Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə2/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   2   3   4   5   6   7   8   9   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
İmam Hüseyn qeyri-müsəlmanlar baxımından. 223
 [
32
]
 
İmam Hüseyndən müqəddəs kəlamlar 229
 [
33
]
 
Mənbələr 239
 [
34
]
 
səh:7 
səh:8 
GİRİŞ 
İşarə 
Bəzən elə düşünülür ki, "Aşura" günü İmam Hüseynin 
(ələyhis-səlam) məzlumcasına məğlub olduğu bir gündür. 
Halbu ki, İslam ideologiyasına əsasən, İmam Hüseynin (ə) 
səhabələri ilə birlikdə şəhid olması, qadın və uşaqlarının əsir 
düşməsi, bütün əmlakının düşmən tərəfindən qarətə mə`ruz 
qalması, məğlubiyyət demək deyil. İslama görə məğlubiyyət, 
insanın hədəfinə, məqsədinə və qarşısına qoyduğu səhih 
ideyaya yetişə bilməməsidir. Halbuki, İmam Hüseynin (ə) 
cinayət və fəsada bulaşmış xilafətə qarşı üsyanı, İslamı 
dirçəltmək, müsəlmanları qəflətdən oyatmaq, haqqı batildən 
ayırmaq və dinimizin ən önəmi göstərişi olan «əmr be-məruf» 
və «nəhy əz-münkər» pirinsipinə əməl etmək olmuşdur. 
Şübhəsiz ki, o Həzrət (ə) tarixdə misli görünməmiş əziyyət və 
müsibətlərə qatlansa da, öz hədəfinə çatmağı bacardı. Bununla 
da istədiyi qələbəni əldə etməyə nail oldu. Müsəlmanların 
İmam Hüseynə (ə) matəm tutub ağlaması isə o Həzrətə (ə) və 
yaxınlarına olan zülüm və işgəncələrə xatirdir. Sözsüz ki, bu 
matəmlər həmişə davam edəcək. Necə ki, müqəddəs 
peyğəmbərimiz Həzrət Muhəmməd (salamullahi ələyhi və 
səh:9 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
alihi və səlləm) buyurmuşdur: «Doğrudan da Hüseynin 
şəhadəti mö`minlərin qəlbində elə bir hərarət yaradacaq ki, o 
hərarət heç bir zaman soyumayacaqdır». 
Əziz Peyğəmbərimizin (s) söylədiyi bu hədisin həqiqəti, imam 
Hüseynin (ə) şəhadətindən bu günə qədər islam dünyasının 
hər bir guşəsində müşahidə etdiyimiz kimi, bundan sonrakı 
əsrlərdə də müşahidə olunması danılmazdır. Allaha şükürlər 
olsun ki, azərbaycanlılarda da, digər müsəlmanlar kimi, 
həmişə İslam Hüseynə (ə) möhtəşəm şəkildə əzadarlıq etmiş 
və xatirəsini əziz tutmuşlar. Hətta, Məhərrəm, Səfər aylarında 
Kərbəla şəhidlərinin hörmətinə şadlıqları və toy-büsatları tərk 
edərək, sevgi və sayğılarını o Cənaba (ə) izhar etməyə 
çalışmışlar. Amma nəyə görə İmam Hüseyn Yezidə qarşı 
qiyama qalxdıdeyə düşünürüksə aşağıdakı mətləbləri 
nəzərdən keçirmək lazımdır: 
İmam Hüseynin (ə) Müaviyənin ölümündən sonra Yezidin 
hökumətinə qarşı qiyama qalxmasının üç əsas amili var idi: 
Birinci: Yezidin İmamdan (ə) beyət tələb etməsi: 
İmam Hüseyn (ə) Müaviyənin cinayətlərini və məkrli 
fəndlərini xalqa açıqlasa da, Müaviyə öz məsləhətinə görə 
İmamı (ə) öz qarşısında toxunulmaz bir mövqe sanırdı. 
Müaviyə bu siyasətini ömrünün axırınacan davam etdirdi. 
Nəhayət hicrətin 60-cı ilində Müaviyə ölərək cəhənnəmə vasil 
olur. Müaviyə öldükdən sonra onun oğlu Yezid hakimiyyət 
başına gəlir. O, dərhal Mədinənin hakimi Vəlid ibn Ötbəyə 
məktub yazaraq Hüseyn ibn Əlidən (ə) onun hökuməti üçün 
beyət almağı tələb edir 
)1(
 .O zaman ərəblər hakimiyyət, qiyam 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
və bu kimi mühüm işlərində camaatdan və xüsusilə də tayfa 
başçılarından 
səh:10 
 
1
-
 [
1
 . ]
Şeyx Müfid, «İrşad», s ə h. 200 . 
onların işlərinə razılıq vermələrini tələb edirdilər. Və bu cür 
bir əmələ «beyət» deyirdilər. Təbiidir ki, əgər bir şəxs hansısa 
bir hakimə beyət edirdisə artıq ona qarşı qiyama qalxmırdı. 
Çünki bu iş kişilikdən uzaq idi 
)1(
 .Elə bunun üçün də 
Müaviyə ölməmişdən qabaq Yezidin gələcək hökuməti üçün 
bir çox tayfa başçılarından və görkəmli şəxsiyyətlərdən beyət 
almışdı. Lakin bu çirkin hökumət üçün İmam Hüseyndən (ə) 
beyət almağa cürət tapmamışdı. Və hətta oğlu Yezidə də 
vəsiyyət etmişdi ki, əgər Hüseyn ibn Əli (ə) səninlə beyət 
etməsə artıq israr etmə. Yezid isə hakimiyyətə gəldikdən 
sonra atasının vəsiyyətinə qulaq asmayıb Mədinənin 
hakimindən İmamdan (ə) beyət almağı tələb etdi. Əks 
təqdirdə yəni İmam (ə) bu hökuməti qəbul etməyib, beyət 
etməyərsə başının vurulub Şama göndərilməsini əmr etdi
)2(
 . 
Mədinənin hakimi İmamı (ə) yanına çağırtdırıb ondan Yezidin 
hakimiyyətini qəbul etmək üçün beyət istədi. İmam isə (ə) bu 
işə rədd cavabı verərək Yezidin müsəlmanlara xəlifə olmasını 
İslamın «fatihəsi» adlandırdı. Və sonda bu hökumətə qarşı 
qiyama qalxdı. 
İmam Hüseynin (ə) məhz Yezidə qarşı olan qiyamına 
gəldikdə isə İmam (ə) bu qiyamın səbəbini belə açıqlayır: 
«Mən nübüvvət evindən və imamət ocağındanam. Mənə 
mələklər və İlahi rəhməti nazil olur. Allah bizim ailənin 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
vasitəsi ilə fəth edib və bizim istəyimizlə tamamlayır. Yezid 
isə fasiq, şərabxor, cinayətkar və qatildir. Yezid açıq-aşkar 
şəkildə istədiyi bütün çirkin əməlləri etməkdən çəkinmir. 
Mənim kimi bir şəxs heç vaxt onun kimisi ilə beyət etməz
)3(
». 
səh:11 
 
1
-
 [
1
 . ]
Ə li Ə sg ə ri, «İmam Hüseynin h ə yatı», s ə h. 123 . 
2
-
 [
2
 . ]
M ə h ə mm ə dhüseyn T ə bat ə bai, «İslamda şi ə », s ə 
h. 208 . 
3
-
 [
3
« . ]
M ə qt ə lül-Hüseyn», s ə h. 131 . 
Gördüyünüz kimi İmam Hüseynin (ə) Yezidi müsəlmanların 
xəlifəsi kimi qəbul etməyib ona qarşı qiyam etməsinin səbəbi 
Yezidin İslam hakiminə layiq olmayan işlərə aşkar şəkildə 
əməl etməsi olmuşdur. Tarixdə yazılanlara əsasən, Yezid 
səfeh, sarsaq və xudbin olmuşdur. O, şərab içir 
)1(
,zina edir və 
gününü it və meymun oynatmaqla keçirirdi 
)2(
.Günahsız 
insanları çox asanlıqla qətlə yetirirdi. Və o, bütün bu çirkin 
işlərini xalqın gözü önündə yerinə yetirirdi. 
Yezidin İslam dininə, vəhy və qiyamət gününə belə etiqadı 
yox idi. O öz şərab məclislərində həmişə özünün qoşduğu bu 
şeri oxuyurdu: 
«Doğrudan da Bəni-Haşim hakimiyyətlə oynadı 
Bir halda ki, nə vəhydən bir xəbər var nə qiyamətdən
)3(
». 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə