Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   2   3   4   5   6   7   8   9   ...   53

vo  «Altun  İşıq»  (1923).  Sonuncu  kitab  mənzum  və  nəsrlə yazılmış 
dastanlardan, mənzum əfsanələrdən ibarətdir.
Ziya  Göyalp ilk öncə şeirlərini  əruz vəznində yazmış,  sonra- 
lar  heca  vəznindən  istifadə  etmişdir.  1913-cü  ildən  isə  yalnız  heca 
vəznində  yazmışdır.  Şeirlərində  də  öz  ülküsünə-  idealına  sadiq 
qalmış, türk milli şüurunun  oyanışını öymüşdür.  Onun lirik şeirləri 
diqqətçəkicidir.
Ziya  Göyalp  Divan  ədəbiyyatını,  tənzimatçı  və  «sərvətifıi- 
nunçu» ədəbiyyatları özgün-orijinal vo milli ədəbiyyat  saymırdı.  O,
yalnız xalq ədəbiyyatına özgün və milli ədəbiyyat kimi baxırdı.
***
Ziya  Göyalp  23  mart  1876-cı  ildə  Diyarbəkirdə  anadan  ol­
muşdur.  Əsil  adı  Mehmet  Ziyadır.  Atası  Mehmet Tofiq əfəndi  bir 
sıra  vəzifələrdə  çalışmış,  bir  müddət  rəsmi  qəzet  olan  «Diyarbə- 
kir»in  redaktoru olmuşdur.  Ziya  1883-1894-cü  illərdə  Diyarbəkir- 
do ilk və orta təhsil almışdır.  Alasını erkən itirdiyinə görə əmisinin 
köməyinə  arxalanır.  Bu  illərdə  o,  ərəb,  fars  və fransız  dillərini  öy­
rənir,  şərqin  filosof və  sufilərinin  (Qəzali,  Mühyiddin  Ərəbi  vo  s.- 
nin)  əsərlərini  oxuyur.  İslam  fəlsəfəsinə,  təsəvvüfə  dərindən  bələd 
olur.  Ziya  bununla  yanaşı  Qərbin  fəlsəfəsini,  elmini  də  dərindən 
öyrənməyə  başlamışdı.  Ancaq  Şərq  və  Qərb  fəlsəfəsini  uzlaşdıra 
bilməməsi onda ruhi böhran yaradır.
Gənc Ziya Diyarbəkirdə orta təhsilini başa vurduqdan sonra 
ali  təhsil  almaq  üçün  İstanbula  getmək  istəyir.  Ancaq  əmisi  və 
dayısı  ona  icazə  vermək  istəmirlər.  Bir  yandan  bu  hadisə,  digər 
yandan isə onda baş verən ruhi böhranlar Ziyanı özünü öldürməyə 
gətirib  çıxarır.  1894-cü  ildə,  18  yaşında  ikən  o,  özünü  tapança  ilə 
vurur,  ancaq  güllə  alın  sümüyündə  ilişib  qalır.  Bir  müddət  müa­
licədən  sonra  Ziya  sağalır.  Onun  özünü  öldürmək  istəməsinin  əsil 
səbəbəi  bugünə  kimi  tam  aydınlığı  ilə  üzə  çıxarılmamışdır,  bugün 
do bu məsələ mübahisəlidir.
Ziya  1895-ci  ilin  iyun  ayında  gizlicə  İstanbula  gedib  pulsuz 
pansionatı olan Ali  baytar məktəbinə girir və  1899-cu ilə qədər bu­
rada təhsil alır.
İstanbulda  təhsil  alarkən  Əbdülhəmid  rejiminə  qarşı  çıxan 
gizli təşkilatlar ilə əlaqəyə girir.  Nəhayət  1899-cu ilin  mart ayında 
həbs  edilir  və  9  ay  «Taşqışla»  həbsxanasında  yatdıqdan  sonra, 
1900-cu  ildə  Diyarbəkirə  sürgün  olunur.  1908-ci  il  inqilabından 
dərhal  sonra «İttihad və Tərəqqi» partiyasının Diyarbəkir şöbəsini 
qürur, qızğın elmi və ədəbi fəaliyyətə başlayır.
Ziya Göyalp  güclü  mütaliə və  öz  üzərində  çalışmaq  yolu  ilə
24
dərin bilik qazanmışdı. O, nəinki Şərqin alim vo filosoflarının, həm 
də Qərbin  Dürkheym,  Demolen,  Berqson,  Fule,  Tard,  Fixte  və  s. 
kimi  filosof və sosioloqlarının  əsərlərini  dərindən  araşdırmış,  türk 
mənəvi  quruluşunu  öyrənərkən  yeri  gəldikcə  onların  fikir  və  me­
todlarından yaradıcı şəkildə faydalanmışdır.
Ziya  Göyalp  1910-cu  ildə  Səlanikdə  «İttihad  və  Tərəqqi» 
partiyasının  qurultayında  partiyanın  mərkəzi  komitəsinin  üzvü 
seçildi.  Burada  o,  «İttihad  vo Tərəqqi»  partiyasının litseyini  təşkil 
edərək  ilk  dəfə  sosiologiya  elmini proqrama saldırır.  1911-ci  ildən 
«Gənc  qələmlər»  dərgisində  (Səlanik)  şeirlər,  məqalələr  dərc  etdi­
rən  Ömər  Seyfəddin  və  Əli  Canib  ilə  birlikdə  «yeni  dil»  uğrunda 
çalışır.  Bu  vaxtdan  artıq  Ziya  Göyalp  ən  alovlu  türkçü,  sosioloq, 
fikir adamı kimi  tanınır,  bütün  irəli görüşlü adamlar çevrəsinə  to­
planır.  Ziya Göyalpm  «İttihad  və Tərəqqi»  patiyası öncülləri  üzə­
rində güclü nüfuzu vardı; o, «partiyanın düşünən beyni» idi.
Ziya Göyalp oktyabr 1914-cü ildən 28 yanvar  1919-cu ilə qə­
dər (İstanbulu  ingilislərin  tutmasına qədər)  istanbul  universitetin­
də  sosiologiya  professoru oldu.  Bu zaman  böyük  həvəslə tələbələ­
rinə türk mənəviyyatını öyrədirdi.
Ziya  Göyalp  bu  illərdə  qızğın  elmi  və  ədəbi  çalışmaları  ilə 
türkçülüyü  elmi  sistem  şəklinə  saldı,  türk  millətinə  gələcək  işıqlı 
yolu göstərdi.
1919-cu  ilin  əvvəllərində  Darülfünunda  dərs  zamanı  həbs 
edildi  və  Bəkirağa  bölüyündə  (həbsxana)  4  ay  yatdıqdan  sonra, 
may ayında Yusif Akçura, Əhməd Ağaoğlu və s. kimi bir çox gör­
kəmli  türkçülər  ilə  birlikdə  ingilislər  onu  Malta  adasına  sürgünə 
göndərdi.  Ankara  hökumətinin  çalışması  nəticəsində  1921-ci  ilin 
may aymda yoldaşları ilə birgə sürgündən qurtuldu.
Ziya  Göyalp  sürgündən  azad  olduqdan  sonra  dərhal  Anka­
raya  gəldi.  Ancaq  dolanacaq  üçün  bir  iş  tapa  bilmədiyinə  görə 
Diyarbəkirə  qayıtdı  və  bir  müddət  burada  yaşadı.  Diyarbəkirdə 
«Kiçik məcmuə» adlı dərgi (33 sayı, 5 iyun  1922,  5 mart  1923) nəşr 
etdi.  1923-cü  ildə  Ziya  Göyalp  yenidən  Ankaya  çağrılaraq  Milli 
Maarif  nazirliyinin  «Təlif vo  tərcümə  komissiyası»na  başçı  ləyin 
olundu.
Atatürkün  böyük  hörmət  bəslədiyi  və  özünün  mənəvi  atası 
saydığı  Ziya  Göyalp  Türkiyə  Cümhuriyyətinin  ilk  konstitusiyası­
nın  hazırlanmasında  fəal  iştirak  etdi.  2-ci  dövrdə  Türkiyə  Böyük 
Millət  Məclisinə millət vəkili seçildi (11  avqust  1923).
Yorulmaq  bilməyən,  bütün  həyatını  millətinə  həsr  edərək 
milləti  və  vətəni  üçün  azman  xidmətlər göstərən  bu  adam çox  az
25


yaşadı,  bir  qədər  xəstə  yatdıqdan  sonra  25  oktyabr  1924-cü  ildə 
İstanbulda  öldü  və  Sultan  Mahmud  türbəsi  məzarlığında  torpağa 
tapşırıldı.
Ziya Göyalp sözün  əsil mənasında nikbin,  sabahına sevinclə 
baxan  adam  idi.  Bütün  çətinliklərə  mərdliklə  dözür,  ətrafındakı 
adamları  daim  ruhlandırırdı.  «Umud  mənim  ruhumun  zəruri  eh­
tiyacıdır» deyirdi. Onu tanıyanlar onun dönməzliyinə, nikbinliyinə 
və olduqca maddi  sıxıntılar içində yaşamasına  baxmayaraq,  daim 
aşıb-daşmasına  heyran  qalırdılar.  «Ziya  Göyalp  pulu  tanımadan 
yaşadı, tanımadan öldü» (Yusif Ziya Ortac).
Ziya  Göyalpın  adı  Türkiyədə  əbədiləşdirilmiş,  əsərləri 
sağlığında  və  ölümündən  sonra  dəfələrlə  çap  edilmiş,  onun  haq­
qında saysız-hesabsız əsərlər yazılmışdır.  Bugün də böyük sosiolo­
qun əsərləri çap edilməkdə və adı daim sayqı ilə anılmaqdadır.
ELM AN MUSTAFA
26
BİRİNCİ  BÖLÜM
TÜRKÇÜLÜYÜN  MAHİYYƏTİ


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə