Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   9   10   11   12   13   14   15   16   ...   118

 
40 
düzgün  olmayan  münasibəti  ilə  birbaşa  əlaqəlidir.  Zamanımız 
qlobal problemlərlə təzahür edən ziddiyyəti dərin siyasi, iqtisa-
di, sosial və s. böhran həddinə çatdıraraq onları təhlükəli istiqa-
mətə  yönəldir.  İstənilən  halda  ekoloji  problemlər  vətənimizin 
həyatına, onun sağlam yaşam tərzinə öz mənfi təsirini göstərir. 
Hətta,  təbiətdən  səmərəli  istifadə  etdikdə  belə,  əhalinin  və  is-
tehsalatın ətraf mühitə təsiri vardır. Bu baxımdan Azərbaycanın 
ekoloji problemləri səhiyyə-sağlamlıq, adi və texniki təsərrüfat, 
estetik, milli və s. çoxlu sayda mühüm məqamlardan ibarətdir. 
Hazırda ekoloji problemlər milli maraq çərçivəsindən çı-
xaraq,  ümumbəşəri  əhəmiyyət  kəsb  edən  təbii  sərvətlər  üçün 
daha  vacibdir.  Mütəxəsislər  hesab  edirlər  ki,  atmosferdə  yerin 
istilik  şüalarını  özündə  saxlayan  karbon  qazı  çoxaldıqca  ha-
vanın temperaturu 3-5 dərəcə arta bilər. Bunun nəticəsində Yer 
kürəsi  miqyasında iqlim  dəyişməsinə  gətirib çıxarar, ozon  ya-
rıqlarını artırar, bütün canlıların, flora və faunanın məhvinə gə-
tirib çıxarar. 
Hazırda "Ümumi bazar"ın üzvü olan ölkələrdə ətraf mü-
hitin  çirklənməsi  ictimaiyyəti  ciddi  narahat  etməkdədir.  Hələ 
20 il bundan öncə Avropa Birliyi komissiyasının verdiyi məlu-
mata görə, ancaq sənaye tullantılarının emalı nəticəsində hər il 
atmosferə  570  ton  qurğuşun,  31  ton  kalium,  68  ton  civə,  yüz 
tonlarla zərərli kimyəvi birləşmələr atılır. Bütün dünya "turşulu 
yağışları"  yağıntısından  getdikcə  daha  çox  əziyyət  çəkməkdə-
dirlər. Səbəb isə istilik elektrik stansiyalarının atmosferə atdıq-
ları kükürd-2 oksiddir. 
Avropa  Birliyi  Komissiyasının  üzvü  S.K.Devilin  fikrin-
cə, hər cür imkanları olan sənayeçilər, böyük dövlətlər komissi-
yanın hər hansı ekoloji tədbirinə qəzəblə müqavimət göstərdik-
lərinə görə vəziyyət get-gedə daha da gərginləşir. 
İndi  qlobal  problemə  çevrilmiş-ekoloji  durumun  həlli 
həm  milli,  həm  də  beynəlxalq  səviyyədə  şüurun  və  fəaliyyət 
tərzinin siyasi, iqtisadi və s. sahələrdə  yenidən qurulmasını tə-


 
41 
ləb  edir.  Problemin  həllində  siyasi  iradənin  olması  ən  mürək-
kəb ekoloji məsələlərin həllini də asanlaşdırar. 
Müasir dövrdə fəaliyyət  göstərən beynəlxalq hüquq nor-
malarından  biri  də  təbiətə  hərbi  məqsədlərlə  təsir  göstərməyin 
qadağan  edilməsidir.  Məhəlli  müharibələrin  özü  belə  təbiətə 
dəhşətli təsir göstərir. 
Azərbaycan təbiətinə başqa sahələrdə olduğu kimi ermə-
nilər çox böyük zərbələr vurmuşlar. Onlar buradakı torpaqların 
bitki aləminə od vurur, dünyada əvəzi olmayan Zəngilan çinar-
larının nəslini kəsir, Laçındakı əvəzsiz palıd və qoz ağaclarını 
tam  məhv  edərək  mebel,  konyak  boçkaları  düzəltməklə  xarici 
dövlətlərə  satır,  yeraltı  qiymətli  metal  və  mineralları,  yerüstü 
mineral  su  ehtiyatlarını  ağıla sığmaz vəhşiliklə həm  daşıyır və 
həm  də  bir  yolluq  kökünü kəsməklə  təkcə  Azərbaycan təbiəti-
nə,  ekologiyasına  deyil,  dünya  təbii  sivilizasiyasına  zərbələr 
vururlar. 
Torpaqlardan ekoloji-elmi qaydalara əməl etmədən uzun-
müddətli istifadə bütün dünyada olduğu kimi Azərbaycanda da 
bir çox fəsadlara gətirib çıxarmışdır. Bu məqsədlə hələ 1990-cı 
ildə  Bakıda  üç  gün  davam  etmiş  ümumittifaq  müşavirədə  tor-
paq örtüyünün müasir vəziyyəti, onun mühafizəsi, münbitliyin 
bərpa olması və bitkilərin qidalanma şəraitinin yaxşılaşdırılma-
sı problemləri müzakirə olunmuşdur. Həmin dövr üçün torpaq-
ların vəziyyətinin necə həyacan doğurduğunu Azərbaycan tim-
salında müzakirə etmişlər. 20 il bundan əvvəl respublikamızın 
hər sakininə 0,18 hektardan az əkin sahəsi düşdüyünü, 50 min 
hektardan  xeyli  çox  torpaq  sahəsinin  şoranlaşdığı  qeyd  olun-
muşdur. Bu dövrdən keçən uzun illər ərzində vəziyyət heç də 
yaxşılaşmamışdır. Torpaqların 50 faizindən çoxu eroziyaya uğ-
ramış,  pestisidlər,  ağır  metal  turşuları  və  sənaye  tullantıları, 
məişət tullantıları, tikinti tullantıları və s. ilə çirkləndirilmişdir. 
Azərbaycanın  ayrı-ayrı  bölgələrində,  xüsusəndə  Bakı  və 
Sumqayıtda yaşayış sahələrinin böyüməsi, yeni-yeni şəhər, qə-
səbə  və  s.  salınması  çox  yaxşı  qəbul  edilsədə,  həmin  yaşayış 


 
42 
məntəqələrinin ekoloji gələcəyinin diqqətdən kənarda qalması, 
şəhərsalma qaydalarına, əməl olunmaması bu məkanlarda eko-
loji  şəraitin  dünyada  qəbul  olunmuş  səviyyədən  qat-qat  aşağı 
olmasına  gətirib  çıxarmışdır.  Statistik  məlumatlar  və  hətta  bu 
məlumatsızda  Azərbaycanda  ekoloji  xəstələrin  sayının  sürətlə 
artdığını da görmək olur. 
Adi-ictimai həyatda ekoloji amilin rolunun lazımi dərəcə-
də  qiymətləndirilməməsi,  şəhərlərdə  ətraf  mühitin  vəziyyəti 
haqqında  uzunmüddətli,  mükəmməl  proqnozlardan  istifadə 
edilməməsi və s. amillər, şəhər həyat şəraitinin, canlıların sağ-
lamlığının  aşağı  düşməsinə  gətirib  çıxarır  ki,  bu  da  dövlət 
üçün, canlı üçün çox ağır problemlərlə qarşılaşmaq deməkdir. 
Təkcə  Bakı  şəhərinin  "Qara  Qarayev"  metrosundan  başlayan, 
"Neftçilər"  metrosu,  8  km  bazarından,  "Xalqlar",  "Əhmədli" 
metrosundan  keçən  və  XX  əsrin  90-cı  illərinə  qədər  paytaxtın 
ən müasir tələblərinə və ekoloji tələblərə cavab verən bu küçə 
hazırda  ürək  ağrıdıcı  bir  vəziyyətə  düşmüşdür.  Digər  tərəfdən 
yada salsaq ki, bu küçə üç Heydər parkından keçir, çox anlaşıl-
mazlıq  alınır.  Yəqin  ki,  biz  nəyəsə,  kiməsə  hörmət  etməliyik, 
hörmətlə yanaşmalıyıq. Küçə torpaqlarına, ağaclıqlarına sənəd 
verən, sərəncam verən, bu yolla nəyisə əldə edən şəxslər qanun 
qarşısında  cavab  verməkdən  çəkinmirlərsə,  görəsən  şəxsi  vic-
danları qarşısında necə! .... 
Şəhər  ekosisteminin  və  ətraf  mühitin  çirklənməsi  ancaq 
ekoloji deyil, sistemlə bağlı sosial məsələlərdən–hava hövzəsi-
nin  çirklənmədən  qorunması,  su  ehtiyatlarının  çirklənməsinin 
və  tükənməsinin  mühafizəsi,  şəhər  səs-küyünün  səviyyəsinin 
aşağı  salınması,  elektromaqnit  şüalanmasının  qarşısının 
alınması,  şəhər  təbii  mühit  ünsürlərindən  səmərəli  istifadə 
olunması və onların bərpa edilməsi, şəhər tikililərinin və şəhə-
rətrafı  torpaqların  yüksək  sanitar-gigeniya  təlabatlarının  təmin 
edilməsi,  ərazilərin  mühəndis  təchizatı  səviyyəsinin  yüksəldil-
məsi, planlı ekoloji bölgələşdirilməsi, insanla ətraf mühitin qar-
şılıqlı  təsirinin  sosial-iqtisadi  gələcəyinin  işlənib  hazırlanması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə