ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə9/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

 
28
yirlər? Tezliklə  məlum oldu ki, sovet qoşunları bir-neçə is-
tiqamətdən şəhərə hücuma keçib. 
− Yaxşı, biz indi neyləyək? 
− Şəhərdə vəziyyət gərgindi. Neft məhsulları nəql olu-
nan boru xətlərində, qurğularda, rezervuar parklarında, estaka-
dalarda yanğın və partlayış törədə bilərlər. Zavod üzrə  məsul 
növbətçi kimi, baş verə biləcək hər hansı hadisəyə görə  hər 
biriniz məsuliyyət daşıyırsınız. Odur ki, ayrı söz-söhbət lazım 
deyil, zalda oturub gözləməlisiniz, vəssalam.  
− Yaxşı də, bir halda ki, belə lazımdı, oturub gözlərik. 
Çay içir, siqaret çəkir, danışır, mübahisə eləyirdilər. 
Arada görürdün kimsə söz atdı: “Yaxşıdı, vallah! Camaat orda 
qırılır, biz də burda kefdəyik, isti otaqda oturub, çay içirik”. 
Hamı susurdu. Kiçik bir pauzadan sonra kimsə dillə-
nirdi: 
− Deyirsən, indi neyləyək? 
− Mən nə bilim? 
− Bilmirsən, bəs onda nə danışırsan? Biz bura kefdən 
yığışmamışıq, zavod üzrə  məsul növbətçiyik, başa düşürsən? 
Ağa deyir: sür dərəyə
− sür dərəyə. Deyiblər, zalda oturun göz-
ləyin. Biz də oturub gözləyirik.  
Gecənin bir vaxtı bişmiş ət iyi gəldi. Zavodun yardımçı 
təsərrüfatından xeyli toyuq gətirib yığıblar binanın girəcəyin-
dəki pilləkənin altına. Növbətçilərdən kimsə deyib ki, boş-be-
kar oturmuşuq, özümüz də acıq, gəlin bunlardan üç-dördünü 
kəsək bişirək. 
− Onun iyidi. Gecənin gec vaxtı hamısı acdı, 
ağızları sulandı. 
− Düz eləmisiniz, uşaqlar, halal olsun. Əslində, o toyuq-
ları elə bizim üçün gətiriblər. Bəs nə vaxt hazır olacaq? 
− Az qalıb; cavan çolpalardı, on-on beş dəqiqə də qay-
nasın, bişəcək. 
Üçlitrlik balondakı xiyar şorabasının ağzı açıldı, çörəyi 
doğrayıb, stolun üstünə yığdılar. Boşqablara qalaqlanmış toyuq 


 
29
ətindən hərəsi bir tikə götürüb, yas yerində xeyrat bozbaşı ye-
yənlər kimi, utana-cəkinə yeyirdilər. Belə yerdə deyir: elə bil 
mən yeməyi yemirəm, yemək məni yeyir. Amma qarajda işlə-
yən qarayanız oğlan ağ eləmişdi, tikəsi də ayrı cürdü bunun: 
qanadları  və döş  əti qarışıq toyuğun yarıdan çoxunu götürüb, 
elə yeyir, elə bil aclıqdan çıxıb. Düzdü, yeməyin hazırlanıb, 
araya-ərsəyə  gəlməsində bunun əməyi çox olub: toyuqları  kə-
sib, yolub, təmizləyib və doğrayıb, qazana yığıb. Amma, hər 
necə olsa da, bu məqamda yeməyə o cür girişmək yaxşı deyildi 
və heç kimin xoşuna gəlmədi, özlərini görməzliyə vursalar da, 
altdan-altdan göz qoyur, xəcalət çəkirdilər, öz yedikləri də bo-
ğazlarından keçmirdi. Oğlandan zəhlələri getdi. 
Növbətçi avtobusun şoferi də oturub, çörək yeyirdi, ona 
dedilər: 
− Sən gəl bir yaxşı iş gör. Məsələ belədi: hamımız bur-
da oturmaqdansa, beş-altı  nəfər qalsın, qalanlar getsin metro-
nun “Xətai” stansiyası tərəfə. Zavodun obyektləri var orda, ge-
dək baxaq, yoxlayaq. Soda boşaldılan estakadada bir əhlikef 
kişi işləyir, yəqin, axşamdan bir butulka çaxır içib, kəlləni atıb 
yatıb, 
− gedək, onu oyadaq. Sonra gedək Neftçilər xəstəxanası 
tərəfə, biz orda düşərik, sən də qayıdıb gələrsən zavoda. Bilir-
sən, səndən nə gizlədək, şəhərdə qırğın gedir, bilmək istəyirik: 
vəziyyət necədi, çoxmu adam qırılıb? 
Şofer etiraz eləmir, amma deyir ki, mən dispeçerə tabe-
yəm, ondan icazə almalısınız . Dispeçer də daş atıb, başını tut-
du ki, nə danışırsınız, mazuta yer yoxdu, benzin rezervuarları 
dolub-daşır, məhsul dənizə gedir; dizel yanacağı aparmağa 
tanker gəlməlidi 
−  gəlməyib, dəmir yolu sistern verməlidi  − 
vermir, hara zəng vururam 
− heç kim cavab vermir, − aləm qa-
rışıb bir-birinə, siz də istəyirsiniz növbətçi avtobusu götürüb, 
aradan çıxasınız. 
− Yox, qardaş, aradan çıxmaq nədi? Biz elə demədik. 
Metronun “Xətai” stansiyası tərəfdə zavodun obyektləri var və 


 
30
sən bunu bizdən də yaxşı bilirsən. İstəyirik gedək, dizel yana-
cağı  təmizlənən sexə baş  çəkək, soda boşaldılan estakadanı 
yoxlayaq. O tərəf  gözdən uzaqdı, yiyəsizlikdi: gəlib yandırar-
lar, partladarlar. Dedik gedək baxaq, yatan varsa, oyadaq, ca-
maata deyək: pis vaxtdı, ayıq olun. Biz belə deyirik. Bəlkə, düz 
demirik?  
Tutarlı arqumentlərlə dispeçeri dirəmişdilər divara və o 
da razılaşmalı oldu: “Yaxşı, gedin. Oraları yaxşı-yaxşı yoxla-
yın, baxın. Yatan varsa, oyadın. Amma şoferi ləngitməyin, ça-
tan kimi özünüz düşün, maşını göndərin gəlsin. Oldumu?”. 
– Beş-altı nəfər qaldı, qalanlar yığışdıq avtobusa, 
− iqti-
sadi əlaqələr şöbəsinin rəis müavini  20 Yanvar qırğınına təsa-
düf eləmiş növbətçiliyi barədə evdə arvad-uşağa danışırdı. 
− Get-
dik, Nizami parkına çatanda avtobus başladı  nəsə bir təhər 
getməyə: elə bil yerində atılıb-düşürdü. Sonra da sürətini azal-
dıb dayandı. Buna nə oldu, niyə dayandı? Gecə saat dördə qalıb, 
o boyda prospekt bomboşdu, “qu” desən, qulaq tutular. Şofer 
düşüb, bir az qurdalandı və dedi: vəziyyət pisdi, tormoz mayesi 
axıb tökülüb, Neftçilər xəstəxanasınacan gedə bilməyəcəm; 
ümumiyyətlə, bu maşınla yola çıxmaq olmaz,  gücüm ona çatar 
ki,  əl tormozunun köməyiylə    avtobusu  bir  təhər idarə eləyib, 
sizi zavodacan aparım, ordan da gedim qaraja. Qayıdıb getdik 
zavoda. Biz ora çatanda idarə binasının divarındakı  saat dörd 
tamamı göstərirdi. Zalda oturub gözləyirdik. Hardasa saat altı 
olardı, dispeçer daxili telefonla zəng eləyib dedi ki, zavodda 
vəziyyət çox pisdi; hazır məhsula yer yoxdu, qurğular dayan-
maq üzrədi, təcili surətdə gedib, istehsalat rəisini evdən gətir-
mək lazımdı, onun evini tanıyanınız varmı? Gördüm heç kim 
dillənmir, dedim: mən tanıyıram  metronun “Gənclik” stansiya-
sı tərəfdə olur, maşın ver, gedim gətirim. Getdim. Hava təzəcə 
işıqlaşırdı, yolların qırağında əzilib xurd-xəşil olmuş çoxlu yük 
maşını, “İkarus” avtobusu  gördüm. Amma nə yaralı adam, nə 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə