Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə114/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   110   111   112   113   114   115   116   117   118

 
348 
qəsəbələrdə  isə  kanalizasiya  xətləri  quraşdırılmadığından  on-
ların  kommunal-məişət  tullantı  suları  gölə  axıdılır.  Gölün  eni 
1,5-2 km, uzunluğu 10 km, maksimal dərinlik isə 4,2 m, su sət-
hi 1300 ha, həcmi 47,3 mln m
3
 -dir. Böyük-ġor gölünə şəhərin 
Nərimanov,  Sabunçu  və  Binəqədi  bölgələri ərazisindən, göl 
ətrafı  yaşayış  sahələrində  kanalizasiya  xətləri  olmadığından 
orada  yerləşən  müəssisələr  və  fərdi  evlərin  tullantı  sularının 
axıdılması  reallıqdır.  Hazırda  irili-xırdalı  49  mənbədən  gölə 
gün  ərzində  təqribən  15,2  min  m
3
-dən  artıq  sənaye  və  məişət 
çirkab suları daxil olur. Gölə axıdılan bu çirkab suların çox his-
səsi  "Baksol"  yaşayış  sahəsi  ərazisindəndir.  Bu  ərazidə  ona 
qədər üzlük daş-piltə sexləri, kiçik müəssisə və s. fəaliyyət gös-
tərir. Burada bir neçə "donuzxana" təsərrüfatı fəaliyyət göstə-
rir ki, bütün bu qeyd olunan istehsalat sahələrinin sənaye çirkab 
suları  təmizlənmədən  və  zərərsizləşdirilmədən  -  Böyük-ġor 
gölünə axıdılır. 
Gölün səviyyəsini aşağı salmaq məqsədi ilə 1983-cü ildə 
gölün şimal-şərq sahilində Sabunçu bölgəsi ərazisində məhsul-
darlığı  36 min m
3
/gün olan 12 saylı nasos stansiyası tikilib is-
tismara  verilmişdir.  Həmin  vaxtdan  etibarən  "Azərsu"  ASC 
tərəfindən  gölün  suyu  Hövsan  kanalına  vurulur.  Hal-hazırda 
nasos stansiyası işlək vəziyyətdədir və gün ərzində 23,0 min m
3
 
suyu göldən götürərək Hövsan kanalına nəql edir, hansı ki, bu 
kanal  vasitəsi  ilə  çirkab  sular  təmizlənmədən  Xəzər  dənizinə 
axıdılır. Böyük-Şor gölünün səviyyəsinin qalxmasının qarşısını 
tamamilə almaq məqsədi ilə Rəsulzadə qəsəbəsində gücü 126 
min m
3
/gün olan 4 saylı nasos stansiyası tikilmiş və 1994-cü il-
də Bakı şəhər Kanalizasiya Xidmətinə istismara verilmişdir. Bu 
nasos  stansiyası  hazırda  Biləcəri,  Xırdalan  və  Rəsulzadə  qə-
səbələrinin  tullantı  sularını  qəbul  edərək  Hövsan  Aerasiya 
Stansiyasına nəql edir
4 saylı nasos stansiyası hal-hazırda 70,4 min m
3
/gün gücü 
ilə işləyir. Bundan əlavə 2004-cü ilin aprel ayından Böyük-Şor 
gölünün  Bakı-Aeroport  yolunun  sol  tərəfindən  gölün  damba 


 
349 
hissəsinə kimi kiçik gölməçələri qurutmaq məqsədi ilə bu dam-
banın üzərində gücü 32,0 min m
3
/gün olan 1 ədəd nasos quraş-
dırılmışdır. 
Böyük-ġor  gölünün  cənub-şərq  hissəsində  (Dövlət  Yol 
Polisinin  cərimə  meydançası  yaxınlığında) salınmış fərdi  ya-
şayış  evlərinin  məişət-fekal  çirkab  sularının  gölə  axmasının 
qarşısının  alınması  məqsədi  ilə  burada  yeni  nasosxana  tikilib 
istismara  verilmişdir  ki,  bu  nasosxana  vasitəsi  ilə  çirkab  sular 
mərkəzləşmiş şəhər kanalizasiya sisteminə nəql olunur. 
Böyük-ġor  gölündəki  suda  ammonium  ionları  (NH
4
)-
1,5; asılı maddələr-2,3; sintetik səthi aktiv maddələr (SSAM)-
3,0 və neft məhsullarının-12,6 dəfə tələbdən artıqdır. Aparılmış 
mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir, ba-
ğırsaq çöpü bakteriyalarının miqdarı-120 000 ədəd/litrdir. 
Hacı-Həsən  gölü  Bakı  şəhərinin  şimal-qərb  hissəsində, 
Yasamal dərəsində yerləşir. Akvatoriyası 2,5 km
2
 , orta dərin-
liyi 2 m, həcmi isə 3,2 mln. m
3
 -ə yaxındır. Sözügedən göl təbii 
çökəklikdə  yerləşdiyindən  ətraf  sahələrə  düşən  yagıntı  suları 
axaraq bu göldə cəmləşir. Bundan başqa göldə suyun səviyyə-
sinin durmadan artmasına səbəb Xırdalan və Sulutəpə qəsəbə-
lərindən  axıdılan  məişət-fekal  çirkab  sularıdır.  2004-cü  ildən 
Xırdalan qəsəbəsində formalaşan çirkab suların 4 saylı nasos 
stansiyasına  nəqli  ilə  əlaqədar  (bu  nasos  stansiyası  vasitəsi  ilə 
çirkab sular Hövsan Aerasiya Stansiyasına ötürülür). Gölün sə-
viyyəsini tənzimləmək məqsədi ilə 1970-ci illərdə Qırmızı gö-
 çəkilmiş çıxış xətti daha da gərgin fəaliyyət göstərməkdədir. 
1930-cu ilə qədər Hacı-Həsən gölü öz təbii xüsusiyyətlərini qo-
ruyub saxlasa da, sonralar göl ətrafında aparılan istehsalat işlə-
ri,  ətraf  ərazilərdə  qaydasız  yaşayış  sahələrinin  formalaşması, 
gölə böyük həcmdə qeyri mütəşəkkil axarlar vasitəsilə, təmiz-
lənmədən və zərərsizləşdirilmədən çirkab suların axıdılması ilə 
nəticələnmişdir ki, bu da gölün təbii mühitinə əhəmiyyətli də-
rəcədə ziyan vurmuşdur. 


 
350 
Hacı-Həsən gölünün Qu gölünə çıxıĢında su tərkibində 
nitritlər  (NO
2
)-3,1  və  oksigenə  biokimyəvi  tələbatın  (OBT
5
)-
16,6 dəfə tələbdən  artıqdır.  Aparılmış  mikrobioloji  tədqiqatla-
rın nəticəsinə  görə nümunə çirklidir, bağırsaq çöpü bakteriya-
larının miqdarı-380 000 ədəd/litrdir. 
Hacı-Həsən  qəsəbəsi  ərazisindən  eyni  adlı  gölə  3  çıxış 
qeydə  alınmışdır.  "Binəqədineft"  NQÇĠ-nin  4  saylı  sexinin 
yaxınlığında yeni salınmış yaşayış sahəsində formalaşan çirkab 
suların  bir  qismi  həmin  NQÇİ-yə  məxsus  buxarlanma  an-
barında yığılan lay sularına qarışır, qalan hissəsi isə birbaşa tə-
mizlənmədən (6220 m
3
/gün) Hacı-Həsən gölünə axıdılır. 
Hacı-Həsən  qəsəbəsi  ərazisində  2-ci  çıxıĢdan  gün  ər-
zində təqribən 200 m
3
, 3-cü çıxışdan isə 290 m
3
 həcmində çir-
kab sular Hacı-Həsən gölünə axıdılır. Yeni avtovağzalın alt tə-
rəfindən  Hacı-Həsən  gölünə  qədər  olan  məsafədə  xeyli  sayda 
müəssisələr yerləşir ki, bütün bu muəssisələrin çirkab suları bu 
ərazidə mərkəzləşmiş şəhər kanalizasiya şəbəkəsinin olmaması 
üzündən Hacı-Həsən gölünə axıdılır. 
Hacı-Həsən  qəsəbəsində  göl  ətrafında  10-a  qədər  müx-
təlif tərkibli tullantı suları formalaşdıran kiçik müəssisə və xid-
mət  sahələri  fəaliyyət  göstərir  ki,  onların  da  istehsalat  çirkab 
suları təmizləmədən gölə axıdılır. Son nəticədə sözügedən gölə 
axıdılan  çirkab  sular  Qırmızı  göl  vasitəsi  ilə  Xəzər  dənizinə 
ötürülür. 
Həmin sexlərin birindən (daş sexindən) təhlillər üçün gö-
türülmüş  suda  sintetik  səthi  aktiv  maddələr  (SSAM)-1,6;  asılı 
maddələr-6,1 nitritlər (N0
2
)-9,7; oksigenə biokimyəvi tələbatın 
(OBT
5
)-15,0 dəfə və tələbdən artıq olması müəyyən edilmişdir. 
Aparılmış  mikrobioloji  tədqiqatların  nəticəsinə  görə  nümunə 
çox çirklidir, bağırsaq çöpü bakteriyalarının miqdarı-5 960 000 
ədəd/litrdir. Hacı-Həsən gölü ətrafı bir neçə məntəqədə çirkab 
suların  relyef boyu  axması  bataqlıq sahələrin əmələ gəlməsinə 
və göl ətraf yaşayış sahələrində formalaşan bərk məişət tullan-
tılarının idarə olunmamasından ərazidə bir neçə yerdə pərakən-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə