ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə5/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   2   3   4   5   6   7   8   9   ...   60

 
16
eybəcərləşirdi, – elə bil üfunət dolu çirkab quyusuna daş atırdın. 
Qadın danışdıqca boğazının damarları şişib göyərirdi və adama 
elə gəlirdi ki, irili-xırdalı bir dəstə qara ilan arvadın sinəsi yu-
xarı dırmaşıb boyun-boğazına dolaşır. 
Zavodda işlədiyinə görə  fəxr eləyirdi bu kişi. Ölkənin 
neft sənayesində çalışır, böyük və kiçikliyindən asılı olmayaraq, 
hansısa bir işin qulpundan yapışır, tutduğu vəzifənin öhdəsin-
dən gəlməyə çalışır və bir qayda olaraq da buna nail olur. Am-
ma camaat meydanlara çıxıb mitinqlərə başlayandan bəri və-
ziyyət dəyişibdi. Öz iş yerinə görə  xəcalət çəkir artıq. Bir də 
görürsən mitinqin lap qızqın vaxtında kimsə tribunaya çıxıb tə-
tilə qoşulmayan idarə və müəssisələrin siyahısını oxuyur. İşlə-
diyi zavodun adını eşidəndə nəsə gülməyi tutur bunun, “Ar ol-
sun!” deyib haykıran insan dənizinin səsindən vahimələnir. 
Adətən, yerini dəyişib başqa cərgəyə keçir və ona elə gəlir ki, 
nəsə bir günahı da var. Suçlu adamlar kimi hiss eləyir özünü. 
Belə bir hadisə  iş yoldaşlarıyla yanaşı dayandığı vaxt baş ve-
rəndə isə tez onların qoluna toxunub pıçıldayırdı ki, gəlin ara-
dan çıxaq, harda işlədiyimizi bilsələr bizi birtəhər eləyəcəklər. 
Həqiqətən də qəzəbli kütlədən nə desən gözləmək olar. Söyər, 
döyər, şikəst eləyər, hətta öldürə bilərlər. İndi də xəcalət qarışıq 
bir hiss keçirirdi. Amma, bununla belə, suala düzgün cavab 
verdi:  
−  Bəli, burda işləyirəm. 
− Camaat hər yerdə  işi dayandırıb, tətil eləyir,  −  dəs-
təbaşı dedi. – Zavodu niyə saxlamırsınız? Siz bu millətdən de-
yilsiniz? 
Əlbəttə, qadını aldadıb deyə bilərdi ki, zavod işləmir, 
dünəndən işi dayandırıb, tətilə qoşulmuşuq. Deyə bilərdi ki, ba-
calardan çıxan tüstü deyil, qurğuları saxlayandan sonra sistemi 
soyutmaq üçün bir müddət sobalara hava vurulur, o da hisi, to-
zu, qurumu götürüb özüylə birlikdə yuxarı qaldırır və kənardan 
baxana elə gəlir ki, guya zavod işləyir. Əslində isə, işləmir. Be-


 
17
lə deyə bilərdi, amma demədi. Sakitcə gülümsəyib  ərkyana-
lıqla:  
− Bu saat deyəcəm, bacı, səbriniz olsun, − dedi. − Mən 
özüm mühəndisəm, on beş ildi burda işləyirəm, işin içində olan 
bir adam kimi, sizə cavab verəcəm. Zavodu saxlamaq olar və 
elə də çətin iş deyil bu. Amma respublika əhalisi üçün çox əhə-
miyyətli olan bir çox idarə  və müəssisələrin işi bu zavoddan 
asılıdır. Avtonəqliyyatda, hava, su və dəmir yolu nəqliyyatında 
işlənən yanacaq və sürtkü yağlarını bu zavod verir, istilik-elekt-
rik stansiyaları və qazanxanalarda işlənən mazutu da biz veririk. 
Deyirsiniz, indi neyləyək, zavodu saxlayıb şəhərdə piyada gə-
zək, rayonlara piyada gedib-gələk, eləmi? Hələ xarici ölkələri 
demirəm. Qışın günündə soyuq və qaranlıq otaqlarda oturub 
çay içməyək, yemək yeməyək, televizora baxmayaq? Xəstəxa-
nalar, doğum evləri, uşaq bağçaları, məktəblər işləməsin, un 
üyütməyək, çörək bişirməyək, eləmi? O meydanda çox söz da-
nışırlar, işdən başı  çıxmayan adamların boş-boş  gəvəzələmə-
yinə fikir verməyin. Beş mindən çox adam işləyir bu zavodda, 
direktordan tutmuş  fəhləyəcən, hamımız mitinqlərdə  iştirak 
eləyirik. Özümüzün çadırımız var orda, gecələr də qalırıq. Şəx-
sən mən özüm bu gecə səhərəcən meydanda olmuşam, elə or-
dan da birbaşa işə gəlmişəm. Gündüz adam çox olsa da, gecə 
hamı çıxıb gedir evinə. Bu gecə saat ikidən sonra sayan olsaydı, 
içi mən qarışıq, vur-tut beş yüz adam olardı orda. Biz də get-
səydik, əsgərlər meydanı tutub, camaatı ora buraxmayacaqdılar. 
Hər nədi, heç olmasa yığışıb, dərdimizi  danışırıq, qışqırırıq, 
ürəyimiz sakitləşir. Tonqalın qırağında oturmaqdan əynimdəki 
pal-paltar da hamısı his olub, 
− belə deyib, paltosunun yaxasını 
açdı, qoltuq tərəfdən astarı burnuna yaxınlaşdırıb iylədi. 
−  Bu-
yurun, kim inanmırsa, gəlsin, özü yoxlasın, his iyi adamı boğur, 
− dedi və soruşdu ki, sizlərdən bu gecə meydanda gecələyən 
olubmu? 


 
18
Onun sualını arxa cərgələrdən də eşidirdilər, amma heç 
kim dillənmədi və əgər işdi-şayət, elə bir adam olsaydı, əlbəttə, 
tez-tələsik sinəsini qabağa verib deyərdi ki, bu gecə  mən də 
meydandaydım. Amma dillənən yoxdu. Aydındı. Bunlar hamı-
sı günortadan sonra meydana yığışan adamlardı, yəqin ki, tətilə 
qoşulmayan müəssisələrin siyahısı oxunubdu, neft emalı 
zavodunun adı yenə hallanıb və hansı başdanxarabsa deyib ki, 
gəlin gedək oranı dağıdaq. Bu qadın da həyasızlığına salıb 
hamıdan bərk qışqırıb deyə, özlərinə lider seçiblər. Heç bilən 
yoxdu kimdi, nəçidi, nə yuvanın quşudu? Heç sir-sifətdən də 
fərli adama oxşamır. 
Dəstəbaşının gözündəki qəzəb alovu öləziyibdi, ağzını 
açan kimi sinəsi yuxarı qalxıb, boğazına dolanan irili-xırdalı 
qara ilanlar öz yuvalarına çəkiliblər. Deyəsən, izdiham neylə-
yəcəyini bilir artıq. Zavodun yanından ötüb prospekt boyu üzü-
aşağı 
− gündoğan tərəfə gedəcək. Amma elə bu vaxt ucaboy, 
cavan bir oğlan nümayişçilərin arasından çıxıb zavodun idarə 
binasına tərəf getdi, pilləkan tərəfdən hündür daş divara bər-
kidilmiş metal lövhənin üzərinə həkk olunmuş şəklin altındakı 
yazını oxuyub dedi:  
− Ay camaat! Erməni bizi qırır, torpağımızı  əlimizdən 
alır, evimizi dağıdır, yurdumuzu viran qoyur, qəbirstanlıqları-
mızı buldozerin qabağına verib yerlə yeksan eləyir. Bunlar da 
burda erməniyə heykəl qoyublar. Buyurun, baxın! Kim inan-
mırsa, gəlsin öz gözləriylə görsün. 
Camaat o tərəfə axışdı. İzdihamın qarşısını almaq müm-
kün deyildi artıq. Kişilər əllərinə keçən dəmir boru, lom, arma-
tur və taxta parçalarıyla divardakı metal lövhəni döyəcləyib 
sındırmaq istəyirdilər. Amma çox çətin bir işə girişmişdilər və 
heç nəyə nail olmadılar.  
Vurçatdasının lap qızğın vaxtında harda var, harda yox, 
direktorun ümumi məsələlər üzrə müavini peyda oldu. Ortaboy 
kişidi, yaşı  əlli beşdən çox olmaz, amma tez ağarıb, pambığa 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə