Ziyaos-salehin
az.ziaossalehin.ir
həyəcanlar və daxili hisslər nəticəsində həyata keçir .Məsələn,
biz bilirik ki, yağı düşmənlərimiz, ölkəmizin ən gözəl guşəsi
olan Qarabağı əlimizdən almış və minlərlə igidlərimizi qətlə
yetirmiş, uşaq və qocalarımız yandırmaq və doğramaqla
işgəncə verib, qadınlarımızı əsir götürmüşlər. Bu hadisəni
eşitmək və bilmək hər bir insan
səh:131
üçün ağır və narahatedici haldır. Lakin əyani şəkildə günahsız
bir körpəni erməni quldurlarının əli ilə yanmasını görmək,
hətta bu hadisəni film vasitəsilə belə müşahidə etmək hər bir
azərbaycanlının qeyrətini coşdurur, xalqına və vətəninə olan
eşqi, onu düşmənlə amansız şəkildə mübarizə etməyə vadar
edir. Deməli, bizim əməl və rəftarlarımızın çoxu elm və
agahlığımızla yox, müşahidələrimiz və daxili hisslərimizlə
əlaqədardır. Kərbəla əzadarlığı da bu ümumi qanundan
müstəsna deyil. Özümüz dəfələrlə İmam Hüseynin (ə)
şəhadətini və Aşura hadisəsini minbər və moizə vasitəsilə
eşitmişik. Və artıq demək olar ki, bu hadisə bizim zehnimizdə
həkk olunmuşdur. Lakin görürük ki, təkcə bilməklə nə
gözümüzdən yaş axır, nə ürəyimiz yanır və nə ülvi hisslərimiz
oyanır. Halbuki, yanıqlı bir mərsiyə sədası eşitmək və qəlbləri
eşqlə dolmuş bir dəstə cavanın sinə vurmalarını görmək
insanın dininə və vətəninə olan duyğularının coşqunlaşmasına
səbəb olur. Doğrudan da, qara libas geymiş əzadarların
gözlərindəki yaş, onların mə`nəvi saflıqlarından xəbər verir.
Bunlar hamısı İmam Hüseyn (ə) adına qurulan məclislərin
bərəkətindəndir. Hətta Məhərrəm ayında ölkəmizdə olan
əhval-ruhiyyəni və cəmiyyətimizdəki şəfqət və mərhəməti
başqa aylarda müşahidə etmək qeyri-mümkündür.
Ziyaos-salehin
az.ziaossalehin.ir
Beləliklə məlum olur ki, ata-babalarımızdan yadigar qalmış
əzadarlıq məclisləri, bizləri Kərbəla faciəsi haqda
məlumatlandırmaqla yanaşı, imanımızın möhkəmlənməsi və
ruhumuzun paklaşmasında mühüm rol ifa edir.
səh:132
Aşura mərasimləri Səfəvilər dövründən qalma adətdirmi?
Keçən bəhslərimizdə mə`lum oldu ki, Məhəmməd peyğəmbər
(s) və digər mə`sumlar İmam Hüseynin (ə) şəhadətinə ağlamış
və müsəlmanları bu müsibətə ağlamağa tövsiyə etmişlər.
Hətta bə`zi mənbələrə görə Aşura hadisəsindən sonra
Peyğəmbərin məscidində və evində, əzadarlıq mərasimi təşkil
olunmuşdur
)1(
.Əzadarlıq mərasimlərinin İmam Səccadın (ə)
yaşadığı dövrdə keçirilməsində isə heç kimin şübhəsi yoxdur.
Kufə, Bəsrə, Şam, Mədinə, Məkkə və sair şəhərlərdə, Aşura
münasibətindən sonra qurulan geniş əzadarlıq mərasimləri də
buna sübutdur
)2(
.
Tarixi mənbələrə əsasən bəzi mərasimlərin bütün mə`sum
İmamlarımız tərəfindən hər il Aşura günü qurulmasını
söyləmək olar
)3(
.
səh:133
1
-
[
1
. ]
İbn Cövzi, «M ə qt ə l», c. 1, s ə h. 164; Xar ə zmi «M ə
qt ə l», c. 1, s ə h. 88; Hafiz T ə b ə ri, «Z ə xairül-üqba», s ə
h. 119 .
2
-
[
2
« . ]
Tarixün-nihay ə », s ə h. 132 v ə 190; İbn Cövzi, «T ə
zkir ə tül-x ə vas», s ə h. 240 ;
Ziyaos-salehin
az.ziaossalehin.ir
3
-
[
3
« . ]
Kamilüz-ziyarat», s ə h. 174; «Tarixün-nihay ə ə l ə l-
Hüseyn», s ə h. 157, “Biharül- ə nvar», c. 44, s ə h. 257 v ə
284; Hürr Amili, «V ə sailüş-şi ə », c. 10, s ə h. 468; «S ə
hifeyi-nur», c. 10, s ə h. 217
Bu əza məclisləri bə`zən gizli və bə`zən də, aşkar şəkildə
qurulurdu.
Dövlət səviyyəsində isə rəsmi olaraq hicri qəməri tarixi ilə
dördüncü əsrin ikinci yarısından e`tibarən Ali-Buyənin
hakimiyyəti zamanı (352 h. q. ) geniş şəkildə hər il qeyd
olunmağa başladı. Bu barədə İbn Əsir «Kamil»də, İbn Kəsir
«Əl-bidayə vən-nihayə»də, Yafei «Miratül-cinan»da, və
başqaları öz kitablarında mə`lumat vermişlər.
Məşhur tarixçi İbn Cuzi «Əl-müntəzəmu fi tarixil-muluk vəl-
üməm» adlı kitabında yazır: «352 hicri qəməri ilində
Muizzud-dövlə Deyləmi müsəlmanlara Aşura günü bir yerə
yığışaraq, birgə əzadarlıq etməyə icazə verdi. Bazarlar
bağlandı, alış-veriş işləri tə`til edildi, qəssablar dükanlarına
qıfıl vurdu, ... Meydanlarda, bazarlarda qara çadırlar quruldu.
Geniş əzadarlıq mərasiminə başlandı
)1(
».
Şafei yazır: «Bu, tarixdə Aşura əzadarlığının aşkar şəkildə və
geniş formada keçirildiyi ilk gün idi
)2(
».
Ümumiyyətlə hicri-qəməri tarixilə dördüncü əsrin ikinci
yarısından beşinci əsrin ortalarına qədər olan dövrdə, hər il
Aşura günündə geniş və təntənəli surətdə əzadarlıq
mərasimləri keçirildi. Novruz bayramı Məhərrəm ayına
təsadüf etdikdə isə, bayram mərasimləri təxirə salınırdı
)3(
.
Ziyaos-salehin
az.ziaossalehin.ir
Misir əhli Aşura günü İmam Hüseynin (ə) övladlarının qəbrini
ziyarət edir, orada böyük əzadarlıq məclisləri təşkil
edirdilər
)4(
.Belə məclislər Qahirə cümə məscidində də,
qurulurdu
)5(
.
səh:134
1
-
[
1
« . ]
Ə l-münt ə z ə m fi tarixil-muluki v ə l üm ə m», c. 7, s
ə h. 15; «T ə kmil ə tü-tarixit-T ə bbi», s ə h. 183 .
2
-
[
2
« . ]
Miratül-cinan», c. 3, s ə h. 247; «Suallar v ə cavablar»,
s ə h. 31
3
-
[
3
« . ]
Ə n -Nücumuz-zahir ə fi muluki Misir v ə Qahir ə », c.
4, s ə h. 15 .
4
-
[
4
. ]
M ə qrizi, « Ə l- Xütüt», c. 2, s ə h. 289; « Ə n-
Nücumüz-zahir ə », c. 4, s ə h. 126; M ə qrizi, «İttiazül-hün ə
fa», c. 2, s ə h. 67 .
5
-
[
5
. ]
H ə min m ə nb ə l ə r .
Ali-Buyə hakimiyyətindən sonrakı illərdə hökumətlərin
yürütdüyü fərqli siyasətlərə uyğun olaraq, Aşura əzadarlığı
bəzən geniş bəzən də, müxtəsər formada qeyd olunurdu
)1(
.
Səfəvilərin hakimiyyəti zamanı da, belə əzadarlıq mərasimləri
özünə məxsus əzəmətlə qeyd olunmuşdur. Lakin bu bizə
Aşura yas mərasimlərinin o dövrdən ərməğan qalmasını
söyləməyə əsas vermir.
Dostları ilə paylaş: |