ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə8/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

 
25
növbətçiydi, gün günortadı, amma bu adam hələ də gəlib çıx-
mayıb. Onlar da narahat olub, kiçik qayın həkimdi 
− cərrah, ba-
cısına deyib ki, sən get evə, narahat olma, öldü-qaldısını dəqiq 
öyrənib sənə deyərəm. “Yaralıların hansı xəstəxanalara yerləş-
dirildiyini bilirəm. Zəng eləyib soruşacam, tapa bilməsəm, 
meyitxanalara zəng edəcəm, orda da olmasa, deməli, nə ölüb, 
nə də yaralanıb, hardasa ləngiyibdi, gələr, 
− qardaşı belə deyib, 
bacısını sakitləşdirib. 
Necə olubsa, evə gec gəldiyinə görə belə ciddi narahat-
çılıq yaranacağı ağlına gəlməyib. Nə zavodda növbətçi olduğu, 
nə də evə gec gəldiyi birinci dəfə deyildi, amma, görünür, ge-
cəki qırğın camaatın gözünü qorxudub, ona görə  də  bərk na-
rahat olublar. 
Arvadı çay süzdü, soruşdu ki, bilmirsən, çoxmu adam 
qırılıb? 
Üç həftədi təzə evə köçüblər, yeddimərtəbəli binanın  
beşinci mərtəbəsində üçotaqlı  mənzil alıblar. Bina istifadəyə 
verilib, amma nə qaz, nə su, nə  də elektrik yoxdu. Onlardan 
başqa on-on beş ailə  də köçüb, qalanlar hələ ki tələsmirlər. Əs-
lində, gərək o da köçməyəydi, iki-üç ay ləngiyib, qışın çıxma-
sını gözləyəydi. Onacan işığı, qazı, suyu da verərdilər. Amma 
köçdülər, bunun da əsas səbəbi Bakıya üz tutan çoxsaylı qaçqın 
axını oldu. Ev-eşiyindən didərgin düşmüş, həyatdan bezib cana 
doymuş, qəzəbli adamlar harda bir boş bina, mənzil gördülərmi
dərhal zəbt eləyirdilər və məskunlaşdıqları yerdən onları çıxart-
maq mümkün olmurdu. Neçə-neçə yataqxana, istirahət evi, ida-
rə və müəssisələrin öz işçiləri üçün tikdirdikləri, amma bəzi ta-
mamlama işlərinin başa çatmaması  səbəbindən istifadəyə ver-
mədikləri yüzlərlə bina artıq zəbt olunmuşdu və bu proses da-
vam eləyirdı. Beləliklə, ev növbəsinə dayanıb on illərlə göz-
ləyən ailələrə çatmalı olan mənzilləri son anda başqaları  zəbt 
eləyirdi. Oydu ki, direktorun əsaslı tikinti üzrə müavini “bina 
hazırdı, xırda-para işlər qalıb, bir-iki aya işıq, qaz, su da verilə-


 
26
cək. Kim istəyirsə, köçüb, öz evində yaşaya bilər. Əslində, və-
ziyyət elədi ki, köçməyiniz məsləhətdi,” 
− dediyi günün səhə-
risi ailə yataqxanasından təzə evə köçdü. 
Neçə illərdi Bakıda yaşasa da öz evi yox idi. Kirədə, tə-
ləbə yataqxanasında qalıb, işlədiyi müddətdə isə zavodun su-
baylar və ailə yataqxanalarında qalırdı  və söz düşəndə “mən 
heç, ömrüm kirədə, yataqxanalarda çürüdü. Bu gün-sabah başı-
ma bir iş gəlsə, uşaqlarımı yataqxanadan çıxardıb küçəyə ata-
caqlar. Ev ala bilsəydim, heç olmasa arxayın olardım ki, ba-
lalarımın qalmağa öz yeri var” deyirdi. Evdə bu barədə o qədər 
danışırdılar ki, uşaqların da qulağı dolmuşdu və görürdün “bi-
zim təzə evimiz olacaq,” – deyib, öz aralarında söhbət eləyirdi-
lər. Kiçik qız çox orijinal bir təklif də vermişdi, “təzə evə kö-
çəndə bu evimizi də özümüzlə aparaq”. Yataqxanadakı on iki 
kvadratmetrlik balaca otağı özüylə təzə evə aparmaq istəyirdi. 
Çox çətinliklə  də olsa, onu  başa saldılar ki, mümkün olan iş 
deyil, özü də yataqxananın cındır otağını neynirik, orda özümü-
zün üç dənə qəşəng otağımız olacaq, təzə evimizin ayrıca mət-
bəxi, hamamı, tualeti, iki dənə də balkonu var.  
Neçə illərdi həsrətlə gözlədikləri evi almışdılar, amma 
son anda əldən çıxa bilərdi 
− ev qaçqınların əlinə keçə bilərdi 
və bunu təsəvvür eləyəndə kişinin ayaqları altından yer qaçırdı. 
Dekabrın son günü, qarlı-şaxtalı bir havada köçdülər.  Şeyləri 
daşıyıb qonaq otağını yığdılar, özləri də balaca otaqların birinə 
yığışdılar ki, oranı heç olmasa nəfəsləriylə  qızdıra bilsinlər. 
Amma o balaca otağı elektrik peçi və dörd adamın nəfəsi qız-
dırmadı. Hələ yaxşı ki, fərasətli tərpənib elə ilk gündən həyət-
dəki elektrik dirəyindən müvəqqəti də olsa işıq çəkdirmişdilər, 
yoxsa soyuqdan qırılardılar. Səhəri gün o biri otağa köçdülər
amma vəziyyət dəyişmədi. Nəhayət, başa düşdülər ki, balaca 
otaqlar şimal tərəfdədi deyə, küləktutandı və çox soyuqdu, qo-
naq otağı böyük olsa da, cənubdadı, o səbəbdən hənirlidi. Evdə 
də eynən küçədəki kimi gəzirdilər. Hamısının əynində üstbəüst 


 
27
jaketlər, palto, başları da örtülü. Əziyyət çəkirdilər, amma xoş-
bəxt idilər. Çünki öz evləri var idi. 
İki qızdı, birinin altı yaşı var, o birinin səkkiz. Ataları-
nın böyrünü kəsdirib oturublar, analarına deyirlər ki, bizə  də 
çay ver. 
−  Atanız işdən gəlib qoyun onun çayını-çörəyini verim. 
Elə indicə çay da içmisiniz, yemək də yemisiniz, nədi, nə olub? 
− anaları deyirdi. 
Amma qızlar atalarının yanında ərköyünlük eləyir və tə-
kidlə tələb eləyirdilər: “ Tez ol bizə də çay ver ”. 
−  Mən də sizin kimi, ordan-burdan nə eşitmişəm, odu. 
Bütün gecəni zavodda olmuşam. Axşam on radələrində bizi av-
tobusa yığıb dəniz vağzalına apardılar. Orda nəzarət etməliydik 
ki, şəhəri tərk eləyib gedən adamlar özləriylə bəzi şeylər, məsə-
lən, antikvar əşyalar, qiymətli sənət əsərləri, videokassetlər və s. 
aparmasınlar. Gecə saat on iki radələriydi, bir də gördük şəhə-
rin mərkəzi hissəsindəki böyük ərazinin üstündən səmada öz 
arxasınca işıqlı iz buraxan güllələr uçuşur. Heç nə başa düş-
mürdük, bilmirdik bu nə atəşfəşanlıqdı belə,  şəhərin göyünü 
niyə gülləbarana tutublar? Adamları yoxlamırdıq artıq, ora-
bura qaçır, bir-birimizdən soruşurduq ki, bu nədi belə? Heç 
kim heç nə bilmirdi. Bir də eşitdik ki, bizim uşaqlardan biri de-
yir: “zavoddan zəng eləyib dedilər ki, hamınız bir nəfər kimi
yığışın avtobusa, gəlin bura”. Getdik zavoda. Orda da dedilər, 
gedin yığışın təhlükəsizlik texnikası şöbəsinin tədris zalına, xü-
susi göstəriş olmadan heç hara tərpənməyin. 
Zalda nəyin harda olduğunu yaxşı bilirlər və dərhal da 
çay tədarükünə başladılar: elektrik çaynikini yaxalayıb, su ilə 
doldurdular, çirkli stəkanları yuyub, stolun üstünə düzdülər. 
Maraqlıdı, görəsən, nə olub, niyə tez-tələsik geri çağırdılar on-
ları? Axı demişdilər ki, səhərəcən limanda növbə çəkəcəksiniz? 
Şəhərdə  nə baş  verir,  bu  nə atəşfəşanlıqdı, göyü niyə güllələ-


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə