğunu göstərir.  Milli türk dövlətinin  Türkiyə Respublikasının 
qurulması  və  türk  adını  alması  bunu  təsdiq  edir.  Böyük  sosioloq 
Türkçülükdə  yaxın  və  uzaq  ülkü  kimi  iki  ülkünün  olduğunu  irəli 
sürür.  Yaxın  ülkümüz  Oğuzçuluq  Oğuz  birliyi  və  ya  Türkmənçi- 
likdir.  Bugün  kültür (milli duyğuların bütünü) baxımından asanlıq­
la  birləşə  bilənlər  oğuzlardır.  Türkiyə,  Azərbaycan,  İran  vo  Orta 
Asiya  türkmənləri  Oğuz  soyundandır.  Ancaq  bu  yaxın  ülkü  oğuz­
ların  kültür  baxımından  birləşməsindən  ibarətdir.  Siyasi  birləşmə­
dən danışmaq isə hələ tezdir.
Türkçülüyün  uzaq  ülküsü Turançılıqdır.  Turan  yer  üzündəki 
bütün  türklərin  birləşməsidir  -   Böyük  Türkistandır.  Turan  adı  ilə 
birləşən  bütün  türk  xalqlarının  (Oğuzlar,  Tatarlar,  Özbəklər, 
Qırğızlar,  Yakutlar,  Qazaxlar və s.) dil, ədəbiyyat,  kültür baxımın­
dan  birləşməsi Türkçülüyün uzaq ülküsüdür.  Bəs bu gün xəyal  olan 
bu  uzaq  ülkünün  gerçəkləşməsi  mümkündürmü? 
Bunu  gələcək
19


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə