Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

verilirdisə,  artıq  1740-cı  ildə  onun  müddəti  heç  bir  m əhdudluq 
qoyulmadan  uzadıldı.  Sonralar  digər  Avropa  dövlətləri  d ə  
Osmanlı  dövlətinə  qarşı  kapitulyasiya  rejimindən  istifadə  etdilər. 
Kapitulyasiya rejimi sömürgəçi (müstəmləkəçi) siyasət idi. Osm anlı 
dövlətini  iqtisadi  və  siyasi  yöndən  Avropa  dövlətlərindən  asılı 
duruma  saldı.  Ancaq  Türkiyədə  milli-azadlıq  hərəkatı  buna  s o n  
qoydu. 
1923-cü  il  iyulun  24-də  imzalanan  Lozan  sülh 
müqaviləsiylə  kapitulyasiya  rejimi,  xaricilərin  iqtisadi  və  siyasi 
ayrıcalıqları  (imtiyazları),  Türkiyə  üzərində  beynəlxalq  maliyyə 
nəzarəti aradan qaldırıldı.
Kapitulyasiyalar  Yaponiya,  İran,  Çin  və  s.  kimi  Şərq 
dövlətlərinə də tətbiq edilmişdi.  Bu rejim Yaponiyada  19-cu yüzilin 
axırlarında,  digər  ölkələrdə  isə  20-ci  yüzilin  birinci  yarısında 
aradan qaldırıldı.
158.  Günəş  ilinə  söykənən  çağdaş  Qriqorian  təqvimi  göz 
önündə  tutulur.  Qriqorian  təqvimi  1582-ci  ildə  XIII  Qriqori 
tərəfindən  həyata  keçirilib.  Bundan  əvvəl  Yulian  təqvimindən 
istifadə 
olunurdu. 
Qriqorian 
təqvimi  (yeni  stil)  Yulian 
təqvimindən,  yəni  əski  stildən  daha  dəqiqdir.  SSRt-də  Qriqorian 
təqvimi  1918-ci il fevralın  14-dən tətbiq edilib.
159.  Rene Dekart (1596-1650) -  fransız filosofu, riyaziyyatçı, 
fizik  və  fızioloqu.  Dekart  fəlsəfəsinin  əsasını  ruh  ilə  cismin 
dualizmi  təşkil  edir.  Dekarta  görə  hərəkətin  ümumi  səbəbi 
Allahdır. 
Allah 
materiyanın,  hərəkətin  və  hərəkətsizliyin 
yaradıcısıdır.  İnsan  isə  təfəkkürü  və  iradəsi  olan  ruh  ilə  cansız 
maddi mexanizm arasında  bağdır.  İdrak haqqında təlimdə Dekart 
rasionalizmin qurucusudur.
160.  Frensis  Bekon  (1561-1626)  ingilis  filosofu,  ingilis 
materializminin  qurucusudur.  F.Bekon  təbiət  üzərində  insan 
hakimiyyətini gücləndirməyi elmin başlıca məqsədi sayırdı. O, elmi 
metod  sahəsində islahat  keçirməyi irəli sürdü.  Bu metodun əsasını 
isə  ağılı  yanılmalardan  təmizləmək,  təcrübəyə  yönəltmək  və  onu 
induksiya vasitəsilə işlətmək təşkil edirdi.
161.  Emil  Dürkheym  (1858-1917) 
fransız  sosiologiya 
məktəbinin  qurucusudur.  E.Dürkhcym  fərdi  -  psixoloji  və  bioloji 
istiqamətlərə  qarşı 
çıxaraq 
sosiologiyanın  psixologiya  və 
biologiyadan  asılı  olmayan,  bağımsız  (müstəqil),  pozitiv  bir  elm 
olduğunu  irəli  sürdü.  E.Dürkhcymə  görə,  sosioloji  hadisələrin 
psixoloji  və  bioloji  hadisələrə  heç  bir  bənzəri  yoxdur  və 
özünəməxsus  “xüsusi  hadisələr”dir.  Buna  görə  də  sosioloji 
hadisələri  öyrənmək  üçün  onlara  uyğun  olan  bir  yöntəm  (metod)
178
uyğulanmalıdır  (tətbiq  edilməlidir).  E.Dürkheym  topluma  fərdlər 
toplamma çevrilməyən bir gerçəklik kimi baxırdı.
E.Dürkheym  əxlaq  hadisələrini  şüurdan,  vicdandan  xaric 
“şeylər”,  sosial  hadisələr  kimi  görürdü.  Onun  yöntəminin  (meto­
dunun) əsası da bu görüşə söykənir.  E.Dürkheym başlıca diqqətini 
əxlaqi  və  mənəvi  dəyərlər,  qurumlar  (institutlar)  üzərində 
toplamışdır.
Görkəmli  sosioloq  sosial  hadisələrin  fərdlərin  xaricində 
obyektiv  varlıq  olduqlarını,  sosial  gerçəklərin  və  bu  gerçəklərin 
dəyişmələrinin iərdlərdən  asılı olmadığını irəli sürür. Toplum fərd- 
lərin  üstündədir,  onlardan  ayrı  bir  varlıqdır.  Bir  sosial  gerçək 
başqa  bir  sosial  gerçək  ilə  izah  oluna  bilər,  duyğunu,  düşüncəni 
toplum  yaradır  və  fərdə  təsir  göstərir.  E.Dürkheym  sosial 
hadisələrə  iqtisadiyyat,  siyasət,  din,  əxlaq,  incəsənət  və  s.  ilə  eyni 
növdən  olan  hadisələr  kimi  baxırdı.  Bunlar  şüurdan  xaricdə  olan 
toplumun ilişgilərini (münasibətlərini) yaradırlar.
E.Dürkheym  toplumda  “kollektiv  şüur”un  roluna  da 
müəyyən  yer  verir,  iş  bölümünü  (əmək  bölgüsünü)  sosial 
həmrəyliyin əsası sayırdı.
E.Dürkhcymin  Ziya  Göyalpa  çox  təsiri  olmuşdur.  Ziya 
Göyalp,  E.Dürkhcymin,  sosialogiyasının  yöntəm  (üsul)  və  ilkələ- 
rini  (prinsiplərini),  obyektivliyini  mənimsəmişdir.  Bu  metod  ilə 
türk  tarixini,  mifologiyasını,  mədəniyyətini  və  iqtisadiyyatını 
öyrənmişdir.  Bununla  belə,  Ziya  Göyalp  büsbütün  orijinal  bir 
sosioloqdur.  O,  E.Dürkheymin  sosiologiya  metodundan  yaradıcı 
şəkildə  istifadə  etmiş,  türk  millətinin  kimliyini,  böyüklüyünü  türk 
millətinə tanıtmışdır.
E.Dürkhcymin  başlıca  əsərləri:  1.  “Sosial  iş  bölümü 
haqqında”  (1893);  2.  “Özünüöldürmə”  (1897);  3.  “Din  həyatının 
ilkəl  (ibtidai)  şəkilləri”  (1912);  4.  “Sosiologiya  yönətmənin 
qaydaları” və s.
162. 
Determinizm  (latınca  -   “determino”  -   “müəyyən 
edirəm”  ifadəsindən)  -  bütün  təbiət  və  toplum  hadisələrinin 
obyektiv  qanunauyğunluğu  və  səbəbiyyələ  bağlılığı  haqqında 
fəlsəfə təlimi.
162  a.  “Sekta”  ilə  “təsəvvüf  təriqəti”  anlayışlarım  qarışıq 
salmamalı.  Onların  arasında  böyük  fərq  var.  “Sekta”  mövcud 
hakim  dinin  görüşlərinə  və  toplumun  bütünlüyünə,  birliyinə 
qarşıdır.  Təsəvvüf  təriqəti  isə  (Batiniyyədən  ayrı)  dinin,  şəriətin 
görüşlərini  qəbul  edərək  toplumun  bütünlüyünü,  birliyini  təmin 
edir.
179


163. Zaviyə (ərəbcə) -  “Günc, bucaq, guşə” anlamını bildirir. 
Burada: Kiçik təkkə.
164.  Təsəvvüfçü  təkkələr  -   Təsəvvüf Allahı  sevmək,  qəlbini 
Allah  sevgisinə  vermək  deməkdir.  Dünyanın,  insanın  yaranması, 
bu yaradılışın məqsədi, sonu kimi suallara təsəvvüf cavab verməyə 
çalışmışdır.  Əgər  dünya  dinlərinə  görə  yalnız  Allah  və  o n u n  
yaratdıqlan  varsa,  təsəyvüfə görə  hər şey Allahın  görünüşündən  — 
təcəllisindən  ibarətdir.  İlk  öncə  Tanrı  yalqız  idi.  O,  görünmək  və 
sevilmək  üçün  təcəlli  etdi  və  kainat  yarandı.  Kainat  Tanrının 
kölgəsidir,  insan  kainatın  bir  parçasıdır.  Allah  daha  kamil,  d a h a  
gözəl  şəkildə  insanda  təcəlli  etdiyi  üçün  bütün  yaranmışların  ən 
gözəli, mükəmməli insandır.  İnsan yenidən Tannya qayıda bilir.
8-9-cu  yüzillərdə  ortaya  çıxan  təsəvvüf  10-11-ci  yüzillərdə 
tam  formalaşdı.  Bir  sıra  təsəvvüf  -   sufi  axımları,  təriqətləri 
yarandı.
Təsəvvüfdə  mistik  sevgi  vasitəsilə  Allaha  yaxınlaşmaq,  o n u  
dərk  etmək, ən sonda  Allah  ilə qovuşmaq  başlıca yer tutur.  Buna 
görə do, təsəvvüfçülər, yəni sufilər bu məqsədə çatmaq üçün  təriqət 
-  yol, baxış sistemlərini hazırlamışdılar.
Bir sözlə, dini -  fəlsəfi axım, İslam  “mistisizmi” olan təsəw äf 
Allahın  keyfiyyətlərini,  kainatın  formalaşmasını  vəhdət-i  vücud 
anlayışı ilə açıqlayırdı.
Təriqətçilərin,  sufilərin  toplandıqlan,  ibadət  etdikləri, 
mərasim  keçirdikləri,  ümumiyyətlə,  təriqət  tələblərini  yerinə 
yetirdikləri yerə “təkkə” deyilirdi.
165.  Henri Modsli (1835-1918) -  ingilis psixiatrı və pozitivist 
filosofdur. 
H. Modsli  ruhi 
xəstəliklər  sahəsində  bir  çox 
araşdırmalar  aparmışdır.  O,  canilərin  ruhi  xəstə  olduqlarını, 
onlara  suçludan  daha  çox,  xəstə  kimi  baxmağı  irəli  sürürdü. 
H.Modsli həm də, uşaq psixiatriyasının qurucularından biridir.
166.  Albert  Fulye  (1838-1912) 
fransız  pozitivçi  filosofu. 
Valüntarizm  ideyalarını  pozilivizm  ilkələri 
prinsipləri  ilə 
birləşdirirdi.  Təkamülçü  idi.  Fulyeyə  görə  fikirlər  gücdür,  yəni 
fəıdlərin,  fərdlər  vasitəsilə  toplumun  həyatını  dəyişdirən  bir  gücə 
malikdirlər.  A.Fulyc  xalqlar  psixologiyasına  dair  bir  sıra 
araşdırmalar aparmışdır.
Teodül Arman Ribo (1839-1916) -  fransız filosofu,  psixoloq 
və  psixopatoloqu.  Fransada  yüksək  psixi  proseslər  sahəsində 
təcrübi  araşdırmaların  qurucusudur.  Bu  araşdırmalarıyla  da 
tanınmışdır. Yaddaş, iradə, diqqət və s. problemlərinə dair əsərləri 
var.
180
Vilyam  Jamc  (1842-1910) 
Amerikalı  filosof.  Amerikan 
praqmatizm  fəlsəfəsinin  qurucularından  biridir.  İnam  və  dini 
duyğular sahəsində dəyərli araşdırmalar aparmışdı.
Herald  Höffdinq  (1843-1931)  -   Danimarka  filosofu.  Fəlsəfi 
görüşlərində Spinoza və Kant fəlsəfəsinə söykənmişdir.
Henri Bcrqson (1859-1941)  fransız filosofu,  intutivizmin və 
həyat  fəlsəfəsinin  nümayəndəsi.  Bcrqsonun  fəlsəfəsində  “zaman” 
probleminin  araşdırılması  önəmli  yer  tutur:  Zaman  -   sürəkli 
dəyişmədir. Sürəklilik  isə yalnız intuisiya vasitəsilə dərk edilə bilər. 
Materiya,  şüur,  hafizə  və  ruh  sürəkliliyin  müxtəlif  baxışlarıdır. 
Berqsona  görə  “şüur”  və  “azadlıq”  fonemləri  materialist  və 
determinist  baxımdan  açıqlana  bilməz.  Vəzifə  borcu  duyğusu 
əxlaqın  əsasıdır.  Sosial  həyat  ehtiyacı  isə  bu  vəzifənin  qaynağını 
təşkil  edir.  Vəzifə  hər  hansı  bir  cəmiyyətə  bağlı  olduğumuzu 
bildirir.  H.Berqson  1927-ci  ilin  ədəbiyyat  üzrə  Nobel  mükafatını 
almışdır.
Pyer Jane (1859-1974) -  fransız psixoloqu və psixopatoloqu. 
P.Janc  psixologiyaya  davranış  haqqında  elm  kimi  baxırdı.  Bu 
baxımdan  çıxış  edərək  davranış  şəkillərinin  iyerarxiya  sistemini 
irəli sürmüşdür.
Alfred  Bine  (1857-1911)  -   fransız  psixoloqu  və  fiziologiya 
alimi.  Təcrübi  psixologiyaya  -  yüksək  psixoloji  funksiyaların, 
xüsusilə  təfəkkürün,  təcrübi  yolla  öyrənilməsinə,  uşaqlarda  ağıl 
inkişafının  diaqnostikasına  dair  bir  neçə  əsərlərin  müəllifidir.  Bir 
sıra  testlər  -   sınaqlar  (ağıl  inkişafını  yoxlamaq  üçün  tapşırıqlar) 
işləyib  hazırlamış  və  bununla  da  testlərin  hazırlanması  işinin 
başlanğıcını qoymuşdur.
Frederik-Gilyom Paulhan (1856-1931) -  fransız psixoloqu və 
filosofu  Zəka,  yaddaş  və  s.  problemlərə  dair  araşdırmalar 
aparmışdır.
167.  Seqmenler  (latınca  “seqmenlum”  -   “parça”,  “kəsik”, 
“hissə”  sözündən)  -   Burada:  dilimlərə  bölünmüş,  dilimlərə  ayrıl­
mış.
168.  Burada: örgütlü  -  təşkilatlı toplum.
169.  Kollektiv  təsəvvür  və  ya  kollektiv  şüur  dedikdə,  bir 
topluma mənsub adamların orlaqlı təsəvvürü başa düşülür. Ortaqlı 
təsəvvür  toplumun  inkişafını,  ayıqlığını  bildirir.  E.Dürkheym 
“kollektiv  şüur”  anlayışını  topluma  uyğulamışdı  (tətbiq  etmişdi). 
Ziya  Göyalp  bu  anlayışdan  yaradıcı  şəkildə  faydalanaraq,  onu 
türk millətinin inkişaf tarixinə tətbiq etmişdir.
170.  Məşrutiyyət  (ərəbcə) -   Burada:  1.  Hökmdarın  başçılığı
181


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə