Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə113/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   110   111   112   113   114   115   116   117   118

 
345 
um ionları-40,0 və oksigenə biokimyəvi tələbatın 90,0 dəfə tə-
ləbdən artıq olması təəsüfləndiricidir.  
Təhlillərin nəticələrindən də göründüyü kimi qurğulardan 
keçərək dənizə axıdılan qismən (mexaniki  üsulla) təmizlənmiş 
çirkab  sular  zərərsizləşdirilmədən  Xəzər  dənizinə  axıdılır.  Zə-
rərsizləşdirməyə  xidmət  etməli  olan  xlorlama  bölməsi  (maye 
xlor) tələb və standartlara uyğun fəaliyyət göstərmir. 
Adada gün ərzində formalaşan məişət tullantılarının (orta 
hesabla adada 10 ton) bir qismi yaşayış evlərinin arasına səpə-
lənmiş vəziyyətdə, digər qismi isə adanın şərq hissəsində xüsu-
si ayrılmış zibilxanada toplanır. Adada 13 saylı MKİS fəaliyyət 
göstərsə də açıq  hava şəraitində qalan bərk tullantıların zərər-
sizləşdirilməsi  istiqamətində  heç  bir  iş  görülmədiyindən,  sahil 
xətti boyunca hektarlarla ərazi bərbad hala düşmüşdür. 
Cilov  adası  Abşeron  arxipelaqında  Pirallahı  adasından 
sonra  2-ci  böyük  ada  olmaqla  uzunluğu  6  km,  eni  isə  4,5  km 
təşkil edir. Adanın relyefi düzənlikdir. Cilov adasının şərqində 
"Azneft"  Ġstehsalat  Birliyinin  tabeliyində  olan  "28  May" 
Neftqazçıxarma  Ġdarəsinin  inzibati  binası,  3  saylı  neft-qaz 
çıxarma  sexi  və  köməkçi  sexləri,  adanın  mərkəzi  hissəsinə 
yaxın  ərazidə  yataqxanalar,  xəstəxana,  məktəb,  "N"  saylı 
hərbi hissə fəaliyyət göstərir. 
Sözügedən  adada  neftqazçıxarma  işlərinə  1951-ci  ildə 
başlanılmış və hazırda Cilov  yatağının istismar fondunda olan 
84  quyunun  33-də  neft-qaz  hasilatı  işləri  aparılır.  Gün  ərzində 
75 ton  neft və 34 min  m
3
  qaz  hasil  olunur  ki,  bunlarla  yanaşı 
210 m
3
 lay suları çıxarılır. Həmin lay suları 86 saylı meydança-
da yerləşən 111 və 138 saylı quyulara vurularaq utilizə olunur. 
Hasilat  zamanı  əmələ  gələn  qum  boru  xətlərində,  neftyığma 
çənlərində,  neft  tutucularında  toplanaraq  uzun  müddət  qaldı-
ğından  müxtəlif  ekoloji  fəsadların  yaranması  ilə  nəticələnir. 
Müəssisədə  formalaşan  neftli  qumların  hesabatı  aparılmır. 
Neftyığma məntəqəsi yerləşən sahənin sahil zolağında 3 ha-dan 
artıq ərazinin neftlə çirklənməsi müşahidə edilmişdir. 


 
346 
Adada  formalaşan  məişət  tullantıların  həcmi  ay  ərzində 
orta hesabla 5 ton təşkil edir ki, onlar maşınlar vasitəsilə Cilov 
adasının qərbində yerləşən "Urnos" adasına daşınaraq basdırı-
lır. İki ada arasında əlaqə uzunluğu 1,5-2,0 km olan, sonradan 
çəkilmiş torpaq yolla yaradılıb. Gün ərzində adada orta hesabla 
164 m
3
 içməli sudan istifadə edilir ki, bu suların bir qismi ya-
şıllıqların  suvarılmasında,  qalanı  isə  məişətdə  istifadə  olunur. 
Məişətdə  istifadədən  sonra  45  m
3
/gün  həcmində  formalaşan 
çirkab  sular  KU-200  tipli  təmizləyici  qurğulara  nəql  olunsa 
da, qeyd olunan qurğuların effektli işləməməsi nəticəsində çir-
kab sular müvafiq tələblərə uyğun təmizlənmədən və zərərsiz-
ləşdirilmədən keçmir. 
Adada olan fərdi yaşayış evlərində çirkab suların toplan-
ması üçün şambolardan hələ də istifadə olunur. 
Məişət-fekal  suların  dənizə  çıxışında  suda  sintetik  səthi 
aktiv  maddələr  (SSAM)-5,2;  asılı  maddələr-20,2;  ammonium 
ionları-38,0;  oksigenə  biokimyəvi  tələbat  (OBT
5
)-91,6  və  neft 
məhsullarının  10,4  dəfə  tələbdən  artıqdır,  ekotoksikoloji  ba-
xımdan  çox  çirklidir,  bağırsaq  çöpü  bakteriyalarının  sayı 
570000 ədəd/litirdir. 
Adanın cənub hissəsində yerləşən AbĢeron Bölgə Dəniz 
Neft Donanma Ġdarəsinə (ARDNDĠ) məxsus yanalma körpü-
sünün sahilində olan bataqlaşmış ərazinin müəyyən hissəsi ötən 
illə müqaisədə qismən qurudulsa da çox hissəsi qalmaqdadır. 
Cilov  adası ərazisində dəniz suyunda sintetik səthi aktiv 
maddələr (SSAM)-1,8; asılı maddələr-2,0 və neft məhsullarının 
46,0  dəfə  tələbdən  artıqdır.  Aparılmış  mikrobioloji  tədqiqat-
ların nəticəsinə görə nümunə çirklidir, bağırsaq çöpü bakteriya-
larının miqdarı-120 000 ədəd/litrdir. 
Qum  adası Bakı şəhərindən 15 km cənub-şərqdə, Sultan 
burnundan 4 km cənubda yerləşir. Adanın uzunluğu 10-12 km, 
eni 7 km-dir. Adanın iri istehsalat müəssisələrindən olan "Qum 
adası" NQÇĠ və "Qum adası" DQĠĠ fəaliyyət göstərir. 


 
347 
Qum adası yatağı fərdi özüllər və estakada üsulu ilə istis-
mar edilmiş və yataqda neft hasilatına 1955-ci ildən başlanmış-
dır. Uzunluğu 112,5 km-dən artıq olan estakadanın hazırda 27 
km-i  yararsız  vəziyyətdədir.  Adada  fəaliyyət  göstərən  "Qum 
adası" NQÇİ-də il ərzində 105 min m
3
  içməli sudan, məişətdə 
isə 55 min m
3
 dəniz suyundan istifadə olunur. İstifadədən sonra 
formalaşan məişət-fekal sularının bir qismi (40 min m

/il) şərti 
təmizlənərək,  digər  qismi  isə  təmizlənmədən  dənizə  (20  min 
m
3
/il) və relyefə (45 min m
3
/il) axıdılır. Məişətdə istifadə edi-
lən dəniz suyu (55 min m
3
/il) təmizlənmədən birbaşa Xəzər də-
nizinə atılır. Adada yerləşən digər istehsalat idarəsi olan "Qum 
adası"  DQİİ-nin  inzibati  binasında  100  nəfər  işçi  çalışır.  Məi-
şətdə istifadədən sonra formalaşan çirkab su təmizlənmədən və 
zərərsizləşdirilmədən  relyef  boyu  dənizə  (dənizdən  35-40  m 
aralı) axıdılır. 
 
 
14.7. AbĢeronda Xəzər dənizi ilə əlaqəsi olan göllərin  
ekoloji durumu 
 
Böyük-ġor  gölü  Abşeron  yarımadasının  mərkəzində, 
Bakı  Ģəhərinin  Binəqədi,  Sabunçu  və  Nərimanov  bölgələri 
ərazisində yerləşir. Göl Abşeron yarımadasının ən böyük gölü-
dür. Son 50-60 ildə bu göldə ekoloji vəziyyət güclü surətdə də-
yişməkdədir. Bu, yarımadada neft sənayesinin inkişafı ilə bağlı 
olaraq  neftçıxarma  sahələrində  neftlə  yanaşı  çıxardılan  lay  su-
larının,  Binəqədi  və  Biləcəri  qəsəbələrində  yerləşən  müxtəlif 
istiqamətli sənaye və ətrafda olan  yaşayış məntəqələrinin  məi-
şət-təsərrüfat  çirkab sularının  axıntılarının  artması  və eləcə də 
göl ətrafında mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmaması 
ilə bağlıdır. Gölün sahəsi təqribən 2-3 dəfə artmış, suların tər-
kibində  neft  məhsullarının,  fenolların,  səthi-aktiv  maddələrin, 
ağır  metalların  və  digər  zərərli  maddələrin  qatılığı  yol  verilən 
tələbdən  dəfələrlə,  bəzən  10  dəfələrlə  artmışdır.  Yeni  tikilən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə