Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə4/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   2   3   4   5   6   7   8   9   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
vəzifəsinə düzgün əməl etdi. Artıq bu vəzifə bizim 
boynumuzdadır» . 
Sonra İmam Hüseyn (ə) belə bir məzmunda şer buyurdu: 
«Əgər dünya gözəldirsə, deməli axirət daha da gözəldir. 
Hər bir insan ölürsə, qılıncla ölmək şərəfdir
)3(
» . 
İmam (ə) bu şeri oxuduqdan sonra yoluna davam etdi. Və 
İmam (ə) belə də etməli idi. Ona görə ki, İmamın (ə) Kufəyə 
getməkdən başqa çarəsi yox idi. On səkkiz min «kömək 
istəyirik», «bizə rəhbərlik et» və bu kimi məzmunlarda 
yazılmış məktubları cavabsız qoymaq olmazdı. Hətta bəzi 
kitabların yazdığına görə İmama (ə) yazılmış məktublarda 
qırx min imza var idi
)4(
 . 
səh:15 
 
1
-
 [
1
« . ]
Tarixi-T ə b ə ri», c. 4, s ə h. 220 . 
2
-
 [
2
 . ]
Seyyid ibn Tavus, «Lühuf», s ə h. 30, «Tarixi-T ə b ə 
ri», c. 4, s ə h. 213 . 
3
-
 [
3
« . ]
K ə şfül-ğümm ə », s ə h. 183-184 . 
4
-
 [
4
« . ]
Musirül- ə hzan», s ə h. 11, «Tarixi-İbni K ə sir» , c. 7, 
s ə h. 161 . 
İmam Hüseyn (ə) öz vəzifəsinə əməl etdi. İmamın (ə) Yezidə 
qarşı qiyam etməsində rol oynayan əsas amillərdən biri Kufə 
əhlinin İmama (ə) yazdığı məktubları cavabsız qoymamaq idi. 
Hərçənd ki, kufəlilər İmama (ə) qarşı vəfasız çıxıb onun 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
«Mənə kömək edən bir kişi yoxdurmu? » fəryadına cavab 
vermədilər. 
Üçüncü: Yaxşılığa əmr etmək, pislikdən çəkindirmək: 
İmam Hüseynin (ə) qiyamında daha önəmli rol oynayan 
amillərdən biri də, əmr beməruf (yaxşılığa əmr etmək) və 
nəhy əz münkər (pislikdən çəkindirmək) olmuşdur. Daha 
dolğun desək, İmam Hüseynin (ə) zalım hökumətə qarşı 
qiyam etməsinin əsl məqsədi, xalqı haqqa yönəltmək, İslam 
qanunlarını dirçəltmək və ölkədə islahat işləri aparmaqla 
zülmün, fəsadın və cinayətlərin kökünü kəsmək olmuşdur. 
Əslində onun (ə) Yezidlə beyət etməməsi və kufəlilərin 
dəvətini qəbul edərək onlara rəhbərlik məsuliyyətini öhdəsinə 
götürməsi də bu prinsip əsasında həyata keçmişdir. 
Qurani-Kərim və dini rəvayətlərimizdə “əmr be məruf və 
nəhy əz münkər» məsələsinə olduqca çox əhəmiyyət verilmiş 
və imanı olan şəxsin bu işi tərk etməsinə Allahla düşmənçiliyə 
qalxmaq kimi baxılmışdır
)1(
 . 
Qurani-Kərim «əmr be məruf və nəhy əzmünkərin» 
əhəmiyyəti barəsində buyurur: «Sizin daha yaxşı ümmət 
olmağınız, yaxşılığa əmr edib pislikdən çəkindirməklə 
əlaqədardır.» (Ali-İmran, 110) 
Müqəddəs kitabımız bütün ümmətə bu əməli vacib etməklə 
yanaşı bunun iş üçün xeyriyyə cəmiyyətlərinin fəaliyyət 
göstərmələrini də tələb etmişdir. Necə ki, buyurur: «Gərək 
sizin aranızda bir qrup insanlar birləşərək 
səh:16 
 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
1
-
 [
1
« . ]
Müst ə dr ə kül-v ə sail», c. 2, s ə h. 357 . 
xalqı xeyir işlərə dəvət edib, əmr beməruf və nəhy əzmünkər 
etsinlər... » (Ali-İmran, 104) 
İslam dininin banisi Məhəmməd Peyğəmbər (s) bu haqda 
buyurur: «Tanrı dinsiz müsəlmanın düşmənidir». Bu zaman 
Peyğəmbərdən (s) soruşdular: Ey rəsulullah, məgər dinsiz 
müsəlman olar? Peyğəmbər (s) cavabında buyurdu: “Əmr 
beməruf etməyən müsəlman dinsiz sayılır
)1(
» . 
Deməli İslam dininin prinsipinə əsasən, hər bir müsəlmanın 
dini və imanı onun zülmə qarşı mübarizəsi, xeyriyyə və 
islahat işlərində göstərdiyi səylərə bağlıdır. Və bu işi daha 
layiqincə yerinə yetirmək İmamın öhdəsinə düşür. Elə buna 
görə də İmam Hüseyn (ə) bu yolda özünün ən yaxınlarının 
şəhid olması və əzizlərinin əsir düşməsinə razı oldu. 
İmam Hüseyn (ə) Mədinədən hərəkət etdiyi zaman qardaşı 
Məhəmməd ibn Hənəfiyyəyə belə bir vəsiyyətnamə yazır: 
«Qoy bütün dünya bilsin ki, mən nə şöhrət üçün, nə
  fəsad 
törətmək üçün və nə də istibdada görə qiyam etmədim. Mən 
islahat üçün ayağa qalxdım. Mən qiyam etdim ki, yaxşılığa 
əmr edib, pislikdən çəkindirəm. Və cəddimin və atamın 
sünnəsini (sözlərini və əməllərini) dirçəldim
)2(
» . 
Həmçinin İmam (ə) öz söhbətlərinin birində buyurdu: “Ey 
camaat, bilin ki, Bəni-Üməyyə dudmanı Allahın əmrlərinə 
yox, şeytanın fərmanına itaət edir. 
Bu dudman, İlahi qanunlarını ayaq altda qoyub, istədikləri 
cinayəti törətməkdən çəkinmirlər. Bəni-Üməyyə tayfası 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Allahın halalını haram, haramını halal etmiş və Əhli-beytə (ə) 
məxsus olan hüquqları özlərinə 
səh:17 
 
1
-
 [
1
« . ]
Biharül- ə nvar», c. 97, s ə h. 86 . 
2
-
 [
2
« . ]
M ə qt ə li-Xar ə zmi», c. 1, s ə h. 188 . 
ixtisaslaşdırmışlar. Belə bir zamanda qiyam etmək hamıdan 
çox mənim öhdəmə düşür
)1(
» . 
Gördüyünüz kimi İmam Hüseyn (ə) qiyamının əsas səbəbini 
islahat prinsipi əsasında həyata keçirtmişdir. O, dəfələrlə bu 
məsələyə toxunub xalqa belə müraciət edirdi: «Ey camaat 
Allahın Rəsulu (s) buyururdu ki, hər kim zalım sultanın 
Allahın haramını halal etdiyini, Peyğəmbərin (s) sünnəsinə 
qarşı çıxdığını, bəndələrə zülm edib və Tanrı əhdini 
sındırdığını görüb ona qarşı üsyan etməsə, Tanrı həmin zalım 
sultanın günahında onu da şərik edər
)2(
» . ... 
İqbal Lahuri deyir: «İmam Hüseyn (ə) düşünülmüş şəkildə, 
müsəlmanların izzətini, şərəfini qorumaq üçün şəhadətə hazır 
oldu
)3(
». 
səh:18 
 
1
-
 [
1
« . ]
Tarixi-T ə b ə ri», c. 7, s ə h. 234, « Ə l- Kamil», c. 3, s 
ə h. 280 . 
2
-
 [
2
« . ]
Tarixi-T ə b ə ri»,, c. 4, s ə h. 305 . 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə