Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   2   3   4   5   6   7   8   9   ...   53

göstərər.
Ziya  Göyalp  bundan  sonra  millətə  tərif  verərək  onun  dil, 
din,  əxlaq,  estetika  baxımından  ortaq  olan,  yəni  eyni  tərbiyəni 
görmüş  fərdlərdən  (insanlardan)  ibarət  topluluq  olduğunu  deyir. 
Görkəmli sosioloq bununla həm do irqçiliyə qarşı çıxır.
Ziya  Göyalp  millətin  mənəviyyatını  araşdırarkən  kültür  və 
mədəniyyət məsələsinə  böyük əhəmiyyət verir.  Burada o, fransızca 
«kültür» sözünə ərəbcədən aldığı «hars» sözünü, «sivilizasiya»ya isə 
«mədəniyyət» sözünü qarşılıq kimi işlədir.
Ziya  Göyalpm  sosiologiyasının,  təliminin  əsasım  hars  (milli 
kültür) və mədəniyyət ikilisi və sintezi təşkil edir,
Böyük  sosioloqa  görə,  kültür  (hars)  milli,  mədəniyyət  isə 
bcynəlmiləldir.  Türk  milləti yüksəlmək  və  qurtulmaq  üçün öz milli 
harsını -  kültürünü (din,  əxlaq,  hüquq,  bədii,  iqtisadi həyatlarının 
uyumlu-ahəngdar  bir  toplamını)  qoruyaraq  tam  şəkildə Qərb  mə­
dəniyyətinə girməlidir.
Ziya  Göyalp  göstərir  ki,  türklər öz  milli  kültürünü,  milli  ru­
hunu  saxlamaqla  tam  şəkildə  Qərb  mədəniyyətinə  ona  görə  girə 
bilərlər  ki,  Qərb mədəniyyətinin  feminizm  (qadın hüququ),  demo­
kratiya  və  s.  kimi  təməl  dayaqlan,  prinsipləri  türklərdə  ən  əski 
çağlardan  vardır.  Ziya  Göyalp  yazır;  «Başqa  millətlər  bugünkü 
mədəniyyətə  girmək  üçün  keçmişlərindən  uzaqlaşmağa  məcbur­
durlar;  halbuki,  türklərin  bugünkü  mədəniyyətə  girmələri  üçün 
yalnız əski keçmişlərinə dönüb baxmaları yetər».
Ziya  Göyalp  araşdırmalar  nəticəsində  belə  bir  fikrə gəlib çı­
xır ki, türk millətinin yüksəlməsi, yəni öz harsını  milli şəxsiyyətini 
qoruyub  saxlamaqla  Qərb  mədəniyyətinə  tam  girə  bilməsi  üçün 
ziyalılar  xalqa  və  Qərbə  doğru  getməlidirlər.  İlk  öncə,  yəni  Qərb 
mədəniyyətinə  girmədən  öncə  milli  kültürü  (harsı)  arayıb  tapmaq 
lazımdır.  Milli  kültür  (hars)  isə  xalqdadır.  Ziyalılar,  xalqa  doğru 
getməklə xalqdan  harsı -   kültürü mənimsəməli, milli  kültür tərbiy­
əsi  görməlidirlər.  Eyni  zamanda  xalqa  mədəniyyət aparmalıdırlar. 
Burada  «mədəniyyət»  dedikdə  çağdaş  dünyanın  ən  irəliçi  mədəni 
nailiyyətləri göz önündə tutulur.
Qərbə  doğru  ona görə getmək gərəkdir  ki,  Qərbin  ən  irəliçi 
elm  və texnikasını,  metodikasını  öyrənib  bunların vasitəsilə milləti 
yüksəltmək lazımdır. Ancaq bu öyrənmə yamsılamaq,  təqlid etmək 
şəklində deyil, yaradıcı olmalıdır.
«Xalqa doğru» və «Qərbə doğru» fikirləri uyğun şəkildə milli 
kültür (hars) və yetkinlik (təhzib) metodlarını irəli sürür.
Ziya Göyalp fransızca «kültuğ» sözünün iki anlamı olduğunu
20
deyir:  a)  «milli  kültür»  (hars),  b)  «yetginlik»  (təhzib).  Kültür  ilə 
yetginlik arasında iki  fərq vardır. Kültürün «demokratik», «yetgin- 
liyin  isə  «aristokratik»  olması  birinci  fərqdir.  «Kültür xalqın  gələ- 
nəklərindən 
ənənələrindən,  alışqanlıqlarmdan 
vərdişlərindən, 
adətlərindən,  şifahi  vo  ya  yazılı  ədəbiyyatından,  dilindən,  musiqi­
sindən, dinindən, əxlaqından, bədii və iqtisadi məhsullarından iba­
rətdir».  Beləliklə,  kültür xalqda  olduğu  üçün  demokratikdir.  «Ye­
tginlik  isə yalnız yüksək təhsil görmüş, yüksək bir tərbiyə ilə yetiş­
miş  həqiqi  ziyalılara  aiddir».  Yetginliyini  aristokratik  olması  da 
buradan  irəli gəlir.  «Yetginlik  xüsusi  bir  tərbiyə  ilə  təşəkkül  etmiş 
duyma,  düşünmə  (təfəkkür)  vo  yaşayış  biçimidir».  Kültürün  milli, 
yetginliyin  milbtlərarası  (beynəlmiləl)  olması  ikinci  fərqi  bildirir. 
Bir insan milli kültürün təsirilə yalnız öz milli kültürünə dəyər verir. 
Ancaq  həmin şəxs yetginləşibsə,  yəni  təhzib görübsə,  başqa millət­
lərin kültürlərini do sevər.
Ziya  Göyalp  ikinci  anlamı  «təhzib» sözü  ilə  bildirir.  Ərəbcə 
«təhzib»in  sözlük  anlamı «islah etmə»,  «düzəltmə»,  «seçmə»,  «saf­
laşdırma» və «torbiyo»dən ibarətdir. Ancaq Ziya Göyalp «tohzib»i 
«seçici»  anlamında  işlətmişdir.  Belə  ki,  «təhzib»  milli  dəyərlər  ilə 
milbtlərarası (beynəlmiləl) dəyərlər arasında, millilik ilə millətləra- 
rasılıq  arasında  seçici  rol  oynayır,  sintez  yaradır.  «Seçicilik»  et­
mək,  sintez  yaratmaq  üçün  yüksək  səviyyəyə,  yetginliyə  çatmaq 
tələb olunur.  Buna görə biz Ziya  Göyalpın  işlətdiyi  «tohzib»ə qar­
şılıq olaraq «yetginlik» sözünü işlətməyi uyğun bildik.
Ziya  Göyalp  milli  kültür  və  yetginlik  ilə  bağlı  olaraq  milli 
zövq  və  xarici  zövq  məsələsini  də  qarşıya  qoyur.  Milli  zövq  milli 
kültürə, xarici zövq isə yetginliyə uyğundur, «...hər bir millətin əsil 
və daimi zövqü «milli zövq»dür. Xarici zövq, ancaq ikinci dərəcədə 
qaldığı  zaman  qəbul  edilə  bilər».  Əgər xarici  zövq  ön  plana,  milli 
zövq  isə arxa plana  keçirilərsə,  onda yetginlik zərərli  olur,  kosmo- 
politizm  meydana  çıxır.  Ziya  Göyalp  yazır:  «Bir  yetginlik  milli 
kültürün  hüququna  riayət  etdiyi  müddətdə  normaldır,  milli 
kültürün  haqlarım  tapdalamağa başladığı andan isə xəstə və  şikəst 
bir yetginlik mahiyyətini alır».
Ziya  Göyalp  burada  belə  bir  nəticəyə  gəlir:  Türkçülük  ilə 
kosmopolillik  uyğunlaşa  bilməz, ancaq Türkçülük  ilə millətlərara- 
sılıq  (beynəlmiləlçilik)  arasında  heç  bir  ziddiyyət  yoxdur,  hər  bir 
türkçü eyni zamanda beynəlmiləlçidir.
Ziya  Göyalp:  «başqa millətlərin milli kültürlərini,  onlara aid 
gözəllikləri  sevəcəyik»  - deyir.  Ancaq  bu «sevgi»  heç  vaxt aludəçi­
lik  mahiyyətini  almayacaqdır,  çünkü «biz  könlümüzü  əzəldən  bəri
21


milli  kültürümüzə  vermişik.  Bizim  üçün  dünya  gözəli  milli 
kültürümüzün gözəlliyindən ibarətdir».
Tarix  boyunca  türklər  başqa  millətlərə  qarşı  qərəzli  və  sal- 
dırğan-ləcavüzkar  olmağı  bilməmişlər.  Başqa  millətlərə  qarşı  o 
millətin  pisliyini görmədikcə,  (hətta, çox  halda gördükdə də) meh­
riban  və  canıyanan  olmuşdur.  Bu  milli  xarakter  tüklərin  mənəvi 
sərvətlərində  də  öz  əksini  tapmışdır.  Türklərin  mənəviyyatını  ən 
əski  çağlardan  yaşadığı  zaman  qədər  araşdırıb  incələyən  Ziya 
Göyalp  Türkçülüyün,  türk  xarakterinin  belə  bir doğru  tərifini  ve­
rir:  «...  Türkçülük  bütün eşqi  ilə yalnız öz orijinal  kültürünə  vurğ­
un  olmaqla  bərabər,  şovinist  və  fanatik  deyildir.  Avropa  mədə­
niyyətini tam və nizamlı surətdə almağa girişdiyi kimi, heç bir mil­
lətin  kültürünə qarşı  laqeyidliyi  və saymamazlığı da yoxdur.  Əksi­
nə, bütün milli kültürlərə qiymət veririk və hörmət edirik. Hətta bir 
çox  pisliklərini  gördüyümüz  (təcavüzlərinə  hədəf olduğumuz)  mil­
lətlərin  belə,  siyasi  təşkilatlarım  sevməklə  bərabər,  mədəni  və 
kültürlə  bağlı əsərlərinə  heyran qalacağıq,  müttəfəkkirlərinə və sə­
nətkarlarına qarşı sayqı ilə davranacağıq».
Ziya  Göyalp  «Türkçülüyün  əsasları»ıım  ikinci  bölümündə 
«Türkçülüyün  proqramı»nı  8  bölümə  ayırararq  bir-bir  incələ- 
mişdir:  1.  Dildə  Türkçülük;  2.  Estetikada  Türkçülük;  3.  Əxlaqda 
Türkçülük;  4,  Hüquqda  Türkçülük;  5.  Dində Türkçülük; 6.  İqtisa­
diyyatda  Türkçülük;  7.  Siyasətdə  Türkçülük;  8.  Fəlsəfədə 
Türkçülük.
Beləliklə, o, türk kültürünü (harsını) təşkil edən milli dəyər­
ləri 8 bölümdə toplamışdır.
Ziya  Göyalp  dildə  Türkçülük  bölümündə dilin  sadələşdiril­
məsi məsələsini yığcam şəkildə və bütün aynntıları- təfərrüatları ilə 
incələmişdir.  Estetikada  türkçülük  bölümündə  isə  ədəbiyyatda, 
musiqidə,  incəsənətin  digər  sahələrində  həm  xalq,  həm  də  Qərb 
sənətindən  istifadə etməyi  əsaslandırır.  Üçüncü bölümdə əxlaq  an­
layışı altı  qola ayrılaraq  ayrı-ayrı  araşdırılır:  Vətən əxlaqı,  Məslək 
əxlaqı, Ailə əxlaqı, Cinsi əxlaq,  Mədəni əxlaq (şəxsi  əxlaq), Millət- 
lərarası  (beynəlmiləl)  əxlaq.  Ziya  Göyalp  hüquqda  türkçülüyün 
gerçəkləşdirilməsini  millət  hökmranlığı  prinsipini  mənimsəməkdə, 
millətin  qanunçuluqda  iştirakını  təmin  etməkdə, dövləti  idarəetmə 
səlahiyyətini  yalnız  ona  verməkdə  görür.  Quran,  din  kitabları, 
xütbələr,  vəzlər,  dualar  da  türkcə  olmalıdır.  Bunun  yerinə  yetiril­
məsi  dində  Türkçülükdür.  İqtisadiyyatda  Türkçülük  bölümündə 
ölkədə  ağır  sənayeni  qurmaq  və  inkişaf etdirmək,  xarici  rəqabətə 
qarşı  bu  sənayenin  gömrüklər  yolu  ilə  qorunmasını  təmin  etmək
22
məsələsi  incələnir.  Siyasətdə Türkçülük  ölkənin  idarə  edilməsində 
xalqçılıq  prinsipinin  gerçəkləşdirilməsi  -   həyata  keçirilməsi  de­
məkdir.  Fəlsəfədə  Türkçülük  isə türk  xalqının zəngin  milli  fəlsəfə­
sini arayıb tapmağı qarşıya qoyur.
Ziya  Göyalp  həm də dilin sadələşdirilməsi  uğrunda  yorul­
madan mübarizə aparmışdır.
Məlumdur ki,  Osmanlı  dili 
Osmanlıca  ərəb,  fars  və  türk 
sözlərinin  süni  qarışığından  ibarət idi,  Osmanlıca ərəb-fars qayda­
larına söykənirdi.  Xalq  bu  dili  anlamırdı.  Ona görə də, hələ tənzi- 
mat  dövründən  dilin  sadələşdirilməsi  uğrunda  mübarizə  başla­
mışdı.  Ancaq  dilin  sadələşdirilməsi  1908-ci  ildən  sonra  güclü  bir 
axım şəklini aldı.
Dil məsələsində üç istiqamət özünü göstərmişdir.  Bunlardan 
birincisi, ərəb-fars tərkibli osmanlı dilinin  tərəfdarlığı (məs., Səı vo- 
tifünunçular, Fəcriatiçilər) idi.  İkincisi, dildən bütün yabançı sözlə­
ri  çıxarmağı,  ancaq  yeni  sözləri  türk  kökündən  törətməyi  və başqa 
türk  ləhcələrindən almağı irəli sürənlər idi.  Tam üzləşdirmə (öz hə­
qiqi  simasını vermə)  tərəfdarı olan bu istiqamətə təsfiyəçilik  deyii- 
lirdi.  Üçüncüsü isə orta mövqe tutanlar idi  ki, bunların da öncüləri 
Ömər Scyəddin, Əli Canib Yöntəm və Ziya Göyalp idi.
Ziya  Göyalpın  dil  məsələsində  düşüncələrini,  qısaca  belə 
ifadə etmək olar: Danışıq dilini ya/л dili etmək, dildən yabançı söz­
ləri,  ərəb  və  fars  qaydalarını  çıxarmaq,  ancaq  xalqın  mənimsədiyi 
və  eşanlamlısı  -   sinonimi  olmayan  sözləri  saxlamaq;  Avropada 
latın  və  yunan  dillərinin  oynadığı  rolu  şərqdə  ərəb  və  fars  dilləri 
oynaya  bilər...  Təəssüf ki,  Ziya  Göyalp  arxaikləşmiş,  ölü  türk  sö- 
zəlrini  diriltməyə,  başqa  türk  ləhcələrindən  sözlər  almağa  qarşı  çı­
xırdı.
Ziya  Göyalpın  fəlsəfə  dili  canlı  olub  fikrini  ardıcıl  şəkildə 
misallar  əsasında  izah  edir  və  əsaslandırır.  O,  «məfkurə»,  «hars», 
«təhzib»  və s.  kimi  bir çox  terminlər gətirmişdir.  Bunları Avropalı 
alimlərin  işlətdiyi  terminləri  çevirmək  yolu  ilə  dini  kitablardan, 
İslam  fəlsəfəsindən,  fiqh  elmindən  almış,  onlara  yeni  anlamalar 
vermişdir.  Ancaq  o,  türk  köklü  sözlərdən  termin  düzlotməkdən 
çəkinmişdir.  Bu,  əlbəttə,  müəyyən  qədər o  zamankı  şəraitdən  irəli 
gəlirdi.  Bütün  bunlara  baxmayaraq Ziya  Göyalpın  türk  dilinin  sa- 
dələşdirilməsindo çox böyük xidməti olmuşdur.
Ziya Göyalpın bədii yaradıcılığı da zəngin olmuşdur. O, bir 
çox mənzum və mənsur dastanlar, əfsanələr, lirik şeirlər,  türk  tari­
xinə  aid  mənzum  əsərlər yazmışdır.  Şeirləri  sağlığında  çap  edilmiş 
üç kitabda toplanmışdı: «Qızıl Alma» (1915), «Yeni  Həyat» (1918)
23


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə