ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə3/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   2   3   4   5   6   7   8   9   ...   60

 
10
onu narahat eləyirdi və hesab eləyirdi ki, hökmən kimsə qabağa 
durub, bu barədə danışmalıdı. Elə özü danışacaq və sözü məqa-
mında deyərlər – o vaxtacan gözləyəcək ki, dəstə-dəstə  gəlib, 
ağıllı söhbətlər eləyən ziyalıların axırıncısı da getsin. Böyük 
Bəy,  əlbəttə, arif adamdı,  yaxşı bilir ki, bura gələn hər kəsin 
deyiləsi sözü var, bütün gecəni oturub gözləyiblər ki, imkan 
tapıb, onunla danışsınlar. Odur ki, səhərə yaxın, məclisin sey-
rələn vaxtı deyəcək: “ Hə, bəylər, indi də növbə sizindi. Buyu-
run, nə sözünüz varsa, deyin, mən sizi dinləyirəm” – Böyük 
Bəy əsnəyib, saatına baxacaq, hiss olunur ki, yorulub, yuxusu 
gəlir. “Amma, xahiş edirəm, qısa və konkret danışasınız, vaxtı-
mız çox azdı” – deyib, nəyə görəsə, bir belə adamın içində ona 
baxacaq, siqaret çəkməkdən saralmış barmağı bu tərəfə tuşla-
naraq: – Buyurun, bəy, sözlü adama oxşayırsınız, elə sizdən 
başlayaq.” 
Hər yoldan ötəni gətirib, xalq hərəkatına lider təyin elə-
məzlər. Böyük Bəy də şübhəsiz ki, ağıllı adamdı; hələ bundakı 
fəhmə bax, üzündən oxuyub, hiss eləyib ki, nəsə çox vacib mə-
sələyə görə gəlib. Halal olsun. Bu da heç gözləmirdi və ilk an-
da çaşacaq, amma tezliklə özünü ələ alıb deyəcək: “Mən özüm 
neft emalı zavodunda işləyirəm, mühəndisəm. İmkan daxilində 
gəlib, mitinqlərdə iştirak eləyirəm. Bu məqamı hökmən nəzərə 
çatdırmaq lazımdı, çünki o ərəfədə vəziyyət elə idi ki, mitinq-
lərdə  iştirak eləmək hər kəsin vətənpərvərlik göstəricisi hesab 
olunurdu. Gecələr də qalıram, – bu isə çox yüksək vətənpər-
vərliyə dəlalət eləyən əlamətdi.  Xalqımızın bu möhtəşəm yek-
dilliyi hər bir azərbaycanlı kimi, mənim də  qəlbimi fərəhlən-
dirir, sonsuz qürur hissi duyuram. Amma, bununla belə, elə 
məsələlər var ki, ilk baxışdan əhəmiyyətsiz görünsə də, vaxtın-
da həll olunmayanda, pis fəsadlar törədir.” Aydın diksiya, fik-
rin düzgün və səlis ifadəsi, məntiqi ardıcıllıq Böyük Bəyin xo-
şuna gələcək (belə  şeylər müəllim tayfasının diqqətindən ya-
yınmır), razılıq  əlaməti olaraq başını  tərpədəcək, birdən nəsə 


 
11
xatırlayıbmış kimi, bir jest eləyəcək və bunun da mənası belə 
ifadə oluna bilər: “Bağışlayın, bəy, üzr istəyirəm, sözünüzün 
arasında balanız dursun”. Bu da neyləsin, kifayət qədər yaxşı 
başladığı nitqinə ara verməli olacaq. 
“Siz hansı neft emalı zavodunda işləyirsiniz, bəy?”  Bö-
yük Bəy deyəcək və sualına cavab alacaq. Amma elə  həmin 
andaca o biri mühəndisi, xalq hərəkatının zavod üzrə liderini 
görəcək. Salam bəy! Başım elə qarışıb ki, sənin burda olduğu-
nu görməmişəm. Necəsən, nə var, nə yox? 
– Əleykisalam, Bəy! Yaxşıyam, sağ olun. Bu qədər gə-
lib-gedənin arasında məni gördüyünüzə təəccüblənməyə bilmi-
rəm. Sizdə nə var, nə yox? İşləriniz necədi?  
İşə bax, bunlar tanışdılar! Özü də Böyük Bəy buna so-
yuq və rəsmi “siz”lə yox, “sən” deyə müraciət eləyir. Yeznələ-
ridi, niyə də tanımasın? Halal olsun, o tərəfin camaatı yumruq 
kimi birdi; özləri də bir-birinin təəssübünü saxladıqları kimi, 
həm də yeznəcanlıdılar və düz eləyirlər. Deyir, su ki sənəyə 
girdi, oldu içməli. Bu özü başqa bölgədəndi: o tərəfin kartofun-
dan olmaz. Amma arvadı ordubadlıdı deyə, alıblar qanadlarının 
altına. Bu adamın vəzifə məsələsi həll olunmalıdı. Zavoddan ev 
alıb, amma işi fərli deyil, neçə illərdi qurğu rəisi işləyir. Bir fə-
rasət yiyəsi olsaydı, bir-iki pillə qabağa gedərdi. Amma bacar-
mır, yerində sayır. Beş-altı il əvvəl zavoddan kreditə aldığı 
“Moskviç” maşını pis gündədi, özünün də  fərli bir əyni-başı 
yoxdu. Bunu qabağa çəkib, imkan vermək lazımdı özünü tut-
sun və yəqin elə o səbəbdən də xalq hərəkatının zavod üzrə li-
deri kimi zühur eləyibdi. Soruşan da yoxdu ki, axı sən kimsən, 
nə vaxtdan bəri lider olmusan? Ümumiyyətlə, bu statusu sənə 
kim verib? Rusların bir “samozvanets” sözü var,o düşür ada-
mın yadına. Amma indi məlum olur ki, samozvanets – zad de-
yil, arvad tərəfə güvənir, dalını dağa dirəyib. Hətta mərc gəl-
mək olar ki, yaxşı bir vəzifəyə keçəcək, direktor olmasa da, 
direktor müavini kreslosunda əyləşəcəyi gün elə də uzaq deyil. 


 
12
Atüstü hal-əhvaldan sonra Böyük Bəy sağ  əlinin  şəha-
dət və orta barmaqlarını cütləyib, onlara tərəf tuşlayacaq və de-
yəcək ki, bu bəylə yanaşı oturmaqda yəqin bir yerdə işləyirsi-
niz, eləmi? 
– Bəli, Bəy, çox düzgün buyurursunuz, neçə illərdi bir 
yerdə işləyirik. Yaxşı tanıyıram, bizim adamdı, – xalq hərəkatı-
nın zavod üzrə lideri belə deyib, nəsə çox mürəkkəb bir jest 
eləyəcək ki, burda əl, qol, üz, baş, sözün qısası, az qala bütün 
bədən üzvləri iştirak eləyir və  mənası da belə yozula bilər: 
“Mən hər uşaq-musağı sizin yanınıza gətirmərəm, Bəy. Eləliyi-
nə baxmayın, bu da bir oğuldu. Düzdü, mənə çatmaz, amma 
yaxşıdı. Hətta deyərdim ki, çox yaxşıdı”. 
Böyük Bəy fikri tutdu və razılıq  əlaməti olaraq başını 
tərpədib, o biri mühəndisə müraciət eləyəcək: “Buyurun, bəy, 
mən sizi dinləyirəm”. 
Onun dediklərini Böyük Bəy  əlbəttə, düzgün başa dü-
şəcək, tədbir görülməsi üçün göstəriş verəcəyini vəd eləyib de-
yəcək: Bilirsiniz, bəy, vallah, o qədər iş var, başımız elə qarışıb 
ki, az qala adımızı da unutmuşuq  və bu da təbiidi. Kənardan 
baxana döyüş asan gəlir. Elə gün olur ki, bu meydana bir mil-
yondan  çox adam yığışır. Heç bilirsiniz bu, nə deməkdi, bəy? 
Ölkə var ki, bir milyon əhalisi yoxdu. Bu qədər adamın bütün 
problemlərini nə mən, nə də ətrafımdakı beş-on nəfər həll eləyə 
bilməz. Gərək elliklə birləşib, hamımız  əl-ələ verək, hərə bir 
işin qulpundan yapışsın. Mənə yaxınlaşanların çoxusu bilirsiniz, 
nə istəyir, bəy? Desəm, güləcəksiniz. Tribunadan çıxış eləmək 
üçün söz istəyirlər. Xalqa deməyə sözü olan adamlar var ki, on-
lara söz verilməlidi və verilir də. Amma çox adam özünü gözə 
soxub, xal qazanmaq istəyir.  İndi fikirləşirsiniz ki, bu kişi nə 
danışır? Vallah, ağlamalıdı, bəy. Bir işin qulpundan yapışıb, 
kömək eləmək istəyən çox azdı və bəla da burasındadı. Ayaq-
yolu məsələsinə  gəlincə, deməzdim ki, heç bir iş görülməyib. 
Yəqin özünüz də gördünüz necə  qəşəng ayaqyoluları  gətirib 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə