Zġyadxan nəBĠBƏYLĠ


Bəzi sahil neft-qazçıxarma sahələrindəki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə111/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   107   108   109   110   111   112   113   114   ...   118

 
339 
14.4. Bəzi sahil neft-qazçıxarma sahələrindəki 
ekoloji durum 
 
"Azneft" İB-nin NQÇİ-lərində ekoloji vəziyyət qeyri-qə-
naətbəxşdir. Belə ki, quruda neft-qaz hasilatı işlərini həyata ke-
çirən müəssisələrdə formalaşan tullantılar idarə edilmədiyindən 
çirkab sular dolayısı ilə (Hövsan və 32 saylı kanallarla) Xəzər 
dənizinə axıdılır, neftli şlamlar isə NQÇİ-lərin istehsalat sahə-
lərində üst-üstə yığılaraq qalmaqdadır. Müəssisələrin fəaliyyəti 
zamanı  formalaşan  istehsalat  sularının  kortəbii  halda  əraziyə 
axıdılması  nəticəsində  yüzlərlə  süni  çirkab  gölməçələri  əmələ 
gəlmişdir. Müşahidələr zamanı müəssisələrin istehsalat dairələ-
rində çoxlu sayda kiçik həcmli zibilxanalar və on minlərlə ton 
metal qalıqlarının pərakəndə halda səpələnməsi aydınlaşmışdır. 
"Balaxanıneft" NQÇİ-nin tabeliyində olan Ramana tuneli 
qəzalı  vəziyyətdə  olduğundan,  çirkab  sular  tunel  qarşısındakı 
süni  yaradılmış  gölməçəyə  yığılaraq  "Balaxanıneft"  NQÇİ-yə 
məxsus nasoslar vasitəsilə Hövsan kanalına nəql edilir. 
Suraxanı bölgəsi ərazisində fəaliyyət göstərən "Suraxanı-
neft" NQÇİ-nin (hazırda "Suraxanı OİL") istehsalat dairəsində 
ekoloji  tarazlığın  pozulma  hallarına  tez-tez  rast  gəlinir.  İş  əs-
nasında  formalaşan  çirkab  suların  bir  qismi  18  saylı  nasosxa-
nanın  qarşısındakı  süni  gölməçəyə  yığılır və gücü 300 m
3
/saat 
olan nasos vasitəsi ilə birbaşa Hövsan kanalına ötürülür. Müəs-
sisənin  sərəncamında  olan  10-cu  qovşaq  istismara  yararsız  ol-
duğundan daxil olan çirkab suları təmizləyə bilmir. 
"Suraxanı" OİL-dən  götürülmüş  qarışıq  çirkab su nümü-
nəsində  ammonium  ionları-40,4;  sintetik  səthi  aktiv  maddələr 
(SSAM)-5,2;  neft  məhsulları  və  oksigenə  biokimyəvi  tələbat 
(OBT5)-83,3 dəfə tələbdən artıqdır. 
"Bibi-Heybətneft" NQÇİ-nin ərazisində mövcud çatışma-
mazlıqların  aradan  qaldırılması  istiqamətində  bir  sıra  işlər  gö-
rülsə də, uzun illərdən bəri yığılıb qalmış ekoloji gərginlik hələ 
də qalmaqdadır. 


 
340 
Ə.Əmirov adına NQÇİ Qaradağ bölgəsi ərazisində (ümu-
mi istehsalat sahəsi 2186,08 ha) fəaliyyət göstərir. Müəssisənin 
istehsalat sahəsinin 1421 hektarı neftlə və istehsalat tullantıları 
ilə  çirklənmiş,  300  hektarı  isə  bataqlıqlaşmış  vəziyyətdədir. 
Ə.Əmirov  adına  NQÇİ-nin  ərazisində  ümumi  sahəsi  32,1  ha 
olan  40-dan  çox  süni  çirkab  gölməçələri  mövcuddur.  İdarənin 
inzibati  binalarında  gün  ərzində  770  m
3
  içməli  sudan  istifadə 
olunur ki, formalaşan məişət-fekal suları təmizlənmədən və zə-
rərsizləşdirilmədən Puta gölünə axıdılır. 
"Azneft"  İB-nin  tabeliyində  dənizdə  fəaliyyət  göstərən 
müəssisələrin tabeçiliyində ümumi uzunluğu 131,1 km olan es-
takada, 299 estakadayanı meydança və 276 dəniz özülləri var. 
Xəzərin ayrı-ayrı bölgələrində 25 neft-qaz yatağı kəşf edilmiş-
dir ki, bunların da hazırda 17-də neft-qaz hasilatı həyata keçiri-
lir. Dənizdə neft kompleksinə xidmət edən hidrotexniki qurğu-
lar  uzun  müddət  fasiləsiz  istismar  olunduğundan,  yararsız  və-
ziyyətə düşmüş və hidrotexniki qurğuların əksər hissəsinin qə-
za vəziyyətində olması  ekoloji tələblərin gözlənilməsini  təmin 
edə bilmir. Dənizdə fəaliyyət göstərən müəssisələrin tabeliyin-
də olan fərdi özüllərin əksəriyyətində bugünkü vəziyyət müva-
fiq tələb və standartlara cavab vermir. Hidrotexniki qurğuların 
istismara  yararsız hissələrinin  indiyədək dəniz akvatoriyasında 
qalması  bir çox ekoloji fəsadların  yaranması  ilə nəticələnmək-
dədir. 
İstər dənizdə neft-qazçıxarma, istərsə də qazma işini hə-
yata  keçirən  sahələrdə  ekoloji  tələblərə  riayət  olunmadığından 
ekoloji  tarazlığın  pozulması  hallarına  tez-tez  rast  gəlinir.  Belə 
hallar  "Neft  Daşları"  bölgəsində,  "Abşeronneft",  "28  May", 
"Qum  adası"  NQÇİ-lərin  istehsalat  dairələrində,  eləcə  də  bu 
müəssisələrə  məxsus  fərdi  özüllərdə  vardır.  Bu  müəssisələrdə 
formalaşan  tullantılar  idarə  olunmadığından,  Xəzər  dənizinə 
göstərilən antropogen təsir qalmaqda davam edir. Dəniz qurğu-
larında əsas məqamlardan biri də aşağı təzyiqli səmt qazlarının 


 
341 
atmosferə  atılmasıdır.  Bu  məsələ  dəfələrlə  xatırladılsa  da  hələ 
də öz həllini tapmamışdır. 
 
 
14.5. Bakının əsas limanları və yanalma körpülərində  
ekoloji durum 
 
Azərbaycan Respublikasının Xəzər dənizində gəmiçiliklə 
məşğul  olan  əsas  müəssisələri  -  "Xəzərdənizgəmiçiliyi"  (84 
gəmi),  "Xəzərdənizneftdonanma"  Ġdarəsi-(XDNDĠ-269  gə-
mi),  Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Limanı  (20  gəmi),  Azər-
baycan  Hərbi  Dəniz  Qüvvələri  (49  gəmi),  "BUE  KASPĠ-
AN" Alyansı (14 gəmi) və digərlərdən ibarətdir. 
Bu müəssisələrdə istismar olunan gəmilərin sahilə yan al-
ması, müxtəlif təyinatlı yüklərin götürülüb daşınması və ya bo-
şaldılması məqsədi ilə 27 liman və körpülərdən istifadə olunur. 
XDNDİ-nin  tabeliyində  olan  ĠxtisaslaĢdırılmıĢ  Dəniz 
Neft  Donanma  Ġdarəsinin  (İDNDİ)  "Liman  baza" körpüsü-
nün  eni  30  m,  uzunluğu  500  m-dir.  Limanda  gəmilərə  içməli 
suyun ötürülməsi və "SLV" növlü gəmilərdən məişət-fekal çir-
kab suların təhvil alınması  məqsədi  ilə körpü xüsusi  su  və ka-
nalizasiya  xətləri  ilə  təchiz  edilmişdir.  Lakin,  "Liman  baza" 
ərazisində  xüsusi  neft-zibilyığan  gəmilər  xidmət  göstərmədi-
yindən, körpü ətrafında yığılmış müxtəlif mənşəli bərk tullantı-
lar və neft ləkələrinin olması (cənub və cənub-şərq küləklərinin 
təsiri  ilə)  mütəmadi  olaraq  mövcuddur.  Əhmədli  qəsəbəsində 
formalaşan məişət-fekal çirkab suların bir hissəsi Əhmədli yay-
lasının  leysan  suları  kollektoru  vasitəsi  ilə  təmizlənmədən  və 
zərərsizləşdirilmədən "Liman baza" ərazisindən Xəzər dənizi-
nə axıdılır. 
İDNDİ-nin  tabeliyində  olan  Sahil  qəsəbəsində  yerləşən 
"Qaradağ körpüsü"nün eni 50 m, uzunluğu 100 m-dir. Kör-
püdə gəmilərdən  yükaşırma işləri aparmaq üçün kran quraşdı-
rılmışdır, yanğın söndürmə xətləri və içməli su xətti ilə təchiz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə