Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə116/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   110   111   112   113   114   115   116   117   118

 
354 
 gün ərzində 37 min m
3
 çirkab su qəbul edə bilən qurğular ti-
kilmişdir. Sonradan bu sahədə yeni qurğuların tikintisi ilə 70-ci 
illərdə  qurğuların  gücü  gün  ərzində  126  min  m
3
-ə  çatdırılmış-
dır. Şəhərin durmadan inkişafı qarşısında belə az gücə malik tə-
mizləyici  qurğular  dənizə  axıdılan  çirkab  suların  hamısını  tə-
mizləmək  iqtidarında  ola  bilməzdi.  Bununla  əlaqədar  Bakı  şə-
hərinin "Böyük Bakı" kanalizasiya Ģəbəkəsinin planı 1972-ci 
ildə hazırlandı və bir neçə il sonra tikintiyə başlandı. Bu məq-
sədlə şəhər daxilində yeni kanalizasiya kollektorları və Hövsan 
yaxınlığında lahiyə gücü 800 min m
3
/gün olan aerasiya stansi-
yası tikilməli idi. Sonradan şəhərin inkişaf mərhələri nəzərə alı-
naraq bu qurğunun gücünü 900 min m
3
 /gün, daha sonra 1,2 mln 
m
3
 /günə qədər artırılması nəzərdə tutuldu. Lakin, bu tikinti pla-
nı tam yerinə yetirilməmiş, yalnız 600 min m
3
/gün çirkab su qə-
bul edə bilən qurğular tikilib qüsurlarla istismara verilmişdir. 
Bakı  şəhərinin  yaşayış  sahələrinin  40%-dən  çoxunda 
mərkəzləşmiş  kanalizasiya  qurğuları  olmadığından  yaşayış 
məntəqələrində, eləcə də bu ərazilərdə fəaliyyət göstərən müəs-
sisə və təşkilatlarda (müxtəlif təyinatlı məhsulların istehsalı ilə 
məşğul olan kiçik müəssisələr, yanacaq doldurma və avtoyuma 
məntəqələri və s.) formalaşan çirkab sular leysan kollektorları 
vasitəsi  ilə  Xəzər  dənizinə  axıdılır  ki,  bu  da  Bakı  şəhərində 
yağıntı  sularının  dənizə  axıdılmasına  xidmət  edən  leysan  kol-
lektorlarının və dənizin çirklənməsi ilə nəticələnir. Leysan kol-
lektorlarında su nümunələrində çirkləndirici maddələrin miqda-
rı axıntı sularında tələbdən dəfələrlə çoxdur. Digər tərəfdən Xə-
zər dənizinin çirklənməsində mühüm yer tutan səbəblərdən biri 
də Donanma idarələrində formalaşan tullantıların düzgün ida-
rə olunmaması,  sahilyanı  yaşayış sahələrində və istirahət  mər-
kəzlərində təmizləyici qurğuların düzgün işləməməsi və ya olma-
ması,  dəniz  əhatəsində  hidrotexniki  qurğuların  atılaraq  qalması, 
batmış gəmilərin dənizdən vaxtında çıxarılmaması və s.-dir. 
Əslində  isə  ümumən  Xəzərin  əsas  çirklənmə  mənbəsi 
Volqa çayı boyunca yerləşmiş olan Rusiya Federesiyası şəhəri-
nin tullantı çirkabları, ağır və yüngül sənaye zavodlarının, kim-
ya sənaye müəssisələri tullantılarının təmizlənmədən Volqa və 
Xəzərə axıdılmasıdır. 


 
355 
XV FƏSĠL. 
 
NAXÇIVANIN EKOLOJĠ VƏ HĠDROMETEROLOJĠ 
DURUMU 
 
Azərbaycanın qədim və zəngin torpaqlarından olan Nax-
çıvan hazırda əsasən aqrar və həm də müasir sənayasi olan bir 
diyarımızdı.  Naxcıvan  özünün  inkişaf  tarixi,  təbiətinin  müx-
təlifliyi  və  rəngarəngliyi,  zəngin  yerüstü  və  yeraltı  sərvətləri, 
məşğuliyyətlərin müxtəlifliyi,yerləşdiyi bölgənin coğrafi duru-
mu,  qonşu  dövlətlər  və  xalqlarla  əlaqəsi  və  s.baxımdan  həd-
dindən artıq özünə məxsusluq təşkil edir. Bu diyarın qədimdən 
ticarət  yollarının  qovşağında  yerləşdiyindən,  yaşayış  üçün 
münasib bölgə olmasından, bağçılığın –bostançılığın, taxılçılıq 
və  heyvandarlığın  inkişaf  etdiyindən,  mədəniyyət  –elm  və  in-
cəsənətin və s. inkişaf etdiyi bir diyar olduğundan əsrlərlə ya-
delilərin basqınına məruz qalmış bu torpaqlar minbir əzab gör-
müş  və  bu  və  ya  səbəblərdən,  hətta  müxtəlif  dövlətlər  bu  tor-
paqlarda  ağrılı  –acılı  izlər  qoyaraq,  buranı  son  məqamda  tərk 
etməli olmuşlar ki, bu mənada Naxçıvan bəzi bölgələrimizə nü-
munə də ola bilər. 
Tarixən  Naxçıvanda  qızmar  yay  mövsümləri  və  sərt  –
şaxtalı qışları demək olar ki, həmişə təkrarlanmışdır.Xüsusəndə 
bu  diyarın  meşəlikləri  azaldıqca  bu  təzadlar  bir  azda  özünü 
daha kəskin,daha qabarıq göstərməkdədir. 
Naxçıvanda  ilk  olaraq  ekoloji  problemlərdən  öncə  hidro-
metroloji  müşahidə  və  tədqiqatlara  başlanmışdır.  Buda  XVIII 
əsrin  ortalarında  hava  uzərində  müşahidələrin  təskili  ilə  dövlət 
səviyyəsində  aparılması  ilə  tarixə  düşmüşdür.  Naxçıvanın  ha-
vası,  iqlimi  haqqında  ilkin  məlumatlara  qədim  asatirlərdə  də, 
ərəb səyyahları, coğrafiyaşünaslarının  yazılarında da, Arazboyu 
yollara  şərqdən  qərbə  və  əksinə,şimaldan  cənuba  və  əksinə 
hərəkət edən tacirlərin, ayrı-ayrı mütəxəsislərin yazılarında və ya 
qeydlərindədə  təsadüf  edilir.  Bunlarla  ayrı-ayrı  zamanlarda 
Naxçıvan diyarında ekoloji və hidormeteroloji təəsüratları müəy-
yən mənada bizə çatdırmaqda yardımçı ola bilir. Burada ilk mü-
şahidə məntəqəsi isə 1843-cü ildə Naxçıvan şəhərində və 1891-


 
356 
ci ildə isə Ordubad şəhərində yaradılmışdır. Sonrakı zamanlarda 
isə  bu  diyarda  hidrometeroloji  və  ekoloji  stansiya,  müşahidə 
şəbəkələri genişlənmiş və hal-hazırda isə böyük dövlət və elmi-
təddiqat  şəbəkələrinə  çevrilmişdir.  Hazırda  bu  şəbəkələr 
Naxçıvanın  xalq-təssərüfatının,  nəqliyyatının,  ticarətinin,  kənd 
təssərüfatı  sahələrinin,insan  fəaliyyəti  ilə  bağlı  bütün  sahələrin, 
yeyinti  sahələrinin  ekoloji  durumunu,  insan  sağlamlığına  və 
digar sahələrə xidmətlə məşğul olmaqla dövlət nəzarətindədir. 
Naxçıvan  əsasən  dağlar,düzənliklər,şəlaləli  çaylar,  isti-
soyuq  bulaqlar,  təbii  mineral  bulaqlar,  sıldırm  qayalıqlar,  alp 
çəmənliklərini xatırladan düzəngahlar, daş dövründən də əvvəli 
xatırladan tapıntılar,abidələr və s. zəngin olan Azərbaycan tor-
paqlarından biridir. O, Azərbaycanın  ayrılmaz bir hissəsi, Şər-
qin  qapısı  olan  Azərbaycanın  çox  mühüm  strateji  bir  böl-
gəsidir. Naxçıvan Kiçik Qafqazın cənub –qərbində, Arazın orta 
axınında  yerləşən  dağlıq  bir  ərazilərimizdəndir.  Alçaq  sahələr 
hesab olunan Arazboyu düzənlikər belə 600-700 metrdən yük-
səkdədir.  Sıx  çay  şəbəkələri,  mənzərəli  gölləri,  şəfalı  mineral 
suları Naxçıvana tarixən dünya şöhrəti qazandırıb. Naxçıvanın 
hazırki sahəsi 5.2 min kvadrat klometr olub, cənub və Cənub – 
Qərbdən  Türkiyyə  və  İranla  (Cənubi  Azərbaycanla)  dövlət 
sərhəddi  Araz  dərəsi  boyunca  keçir.  Şimal,  Şimal  –Şərqdən 
Ermənistanla  (Qərbi  Azərbaycanla)  sərhəddinin  uzunluğu  225 
klometr  olub,  əhalisinin  sayı  300  mindən  çoxdur.  Lakin,  çox 
təəssüflər  olsun  ki,  müstəqilliyimizi  əldə  etdikdən  sonra  Nax-
çıvan  əhalisinin  Bakı  şəhərinə,  qardaş  Türkiyə  dövlətinə  və 
Rusiyaya axını çoxalmışdır. Mərkəzi şəhəri Naxçıvan olmaqla 
Ordubad, Culfa, Şahbuz, Şərur, Sədərək kimi inzibati bölgələri 
olmaqla, xeyli şəhər tipli qəsəbə və kəndləri də vardır. 
Araşdırmalara görə insanların ilk məskunlaşma dövründən, 
daş  dövründən  də  əvvəl  Naxçıvan  torpaqlarında  insan  yaşayışı 
məskənləri çox olmuş, canlıların mövcudluğu üçün kifayət qədər 
təbii mühit, iqlim və ekoloji müsbət şərait mövcud olmuşdur. 
Oğuz  türklərinin  bir  çox  dövlət  qurduğu  bu  torpaqlarda 
onlardan  da  öncə,  onların  babaları  olan  “AS”  və  “AZ”  türk 
tayfaları bu məkanın ilk Nuh Peyğəmbər övladları olmuşlar.Bu 
səbəbdəndir  ki,yaşadığımız  dövrdə  də  Naxçıvan,Zəngəzur, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə