Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   8   9   10   11   12   13   14   15   ...   118

 
37 
ziyyəti daha da gərginləşdirir. Dünyada hər bir adambaşına dü-
şən torpaq sahəsi azalaraq 30 hektardan 3 hektara düşməklə 10 
dəfə azalmışdır. Bu torpaqlardan yer kürəsində adambaşına dü-
şən  torpaq  sahəsinin  cəmi  0,33  hektarı  əkin  üçün  yararlıdır. 
Tədqiqatlara  görə  dünyada  mövcud  ümumi  torpaqların  25  fai-
zini  dağlar,  30  faizini  daimi  donmuş  sahələr,  yaxud  keçilməz 
cəngəlliklər təşkil edir. 
Digər tərəfdən xeyli torpaqlar geoloji, külək, şorlaşma, su 
eroziyasına  məruz  qalmışdır.  BMT-nin  torpaq  mühafizəsi  ilə 
məşğul  olan  xüsusi  şöbəsinin  verdiyi  məlumata  görə,  hazırda 
dünyada  20  milyon  kvadrat  klometr  torpaq  sahəsi  aşınmaya 
məruz qalmışdır. 
Artıq  gün  kimi  aydındır  ki,  gübrələrdən,  dərmanlardan 
düzgün  istifadə  edilməməsi  torpağa,  bitki  örtüyünə,  heyvan-
darlığa, ətraf mühitə böyük zərərlər gətirir. Hətta zəmilərdə is-
tifadə  edilən  ağır  texnikalar  torpaqların  üst  qatını,  məhsuldar 
qatını,  torpağı  əmələ  gətirən  mikroelementlərin  fəaliyyətini 
azaldır. Su dövranı prosesi və s. pozulur digər tərəfdən torpaq-
ların münbitliyinin bərpası çox vaxt tələbdir. Bircə faktı demək 
kifayyətdir  ki,  torpağın  üst  qatında  bir  santımetr  qalınlığında 
humusun  (qida  maddəsi)  əmələ  gəlməsi  üçün  təbii  şəraitdən 
asılı olaraq 130-dan 400 ilə qədər vaxt lazım gəlir. Odur ki, tor-
pağa,  təbiətə,  bitki  örtüyünə  çox  həssas  yanaşılması  tələb  olu-
nur. Azərbaycanda çox təəssüf ki, uzun müddətdir ki, həqiqi tə-
sərrüfatsızlıq hökm  sürür və  bu səbəbdən də  otlaq, biçənək və 
s.  qiymətli  torpaqlar  əhəmiyyətsiz  vəziyyətə  düşmüşdür.  Tari-
xən Azərbaycan xalqının el arasında belə bir deyimi olmuşdur - 
"meşəni  qorumaq  insanı,  onun  sabahını  qorumaq  deməkdir". 
İndi  heç  kimə  sir  deyildir  ki,  ekoloji  problemlərin  həddindən 
artıq kəskin dövründə meşə təmiz hava, münbit torpaq, bol su, 
sürüşmələrə qarşı müdafiə, sellərin azalması, oksigen mənbəyi, 
ekoloji təbii məhsulların bolluğu və s. deməkdir. Sovetlər birli-
yi dövründə indiki  vaxtla müqayisədə meşəyə daha  ciddi  mü-
nasibət  olmuşdur. Meşə  Təsərrüfatı Nazirliyi mövcud olmuş  – 


 
38 
bölgələrdə az da olsa meşə salınmış, mövcud meşələrin məhvi-
nə  icazə  verilməmişdir.  Müstəqil  Azərbaycanın  ilk  keçid  döv-
ründə  bir  çox  sahələrdə  boşluq  olduğu  meşə  məsələsinə  də 
siryarət  etmiş,  meşələr  çox  plansız  olaraq  məhv  edilmiş,  gəlir 
mənbəyinə  çevrilmiş,  bəzi  adamların  ağalığı  meydanı  olmuş, 
qozdan,  fısdıqdan,  şabalıddan,  palıddan,  göyrüşdən  hazırlanan 
qapı-pəncərə,  pol-parket  imkanlı  adamların,  vəzifəli  şəxslərin 
yarış meydanına çevrilmişdir. 
Abşeronda  dövlət  meşə  fondunun  mühafizəsi  və  artırıl-
ması ekoloji mühitin təmizliyinə ciddi ehtiyacı olan Bakı şəhə-
ri,  Sumqayıt  şəhəri  və  ətraf  yaşayış  məntəqələri  üçün  xüsusi 
əhəmiyyətə malik olmuş və hazırda da bu işlər böyük əhəmiy-
yət kəsb edir. XX əsrin 80-cı illərində Bakıda və Abşeron yar-
madasında  ətraf  mühitin  qorunması  məsələləri  ön  cərgəyə  çə-
kilmiş,  yaşıllıq sahələrinin  artırılması,  qoruyucu meşə  zolaqla-
rı, meşə-parklar salınması  ilə ciddi  məşğul  olmuşlar. Xırdalan 
su  anbarı  ətrafında,  Badamdar  yaylasında  1500  hektardan  çox 
ərazidə  süni  meşə  zolağı  və  park  salınmışdır.  Burada  uzunö-
mürlü, küləyə davamlı, Abşeronda "yaşaya" bilən ağaclara üs-
tünlük verilmişdi. Təəssüflər olsun ki, Badamdardakı meşə sa-
həsindən  indi  əsər-əlamət  qalmamışdır.  18  sentyabr  1988-ci  il 
"Vışka"  qəzetinin  yazdığına  görə  Xırdalan  meşəçiləri  1987-ci 
ildə  50  hektar  sahəyə  palıd,  şam,  sərv,  göyrüş,  zeytun  və  s. 
ağaclar  əkmiş,  sovxozların  istifadə  olunmayan  torpaqlarında, 
habelə dərə və yarğanlarda 46 hektar sahədə meşə zolağı yarat-
mışlar. İnzibati bölgüyə görə Abşeron rayonuna daxil olan Al-
tıağac meşə massivinə xidmət göstərmək Xırdalan meşə işçilə-
rinə  həvalə  olunmuşdur.  Həmin  dövrlərdə  Abşeronun  14  min 
hektara qədər meşə fondu Bakı şəhərinin və ətraf kəndlərin ya-
şıllıqlarına aid idi. Günümüzdə çox sürətlə gedən tikintilər de-
yilən sahələrin meşələrini bu torpaqlardan yox etmişdir. Elə hə-
min illərin statistik məlumatlarına görə SSRİ məkanında adam-
başına  orta  hesabla  4,5  hektar  (Avropa  ölkələrində  bu  rəqəm 
çox yüksəkdir) meşə sahəsi düşdüyü halda, bizim vətənimizdə 


 
39 
bu rəqəm 0,2 hektara bərabər olmuşdur. Acınacaqlıdır-deyilmi. 
Meşələrimiz həddindən artıq azlıq təşkil edir. 
20 il bundan öncə Azərbaycan ərazisinin cəmi 10 faizini 
meşələr  təşkil  edirdi.  Təbii  ki,  bu  rəqəm  hazırda  xeyli  aşağı 
düşmüşdür.  Yadımıza  salsaq  ki,  ölkəmizin  xeyli  hissəsi  milli 
düşmənimiz ermənilərin (hayların) əlindədir, deməli bu vəziy-
yət daha da acınacaqlıdır. Xatırladaq ki, XX əsrin sonları üçün 
Azərbaycan meşələrində 480 növdən çox ağac və kol yetişirdi. 
Eldar  şamına  və  Xəzər  lələyinə  isə  ancaq  Azərbaycanda  rast 
gəlinirdi,  meşələrdən  ildə  onlarca  ton  dərman  bitkiləri  yığılıb 
aidiyyatı qurumlara təhvil verilirdi. Bu məsələ də indi unudul-
muş, ayrı-ayrı şəxslərin gəlir mənbəinə çevrilmişdir. 
Sultanbud  və  Kür  sahili  Tuğay  meşələrindən  isə  günü-
müzdə danışmağa dəyməz. Durğunluq dövründə, sonrakı illər-
də və hazırda da bu meşələrin taleyi heç kim üçün maraqlı de-
yil.  Cins  saqqız  ağacından  ibarət  olan  sultanbud  meşələrinin 
ümumi sahələri həmin illərdə 1300 hektar sahəni əhatə edirdi. 
Burada həm də göyrüş, qovaq və s. ağaclar da mövcud olmuş, 
endemik ağac cinsi olan saqqız isə sultanbudda üstünlük təşkil 
etməsi ilə yanaşı, həm də tarixən ən qocaman ağac növünə aid 
edilir.  20  il  bundan  öncə  (1988-ci  il)  Tuğay  meşə  sahəsindən 
Sabirabadda 2512 hektar, Yevlaxda 1600 hektar, Bərdədə 1500 
hektar, Zərdabda 910 hektar, Saatlıda 720 hektar əkin sahəsinə 
çevrilib.  Bu  səbəbdən  də  Tuğay  meşələrinin  hətta  bərpasına 
torpaq  çatışmır.  1956-cı  ilin  hesabat  sənədlərinə  görə  Ağdam, 
Ağcavədi, Ağdaş, Bərdə, Yevlax, Zərdab, Mirbəşir bölgələrin-
də 20 min hektar meşə sahəsi mövcud olmuşdur. 30 ildən sonra 
isə  bu  meşə  sahələrindən  2,0  min  hektarı  salamat  qalmışdır. 
1900-cü  ildə  Azərbaycanın  ancaq  üç  qəzasından  22.750  ton 
qoz və fındıq əldə edildiyi halda, 80 ildən sonra bu rəqəm 500-
600 ton qoz, fındığın isə 5 min ton istehsalı olmuşdur. Bu nəti-
cə  isə  özümüz  özümüzün  düşməniyik  deməyə  bizə  əsas  yara-
dır.  Ekoloji  qlobal  problemlərin  həddindən  ziyadə  kəskinləş-
məsi hər şeydən öncə insanların ətraf aləmə, özünə nəzarətsiz, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə