ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə2/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   2   3   4   5   6   7   8   9   ...   60

 
7
da keçi kimi, daşların üstüylə atıla-atıla gedib girirlər səyyar 
ayaqyoluna, – çox risqli bir işdi, özünü saxlaya bilməyənlər 
özündən küssün. Odur ki hər adam ora gedə bilmir və camaat 
özünü verir ağacların dalına. İşi böyük olanların vəziyyəti ağır-
dı: quru və dalda bir yer tapıb oturmaq xeyli çətindi, gərək ba-
sa-basa gedib çıxasan “Mirvari” restoranı tərəfə. Bir vaxtlar bu 
şəhərə təşrif buyuran adlı-sanlı qonaqların əkdiyi və hər birinin 
də yanında xüsusi lövhə olan qiymətli ağacların bəzədiyi ləklər 
üfunətli sidik gölməçələrinə çevrilmişdi. Ən dəhşətlisi də o idi 
ki, yaxşı geyinib-kecinmiş  və mütləq al-əlvan qalstuk taxmış, 
danışıq və ədasından təhsilli adam olduqları bilinən dəstə-dəstə 
kişilər gəzə-gəzə gəlib o gölməçələrə yaxınlaşır, dolu sidik ki-
sələrini boşaldıb rahatlaşandan sonra yenidən deyə-gülə mey-
dana qayıdırdılar ki, camaata qoşulsunlar, “Qa-ra-bağ! Qa-ra-
bağ!”, “A-zad-lıq! A-zad-lıq!”, “Öldü var, döndü yox!” deyib 
qışqıran kütlənin səsinə  səs versinlər, “Oturmayan erməni!” 
şüarının sədaları altında oturub-dursunlar, kiminsə ünvanına 
“Ar olsun!” deyib, yumruq oynatsınlar. 
Neft emalı zavodunun mühəndisi çox mütəəssir olmuş-
du, meydan hərəkatına rəhbərlik eləyənlərdən heç olmasa birini 
görüb demək istəyirdi ki, siz hara baxırsınız, bu nə biabırçılıqdı 
belə?  Əslində, artıq ikinci dəfəydi ki, qanı bu cür qaralırdı. 
Bundan  əvvəl isə çadırların arxa tərəfindəki ağaclıqda çoxusu 
kiflənmiş çörəkdən ibarət olan ərzaq tullantısı tığlarını görəndə  
qanı  bərk qaraldı. Yadındadı ki, uşaq vaxtı Qurana və çörəyə 
and içirdilər, onu da yaxşı bilir ki, bu məmləkətin hər yerində 
belədi: çörəyə  və Qurana and içə-içə böyüyür uşaqlar. Amma 
müqəddəs kitabla yanaşı qoyulan çörəyə başqa münasibət 
görürdü. Özü də tək elə bu deyil: çəkidə və qiymətdə kəf gəl-
məkdən tutmuş, keyfiyyətsiz un və duzdan istifadəyəcən, 
mümkün olan hər yerdə çörəyə haram qatıldığını müşahidə elə-
mək elə də çətin məsələ deyil. 


 
8
Meydanda ora-bura gəzib soruşurdu ki, bilmirsiniz, bu-
ranın böyüyü kimdi? Dedilər, bir kişidi, ordubadlıların çadırın-
da oturur. Təsadüfən xalq hərəkatının zavod üzrə liderinə rast 
gəldi, heç gözləmədiyi halda lider dedi ki, vacib məsələdisə, 
mən səni Böyük Bəyin  yanına apara bilərəm. “Çox vacib mə-
sələdir, – dedi, – apar”. Vədələşib, tonqalların birinin yanında 
görüşdülər və birlikdə getdilər. Ordubadlıların çadırına yaxın-
laşdıqca tez-tez onları saxlayıb, sorğu-suala tuturdular, – sən 
demə, Böyük Bəy əməlli-başlı mühafizə olunurmuş. Liderə bir 
söz deyən yoxdu, hamısı tanıyır onu, soruşurdular ki, yanınca 
apardığın bu adam kimdi belə? Lider də izahat verirdi ki, çox-
dandı bir yerdə işləyirik, dostumdu, özü də bizim adamdı, Bö-
yük Bəyə deyiləsi sözü var. 
Geniş çadırın divarlarından gəbələr asılıb, yerə palaz-
kilim döşənibdi və üstünə döşəklər salınıb. Lap yuxarı başda 
arıq, uzun bir kişi oturub: meydan hərəkatının lideri budur, ya-
xın ətrafı Böyük Bəy desə də, adı və familyası başqadı. Süfrə-
dəki meyvə vazalarından biri kəhrəba kimi, sapsarı ərik mürəb-
bəsiylə doludu, Böyük Bəy mürəbbədən qaşıqlayıb, çay içir, 
arabir ağzına qoz ləpəsi atır və birucdan siqaret çəkə-çəkə, yan-
yörəsində oturan adamlarla söhbət eləyir,  şəxsən tanıdığı  və 
əksəriyyəti ziyalı  təbəqəsi adlanan zümrəyə aid olan qonaqlar 
məclisə təşrif buyuranda onları təkidlə çağırıb, öz yanında otur-
dur,  ərik mürəbbəsiylə çaya qonaq eləyirdi. Həqiqət naminə 
demək lazımdır ki, o biri qonaqlara da çay verirdilər, amma on-
lar çayı ərik mürəbbəsiylə yox, qayığa oxşayan meyvə vazala-
rındakı qızartdaq-bənövşəyi rəngli gavalı mürəbbəsiylə içirdilər. 
Gecə vaxtı isti çadırda oturub, mürəbbəylə çay içmək, 
əlbəttə, yaxşıdı. Amma insan çiy süd əmibdi və naşükürlük bu-
nun adətidi, adamın ağlına bir fikir də gəlir: Allah bilir, neçə-
neçə  ağızlardan çıxan qaşıqlar dəyib bu mürəbbəyə, yəni ki, 
antisanitariyadı, mikrob mənbəyidi və hansısa xəstəliyə yolux-
maq olar. Digər tərəfdən də fikirləşirsən ki, antisanitariya nədi, 


 
9
bura çölçülükdü, elə  şeylərə fikir verən yoxdu, odur, Böyük 
Bəy özü də vecinə almır. 
Həddən ziyadə  çətin məsələləri Böyük Bəy beşcə  də-
qiqənin içində həll eləyib, qoyurdu bir qırağa, – sözdə, əlbəttə. 
Şirin bir nağıla oxşayırdı onun danışığı, hərdən də adama elə 
gəlirdi ki, sovet ali məktəblərində fakultə və ixtisasından asılı 
olmayaraq gen-bol tədris olunan  “Sov.İKP tarixi”, “Tarixi ma-
terializm”, ya da “Elmi kommunizm” dərsində oturub, mühazi-
rəyə qulaq asır. O mühazirələri oxuyan müəllimlər sözdə bəşə-
riyyəti işıqlı  gələcəyə aparıb, ağ günə necə  çıxarırdılarsa, Bö-
yük Bəy də çox çətin məsələləri eləcə asanlıqla həll eləyirdi: 
düşmənin zaman-zaman ən müxtəlif  hiylələrlə zəbt elədiyi tor-
paqları geri qaytarırdı, parçalanmış xalqı birləşdirib, qüdrətli 
bir dövlət yaradırdı, qanunun aliliyi prinsipini bərqərar eyləyir, 
demokratik cəmiyyət qurur, xalqı bəxtəvərliyə çıxarırdı.  
Ordubadlıların çadırında ilahi bir ab-hava var idi, adam 
belə yerdə özündən asılı olmayaraq xəyallanır. Düzdür, mühən-
dis tayfası, adətən, sentimentallıqdan uzaq, realist adamlar olur, 
bunlarınkı faktdı, rəqəmdi, hesablamaqdı. Amma, bununla belə, 
neft emalı zavodunun mühəndisləri də eyforiyaya uymuşdular 
və  qəflətən onlardan biri – xalq hərəkatının zavod üzrə lideri 
yox, o biri ( iqtisadi əlaqələr şöbəsində rəis müavini işləyir bu), 
elə bil ki, nədənsə diksinən kimi olub, xəyaldan ayıldı və dər-
hal da gəlişinin səbəbi yadına düşdü: ayaqyolu məsələsinə görə 
gəlib. Camaat burda nədən danışır, necə  məsələlər müzakirə 
eləyir, ayıb-ayıb bu da gəlib deyə ki, bulvarı ayaq yoluna çevi-
riblər, sidik xirtdəyə çıxır, biabırçılıqdı. Necə də inadla deyirdi 
ki, mən buranın böyüyünü axtarıram, mütləq onu görməliyəm. 
Odur, axtardığın adam – Böyük Bəy oturub çay içir, nə sözün 
varsa, buyur, de. Bayırda bu məsələ ona nə qədər əhəmiyyətli 
görünürdüsə, ordubadlıların çadırında bir o qədər mənasız gö-
rünürdü: bu gülünc fikir hardan ağlına gəldi? – Utanıb, xəcalət 
çəkdi. Amma, hər necə olsa da, dənizkənarı parkın vəziyyəti 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə