ZüLMƏTDƏ İŞiq (Tövsiyə göstəricisi)



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix25.08.2018
ölçüsü0,8 Mb.
#64066
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

 

 



 


ZÜLMƏTDƏ İŞIQ 

(Tövsiyə göstəricisi) 

1906-cı ilin 7 aprel günü Azərbaycan mətbuatının, Azərbaycan mədəniyyətinin 

tarixinə əlamətdar bir gün kimi yazıldı. Həmin gün “Sizi deyib gəlmişəm, ey 

mənim müsəlman qardaşlarım” xitabı ilə həqiqətən də, xalqın dərdinə şərik olacaq, 

onunla bir deyib bir güləcək bir mətbu orqanının - “Molla Nəsrəddin” jurnalının ilk 

nömrəsi çapdan çıxdı. 

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında “Molla 

Nəsrəddin” jurnalı misilsiz rol oynamışdır. Bu dövrün satirik ədəbiyatının 

C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqqverdiyev, Ö.F.Nemanzadə, Ə.Nəzmi, 

Ə.Qəmküsar, M.S.Ordubadi, S.Mümtaz, C.Cabbarlı və başqa nümayəndələri bu 

jurnalın ətrafında birləşmişdilər. Bu yazıçıların əksəriyyəti özlərinin yüzlərlə 

dəyərli əsərlərini bu jurnalda dərc etdirirdilər. 

“Molla Nəsrəddin” jurnalı “Asiyanın oyanması” kimi tarixi bir mərhələnin həqiqi 

mənada aynası idi. Jurnal nəinki Azərbaycan miqyasında, hətta, bütün Orta və 

Yaxın Şərqdə müstəmləkə zülmünə, mütləqiyyət üsuli-idarəsinə, iqtisadi və 

mədəni geriliyə, dini fanatizmə qarşı çevrilmiş kəskin siyasi satiranın bayraqdarı 

kimi tanınmışdı. 

“Molla Nəsrəddin” satirik məktəbi yalnız Azərbaycan hüdudunu əhatə etmirdi. 

Onun təsiri və xeyirli ənənələri nəticəsində Volqaboyu, Orta Asiya, Dağıstan 

(“Uklar”,”Top”, “Cüküç”, “Ağ molla”, “Yaşen”, “Yalt-yult”, “Tanq çolpan” və s.), 

Cənubi Azərbaycan və İranda (“Azərbaycan”, “Nəsimi-şimal”, “Bəhlul”, 

“Kəşkül”, “Həşarətül-ərz” və s.) satirik mətbuat yaranıb inkişaf etmişdir. 

“Molla Nəsrəddin” satirik jurnalistika məktəbi ətrafında dövrün böyük yazıçı, 

rəssam, ziyalı qüvvələri toplaşaraq xalqın azadlıq hərəkatının ən məsul 

mərhələsində ona yaxından kömək göstərirdi. 

2006-cı ildə bu satirik jurnalın 100 yaşı tamam oldu. 

2006-cı ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 

Sərəncamı ilə Azərbaycan mətbuatının, ədəbiyyatının, ümumiyyətlə, Azərbaycan 

mədəniyyətinin tarixində mühüm rol oynamış “Molla Nəsrəddin” jurnalının 100 

illik yubileyinin dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulmuş idi. Həmin ildə 

Köçərli ad. Respublika Uşaq kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi yalnız 

kitabxananın fondu əsasında “Zülmətdə işıq” adlı tövsiyə göstəricisi hazırlamışdı.  

Bu il isə, yəni 2016-cı ildə jurnalın 110 illiyi münasibətilə həmin göstərici üzərində 

işlənilmiş və bəzi dəyişikliklər edilmiş, yeni sənədlər əlavə edilmişdir. Bu 

göstəricinin köməkliyi ilə oxucular “Molla Nəsrəddin” jurnalında ən çox dərc 

olunan ədiblərimizin satirik janr sahəsində yaradıcılığı ilə tanış olacaq, onların 

müxtəlif imzalarını öyrənəcək, jurnalın rəssamları haqqında məlumat verən 

mənbələrlə tanış olacaqlar. Tövsiyə göstəricisində aşağıdakı rubrikalar vardır: 

“Molla Nəsrəddin” jurnalının tarixindən 

“Molla Nəsrəddin”çilər : 




a) Yazarlar 

b) Rəssamlar 



MOLLA NƏSRƏDDİN JURNALININ TARİXİNDƏN 

KİTABLAR 

Ağayev İ. Tarixi yaddaşımızın böyük yadigarı : “Molla Nəsrəddin” satira 

jurnalının 100 illiyi. - Bakı : Elm, 2006. - 56 s.   

 

Qasımova E. İmzalar “Molla Nəsrəddin” (1906-1921). - Bakı : Elm, 2011. - 60 s.  

Bu kitab “Molla Nəsrəddin” jurnalındakı gizli imzaların tədqiqi sahəsində ilk 

təşəbbüsdür və XX əsrin əvvəlləri tarixi ədəbi prosesin müəyyən məqamlarını üzə 

çıxardır. Kitabda 1550-dən artıq inisial və gizli imza qeydə alınmışdır. 

 

“Molla Nəsrəddin” : 10 cilddə. III cild : 1909-1910-cu illər (№23-52)  / 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu ; red. T. 

Kərimli ;  transliterasiya və çapa haz.: E. Qasımova, T. Həsənzadə ; ön söz İ. 

Həbibbəyli ; naşir Q. İsmayıloğlu. - Bakı : Çinar-çap, 2005. - 700 s. : rəngli il., şək.  

“Molla Nəsrəddin” jurnalının kitab şəklində nəşrinin bu cildinə 1909-cu ilin 23-52-

ci və bütövlükdə 1910-cu il nömrələri salınmışdır. Çağdaş latın əlifbasında, 

jurnalın orijinal illüstrasiyaları ilə birlikdə verilmiş materialın bir çoxu bu gün belə 

ictimai - mədəni həyatımız üçün öz aktuallığını  itirməmişdir. Müstəqil 

dövlətçiliyimizin get-gedə möhkəmləndiyini hazırki dövrdə “Molla Nəsrəddin” 

jurnalı mənəvi və mədəni tərəqqimizdə özünəməxsus rol oynamaqda davam edir. 

 

“Molla Nəsrəddin” : 8 cilddə. IV cild : 1911-1914- cü illər / Azərbaycan Milli 

Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu; red.: B. Nəbiyev, T.H 

Kərimli ; transliterasiya və çapa haz.: Ə. Hüseynov, T. Həsənzadə. - Bakı : Çinar-

çap, 2008. - 884 s. : rəngli şək. - Azərbaycan və rus dilində.    

“Molla Nəsrəddin” jurnalının kitab şəklində nəşrinin bu cildinə Tiflisdə nəşr 

olunan 1911-ci ilin nömrələri salınmışdır. Çağdaş latın əlifbasında, jurnalın orijinal 

illüstrasiyaları ilə birlikdə verilmiş materialın bir çoxu bu gün belə ictimai - 

mədəni həyatımız üçün öz aktuallığını  itirməmişdir. Müstəqil dövlətçiliyimizin 

get-gedə möhkəmləndiyini hazırki dövrdə “Molla Nəsrəddin” jurnalı mənəvi və 

mədəni tərəqqimizdə özünəməxsus rol oynamaqda davam edir. 

 

“Molla Nəsrəddin” : 8 cilddə. V cild : 1917, 1921-1924-cü illər / Azərbaycan 

Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu; red.: B. Nəbiyev, T.H 

Kərimli ; transliterasiya və çapa haz.: E. Qasımova, Ə. Hüseynov. - Bakı : Çinar - 

Çap, 2009. - 892 s. : rəngli şək. - Azərbaycan və rus dilində. 

“Molla Nəsrəddin” jurnalının kitab şəklində nəşrinin bu cildinə Tiflisdə nəşr 

olunan 1917-ci ilin nömrələri, Təbrizdə nəşr olunan 1921-ci ilin nömrələri və 

Bakıda nəşr olunan 1922-1924-cü ilin nömrələri salınmışdır. Çağdaş latın 

əlifbasında, jurnalın orijinal illüstrasiyaları ilə birlikdə verilmiş materialın bir çoxu 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə