Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə110/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   106   107   108   109   110   111   112   113   ...   118

 
336 
şıq və birləşmələrdən istifadə olunur. Bu maddələr quruda tor-
pağı,  dənizdə  isə  canlıları  və  onların  yem  mənbələrini  məhv 
edirlər.  Bununla  yanaşı  quyuların  mənimsənilməsində  ətraf 
mühit gilli məhlul, neft, neftli su, neft-qaz tullantıları, səthi ak-
tiv  maddələr,  turşu,  kimyəvi  həlledicilər,  çirkli  su  və  s.  ilə 
çirkləndirirlər. 
Neftin  nəqli  və  saxlanılması  zamanı  boru  birləşmələrin-
dən, siyirtmə və kipgeclərdən və s. sızma, ətraf mühiti çirklən-
dirən mənbələrdəndir. 
Neft-qaz toplanan  yerlərdə, neftin boşaldılması,  rezervu-
arların  yuyulması,  onların  dibində  neftdən  ayrılan  suların  kə-
narlaşdırılmasında və s. ətraf mühiti, suyu, torpağı hədsiz dərə-
cədə  çirkləndirilir.  Yeraltı  rezervuarlarda  həm  yer  təkini  və 
həm də yerin üst qatını çirkləndirən mənbələr sırasındadır. Sü-
but  edilmişdir ki,  2 ton  torpağa dağılmış neft bir kvadrat  kilo-
metrdən  çox  torpaq  sahəsini  əkinə  yararsız  edir.  Neftin,  neft-
qaz yığımı kollektorlardan və texnoloji qurğulardan qəza nəti-
cəsində ətrafa dağılması halları hələ də qalmaqdadır və xariclə-
rin bu sahədəki vurduqları zərərlər daha çoxdur. Digər tərəfdən 
bu tip çirkli, zəhərli, zərərli tullantılar ətraf torpaqlarla yanaşı, 
su  hövzələrini,  bataqlıqları,  qurunt  sularını  və  s.  biryolluq 
çirkləndirir ki, buda öz növbəsində digər fəsadlar yaradır. 
Yada salsaq ki, dünya neft hasilatının 2 faizi ətraf mühitə 
atılan itki kimi qiymətləndirilsə də, onun buxarlanaraq havaya, 
suya, torpağa qarışması və bu prosesin ildən-ilə çoxalması, ət-
raf mühitə nə kimi zərərlər gətirdiyini təsəvvür etmək o qədər-
də çətin olmaz. 
 
14.3. Dünya neft-qaz tarixindən 
 
Neft-qaz  tarixindən  məlumdur  ki,  neft  insanlara  çox  qə-
dimlərdən  məlum  olmuşdur.  Həmin  dövrlərdə  nefti  axtarmağa 
ehtiyac  yox idi. O Yer təkindən üzə çıxırdı. Krım arxeoloqları 
tədqiqatlar  zamanı  gildən  hazırlanmış  və  neftlə  doldurulmuş 


 
337 
küp aşkar etmişlər. Mütəxəssislərə görə, həmin neftin çıxarıldı-
ğı vaxt 15 əsr dövrümüzdən əvvələ təsadüf edir. 
Hələ  XIX  əsrin  2-ci  yarısında,  daha  dəqiq  1859-cu  ildə 
bütün dünyada istehsal edilən neftin miqdarı 5 min ton idi. 20 
ildən sonra bu rəqəm 3,8 milyon tona, 1900-cu ildə isə 20 mil-
yon tona çatmışdır. XIX əsrin əvvəllərində dünyada neft  çıxa-
rılmasının  53  faizi  (10,6  mln.ton)  Rusiyanın  (Azərbaycanın), 
43  faizi  (8,6  mln.ton)  ABŞ-ın,  digər  hissəsi  isə  (0,8  mln.ton) 
digər ölkələrin payına düşürdü. Lakin çox keçmir ki, neft çıxa-
rılması böyük miqyas alır. Bütün dünyada istehsal edilən neftin 
miqdarı 1950-ci ildə 520 milyon ton olmaqla -1900-cu illə mü-
qayisədə 26 dəfə çox idi. 
Qaz  istehsalı  isə  sənaye  üsulu  ilə  1920-ci  ildən  çıxarılır. 
Həmin ildə dünyada istehsal olunan təbii qazın miqdarı 3,5 mi-
lyard m
3
 və 1950-ci ildə bu rəqəm 192-yə qədər yüksəlmişdir. 
1975-ci  ildə  dünyada  istehsal  edilən  neftin  miqdarı  2878  mil-
yon  ton,  qaz  istehsalı  isə  1359  milyard  m
3
  olmuşdur.  İkinci 
dünya müharibəsindən sonra neft və qaz istehsal edən ölkələrin 
sayı sürətlə artmışdır. Əgər 1940-cı ildə bunların sayı 39 idisə-
1950-ci ildə 43, 1975-ci ildə 70, 1994-cü ildə isə 100-dən artıq 
ölkədə neft və 60-dan artıq ölkədə qaz istehsal edilməkdə idi. 
Dünya  ölkələri  arasında  neft  və  qazdan  ən  çox  istifadə 
edən ABŞ olmuş və indidə belədir. Əlbətdə ətraf mühiti korla-
yanlar arasında da ABŞ birinci yerdədir. ABŞ həmdə neft idxal 
edən ölkədir və ildə 430 milyon ton neft çıxardığı halda xarici 
ölkələrdən hər il 110 milyon ton neft məhsulları və 265 milyon 
tondan çox xam neft alır. 
Laylarda  olan  neftin  hamısını  mənimsəmək  mümkün  ol-
masa da, o tükənəndir. Dünya neft ehtiyatı haqqında birmənalı 
rəqəm  yoxdur. Bununla belə müəyyən olunmuş neftin ehtiyatı 
dünya üzrə 200-250 milyard ton hesab olunur və əlbətdə bu son 
rəqəm deyildir. 
Mütəxəssisələrə görə neft ehtiyatının 66 %-dən çoxu Orta 
Şərqdə,  6%  isə  keçmiş  SSRİ  ərazilərindəndir.  Qaz  ehtiyatları 


 
338 
isə əksinə 40%-dən çoxu keçmiş SSRİ-də, 32 % isə Orta Şərq 
dövlətlərindədir. 
Dünyada  məlum  olan  neft-qaz  ehtiyatlarının  təqribən 
72%-i, hasilatı isə 42 % Orta Şərq və keçmiş SSRİ ərazilərinin 
payına  düşdüyü  halda,  neft  istehlakının  28%-i  Şimali  Ameri-
kanın,  31%-i  Avropanın,  24%-i  Asiya  və  Avstraliyanın,  təbii 
qaz  istehlakının  isə  33%-i  Şimali  Amerikanın,  45%-i  Avro-
panın, 9%-i Asiya və Avstraliyanın payına düşür. 
Son dövrlər okean və dənizlərdə neft-qaz yataqlarının ax-
tarışına və kəşfıyyatına xüsusi diqqət yetirilir. Dünyada neft h-
asil edən 100-dən çox ölkələr - 45-i dəniz və okeanlarda yerlə-
şən  neft-qaz  yataqlarının  axtarışı,  kəşfiyyatı  və  işlənməsi  ilə 
məşğuldular. ABŞ-da dəniz, dəniz neft yataqları Luizana və Te-
xas  ştatlarının  kontinental  şelf  sahəsində,  qərb  sahil  zonasında, 
Alyaska ştanın Kuk körfəzində və həmin ştatın şimal hissəsində-
dir. 
Böyük ehtiyata malik olan neft-qaz yataqları Meksikanın 
dəniz akvatoriyasında da kəşf edilmişdir. Venesuelanın ümumi 
neft ehtiyatının üçdə iki hissəsi də Marakaib gölündə aşkarlan-
mışdır.  Böyük  neft-qaz  ehtiyatlarına  malik  olan  laylar  Şimal 
dənizində  Britaniyada,  Niderlandda  və  Norveçdə  də  aşkarlan-
mışdır. Hind, Atlantik okeanlarında, Fars körfəzində, İndonezi-
yaının  Yavna  dənizində,  Aralıq  dənizində,  Atlantik  okeanının 
şərq sahillərində, Latın Amerikasının qərb bölgələrində, Benqal 
körfəzində,  Avstraliya  qitəsi  sahillərində  və  s.  ərazilərdə  neft-
qaz  yataqları aşkar edilmişdir. Bununla  yanaşı, Xəzər dənizin-
də,  Şimal  Buzlu  okeanında,  Qara  dənizdə,  Azov  dənizində, 
Baltik  dənizində,  Sakit  okeanda  kəşf  olunan  yataqlardan  istis-
mara  verilənləridə  vardır.  Xəzər  nisbətən  daha  çox  araşdırılan 
dənizdir və ətraf dövlətlərdən Azərbaycan, İran, Türkmənistan, 
Qazaxıstan, Dağıstan neft-qaz yataqlarının istismarı ilə məşğul-
dular və bu işlər sürətlə inkişaf etdirilir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə