Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə14/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
keçirmək istəyirəm. Tanrım bilir ki, mən namaz qılmağın, 
Qur`an oxumağın, dua və istiğfar etməyin aşiqiyəm». 
Cənab Abbas qardaşının buyurduğunu onlara çatdırdı. Ömər 
Səd öncə imtina etmək istəsə də, öz qoşunundan olan bir əsgər 
dedi: «And olsun Allaha, əgər başqa bir 
səh:55 
qəbilə bizdən bu xahişi etsəydi qəbul edərdik. Rəsulullahın (s) 
Əhli-beytinin sözünü nə üçün qəbul etməyək ?
»  
Ömər Səd dedi: «Biz sizə sabaha qədər möhlət veririk. Əgər 
bizə itaət etməyi qəbul etməsəniz, hamınızı qılıncdan 
keçirəcəyik
)1(
». 
İmam Hüseynin (ə) öz düşmənlərindən döyüşü saxlaması 
üçün bir gün möhlət istəməsinin əxlaqi, mənəvi, etiqadi, həm 
də siyasi səbəblərinin olmasında heç bir şəkkimiz yoxdur. Biz 
isə bu səbəblərdən bir neçəsini sizin nəzərinizə çatdırmaq 
istəyirik: 
1
-
  Bu bir gün möhlət, İmam Hüseynin (ə) səhabələrinin azad 
və sərbəst düşüncə ilə o Həzrətin qarşısında şəhadət yolunu 
seçmələrini sübuta yetirdi. Həmin gün İmam Hüseyn (ə) 
axşam vaxtı yaxınlaşdıqda öz səhabələrini bir yerə yığıb 
onlara belə buyurdu: «Tanrıma hər bir nemətə və müsibətə 
görə şükr edirəm... Mən sizdən vəfalı və layiqli əshab, öz 
Əhli-beytimdən yaxşı Əhli-beyt tanımıram. Tanrım özü sizə 
kömək olsun. Əslində mən bu Kufə əhli haqqında başqa cür 
fikirləşirdim. Ona görə ki, onlar (öz yazdıqları məktublara 
əsasən) mənə itaət edib tabe olmalı idilər. İndi ki, iş bu yerə 
gəlibdir mən öz beyətimi sizdən götürürəm və sizi öz 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
ixtiyarınıza buraxıram. Hər kim getmək istəyirsə gecənin 
qaranlığından istifadə edib gedə bilər. Çünki bu qoşunun 
yalnız mənimlə işləri vardır». 
İmam (ə) bu sözləri dedikdən sonra onun bütün yaxınları və 
səhabələri ayağa qalxıb dedilər: «Biz nəyə görə bu işi 
etməliyik? Məgər səndən sonra yaşamağın mənası vardırmı? 
Tanrı heç vaxt bizi səndən ayırmasın». 
İmam Hüseyn (ə) üzünü Müslim ibn Əqilin oğlanlarına tutub 
buyurdu: «Sizin ailənizdən Müslim kimi şəxsiyyət 
səh:56 
 
1
-
 [
1
« . ]
K ə rb ə lada n ə l ə r oldu», s ə h. 279; « Ə ba Ə 
bdullahül Hüseynin ( ə ) h ə yatı”, s ə h. 171; «H ə zr ə t İmam 
Hüseynin ( ə ) yaşayışı», s ə h. 179 . 
şəhid oldu. Və bu müsibət sizin ailənizə kifayət edər. Siz çıxıb 
gedin, mən sizə icazə verirəm». 
Onlar İmamın (ə) cavabında ehtiramla dedilər: «Allah 
eləməsin biz səndən ayrı düşək .Biz əgər səni burada qoyub 
getsək camaata nə cavab verərik? İmamımızı düşmənlə tək 
qoyduğumuza görə xəcalət çəkməyəcəyikmi? Allaha and 
olsun ki, biz heç vaxt belə şərəfsiz iş görmərik. Qoy canımız 
və malımız sənin yolunda qurban olsun»... 
Bu zaman İbni Ovsəcə İmama (ə) üzünü tutub belə söylədi: 
«Ey Peyğəmbər balası, biz sənə kömək etməsək Allah 
yanında üzüqara olarıq. And olsun Allaha ki, əgər məni 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
yetmiş dəfə öldürüb diriltsələr yenə də sənin hüzurunda şəhid 
olmağı arzulayaram. Çünki, sənin yolunda şəhid olmaq əbədi 
səadətə qovuşmaq deməkdir». 
Digər səhabələr də bir-bir ayağa qalxıb öz istəkləri ilə İmama 
(ə) sadiq olduqlarını və bu işə görə fəxr etdiklərini 
bildirdilər
)1(

Əgər İmam Hüseyn (ə) düşməndən bir gün möhlət almasaydı, 
bəlkə də səhabələrinin bu qədər eşq ilə onun yolunda şəhid 
olduqlarını tarixin səhifələrinə həkk edə bilməyəcəkdi. 
2
-
  İmam Hüseynin (ə) öhdəsində olan İmamət və rəhbərlik 
məqamı onun insanları hidayət etməsində olan vəzifəsini bir 
neçə bərabər artırırdı. Ona görə ki, hər bir İlahi rəhbərin 
vəzifəsi başqalarını haqqa yönəltmək və onların dini, mənəvi 
dəyərlərə yetişmələri üçün şərait hazırlamaqdır. Elə İmam 
Hüseynin (ə) də öz düşmənlərindən bir gün möhlət alması 
onun bu İlahi vəzifəsinə sön dərəcə əhəmiyyət verməsinə 
dəlalət edir. 
səh:57 
 
1
-
 [
1
 . ]
Şeyx Müfid, «İrşad», s ə h. 250; İbn Ə sir, «Kamil», c. 
4, s ə h. 24; «N ə fsül- m ə hmum», s ə h. 137 . 
Çünki, İmamın (ə) düşmən qoşunundan möhlət istəməsi, 
əslində onlara haqqa və imana gəlmələri üçün daha bir gün 
fürsət vermək idi. Lakin təəssüflər olsun ki, onlara verilmiş bu 
son şansdan belə yalnız bir nəfər, Hürr ibn Yəzid Riyahi 
istifadə edə bildi. Minlərlə dünya düşkünü olan insanlar isə, 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
heç bir şəkildə haqq yoluna gəlmək istəmədilər. Bir halda ki, 
İmam Hüseyn (ə) və onun ətrafındakılar bu bir gündə düşmən 
qoşununun hidayət olması üçün əllərindən gələni 
əsirgəmədilər. 
3
-
  İmam Hüseynin (ə) öz düşməninə ağız açıb bir gün möhlət 
istəməsinin əsl səbəbi o gecəni sübhə kimi ibadətlə keçirmək 
idi. Necə ki, İmam (ə) Həzrət Abbasa deyir: «Qardaşım 
Abbas, get onlara de ki, bizə bir gün möhlət versinlər. Mən bu 
günü ibadətlə keçirmək istəyirəm»... 
Bəli, Məhəmməd Peyğəmbərin (s) İmam Əlinin (ə) və Həzrət 
Fatimənin tərbiyəsini görmüş bir kişi heç vaxt ibadət və 
minacatdan doymur, ömrünü ibadətə sərf etməsinə 
baxmayaraq yenə də bir günü qənimət sayıb raz-niyaz etmək 
istəyir! 
Rəvayətlərə əsasən, İmam Hüseyn (ə) oğlu Əli Əkbərə, 
səhabələrə hətta xeymədə olan qadınlara göstəriş verdi ki, o 
gecəni səhərə qədər namaz qılıb, Qur`an oxusunlar. Tanrı 
dərgahına dualar oxuyub istiğfar etsinlər. 
Doğrudan da İmam Hüseynin (ə) bu davranışı onun nə qədər 
Allaha bağlı olduğunu göstərdi. O bu işi ilə bir daha namazın, 
Qur`anın, ibadət və münacatın əhəmiyyətini sübuta yetirib, 
onu özlərinə İmam, rəhbər seçən bütün insanlara örnək və 
ibrət dərsi oldu. 
səh:58 
Aşura günü hansı mühüm hadisələr baş verdi ?
   


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə