ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə7/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   2   3   4   5   6   7   8   9   10   ...   60

 
22
artıq yazmağa ixtiyarım yoxdu. Altı aydan sonra gələrsən, yenə 
yazaram”. 
İdarə binasının pəncərə şüşələrini sındırıblar, iş otaqla-
rına girib, stolları çeviriblər, telefon aparatlarını yerə çırpıblar, 
kağız-kuğuzu dağıdıb, yerlə yeksan eləyiblər, şkafların hamısı-
nı açıb, içində nə varsa yerə töküblər. Bir şkafı da açanda bərk 
təəccübləniblər, hətta qorxublar, çünki şkafdan adam çıxıb: sə-
mərələşdirici təkliflər və ixtiralar şöbəsində işləyən kök bir ar-
vad vurçatdasında qorxusundan qaçıb şkafda gizlənibmiş. 
Nümayişçilər dəmir darvazanın üstündən aşıb zavodun 
içərisinə keçmək, orda da dağıntılar törətmək istəyirdilər,  am-
ma  baş  tutmadı. 
Onlara deyildi ki, o üzdən içəridə silahlı əsgərlər  daya-
nıblar, zavod ərazisinə icazəsiz daxil olan hər kəsə atəş açıla-
caq. Yalnız bundan sonra uçurub-dağıtdıqlarıyla kifayətlənən 
nümayiş iştirakçılıarı dağılışıb getdilər. Gəlmişdilər deyələr ki, 
niyə işi dayandırıb tətilə qoşulmursunuz? Həm də təzə məsələ 
deyil bu, zavodun adı meydanda tez-tez hallanır və hər dəfə ün-
vanına “ar olsun!” deyilirdi. Müxalifət qəzetləri direktoru ma-
fioz kimi qələmə verirdi, bunu bir qədər yumşaldıb, “xeyirxah 
mafioz” ifadəsi işlədənlər də var idi. Zavod isə gecə-gündüz 
dayanmadan işləyirdi, hətta Xocalı qırğını vaxtı da dayanmadı. 
Qırğından sonra camaat biləndə ki, yayılan rəsmi məlumat düz 
deyil (əslində, ermənilər rus hərbçiləriylə  əlbir olub, Xocalı 
şəhərini yerlə yeksan eləyiblər, dinc əhaliyə divan tutublar), 
yenidən nümayiş və tətillər başladı. İlk dəfə yalnız onda zavod 
işçilərindən bir qrup adam (bunlar da xalq hərəkatının zavod 
üzrə lideri və o hərəkatın beş-altı fəalıydı) tətilə qoşulmaq mə-
sələsini ortaya atdı. Amma neft emalı zavodunu  dayandırmaq 
asan məsələ deyil. Neçə-neçə sex və sahənin işi bir mərkəzdən 
idarə olunmalıdı ki, qəza baş verməsin. Bu isə ancaq rəhbər-
liyin icazəsiylə mümkündü. Tətil tərəfdarları dedilər: “Yığışaq, 


 
23
iclas keçirək, direktoru da dəvət eləyək və orda öz tələbimizi 
deyək”. 
Təhlükəsizlik texnikası şöbəsinin tədris zalına yığışmış-
dılar. Nəhayət, direktor da gəldi, oturan kimi ağ-qırmızı qutulu 
“Marlboro” siqaretindən birini yandırıb dedi: “Buyurun, nə sö-
zünüz varsa, deyin. Mən sizi dinləyirəm”.  
Tətil tərəfdarları deyəndə ki, zavodu saxlayıb biz də tə-
tilə qoşulmaq istəyirik, direktorun üzündə kinayəli bir təbəs-
süm göründü: “Bəyəm yiyəsi ölüb ki, siz özbaşına zavod saxla-
yasınız?” 
− cır səslə danışırdı və onu yaxşı tanıyanlara məlum-
du ki, direktor çox bərk əsəbiləşəndə belə danışır. Danışığında 
bir saymazlıq da var idi. Nə olub, görəsən, niyə belə eləyir? 
İşi dayandırmağın əleyhinə olanlar zalda onsuz da çox-
luq təşkil eləyirdi, direktorun belə deməyi onların ürəyindən 
xəbər verdi. Gurultulu alqışlarla  əl çalmasalar da, gülümsəyib 
himləşdilər,  şəfqət və minnətdarlıq ifadə eləyən gözlərini di-
rektordan çəkmədilər, yəni ki, halal olsun, yaxşı dediniz, bun-
lara belə lazımdı. Tətil tərəfdarları suya-buza dönmüşdülər. Di-
rektor  əvvəllər belə danışmazdı, buna nə olub? Əlbəttə, nəsə 
olub, unutmaq lazım deyil ki, direktor artıq Milli Məclisin de-
putatıdı, millət vəkilidi, necə deyərlər, hökumət adamıdı və bir 
halda ki, üzünü bozardıb deyir, olmaz deməli, olmaz. 
İclas çox çəkmədi, tətil tərəfdarları kor-peşiman, suyu 
süzülə-süzülə dağılışıb getdilər. Amma tökülən nahaq qanlara 
etiraz  əlaməti olaraq keçirilən aksiyalar səngimək bilmirdi. 
Neft emalı zavodu isə gecə-gündüz işləyirdi; su, buxar, mazut 
və neft xəttində, yaxud hansısa qurğuda baş verən qəza üzün-
dən bəzən sutkalarla dayanan zavodu o boyda faciəyə görə heç 
olmasa bircə günlüyə saxlamağı direktor lazım bilmədi və hələ 
bu azmış kimi, bir müddət sonra Moskvanın “Pravda” qəzetinə 
verdiyi müsahibədə böyük fəxarətlə: “Mənim rəhbərlik elədi-
yim neft emalı zavodu indiyəcən bir gün də işi dayandırmayıb”, 
demişdi.  


 
24
Neft emalı zavodu 20 Yanvar qırğınında da dayanmadı. 
Amma məhsuldarlıq xeyli aşağı düşmüşdü. Buna da digər sa-
hələrdə, ələlxüsus da dəmir yolu nəqliyyatında başlamış   tətil-
lərlə əlaqədar olaraq yükdaşımaların azalması səbəb olmuşdu. 
20 Yanvar qırğını,  əslində, gözlənilirdi. O ərəfədə söz 
gəzirdi ki, rus qoşunları  şəhərə hücum edəcək. Meydanda da 
vəziyyət ürəkaçan deyildi. Suyu sovulmuş dəyirmana oxşayırdı 
meydan, orda adam çox idi, amma elə bil camaat yorulub bez-
mişdi, ruhdan düşmüşdü və ən əsası da neyləməli olduğunu bil-
mirdi. Tribuna bəzən saatlarla boş qalırdı, çıxış eləmək həvəsi 
də qalmamışdı camaatda. Amma vaxt var idi arada yeri gəl-
dikcə şer deyə-deyə, populist çıxışlar eləmək istəyənlər növbə-
yə durardılar. Adamları ruhlandırmaq üçün müəyyən fasilələrlə 
“Öldü var, döndü yox!” şüarını səsləndirirdilər. Tribunadan de-
yilirdi ki, qoşunu şəhərə buraxmamalıyıq. Öldü var, döndü yox! 
Plan beləydi:  şəhərin  əsas giriş-çıxış qapılarında barrikadalar 
qurub, müdafiə olunmaq. Mitinq iştirakçılarına müraciətlə de-
yilirdi: “Kimin qeyrəti varsa, getsin, şəhərin  əsas qapılarında 
yığışan camaata qoşulsun”. Adamın  əsəblərini qıcıqlandırıb, 
zəhləsini tökən cır səsin yiyəsi əliyalın camaatı təpədən-dırna-
ğacan silahlanmış sovet ordusuyla qarşıdurmaya çağırırdı  və 
sözündən belə çıxırdı ki, Bakının hansısa maşınqayırma zavo-
dunda “Kalaşnikov” avtomatlarının kütləvi istehsalına başla-
nıb; xalqı əmin eləyirdi ki, arxayın olun, silahımız da var, kö-
mək də gələcək. Sınıq qramofon valı kimi, eyni sözü deyir, de-
yir, yenə təkrar eləyirdi. 
Görəsən Böyük Bəy özü hardadı? Bir savadsız fəhləni 
qabağa verib, özü də  yəqin ordubadlıların çadırında oturub, 
ərik mürəbbəsiylə çay içir, belə də iş olarmı? Xalq hərəkatının 
lideridi, niyə  gəlib, tribunaya çıxmır, camaata demir vəziyyət 
necədi, neyləmək lazımdı? 
Arvadı gedib, telefon budkasından anasıgilə zəng eləyib, 
qardaşlarına deyib ki, bu gecəki qırğında yeznəniz zavodda 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə