ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə14/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   10   11   12   13   14   15   16   17   ...   60

 
43
Zəhmətlə çörək qazanmaq, əlbəttə, şərəflidi və yeganə düzgün 
yoldu, amma çətindi, zillətdi. Nə əziyyətlər bahasına becərilən 
məhsulu satıb, pula çevirmək özü də bir problemdi, ələlxüsus 
da bolluq olanda – Baltikyanı respublikalarda heyvandarlıq 
məhsulları boldu. Yadındadı ki, ərik yetişəndə onu satmaq çox 
çətin olurdu. Bir dəfə anası iki vedrə  ərik yığıb, böyük qar-
daşıyla ona dedi: “Gül kimi məhsul yerə tökülüb, zay olur. 
Bazara çıxardırsan, heç soruşan da olmur ki, neçəyədi. Bunu 
aparın verin kombaynçılara,  əvəzində heç olmasa bircə vedrə 
taxıl alsanız, o da qənimətdi, ac toyuq-cücəyə verərik”. 
İki qardaş iki vedrə əriyi eşşək arabasına qoyub, kənd-
dən üç-dörd kilometr aralıdakı taxıl zəmisinə apardılar. Yolun 
qırağında dayanıb gözləyirdilər. Kombayn zəminin o başında 
dövrə vurub, taxılı biçə-biçə üzübəri gələndə əl elədilər ki, sax-
layın, sizə deyiləsi sözümüz var. Kombayn dayandı  və onu 
idarə eləyən iki kişidən biri düşüb gəldi. 
– Hə, nədi,  uşaqlar , nə istəyirsiniz? 
 – İki vedrə əla ərik gətirmişik. Yerə tökülən əzik-üzük-
dən deyil, hamısı bircə-bircə  ağacdan dərilib. Çəyirdəyi də 
şirindi, elə bil sütül fındıq yeyirsən. Dadına baxın, xoşunuza 
gəlsə, götürün. Əvəzində bir az taxıl verərsiniz, aparıb toyuq-
cücəyə səpərik. 
Köynəyi tərdən duz bağlamış kombaynçı çirkli, yağlov 
əllərini  şalvarına silib, guya, təmizlədi, bir ərik götürüb yedi. 
Bal kimi ərikdi, əlbəttə, xoşuna gəldi və ağzını ləzzətlə marçıl-
dadıb dedi: “Əriyi boşaldıb, qablarınızı taxılla dolduracam. 
Razısınız?”  Əlbəttə, razıdılar, onlara deyilib ki, bir vedrə ta-
xıla dəyişə bilsəniz də, qənimətdi. İki vedrə taxılla qayıtdılar. O 
gün evdə toy-bayram oldu.  
Hər il altmış-yetmiş hinduşqa saxlayıb böyüdürdülər. 
Ət sarıdan korluq çəkən ailədə heç olmasa bircə hinduşqanın 
xüsusi olaraq yeyilmək üçün kəsilməsi çox nadir hallarda 
mümkün idi, onu da ən  əziz qonağa kəsərdilər. Evin ehtiyacı 


 
44
hər  şeyi udurdu: hinduşqalar üç-üç, beş-beş bazarda satılırdı 
və bir də baxırdın ki, beş-altı fərə qalıb, bir-iki dənə də xoruz, 
bu da toxunulmaz fonddu, növbəti ildə onlardan yeni hinduş-
qalar törəyəcək. 
Mer-meyvə, toyuq-cücə  və heyvan satmaqla qazanılan 
pulların hara xərclənməsi də onu narahat eləyirdi. Bir dəfə sə-
hər tezdən bazara gedib, axşam şər qarışanacan ləngimişdilər. 
 –  Ona bax, nə təhər yadımızdan çıxıb, bu uşaq bütün 
günü ac-susuz qalıb, – bu sözlər onun barəsində deyilirdi, heç 
gözləmədiyi halda qayğısına qaldılar. Hətta təklif olundu ki, 
gedək yeməkxanaya, bir şey alaq ye. Bərk acmışdı, amma razı 
olmadı. 
Mən ac deyiləm, heç nə istəmirəm. 
– Necə  yəni ac deyiləm? Səhərdən bəri sənin dilinin 
altından su da keçməyib, gəl gedək bir tikə çörək ye, bala, ac-
susuz ölürsən. 
Iki ayağını bir başmağa dirəyib: “Yox, – dedi, – mən ac 
deyiləm.” Üçüncü sinifdə oxuyurdu onda, ağır zəhmətlə qaza-
nılan pulun məxsusi olaraq onun yeməyinə xərclənməsinə razı 
ola bilmədi. 
Hərdən söz düşəndə: “Bütün günü çöllərdə heyvan ota-
rırdıq. Bəh, kef idi!” – deyir. Amma soyuqda, yağışda, şaxtalı-
qarlı günlərdə yiyəsiz küçük kimi, çöllərdə sitildədiyini unu-
dubdu, o barədə bircə kəlmə də danışmır, – sən demə, elə şey 
olmayıb və bu da kefdəymiş. 
Gecə saat dörddə oyadırdılar onu – hava işıqlaşmamış 
heyvanları aparıb, taxılın qırağında otarmalıydı. Bütün günü 
diz qatlamayan nadinc oğlan uşağı  bərk yorulurdu və xurt 
düşüb ölü kimi yatırdı.  Şirin yaz yuxusundan oyanmaq çox 
çətin idi. Sən demə, dünyada  yuxudan gözəl, yuxudan şirin heç 
nə yox imiş. Kaş ki bircə saat da  yata biləydi. Bir saat nədi, on 
dəqiqə, beşcə  dəqiqə... Köynəyini başına keçirib, paltar ge-
yindiyi yerdə ayaq üstəcə yuxulayıb. Pəyədən açılıb, həyətə 


 
45
buraxılmış heyvanlar işəyib, qap-bacanı bulayırlar, bunları 
yığıb, doqqazdan çölə çıxartmaq, örüşə aparmaq lazımdır. Gö-
rəsən, nə olub, bunun  paltar geyinməyi nə uzun çəkdi? 
Həyətdən gələn səsə diksinib, yuxudan ayılır, “gəlirəm” 
deyib, tez köynəyi geyinir, şalvarı  əyninə keçirir – daha lən-
gimək olmaz. On bir-on iki yaşlarında,  əl boyda uşaq gecə 
yarısı beş-on qoyunu, bir inəyi və bir dananı qabağına qatıb, 
kənddən çıxır. Böyüklü-kiçikli bütün kənd camaatı yatır, itlər, 
pişiklər də yatır, quşlar, lap balaca cücülər də yatıb dincəlir. 
Sən demə, dünyanın  ən xoşbəxt adamı bu yaz gecəsi isti yor-
ğan-döşəkdə yatan kəslərdi. Onun tay-tuşları  və özündən iki 
yaş böyük qardaşı da o bəxtəvərlərdəndi. Böyük qardaşa deyən 
yoxdu ki, bir dəfə  də heyvanı  sən apar yaylıma, qardaşın ya-
zıqdı, heç olmasa qoy bircə dəfə o yatsın yuxusunu alsın. De-
mirlər, ona görə ki böyük qardaşın adı  çıxıb: səhər tezdən 
oyana bilmir. Guya, kiçik qardaş oyana bilir. Üzüyola görüblər 
onu, belə yerdə deyir: yavaş  eşşəyi cüt-cüt minərlər. Bu beş-
altı qoyun və bir inəkdən yana gecəsi-gündüzü yoxdu onun, – 
belə yaşamaq olmaz, həyat deyil bu, cəhənnəmdi. Camaatın 
uşağı yeddillik məktəbi bitirib, Bakıya gedir, peşə  məktəbinə 
girib, sənət öyrənir və kəndə gələndə tanımaq olmur: bu kimdi 
belə? Necə də dəyişibdi, çiçək kimi tərtəmiz, abırlı əyin-başına 
bax. Bir oğlan olub ki, elə bil bəy balasıdı. Amma bir belə 
əziyyətin qabağında onun heç olmasa fərli əyin-başı da yoxdu,  
o gün heyvan otardıqları yerdə qonşunun qızı qayıdasan ki, 
əyniniz bircə dəfə də sevinməz. – Düz sözə nə deyəsən. Burda 
qalmaq və belə yaşamaq istəmir. Bircə bu yeddillik məktəbi bi-
tirsəydi, çıxıb gedərdi Bakıya, peşə məktəbinə girərdi. 
 İnək qabaqda, ikillik dana dalda, malların dalınca da 
qoyunlar  əsgər kimi, sıraya düzülüb gedirlər. Kənddən çıxan 
kimi heyvanlar daş yola tərəf üz tuturlar, amma o, imkan ver-
mir, toparlayıb, qabağa aparır: o tərəfdəki dərənin ayağından 
heyvanları üzüaşağı buraxacaq, zəmiyə çatanda isə keçib, ta-


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə