Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə46/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

ma»,  «parlatma»  anlamım  bildirir.  Öz adını buradan olan bu yeni 
ləlimin  qurucusu  sufi  alim  Şəhabəddin  Yəhya  Sührəvərdi  (1155- 
1191)  idi.  İşraq fəlsəfəsi  Aristotelin  fəlsəfəsinə qarşı  yönəlmişdi  v ə  
neoplatonizmi manixeyçilik, zərdüştilik gəlonəkləri ilə birləşdirirdi. 
Ümumiyyətlə, işraq fəlsəfəsində bir-birinə qarşı duran iki başlanğıc 
işıq  və  qaranlıq  haqqında  Zərdüştilik  ideyası  və  Platonun  iki 
dünya-ideya  və  kölgə  dünyaları  haqqında  təlimi  başlıca  yer 
tuturdu,  işraq  fəlsəfəsi  gerçəyin  aşkar  edilməsində  ağlın  deyil, 
içgüdünün (intuisiyanm)  qaynaq olduğunu irəli sürürdü.  Sühravər- 
dinin təlimi sufizmlə yeni axımın yaranmasına səbəb oldu.
135.  Aristotel,  (m.ö.  384-322) -  əski  yunan filosofu və alimi. 
İslam aləmində “Ərəstun”  kimi  tanmır.  Gənc yaşlarında Platonun 
yanında  dərs  almışdır (Afinada).  Platonun  ölümündən  sonra  12  il 
gəzgin  (səyyar)  bir  həyat  sürdü.  Makedoniyalı  İskəndərin 
tərbiyəçisi  oldu.  M.Ö.  335-ci  ildə  Afinada  peripatetika  (yunanca 
“gozinərək”  anlamını  verir;  Aristotel  dərslərini  şagirdləri  arasında 
gəzinərək deyirdi) məktəbini qurdu.  Burada o, Platonun fəlsəfəsinə 
qarşı  çıxan  öz  görüşlərini  izah  edirdi.  O  zamankı  bütün  elmlər  ilə 
məşğul  olmuşdur.  Məntiq  və  psixologiyanın  qurucusu  sayılır. 
Aristotel  gcrçəkçi  (realist)  idi,  duyğulara  böyük  yer  verirdi. 
Avropa  və  İslam  fəlsəfəsinə  böyük  təsir  göstərmişdir.  Başlıca 
əsərləri:  “Orqanon”  (məntiq),  “Fizika”,  “Metafizika”,  “Politika” 
(ən  böyük əsəri),  “Ruh  haqqında”,  “Etika”,  “Poetika”, “Ritorika” 
və s.
136. Platon (m. ö. 428 və ya 427-348 və ya 347)  -  əski yunan 
filosofu  idealisti,  İslam  dünyasında  “Əflatun”  adı  ilə  tanınmışdır. 
Sokratm  şagirdi,  Aristotelin  isə  müəllimi  olmuşdur.  Platon 
obyektiv  idealizmin  ilkin  klassik  formasını  təlim  kimi  işləyib 
hazırlamışdır.  Ümumiyyətlə,  Platon  ideyalar  dünyası  ləlimi  ilə 
daha çox tanınmışdır.
Əski  türk  ədəbiyyatında  Əflatun  (Platon)  ağlın,  elmin  bir 
rəmzi kimi çıxış edir.
137.  Əski  yunan  mütəfəkkirlərinin  (Aristotel,  Platon) 
görüşlərindən  qidalanmış  ərəb  fəlsəfə  elmi  dini  etiqadlar  üçün 
təhlükə  yaradırdı.  Buna  görə  do,  ilahiyyatçılar dolilgətirmə  meto­
dunu  ilahiyyata  tətbiq  etmək  yolu  ilə,  yəni  dialektikadan  istifadə 
edərək  bu  yeni  fəlsəfəyə  qarşı  çıxdılar.  Dəlilgətirmə  metodunun 
ilahiyyata  tətbiqi  nəticəsində  8-ci  yüzildə  islam  dini  fəlsəfəsi 
yarandı  ki, buna da “kəlam” (ərəbcədir; -  “söz”, “nitq”, “danışıq” 
anlamındadır) 
deyilirdi. 
Kəlamı 
işləyib 
hazırlayanlar 
müləkəllimlər  (“mütəkəllim”  ərəbcədir,  “söyləyən”,  “danışan”,
174
“natiq”  deməkdir)  adlanırdılar.  Kəlamın  ilk  nümayəndələri 
mötəzililər  (qurucusu  8-ci  yüzildə  yaşamış  Vasil  İbn-Əta)  idi. 
İradə  azadlığı  haqqında  təlimi  inkişaf  etdirən  mötəzililik 
ortodoksal İslam  ilə  bəzi ixtilafda idi.  Sünnilik mötəzililyo qarşı öz 
ilahiyat  sistemini  yaratmağa  başladı və  10-cu yüzildə  kəlam  sünni 
İslamın  mömin  ilahiyyat  sistemi 
ehkamlar  sistemi  kimi  qəti 
şəkildə formalaşdı.  Bu “yeni” kəlamın qurucuları isə əl-Əşəri və əl- 
Maturidi  idi.  Əl-Əşəri  və  əl-Maturidi  formal-məntiqi  dəlilləri 
ilahiyyata  daha  geniş  şəkildə  tətbiq  etdilər.  Kəlam  nümayəndələri 
-   müləkəllimlər  məntiqi  mühakimələr  ilə  İslamın  ehkamlarım 
əsaslandırmağa  çalışırdılar.  Kəlam  ağıl  ilə  din,  etiqad  ilə  fəlsəfə 
arasında 
uyğunlaşdırıcı 
rol 
oynamağa 
başladı. 
Beləliklə, 
dəlilgətirmə metodunun ilahiyyata tətbiqi nəticəsində yaranmış din 
fəlsəfəsi  olan kəlam  məntiqi -   fəlsəfi  dəlillərə söykənən  müsəlman 
nəzəri ilahiyyatı, ehkamlar sistemi idi.
Mütəsovvif  (ərəbcədir) 
təsəvvüf  (sufilik,  müsəlman 
mistikliyi;  Şərqdə  dini-ictimai  fəlsəfi  axımlardan  biri)  tərəfdarı, 
sufi, təsəvvüfçü deməkdir.
138.  Bölünməz  hissə -  materiyanın  bölünməz hissəciyi,  atom 
göz önündə tutulur.
139.  Demokrit  (m.  ö.  470  və  ya  460-cı  ildə  anadan  olmuş, 
xeyli qoca yaşlarında ölüb)  - əski yunan materialist filosofu. Antik 
alomistikanın  -   bütün  materiyanın  atomlardan  ibarət  olduğunu 
irəli  sürən  materialist  quramın  (nəzəriyyənin)  qurucularından 
biridir.  Demokrit  dünyamn  yalnız  atomdan  və  boşluqdan  ibarət 
olduğunu  irəli  sürür  və  göstərirdi  ki,  materiyanın  bölünməz 
hissəciyi  olan  atomlar  əbədidir,  dərkedilməzdir,  dağılmaya  məruz 
qalmır,  ancaq  formaları,  boşluqdakı  vəziyyətləri,  həcmləri  ilə 
fərqlənirlər,  insan  üçün  görünməzdilər,  atomların  müxtəlif 
hərəkətləri ayrı-ayrı cisimləri, sonsuz, sayda dünyaları əmələ gətirir.
140.  Epikur  (m.  ö.  341-270)  -  əski  yunan  filosofu, 
materialist.  Epikur  fəlsəfəni  fizikaya  (tətbiq  haqqında  təlim), 
kanonikaya  (idrak  haqqında  təlim)  və  etikaya  bölürdü.  Epikur 
fizikada Demokrilin atomistikasını müdafiə edirdi.
141. Plotin (təqr. 204/205-269/270) -  yunan filosofu,  idealist, 
neoplatonizmin  qurucusu.  Ncoplatonizmin  özəyini  olağanüstü 
(qeyri  adi)  varlıq  olan  Vahid  və  varlığın  iyerarxiya  sistemi 
haqqında  təlim  təşkil  edir.  Plotinin  ncoplatonik  sistemində  Vahid 
şüalanarkən varlığın üç başlıca substansiyası törəyir.
Plotin antik dialektikanm inkişafında böyük rol oynayıb.
142.  Pifaqor  (m.  ö.  6-cı  yüzil) 
əski  yunan  filosofu,  din  və
175


siyasət  xadimi,  riyaziyyatçı,  dini  -   fəlsəfi  təlim  olan  pifaqorizmin 
qurucusu.  Pifaqorizm  bütün varlığın əsasını ədədlər təşkil etdiyini 
irəli sürür və bu görüşə söykənirdi.
143. Zenon (m. ö.  336 ilə 332 arasında -  246 ilə 262 arasında) 
-  Kitionlu  (Kipr)  Zenon,  əski  yunan  filosofu.  M.Ö.  təqribən  300- 
cü ildə Afinada stoiklər məktəbini təşkil etmişdir.
144.  Rəvakiyun  -   Əski  yunan  filosofu  Zenonun  stoikçilik 
(stosizm)  fəlsəfəsinin  ərəbcə  adı.  Stoikçilik  antik  cəmiyyətin 
materializm  ilə  idealizm  arasında  yer  tutan  fəlsəfə  axımı  idi. 
Stoikçiliyə  görə  dünya  ilkin  od  tərəfindən  yaradıcı  şəkildə 
düzülmüş  canlı  orqanizmdir,  bütün  varlıqlar  (var  olanlar) 
maddidir  və  materiyanın  kobudluğu  və  incəliyi  ilə  fərqlənirlər; 
kosmosun  hər  bir  təkrar  alovlanması  və  təmizlənməsindən  sonra 
şeylər  və  hadisələr  təkrarlanır.  Müdrik  adam  ağılın  səsinə  qulaq 
asaraq  ehtirasdan,  həvəsdən  azad  olmalı,  öz  “alın  yazısı”nı 
sevməlidir;  bütün  adamlar  isə  dünya  dövləti  kimi  kosmosun 
vətəndaşlarıdır.  Taleyə  boyun  əyməyi  irəli  sürən  Roma  stoikçiliyi 
ilkin xristianlığa böyük təsir göstərmişdir.
145.  Mühyiddin  Ərəbi (1165-1240) -  böyük İslam filosofu və 
tosəvvüfçüsü  (sufi).  Əndəlusda  (İspaniya)  anadan  olmuşdur. 
Mühyiddin  Ərəbi  müsəlman  şərqində  “Şeyx-ül  Əkbər”  (ən  böyük 
şeyx) kimi tanmır.  “Vəhdəti-i vücud” haqqında İslam düşüncəsinin 
aşılandığı  ən  irəliçi  (mütərəqqi)  görüşlər  irəli  sürmüşdür. 
Mühyiddin Ərəbinin  fikirləri  Anadolu,  İran  və  Hindistanda  geniş 
yayılmışdı.  Ziya  Göyalp  “Gənc  Qələmlər” dərgisinin  2-ci cildində 
yazırdı:  “Mühyiddin  Ərəbi  -   Alfcrd  Fulyeden  çox  əvvəl 
məfkurələrin  təkamüldə  yaradıcı  amillər  olduğunu  isbat  edərək 
bugünkü fəlsəfəni hələ o zaman təsis etmişdir”.
Mühyiddin Ərəbi bir çox əsərlərin müəllifidir.
146.  Hərəm  -   (ərəbcədir)  -   burada  hökmdar  saraylarında, 
evlərdə  qadınlara  ayrılan  bölüm;  buradakı  qadınların  hamısı;  ərli 
qadın.
147.  Salamlıq  (ərəbcə-türkcə) 
Burada:  saraylarda,  evlərdə 
kişilərə aid və kişi qonaqların qəbul edildiyi bölüm.
148.  Çarşab  -   Farsca  -   “çadər-i  şob”dən  (çador-örtük, 
bürüncək,  şəb-gecə)  törəmişdir.  Burada:  çadra,  keçmişdə 
müsəlman qadınlarının  küçəyə  çıxarkən  bədənlərini  başdan ayağa 
örtdükləri bürüncək.
149. Peçə (İtalyanca “pezza”dan) -  Burada:  keçmişdə və indi 
bəzi ölkələrdə qadınlar küçədə üzlərinə örtdükləri incə qara örtük, 
tor, duvaq.
176
149  a.  Orijinalda  “hakimlər”  (“həkimlər”)dir.  Bunun  da 
buradakı  anlamı  “hər  elmə,  fənnə  bələd  olan,  hikmət  və  fəlsəfə 
mütəxəssisi,  çox  dərin  bilikli  adam”dır.  Yeni  türkcədə  buna 
“bilgə” deyilir.
150.  Dəli Petro -  Rus çarı I  Pyotr (1672-1725).
151.  Rusiyanın  geriliyini  aradan  qaldırmaq  üçün  I  Pyotıun 
həyata keçirdiyi islahatlar göz önündə tutulur.
152.  Hərbiyyə -  hərbi məktəb; Tibbiyə- tibb məktəbi.
153.  Ycniçəri  (“yeni”+  “çəri” 
“ordu”)  -   yeniçəri  ordu 
hissələri  piyadalardan  ibarət  olub,  1362-ci  ildə  Orxan  Qazi 
tərəfindən  yaradılmağa  başlamışdı.  Yeniçəri  ordu  hissələri  II 
Mahmudun  dövründə,  1826-cı  ildə  yeni  piyada  nizami  qoşun 
bölmələrinin yaradılması ilə ortadan qaldırıldı.
154.  Həkimbaşı  -   Sarayda  yüksək  rütbəli  həkim;  Ziya 
Göyalp  bu  ifadə  ilə  müalicədə  ortaçağ  üsul  və  vasitələrindən 
faydalanan,  dövrün  qabaqcıl  elm  yeniliklərindən  istifadə  etməyən 
həkimləri, ümumiyyətlə geriliyi göz önündə tutur.
155.  Nizamiyyə 
Yeni  nizami  piyada  ordu.  Ill  Səlim 
zamanında (1789-1808) yaradılmağa  başlamış,  ancaq  bu  yarımçıq 
qalmışdı.  II  Mahmud  yeni  nizami  ordunun  yaradılmasını 
müvəffəqiyyətlə  həyata  keçirərək  1826-cı  ildə döyüş  üstünlüklərini 
çoxdan  ilirmiş  əski  piyada  hissələri  -   yeniçəri  təşkilatını  xüsusi 
fərman ilə aradan qaldırdı.
156. 
Millətlər  Cəmiyyəti  -   1919-cu  ildə  qurulmuş
millotlərarası  təşkilat  Nizamnaməsinə  görə  xalqlar  arasında 
işbirliyini  inkişaf etdirmək,  barışı  (sülhü)  təmin  etmək  məqsədini 
güdürdü.  Əslində  İngiltərə  və  Fransanın  əlində  siyasi  bir  alət  idi. 
Millətlər  Cəmiyyəti  birinci  dünya  savaşından  qalib  çıxmış  dövlət­
lərə  mandatlar  paylamaqla  müstəmləkəçilik  xəttini  yeritmiş,  yeni 
imperalist  bölgüsünü  həyata  keçirmişdi.  1934-cü  ildə  Almaniya  və 
Yaponiya  Cəmiyyətdən  çıxdıqdan  sonra  SSRİ  Cəmiyyətdən 
çıxarıldı  (Sovet-Fin savaşına görə).  1946-cı ildə Millətlər Cəmiyyəti 
buraxıldı.
157.  Kapitulyasiya 
Burada:  Orta  latınca  “kapitulo” 
(“razılaşıram,  uzlaşıram”)  sözündən  törəmişdir.  Fransıcza  “anlaş­
ma”  anlamını  bildirir.  Bərabərhüquqlu  olmayan  anlaşmadır. 
Xüsusilə,  Osmanlı  dövlətinin  xarici  ölkə  nümayəndələrinə,  vətən­
daşlarına  heç  bir  qarşılıq  almadan,  yaxud  məcbur  olaraq  verdiyi 
ticarət  hüququdur. 
1535-ci  ildə  Sultan  Süleyman  Qanuni 
tərəfindən  kömək  məqsədi  ilə  fransızlara  iltifatla  belə  bir  hüquq 
verildi.  Əgər  ilk  vaxtlar  bu  kapitulyasiya  müəyyən  müddət  üçün
177


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə