Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   2   3   4   5   6   7   8   9   10   ...   53

TÜRKÇÜLÜYÜN TARİXİ
Türkçülüyün  ölkəmizdə  ortaya  çıxmasından  öncə  Avropada 
türklüklə  bağlı  iki  axım  -   hərəkat  özünü  göstərdi.  Bunlardan  ib- 
rincisi  fransızca  «Türkeri»  deyilən  «Türksevərlik»dir.  Türkiyədə 
toxunan və  hazırlanan ipək  və  yun parçalar,  xalılar,  kilimlər,  çini­
lər,  dəmirçi  və xarrat  işləri  (məmulatları),  cildçilərin,  yazı  bəzəkçi­
lərinin  hazırladıqları  cildlər  və  bəzəklər,  manqallar,  şamdanlar  və 
s.  kimi  türk  sənətinin  əsərləri  çoxdan  Avropadakı  sənətsevərlərin 
(zərif şeylər  sevən  adamların)  diqqətini  çəkmişdi.  Onlar  türklərin 
əsəri olan bu gözəl şeyləri minlərlə lirə verərək toplayır və evlərində 
bir  türk  salonu,  yaxud  türk odası  yaradırdılar.  Bəziləri  isə bunları 
başqa  millətlərin  gözəl  əsərləri  ilə  birlikdə  özlərinin  zərif kiçik  bə­
zək (bəzək-düzək) şeyləri arasında nümayiş etdirərdilər.
Avropalı  rəssamların  türk yaşayışına dair yaratdıqları tablo­
lar,  şairlərin və filosofların  türk əxlaqını  tanıtmaq üçün  yazdıqları 
kitablar  da  «türkeri»yə  daxildi.  Lamartinin,  Ogüst  Kontun,  Pyer 
Lalayetin, Ali Paşanın xüsusi katibi Mismerin, Pyer Lotinin, Fare- 
rin  türklər  haqqında  dostcasına  yazıları  bunlardandır.la  Avropa­
dakı  bu axım-hərəkat tamamilə Türkiyədəki  türklərin  incəsənət və 
əxlaqdakı yüksəkliklərinin görünməsidir.
Avropada  ortaya  çıxan  ikinci  axıma -  hərəkata  isə  «Türko­
logiya»  adı  verilir.  Rusiyada,  Almaniyada,  Macarıstanda,  Dani­
markada,  Fransada  və  İngiltərədə  bir  çox  elm  adamları  əski 
türklərə,  hunlara,  monqollara  dair  tarixi  və arxeoloji  araşdırmalar 
aparmağa  başladılar.  Türklərin  çox  əski  bir  millət  olduğunu,  ol­
duqca  geniş  bir  sahədə  yayıldıqlarını  və  müxtəlif zamanlarda  çox 
qüdrətli  dövlətlər  və  yüksək  mədəniyyətlər  yaratdıqlarını  ortaya 
qoydular.  Bununla  belə,  bu  sonuncu  incələmələrin 
tədqiqlərin 
mövzusu  Türkiyə  türkləri  deyil,  əski  Şərq  türkləri2  idi.  Ancaq  bi­
rinci  axım  kimi,  bu  ikinci  axım  da  ölkəmizdəki  bəzi  mütəfəkkirlə­
rin  ruhuna təsirsiz qalmırdı  .Xüsusilə, fransız tarixçilərindən  Degi- 
nin  türklərə,  hunlara və monqollara aid yazdığı  böyük  tarix3,  ingi­
lis  alimlərindən  Sir  David  Lomlcyin  Sultan  üçüncü  Səlimə  ithaf 
etdiyi  «Kitab-i  elmün-Nafi»4  (Faydalı  elm  kitabı)  -  adlı  ümumi 
türk  dilbilgisi  -   qrammatikası  mütəfəkkirlərimizə  böyük  təsir  gö­
stərdi.  Bu ikinci kitabı müəllif ingiliscə yazmışdı.  Bir müddət sonra 
müəllifin  anası  kitabı  fransızcaya  çevirərək  Sultan  Mahmuda5  it­
haf etdi.  Bu  əsərdə türkcənin  çeşidli  ləhcə  və  ağızlarından  başqa, 
türk  mədəniyyətindən,  türk  etnoqrafiyasından  və  tarixindən  bəhs
I
28
olunurdu.
Sultan  Əbdüləzizin6  son  dövrləri  ilə  Sultan  Əbdülhəmidin7 
ilk  illərində  istanbulda  böyük  bir  fikir axıntı  ortaya  çıxmışdı.  Bu­
rada  həm  bir  «Əncümən-i  Daniş»  (Elm  akademiyası)  təşəkkülə 
başlamış,8  həm də  bir Darülfünun (Universitet) qurulmuşdu.  Bun­
dan  başqa,  hərbi  məktəblər  də yeni  bir  ruhla  inkişaf etməyə  baş­
lamışdı.
O  zaman  bu  Darülfünunda  tarix  fəlsəfəsi  müdərrisi  (profes­
soru)  Əhməd  Vəfıq  Paşa  idi.9  Əhməd  Vəfiq  Paşa  «Şəcərcyi 
türki»ni10  (Türklərin  soykötüyünü)  Şərq  türkcəsindən  İstanbul 
türkcəsinə  çevirdi.  Bundan  başqa,  «Ləhce-yi  Osmani»11  (Osmanlı 
ləhcəsi) adlı bir türk sözlüyünü hazırlayaraq Türkiyədəki türkcənin 
ümumi  və  böyük  türk  dilinin  bir  ləhcəsi  olduğunu  və  digər  türk 
ləhcələrinin  mövcudluğunu  aralarında  qarşılaşdırmalar  apararaq 
ortaya qoydu.
Əhməd Vəfıq  Paşanın  bu elmi  türkçülüyündən  başqa,  bir də 
sənətdə  türkçülüyü  vardı.  Evinin  bütün  mebeli,  özünün  və  ailə 
üzvlərinin  geyimləri  bütünlüklə türk malından  idi.  Hətta,  çox  sev­
diyi  qızı  Avropa  biçimində  bir ev  ayaqqabısı  almaq  üçün  çox  di­
rəndiyi  zaman:  «Evimə  türk  malından  başqa  heç  bir  şey  girə  bil­
məz» - deyərək  bu istəyin gerçəkləşməsinə mane olmuşdu. Əhməd 
Vəfıq  Paşanın  başqa  bir yeniliyi  də  Molyerin komediyalarını  türk 
gələnəklərinə -  ənənələrinə uyğunlaşdırmasından,  şəxslərin  adları­
nı  və  şəxsiyyətlərini  türkləşdirərək  türkcəyə keçirməsindən  və milli 
səhnədə oynatmasından ibarət idi.
Darülfünunun  bir  professoru  türkçülüyün  bu  ilk  əsaslarım 
qurarkən,  hərbi  məktəblər naziri  (nəzarətçi  rəis)  Şipka  qəhrəmanı 
Süleyman  Paşa12 da türkçülüyü  hərbi  məktəblərə yeritməyə çalışır­
dı.  Süleyman  Paşanın  türkçülüyünü  Dcginin  tarixi  hazırlamışdır,  - 
deyə  bilərik.  Çünkü  ölkəmizdə  ilk dəfə  Çin  qaynaqlarına  söykənə­
rək türk tarixini yazan Süleyman Paşa bu əsərində xüsusilə, Dcgini 
qaynaq  kimi  götürmüşdür.  Süleyman  Paşa  «Tarix-  i  Aləm»in  giri­
şində  bu  kitabı  nə  üçün  yazmağa  girişdiyini  açıqlayarkən  deyir: 
«Hərbi  məktəblərin  rəhbərliyinə keçən  kimi  bu məktəblərə gərəkli 
olan  kitabların  tərcüməsini  mütəxəssislərin  öhdəsinə  buraxdım. 
Ancaq  növbə  tarixə  gəlincə  bunun  tərcümə  yolu  ilə  yazıdırılmay- 
acağım  düşündüm.  Avropada  yazılan  bütün  tarix  kitabları  ya  di­
nimiz,  ya  da  millətimiz  (türklüyümüz)  haqqında  iftiralar  ilə  dolu­
dur.  Bu  kitablardan  heç  birisi  tərcümə  edilib  məktəblərimizdə 
oxutdurulanmaz.  Bundan dolayı, məktəblərimizdə  oxunacaq  tarix 
kitabını  yazmaq  işini  mən  öz  üzərimə  götürdüm.  Ortaya  çıxar-
29


tdığım  bu  kitabda  gerçəyə zidd  olan  heç  bir sözə  təsadüf cdilməy- 
əcəyi kimi, dinimizə və millətimizə qarşı heç bir sözə də rast gəlmək 
mümkün deyildir».
Avropa  tarixlərindəki  Hunlar  ilə  Çin  tarixindəki  hiyunqnu- 
larm13  eyniliyini  və  bunların  türklərin  ilk  babaları  olduğunu  vo 
Oğuz xanın14 hiyunq-nu dövlətinin qurucusu Mətə15 olacağını bizə 
ilk  dəfə öyrədən  Süleyeman  Paşadır.  O bundan  başqa,  Cevdət Pa­
şa16 kimi dilimizin  qrammatikasına dair bir kitab da yazdı. Ancaq 
bu kitaba Cevdət Paşa kimi «Qəvaid-i Osmaniyə» (Osmanlı dilinin 
qaydaları)  adını  deyil,  «Sərf-i  türki»  (türkcənin  qrammatikası) 
adını verdi.  Çünkü  dilimizin  türkcə olduğunu  bilirdi  və  Osmanlıca 
adı altında üç dilin  birləşməsindən ibarət  bir dilin ola  bilməyəcəyi­
ni  anlamışdı.  Süleyman  Paşa  bu  məsələdə  düşündüyünü  «Təlim-i 
ədəbiyyat-i  Osmaniyyə»  (Osmanlı  ədəbiyyatı  təlimi)  adlı  bir  kitab 
nəşr  edən  Rəcaizadə  Əkrəm  bəyə17  yazdığı  bir  məktubda  açıqca 
ortaya  qoydu.  Bu  məktubda  deyir:  «Osmanlı  ədəbiyyatı  demək 
doğru  deyildir.  Bunun  kimi,  dilimizə  Osmanlı  dili  və  millətimizə 
Osmanlı  milləti demək də yanlışdır.  Çünkü,  Osmanlı  deyimi  yalnız 
dövlətinizin  adıdır.  Millətimizin  adı  isə  yalnız  türkdür.  Bundan 
dolayı dilimiz türk dilidir, ədəbiyyatımız da türk ədəbiyyatıdır».
Süleyman  Paşa  hərbi  orta  məktəblərdə  oxunmaq  üçün  «Əs- 
ma-i  Türkiyyə» (türkcə isinilər) adlı kitabını da, osmanlıcanm  təsi­
ri ilə türkcə sözlərin unudulmaması məqsədiylə yazmışdı.
Göründüyü  kimi,  türkçülüyün  ilk  ataları  Əhməd  Vəfıq  Paşa 
ilə  Süleyman  Paşadır.  Türk  ocaqlarında  və  digər  türkçü  quruluş­
larda  Türkçülüyün  bu  iki  bələdçisinin,  yol  göstərəninin  böyük  öl­
çüdə rəsmlərini asmaq dəyərbilirliyin -  qədir-qiymət  bilmənin tələ­
bidir.
Türkiyədə  Əbdülhəmid  bu  müqəddəs  axımı  dayandırmağa 
çalışarkən  Rusiyada  iki  böyük  türkçü yetişirdi.  Bunlardan birincisi 
Mirzə  Fətəli  Axundovdur  ki,  azəri  türkcəsində  yazdığı  orijinal 
güldürürlər  (komediyalar)  bütün  Avropa  dillərinə  çevrilmişdir, 
ikincisi isə  Krımda «Tərcüman» qəzetini  çıxaran Qaspıralı İsmail­
dir.18  Onun  türkçülükdəki  şüan  «dildə,  fikirdə  və  işdə  birlik»  idi. 
«Tərcüman» qəzetini Şimal  türkləri anladığı qədər. Şərq türkləriylə 
Qərb türkləri də anlayırdı.19  Bütün  türklərin  eyni dildə birləşmələ­
rinin mümkünlüyünə bu qəzetin varlığı canlı bir dəlil idi.
Əbdülhəmidin  son  illərində  İstanbulda türkçülük axımı yeni­
dən oyanmağa başladı.
Rusiyadan  İstanbula  gələn  Hüseynzadə  Əli  bəy20  Tibbiyədə 
(Tibb məktəbində) türkçülyün əsaslarını başa salırdı.  «Turan» adlı
30
şeri «Turançılıq»  ülküsünün  ilk  ortaya qoyuluşu  idi.  Yunan  savaşı 
başladığı zaman türk şairi Mehmct Emin bəy:21
Mən bir türkəm, dinim, cinsim uludur -
misrası ilə başlayan ilk şeirini nəşr etdi. Bu iki şeir türk həya­
tında  yeni  bir  devrimin  -   inqilabın  başlayacağını  xəbər  verirdi. 
Hüseynzadə  Əli  bəy  Rusiyadakı  milliyyətçilik  axımlarının  təsiri 
ilə türkçü olmuşdu.  Xüsusilə, hələ kollecdə ikən gürcü gənclərindən 
son dərəcə millətsevər olan  bir dostu ona millət sevgisini aşılamış- 
dı.
Türk şairi  Mehmet Emin  bəyə türkçülüyü aşılayan,  -  özünün 
söylədiyinə  görə,  -  Şeyx  Cəmaləddin  Əfqanidir.22  Misirdə  Şeyx 
Məhəmməd Əbduhu,  quzey türkləri  arasında  Fəxrəddin oğlu  Ziy- 
aəddini  yetişdirən  bu  böyük  İslam  yeniləşdiricisi  (islahatçısı) 
Türkiyədə  Mehmct  Emin  bəyi  tapıb  xalq  dilində və xalq  vəznində 
millət sevgisiylə dolu şeirlər yazmasını tövsiyə etmişdi.
Türkçülüyün  ilk  dövründə  Degin  tarixinin  təsirli  olduğunu 
gördük.  İkinci  dövründə  isə  Leon  Kainin23  «Asiya  tarixinə  giriş» 
adlı  kitabının  böyük təsiri  oldu.  Nəcib Asim  bəy24 bir çox əlavələr 
ilə  bu  kitabın  türklərə  aid  olan  bölümünü  türk  dilinə  çevirmişdi. 
Nəcib  Asim  bəyin  bu  kitabı  hər yerdə türkçülüyə meyllər yaratdı. 
Əhməd Cövdət  bəy  «İqdam» qəzetini  türkçülüyün  orqanına  çevir­
di.25  Əmrulla  əfəndi26,  Vələd  Çələbi  vo  Nəcib  Asim  bəy  bu 
türkçülüyün mücahidləriydilər.
Ancaq  «İqdam»  qəzeti  ətrafında  toplanan  bu  türkçülərdən 
özəlliklə,  Fuad  Rauf  bəyin27  türk  dilini  sadələşdirmək  (arılaşdır- 
maq)  məsələsində  yanlış  bir  nəzəriyyəni  izləməsi  (yanlış  bir  yol 
tutması)  türkçülük  axımının  dəyərdən  düşməsinə  səbəb  oldu.  Bu 
yanlış  nəzəriyyə  losfiyəçilik2*-  saflaşdırmaçılıq  (saftürkcəçilik)  fik­
rindən ibarət idi.
Təsfiyəçilik (saftürkcəçilik) dilimizdən ərəb, fars  köklərindən 
gəlmiş  bütün  sözləri  çıxararaq,  bunların  yerinə  türk  kökündən 
doğmuş əski sözlər, ya da türkcə köklərdən yeni  şəkilçilər ilə yara­
dılacaq yeni türk sözlərini qoymaq demək  idi.  Bu nəzəriyyənin  tət­
biqini  göstərmək  üçün  nəşr  edilən  bəzi  məqalə vo  məktublar zövq 
sahibi  olan  oxucuları  diksindirməyə  başladı.  Xalq  dilinə  keçmiş 
ərəb  və  fars sözlərini  türkcədən  çıxarmaq  bu dilin  ən  canlı  sözlə­
rindən,  din,  əxlaq  və  fəlsəfə  terminlərindən  məhrum  edəcəkdi. 
Türkcə  köklərdən  yeni  yaradılan  sözlər  qrammatika  qaydalarını 
alt-üst edəcək  və bundan başqa, xalq üçün yabançı sözlərdən daha 
yabançı, daha bilinməyən (məchul) bir şey olacaqdı.  Buna görə bu 
axım  dilimizi  sadəliyə,  aydınlığa  doğru  aparmaq  əvəzinə  qarışıq­
31


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə