Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə53/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   45   46   47   48   49   50   51   52   53

desə, onu sübut edə bilər”.
Olduqca  mömin  və  əliaçıq  olan  Əbu  Hənifə  dövlətdən  heç  bir 
yardım  istəməzdi,  Onun  55  dəfə  Hac  ziyarətinə  getdiyi  söylənir. 
Çoxlu  şagirdləri  var  idi.  Onların  içərisindən  bir  çox  görkəmli 
alimlər  yetişmişdi.  Şagirdləri  ilə  birlikdə  İslam  hüququnu  inkişaf 
etdirmiş,  fiqh  metodologiyasını  hazırlamışdır.  Tələbələri  onun 
əsərlərini,  söylədiyi  hədisləri  kitab  şəklinə  salmışlar.  Sistemli, 
metodlu  hüquq  elminin 
fiqhin  meydana  gəlməsi Əbu  Hənifənin 
və şagirdlərinin əməyi nəticəsində mümkün olmuşdu.
Əbu Hənifə hənəfi məzhəbinin qurucusudur.  Hənəfi məzhəbi onun 
və tələbələrinin inkişaf etdirdiyi hüquq yoludur.  Əbu  Hənifə Əhli- 
sünnətin  başçısıdır.  Dünyadakı  bütün  müsəlmanların  böyük 
çoxluğu hənəfi məzhəbindəndir.
Təklif  edilən  qazilik  vəzifəsini  istəmədiyinə  və  İmam  Həsənin 
nəvəsi  İbrahimin  tərəfini  saxladığına  görə  Abbasi  xəlifəsi  Mənsur 
onu həbsə atdırdı.  Əbu Hənifə  Bağdadda həbsxanada öldü.  Onun 
cənazəsini 50 mindən çox adam müşayiət etmişdi.  Milliyyətcə Türk 
olduğuna dair bilgilər var.
87.  Təravih  (ərəbcə  “tərviha”nın  cəmidir;  “torviha”  -   oturmaq, 
istirahət  etmək) 
Ramazan  ayında  axşam  (yatı)  namazından 
sonra  qılman  20  rükətlik  namaz.  Hər  dörd  rükətdən  sonra  bir  az 
oturub istirahət edildiyi üçün “təravih” namazı deyilir.
88.  Bidət  (ərərbcə)  -   İslam  dinində  Həzrət  Mühəmmədin 
dövründən  sonra  ortaya  çıxan  müxtəlif  mühakimə,  hökm  və 
prinsiplər; ümumiyyətlə, sonradan törəyən şey.
89.  Tilavət  (ərərbcə) 
Qurani-Kərimi  gözəl  və  yüksək  səslə, 
üsuluna görə oxuma.
90.  Mokan  kağan  (Moqan  xaqan)  -   Göy  Türk  dövlətinin  ən 
görkəmli  xaqanlarından  biri.  Göy  Ttürk  dövlətinin  qurucusu 
Bumın  kağanın  nəvəsi  olan  Mokan  kağan  Şərqi  Göy  türk 
dövlətinə başçılıq etmişdi (553-572).
91.  “Türkmənlərin  şəcərəsi”nə (Əbül Qazi  Bahadur xan) görə Nuh 
peyğəmbərin  oğlu  Yafasin  8  oğlu  vardı  Böyük  oğlu  isə  Türk  idi. 
Yafəs  ölərkən Türkü öz yerinə  xaqan  qoydu.  Türk  xaqan  türklərə 
bir sıra gələnəklar (ənənələr) verdi.  İlk çadırı icad edən və düzəldən 
də Türk xaqan olmuşdur.  Çin qaynaqlarının verdiyi xəbərə görə isə 
Türk odu kəşf etmişdir.
“Türkmənlərin  şəcərəsi”  davam  edib  deyir  ki,  Türk  xaqanın  4 
oğlu vardı. Böyük oğlu isə Tutuq idi. Atasından sonra onun yerinə 
keçən  Tutuq  xandan  türklərə  bir  çox  görənək  və  gələnoklər 
qalmışdır. O,  bir ov zamanı duzu  tapdı və bundan  sonra  insanlar
202
duzu  işlətməyə  başladılar.  İranlıların  ilk  hökmdarı  Kəyomərs  ilə 
bir zamanda yaşamış olan Tutuq xan 240 il ömür sürmüşdür. 
“Qanqlı” türk qəbiləsinin varlığı məlumdur.  “Qanqlı” sözü “Qanq- 
lığ”dan  törəmişdir ki,  bu da  “arabalı”  anlamını verir.  Əski  türklər 
arabaya “qanq” və ya “qanqğ” deyirdilər.
92.  “Yağma”  (burada:  paylama,  vermə)  mifoloji  türk  dövlət 
gələnəyidir.  Çox  əski  çağlara  gedib  çıxır.  Xaqanlar  müəyyən 
vaxtlarda  saraylarını  xalqa  yağmalatdırardılar.  Böyük  Səlcuqlu 
Sultanı  Alp  Arslan  müntəzəm  şəkildə  xalqa  ziyafətlər  verərdi. 
Türklərin  bu gələnoyi İran ədəbiyyatında  “han-i yağma” deyimi ilə 
anılır.  “Han-i yağma” bütün xalq üçün hazırlanmış yemək idi. 
Ancaq  bu  “yağma”ların  geridə  qalmış  xalqlardakı  dini  mərasim 
xarakterli  yemək  toplantısı  ilə  heç  bağlılığı  yox  idi.  Türklər  çox 
erkən çağlardan böyük dövlət həyatını yaşamağa başlamışlar.
93.  İştirakçı  -  göründüyü  kimi  ərəbcə  “iştirak”  və  türkcə  “çı” 
şəkilçisindən  törəmişdir.  “İştirak”,  “şəriklik,  birlik,  orlaqlıq  etmə, 
birlikdə  olma”  anlamını  verir.  Deməli,  “iştirakçı” 
“oıtaqlıq 
edən,  ortaq  olan,  birlikdə  çıxış  edən  və  qoşulan  şəxs”  anlamını 
verir.  Bu isə “kommunist” deyiminin anlamına uyğundur.
94. Solidarizm (fransızca)  həmrəyçilik, mənafelərin ümumiliyi.
95. Plyus-valyu (latınca “plyus” -  daha artıq, daha çox +  fransızca 
“valyu”  italyanca “valyuta” -  dəyər)  İzafi dəyər.
96.  Xalq  partiyası  -   Atatürk  tərəfindən  1923-cü  ildə  “Anadolu  və 
Rumeli  hüquqi  müdafiyə  (müdafayi  -   hüquq)  cəmiyyəti”nin 
əsasında  yaradılmış  partiya.  “Müdafayi  -   hüquq  cəmiyyəti”niıı 
I919-cu  ildə  Sivasda  keçirilmiş  konqresi  Xalq  partiyasının  l-ci 
qurultayı sayılır.  1924-cü ildən  partiya “Respublika (Cümhuriyyət) 
Xalq  partiyası”  adlandırıldı.  193l-ci  ildə  3-cü  qurultayda 
partiyanın  embleması  -   qırmızı  yerlikdə  (fonda)  6  ağ  ox  işarəsi 
qəbul  edildi.  Altı  ox  partiyanın  əsas  prinsiplərini  göstərirdi:  I. 
rcspublikaçılıq  (cümhuriyyətçilik),  2.  inqilabçılıq,  3.  milliyyətçilik,
4.  xalqçılıq,  5.  etatizm,  6.  laiklik.  1923-1950-ci  illərdə  hakiın 
partiya  olmuş,  1978-1980-ci  illərdə  isə  hökumət  koalisiyasına 
başçılıq elmişdir.  1980-ci ildən  fəaliyyəti  dayandırılıb.  Hazırda ye­
nidən fəaliyyətdə olduğu deyilir.
97. İslamın erkən çağlarında dinin hüquqi qaydalarını bilmək üçün 
fiqh  (ərəbcə  “fiqh”  -   “anlayış  incəliyi”,  “bilgi”)  elmi  meydana 
gəldi.  Fiqh  İslam  hüquq  nəzəriyyəsi  idi.  Fərdin  Allah  qarşısında 
yerinə  yetirməli  olduğu  vəzifələri,  sonra  toplum  qarşısındakı 
hüquq və vəzifələrini göstərən İslam hüququna “fiqh” deyilir.  Fiqh 
dini, siyasi və mədəni həyatın bütün xüsusiyyətlərini, cəza, dövlətin
203


idarosi  və  savaş  ilə  bağlı  bütün  məsələləri  bürüyürdü.  Fiqh  İslam 
dini  qaynaqlarına  (Quran,  Sünnət,  İcma,  Qiyas  və  s.)  söykənir, 
onlardan qidalanır.
Həyatda  qarşıya  çıxan  hər  hansı  bir  məsələ  haqqında  müqəddəs 
mətnlərdə  doğrudan-doğruya  (bilavasitə)  hökm  olmadıqda  İslam 
dini  qaynaqlarından  necə  istifadə  etmək  məsələsində  8-9-cu 
yüzilliklərdə fərqlər ortaya çıxdı.  Beləliklə,  müxtəlif fiqh sistemləri, 
metodları  yarandı.  Bu  sistem  və  metodları  irəli  sürən  fiqh 
məktəbləri,  yəni  İslam  hüququ  məktəbləri  idi  ki,  bunlara  da 
məzhəblər,  daha  doğrusu  fiqhi  məzhəblər  deyilir.  Dörd  ən  böyük 
məzhəb  (sünnilikdə) və  bir də  şiələrin  mənimsədiyi  Cəfəri  məzhəbi 
vardır.  Bunların da ən geniş yayılanı Hənəfi məzhəbidir.
Ancaq  fiqhi  məzhəbdən  başqa  etiqad  məzhəbi  də  vardır.  Etiqad 
məzhəbi islamın əsaslarına necə inanmaq lazım gəldiyini izah edən 
baxış  sisteminə  deyilir.  İki  başlıca  etiqad  məzhəbi  vardır:  ohl-i 
sünnət  və  ohl-i  bidət.  Əhl-i  sünnət  məzhəbi  isə  3  yerə  ayrılır:  1. 
Səlofilik  (sələfiyyo);  2.  Matüridilik  (matüridiyyə);  3.  Əşərilik 
(əşəriyyə).
Matüridi  məzhəbnin  qurucusu  Əbu  Mənsur  Mühəmməddir. 
Soyca  türkdür.  Səmərqənd  yaxınlığındakı  Matürid  adlı  kənddə 
anadan  olduğu  üçün  ona  “Matüridi”  deyilir.  Əbu  Mənsur 
Mühəmməd 944-cü ildə ölmüşdür.
Əbu Mənsur  Mühəmməd  Matüridi  İslamın dini əsaslarını  müxtəlif 
görüşlərin 
hücumundan 
qorumaq 
üçün 
meydana 
gəlmiş 
“Kəlam”ın  ən  böyük  alimlərindən 
mütəkəllimlorindən  biriydi. 
Matüridi  müsəlman  dini  etiqadının  qadının  Quran  və  Sünnətə 
uyğun  şəkildə  məntiqi  dəlillər  ilə  ağıla  söykənən  izahını  vermiş. 
Orta  Asiyada  hənəfiliyin  etiqad  imamı  (böyük  öncüsü)  olmuşdur. 
Buna görə də sonralar hənəfiliyə matüridilik də deyilmişdir. Hənəfi 
məzhəbinə  mənsub  olanlar  əməldə  Əbu  Hənifəni,  etiqadda  isə 
Matüridini  imam  sayırlar.  Türkiyə  əhalisi  hənəfi  məzhəbinə, 
deməli həm də matüridi məzhəbinə mənsubdur.  Buna görə də Ziya 
Göyalp “etiqadda, yəni  inanışda məzhəbimizin matüridilik.  fiqhdə 
isə hənəfilik olduğunu” yada salır.
98.  Spekulyasiya (latınca) -  Burada:  abstrakt  fəlsəfi mühakimələr. 
Muaqələ  (ərəbcə)  -   ağıla  və  məntiqə  söykənərək  düşünmə; 
düşünmək 
üçün 
düşünmə. 
Ziya 
Göyalp 
“muaqələ"ni 
“spekulyasiya”nın qarşılığı kimi vermişdir.
99.  Dərviş  (farsca)  -   Allah  yolunda  fağırlığı,  yoxsulluğu  qəbul 
edən  (şəxs);  təsəvvüfçü  (sufi)  təriqətlərindən  birinə  mənsub  olan 
şəxs.
204
Qələndər  (farsca)  -   Dünyadan  əl  çəkən,  dərbədər,  dərviş; 
dünyadan əlini-ətəyini çəkib həqiqət axtaran kimsə.
“Qələndərlik”  dedikdə  həm  də,  “asketizm”,  “sərsərilik”  başa 
düşülür.
100.  “Yüksək  fəlsəfə”  dedikdə  Ziya  Göyalp  “Avropa  elmləri”ni 
mənimsəyərək  yetişən  xüsusi  mütəxəssislərin  yaratdığı  fəlsəfəni, 
fəlsəfə  əsərlərini  göz  önündə  tutur.  Avropada  müsbət  elmlərə 
söykənən  bir  sıra  fəlsəfə  məktəbləri  meydana  gəlmişdir.  Ancaq 
bunlar Türkiyədə  özünü göstərməmişdi.  Ziya  Göyalp diqqəti  buna 
yönəldir.
101.  Edion  Rostan  (1868-1918)  -   istedadlı  fransız  şairi  və 
dramaturqudur.  Öz dövründə onun  bir sıra  ictimai  mövzulu səhnə 
əsərləri  tamaşaya qoyulmuşdur.
102.  Çanaqqala  və  Anadolu  Qurtuluş  savaşları-  Bax:  1-ci  bölüm, 
113 vo  171.
205


KİTABIN İÇİNDƏKİLƏR
Нэг zamanda Ziya Göyalp (ikinci nəşrə ön söz yerinə)..... 5
Redaktordan......................................................................... 9
Ziya Göyalp və onun “Türkçülüyün Əsasları”
əsəri (Birinci nəşr üçün)........................................................ 11
Birinci bölüm 
Türkçülüyün mahiyyəti
1. Türkçülüyün Tarixi...........................................................28
2. Türkçülük nədir?............................................................... 34
3. Türkçülük və Turançılıq.................................................. 40
4.  Milli kültür və Mədəniyyət.............................................. 43
5. Xalqa D oğru.................................................................... 53
6. Qərbə D oğru.................................................................... 57
7. Tarixi materializm və ictimai ülküçülük..........................68
8.  Milli vicdanı gücləndirmək..............................................75
9.  Milli həmrəyliyi gücləndirmək.........................................79
10.  Kültür və yetkinlik (Hars və Təhzib)............................. 85
İkinci bölüm 
Türkçülüyün Proqramı
I.  Dildə Türkçülük
1.  Yazı dili və danışıq d ili........................................... 94
2.  Xalq dilinə keçmiş ərəb və fars sözləri.................... 95
3.  Türkçülər və sözbilicilər (Fəsahətçilər)................... 99
4.  Sözdüzəltmo və dəyişmə formaları;
şəkilçilər (ədatlar),  söz birləşmələri.........................101
5.  Yeni Türk dilinin milliləşdirilməsi
və yetkinləşdirilməsi................................................106
6.  Dildə Türkçülüyün  əsas prinsipləri..........................109
11.  Estetikada türkçülük
1.  Türklərdə estetik zövq............................................. 111
2.  Milli vəzn................................................................. 111
3.  Ədobiyyatımızn milliləşdirilməsi
və yetkinləşdirilməsi................................................ 112
4.  Milli m usiqi............................................................. 114
5.  Başqa sənətlərimiz.................................................. 4 5
206
6.  Milli zövq və yetkinləşdirilmiş
(zənginləşdirilmiş) zövq...........................................116
III. Əxlaqda türkçülük
1.  Türklərdə əxlaq....................................................... 118
2.  Vətən əxlaqı............................................................ 118
3.  Məslək əxlaqı.......................................................... 121
4.  Ailə əxlaqı................................................................123
5.  Cinsi əxlaq...............................................................128
6.  Gələcəkdə ailə əxlaqı necə olmalıdır?..................... 129
7.  Mədəni əxlaq və şəxsi əxlaq.....................................130
8.  Millətləraıası əxlaq................................................. 131
IV.  Hüquqda türkçülük...................................................... 132
V.  Dində türkçülük..............................................................133
VI.  İqtisadiyyatda türkçülük............................................... 134
VII.  Siyasətdə türkçülük......................................................137
VIII.  Fəlsəfədə türkçülük.................................................... 138
Açıqlamalar......................................................................... 141
Türkçülüyün mahiyyəti....................................................... 141
Türkçülüyün proqramı........................................................ 191
207


ZİYA GÖYALP
TÜRKÇÜLÜYÜN  ƏSASLARI
Mətbəənin direktoru:
Fuad  HÜSEYN
Kitab  AFPoliqrAF 
mətbəəsində çap olunmuşdur
Yığılmağa verilmiş:  16.01.2010 
Çapa imzalanmış:  10.03.2010 
Kağız formatı  60x90  1/16 
Fiziki və ç. v.  13.
Sifariş  120.
Tirajı 500.
Redaktor:
Z.Bayramlı
Üz qabığının rəssamı: 
Bədii redaktoru: 
Texniki redaktoru:
E.A.Cəlilov 
A.A.Ələkbərov 
A. Rəsulov
208

Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə