Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə9/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

mi, sırf iradəsiylə bu və ya digər millətə daxil ola bilməz.
Bəs,  o  halda millət  nədir?  İrqə,  qövmə, coğrafiyaya,  siyasətə 
və  iradəyə  aid  qüvvələrə  üstün  gələn  və  onlara  hakim  ola  bilən 
başqa nə kimi bir bağımız (rabitəmiz) vardır?
Sosiologiya  elmi  sübut  edir  ki,  bu  bağ  (rabitə)  tərbiyə  və 
kültürdə,  yəni  duyğularda  ortaqlı  olmaqdan  ibarətdir.  İnsan  ən 
səmimi,  ən  dərin  duyğularını  ilk  tərbiyə  zamanında  alır.  Hələ  be­
şikdə  ikən,  eşitdiyi  ninnilər  (laylalar)  ilə  anna dilinin  təsiri  altında 
qalır.  Buna görədir ki,  ən  çox  sevdiyimiz dil  -  ana  dilimizdir.  R u­
humuzu  təşkil  edən  bütün  din,  əxlaq,  estetik-bədii  duyğularımızı 
bu dil vasitəsilə almışıq. Əslində ruhumuzun sosial duyğuları  dinə, 
əxlaqa və estetikaya  -  bədiiyyata  aid  duyğulardan  ibarət  deyilmi? 
Uşaq ikən  bunları  hansı toplumdan (cəmiyyətdən) almışıqsa, daim  
o  toplumda  yaşamaq  istərik.  Başqa  bir  toplumda  daha  böyük  bir 
firavanlıq  içində yaşamaq imkanımız olsa da,  öz toplumumuzdakı 
yoxsulluğu o  fıravanlıqdan  üstün  tutarıq.  Çünkü dostlar içində  bu 
yoxsulluq  yadlar  arasındakı  o  fıravanlıqdan  bizi  daha  xoşbəxt 
edər.  Zövqümüz, vicdanımız,  həsrətlərimiz tamamilə içində yaşadı­
ğımız  toplumundur.  Bunların  sədasını  ancaq  o  toplumun  içində 
eşidə bilərik.
Ondan  ayrılıb  başqa  bir topluma girə bilməyimizə böyük  bir 
əngəl  vardır.  Bu  əngəl  uşaqlıq  çağımızda  o  toplumdan  aldığımız 
tərbiyəni  ruhumuzdan  çıxarıb  atmağın  mümkün  olmamasından 
ibarətdir.  Bu  mümkün  olmadığı  üçün  əski  toplum  içində qalmağa
məcburuq.
Bu  aydmlaşdırmalardan  anlaşılır  ki,  millət  nə  irqə,  na qöv­
mə,  nə  coğrafiyaya,  nə  siyasətə,  nə  do  iradəyə  bağlı  bir  topluluq 
deyildir.  Millət dil, din, əxlaq və bütün gözəl sənətlər -  estetika  b a ­
xımından  ortaq  olan,  yəni eyni  tərbiyəni görmüş fərdlordən  ibarət 
bir topluluqdur. Türk  kəndlisi  ona «dili dilimə uyğun, dini-dinimə 
uyğun»  -  deyərək  tərif verir.  Doğrudan  da,  hər bir  adam  qanları 
eyni olan insanlardan daha çox dildə və dində ortaq olduğu insan­
lar ilə birgə yaşamaq  istəyir. Çünkü insanlığımız bədənimizdə dey­
il,  ruhumuzdadır.  Maddi  üstünlüklərimiz  irqimizdən,  mənəvi 
üstünlüklərimiz  isə  tərbiyəsini  aldığımız  toplumdan  gəlir.  Böyük 
tskəndər:  «mənim  gqrçək-  həqiqi  atam  Filipp  deyil,  Aristoteldir. 
Çünkü,  birincisi maddi varlığımın,  ikincisi mənəvi varlığımın mey­
dana gəlməsinə səbəb olmuşdur» - deyirdi.49
insan  üçün mənəviyyat maddiyyatından öncə gəlir.  Buna gö­
rə,  milliyyətdə şəcərə (soykötüyü) axtarılmaz. Yalnız tərbiyənin  vo 
ülkünün  milli  olması  aranar.  Normal  bir  insan hansı  millətin  tər­
38
biyəsini  alıbsa,  ancaq  onun  ülküsü  uğrunda  çalışa  bilər.  Çünkü, 
ülkü  yüksək  həyəcan  qaynağı  olduğuna  görə  uğrunda  mübarizə 
aparılır.  Halbuki,  tərbiyəsi ilə böyümədiyimiz bir toplumun ülküsü 
(məfkurəsi)  ruhumuza  əsla  böyük bir  həyəcan -  vəcd verə  bilməz. 
Əksinə, tərbiyəsini gördüyümüz toplumun ülküsü ruhumuzu böyük 
coşqunluqlara qərq  edərək  xoşbəxt yaşamağımıza  səbəb olar.  Bu­
na görədir ki, insan tərbiyəsi ilə böyüdüyü toplumun ülküsü uğrun­
da  həyatını  fəda  edə  bilər.  Halbuki,  ağlı  ilə özünü  bağlı  hesab  et­
diyi yabançı  yad bir toplum uğrunda cüzi bir çıxarını - mənfəəti­
ni  belə  fəda  edə bilməz.  Bir  sözlə,  insan  tərbiyəçə  ortaq  olmadığı 
bir  toplum  içində  yaşarsa,  bədbəxt  olar.  Bu  düşüncələrdən  çıxa­
racağımız əməli  nəticə budur: Ölkəmizdə vaxtilə babaları Albaniy­
adan  və  ya  Ərəbistandan  gəlmiş  milləldaşlarımız  vardır.  Bunları 
türk tərbiyəsi ilə böyümüş və türk ülküsü uğrunda çalışmağı özləri­
nə  adət  etmiş  görsək,  o  biri  millətdaşlarımızdan  heç  ayırmama­
lıyıq.  Yalnız  xoşbəxt  günlərimizdə deyil,  fəlakətli  günlərimizdə  də 
bizdən  ayrılmayanları  milliyyətimizdən  necə xaric  hesab  edə  bilə­
rik.  Özəlliklə,  bunların arasında millətimiz üçün böyük fədakarlıq­
lar  edənlər,  türklüyə  (türk  millətinə)  böyük  xidmətlər  göstərənlər 
varsa,  necə olar ki,  bu  fədakar insanlara «Siz türk deyilsiniz» deyə 
bilərik.  Doğrudan da atlarda şəcərə  soykötüyü aramaq  lazımdır, 
çünkü bütün üstünlükləri içgüdüyə  instinklə söykəndiyi və soydan
f
pidiyi 
irsi  olduğu  üçün  heyvanlarda  irqin  böyük  önəmi  vardır, 
nsanlarda  isə  irqin  ictimai  xarakterlərə  heç  bir  təsiri  olmadığı 
üçün  şəcərə -  soykötüyü  axtarmaq  doğru  deyiddir.  Bunun  tərsinə 
(əksinə)  davransaq,  ölkəmizdə  ziyalıların  və  mücahidlərin  bir  ço­
xunu  fəda  etmək  lazım  gələcəkdir.  Bu  durum  yolverilməz  ol­
duğundan  «türkəm»  deyən  hər  bir  şəxsi  türk  kimi  tanımaqdan, 
yalnız türklüyə (türk millətinə) xəyanəti  olanlar varsa,  onları  cəza­
landırmaqdan başqa bir çıxış yolu yoxdur.
39


TÜRKÇÜLÜK VƏ TURANÇILIQ
3
.
Türkçülüklə  Turançıhğm  fərqlərini  anlamaq  üçün  Türk  və 
Turan  topluluq larinin  hüdudlarını  təyin  etmək  lazımdır.  Türk  bir 
millətin adıdır. Millət özünə məxsus kültürü olan bir insan topluluğu 
deməkdir. Deməli, türkün yalnız bir dili və tək bir kültürü ola bilər.
Halbuki,  türkün  bəzi  qolları  Anadolu  türklərindən  ayrı  bir 
dil, ayrı  bir kültür yaratmağa çalışırlar.  Məsələ, quzey türklərindən 
bəzi  gənclər  bir  tatar  dili,  tatar  kültürü  meydana  gətirməklə 
məşğuldurlar.  Bu davranış -  hərəkət  türklərin  başqa  bir millət,  ta­
tarların  da  başqa  bir  millət  olduğu  nəticəsini  doğuracaqdır.  Uza­
qda olduğumuz üçün qırğızların və özbəklorin necə bir yol tutacaq- 
larim  bilmirik.  Bunların  da  hər  biri  ayn  dil  və  ədəbiyyat,  ayrı 
kültür  meydana  gətirməyə  çalışsalar,  türk  millətinin  hüdudu daha 
da daralmış olar.  Yakutlar ilə Altay türkləri daha uzaqda olduqla­
rı  üçün,  onları Türkiyə türklərinin kültürü içinə almaq  daha da  çə­
lin görünür.
Bugün  kültür  yönündən  (cəhətindən)  birləşməsi  asan  olan 
türklər, özəlliklə Oğuz türkləri, yəni  türkmənlərdir. Türkiyə türklə­
ri  kimi,  Azərbaycan,  İran  və  Xarəzm  ölkələrinin  türkmənləri  də 
Oğuz nəslinə mənsubdurlar.  Deməli,  türkçülükdəki  yaxın ülkümüz 
«Oğuz  birliyi»,  yaxud  «Türkmən  birliyi»  olmalıdır.  Bu  birlikdən 
məqsəd  nədir? Siyasi,  bir birlikmi?  Hələlik xeyr! Gələcək haqqında 
bugündoıı  bir  hökm verə  bilmərik.  Ancaq  bugünkü ülkümüz oğuz­
ların yalnız kültürcə birləşməsidir.
Oğuz  türkləri  bugün  dörd  ölkəyə50  yayılmaqla  bərabər,  ha­
mısı  bir-birinə  yaxm  qohumlardır.  Dörd  ölkədəki  türkmən  elləri­
nin  adlarını  qarşılaşdırsaq,  görərik  ki,  birində  olan  bir «el»in,  ya­
xud «boy»un digərlərində də qolları var.
Məsələ,  Xarəzmdə  təkələri,  sarılan  və  qaraqalpaqları 
görürük.51  Ölkəmizdə  təkələr  bir  sancaq  (ilço)  təşkil  edəcək  qədər 
çoxdur.  Hətta  bir  bölümü  vaxtilə  Rumeliyə göndərilmişdi. Türkiy­
ədəki  sarılar,  özəlliklə,  Rumqalada  yaşayırlar.  Qaraqalpaqlar  isə 
qarapapaq və tərəkəmə adlarını alaraq Sivas, Kars və Azərbaycan 
ətraflarında yerləşmişlər.52  Xarəzmdə Oğuzun salur və imralı  boy­
ları,  Çavda  və  Göklən  (Qarluqlardan  Kealin)  elləri  vardır.5’  Bu 
adlara  Anadolunun  çeşidli  yerlərində  rast gəlmir.  Göklən öz adım 
Vanda bir kəndə Gökoğlan biçimində vermişdir.
Oğuzun  Bayat  və  Afşar  boylan  həm  Türkiyədə,  həm  də 
İranda  və  Azərbaycanda vardır.  Ağqoyunlular və Qaraqoyunlular
40
da  bu  üç  ölkədə  yayılmışdır.  Beləliklə,  Xarəzm,  İran,  Azərbaycan 
və  Türkiyə  ölkələri  türk  etnoqrafiyası  baxımından  eyni  ailənin 
yurdlarıdır.  Bu  dörd  ölkənin  toplamma  (məcmusuna)  «Oğuzu- 
stan»  (Oğuz  eli)  adını  verə  bilərik.  Türkçülüyün  yaxm  hədəfi  bu 
böyük  bölgədə yalnız bir kültürün hakim olmasıdır.
Oğuz  türkləri  ümumiyyətlə Oğuz  xanm  törəmələridir.  Oğuz 
türkləri  bir neçə yüzil  bundan  öncəyə  qədər  bir  biri ilə yaxından 
bağlı bir ailə halında yaşayırdılar.  Məsələ,  Füzuli bütün Oğuz boy­
ları  içində oxunan  bir Oğuz şairidir.  Qorqud  Ata  Kitabı oğuzların 
rəsmi  «Oğuznaməsi»  olduğu  kimi,  «Şah  ismayıl»,  «Aşıq  Kərəm», 
«Koroğlu»  kitabları  kimi  xalq  əsərləri  də  bütün  Oğuzustana 
yayılmışdır.
Türkçülüyün  uzaq  ülküsü  isə  Turandır.  Turan  bəzilərinin 
zənn  etdiyi  kimi,  türklər  ilə  yanaşı  monqolları,  tunquzları,  fin- 
uqorları  və macarları  da  içinə alan qövmlər qarışığı -  xəlitəsi dey­
ildir.  Bu  topluluğa  elm  dilində  Ural-Altay  topluluğu  deyilir.  Bu­
nunla bərabər, bu axırıncı topluluğa mənsub millətlərin dilləri ara­
sında  bir  qohumluq  olduğu  da  hələlik  isbat  edilməmişdir.  Hətta 
bəzi  müəlliflər  Ural  qövmləriylə  Altay  qövmlərinin  bir-birindən 
ayrı iki topluluq təşkil etdiyini və türklərin monqollar və tunquzlar 
ilə  birgə  Altay  topluluğuııa,  fin-uqorlaıın  və  macarların  isə  Ural 
topluluğuna daxil olduqlarını irəli sürürlər. Türklərin monqollar və 
tunquzlar  ilə  dil  qohumluğu  olduğu  da  hələlik  sübut  olunmamış­
dır.  Bugün  elm  baxımından  sübut  olunmuş  bir  gerçək  -   həqiqət 
varsa, o da türkcə danışan Yakut, Qırğız, Özbək, Qıpçaq, Tatar və 
Oğuz  kimi  türk  boylarının  dil  və gələnək  (ənənə)  baxımından  bir 
qövm  birliyinə  malik  olmasıdır.  «Turan»  sözü  «turlar»,  yəni 
«türklər» demək olduğu  üçün,  yalnız türkləri  içinə alan  bir  toplu- 
luğun  adıdır.54  Deməli. «Turan» sözünü  bütün  türk  boylarını  içinə 
alan  böyük  Türküstan  üçün  işlətməyimiz  lazımdır.  Çünkü  «türk» 
sözü  bugün  yalnız  Türkiyə  türklərinə  verilən  bir  ad  olmuşdur. 
Türkiyədəki  türk  kültürünə  daxil  olanlar  təbii  ki,  yeııo  bu  adı 
alacaqdılar.  Mənim  inamıma  görə,  bütün  oğuzlar  yaxın  bir  za­
manda  bu  ad  altında  birləşəcəklər.  Ancaq  tatarlar,  özbəklor, 
qırğızlar ayrı kültürlor ortaya çıxartdıqları zaman, ayrı-ayrı millət­
lər halını alacaqlar və buna görə də yalnız öz adları ilə anılacaqlar. 
O zaman bütün bu əski qohumları qövmi bir  topluluq halında bir­
ləşdirən ortaq bir ada ehtiyac duyulacaqdır.  Bax, bu ortaq ad «Tu­
ran» sözüdür.
Türkçülərin  uzaq  ülküsü Turan adı  altında  birləşən  oğuzları, 
tatarları,  qırğızları,  özbəkləri,  yakutları  dildə,  ədəbiyyatda,
41


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə