Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   11   12   13   14   15   16   17   18   ...   118

 
46 
müxtəlif  sahələr  üzrə  dayanıqlı  inkişaf  prinsiplərinə  əsaslanan 
fəaliyyət vacibdir. 
Belə  Proqram  bir  tərəfdən  dayanıqlı  inkişaf  sahəsində 
dünyada  toplanmış  ən  müasir  bilikləri  nəzərə  alır,  digər  tərəf-
dən isə zamanın sınağından çıxmış və ekoloji qaydalara əsasla-
nan elmi fikirlərə, milli mədəniyyətə və təcrübəyə əsaslanması 
gərəkdir. 
Milli  Proqram  uzunmüddətli  sənəd  olmaqla,  yeni  təşəb-
büslər və müxtəlif əlavə fəaliyyət sahələri üçün də açıqdır. Bu 
sənədin  əsasında  müxtəlif  sahələr  üzrə  dayanıqlı  inkişaf  prin-
siplərinə cavab verən fəaliyyət qaydaları tərtib edilə bilər. 
Milli  Proqram  Azərbaycan  Respublikası  üçün  mövcud 
problemlərin həllinin ilkin mərhələsi olaraq, 2003-2010-cu illə-
ri əhatə edən tədbirlər sistemi təşkil edir. Burada nəzərdə tutul-
muş  tədbirlərin  bir  qismi  artıq  həyata  keçirilmiş  və  bu  istiqa-
mətdə tədbirlər yaxşı davam etdirilir. 
Milli Proqramın vacib istiqamətlərindən biri də Respubli-
kada meşələrin bərpa edilməsi və artırılması məsələsidir. 
Azərbaycan  özünün  təbii  zənginliyinə  görə  dünyanın 
qabaqacıl  sıralarındadır.Respublikamızın  ərazisində  450-dən 
çox ağac və kol bitkilərinə rast gəlinir ki, bunlardan da bir çoxu 
nadir  və  endemik  bitkilərə  aiddir.  Meşələrimizin  respublika-
mızın həyatındakı əhəmiyyətin nə qədər böyük olması, onların 
iqlimin,  havanın,  su  balansının  təbii  nizamlanmasında,  tarla-
ların  quru  küləklərdən  qorunmasında,  torpaq  sürüşmələrinin, 
fövqəladə halların qarşısının alınmasında çox vacib əhəmiyyət 
kəsb edir. 
Son  illər  aparılan  tədbirlər  nəticəsində  meşələrin  ar-
tırılması və bərpa olunması istiqamətində nəzərə çarpacaq işlər 
həyata keçirilmişdir.  Lakin,  buna baxmayaraq respublikamızın 
müəyyən yerlərində meşə sahələrinin azalması, onların cins tər-
kibinin pisləşməyə doğru dəyişməsi, mövcud meşələrin seyrək-
ləşməsi  halları  mövcuddur.  Bu  proseslərin  qarşısı  vaxtında 
alınmasa respublikamız ağır ekoloji fəlakətlər, eroziya proses-
lərinin, səhralaşmanın, dağlıq ərazilərdə sel və sürüşmə, qar uç-


 
47 
qunları,  bulaqların  və  çayların  quruması  təhlükəsi  ilə  üz-üzə 
qala  bilər.  Odur  ki,  meşə  təsərrüfatının  problemləri  və  onlann 
həllinə diqqəti artırmaq gərəkdır. Bunlardan əlavə, Respublika-
mızın ərazilərində, xüsusilə də az meşəli aran bölgələrində me-
şəbərpa və qoruyucu meşəyetişdirmə işlərinin həcmini bir-neçə 
dəfə artırmaq mühümdür. 
Meşə  ilə  bağlı  mövcud  çatışmamazlıqların  həll  edilməsi 
məqsədi ilə Respublika Prezidentinin 1152 saylı 2003-cü il 18 
fevral tarixli Sərəncamı "Azərbaycan Respublikasında Meşələ-
rin  bərpa  edilməsi  və  artırılmasına  dair  Milli  Proqram"  təsdiq 
olunmuşdur.  Milli  Proqramda  nəzərdə  tutulmuş  tədbirlərə  uy-
ğun olaraq respublikanın düzən, dağ və dağətəyi bölgələrində, 
arid  zona  bozqırlarında  yeni  meəşələrin  və  yaşıllıqların 
salınması  üçün  3  yeni  meşəsalma  müəssisələri  (Cənqi,  Qiləzi 
və  Qaradağ)  və  qiymətli  ağac  və  kol  cinslərindən  ibarət  əkin 
materialları  yetişdirmək  üçün  Lənkəran,  Quba  və  Abşeronda 
yeni fidanlıqlar (tinglik) yaradılmışdır. Bu mənada son dövrlər 
Azərbaycanda meşəsalma işləri geniş vüsət almışdır. Arzumuz 
bu işlərin uzunmüddətli olmasıdır. 
Milli  Meşəsalma  Proqramı  ilə  yanaşı  respublikamızda 
yay- qış  otlaqlarının,  biçənəklərinin  səmərəli istifadəsi  proqra-
mı Respublika Prezidentinin 22.04.2004-cü il tarixli, 222 saylı 
Sərəncamı  ilə  təsdiq  olunmuş  "Azərbaycan  Respublikasında 
yay-qış  otlaqlarının,  biçənəklərinin  səmərəli  istifadə  olunması 
və  səhralaşmanın  qarşısının  alınmasına  dair  Dövlət  Proqra-
mı"nda  yay-qış  otlaqlarının,  biçənəklərin  səmərəli  istifadə 
olunması  və  səhralaşmanın  qarşısının  alınması  üzrə  tədbirlər 
insan  fəaliyyəti  nəticəsində  yaranan  mənfi  fəsadların  azaldıl-
masında  bütün  mövcud  imkanları  səfərbər  etməyi  nəzərdə  tu-
tur. Buraya daxildir: 
- kənd təsərrüfatı istehsal  sahəsinə Dövlətin himayəsi  və 
nəzarəti; 
-  sahələrin  hüquqi,  struktur,  iqtisadi,  texniki,  aqrotexno-
loji,  kadr,  maarifləndirmə  və  digər  məsələlərin  tənzimlənməsi 
və təkmilləşdirilməsi. 


 
48 
Deyilən tədbirlərin məqsədyönlü maliyyə təminatı olma-
sa da ötən dövr ərzində müəyyən işlər görülmüş, bir sıra nailiy-
yətlər əldə edilmiş və görüləsi işlər də yetərincədir. 
Qeyd edək ki, burada yay otlaqaltı torpaqların, biçənəklə-
rin səmərəli istifadə olunması və deqradasiya proseslərinin qar-
şısının alınması məqsədilə həmin ərazilərdəki torpaq-bitki örtü-
yünün ekoloji qiymətləndirilməsi üzrə tədqiqat işlərinə başlan-
mış və bu istiqamətdə axtarış işləri davam etdirilməkdədir. 
Heyvandarlıq  və  əkinçiliyin  inkişafi  ilə  əlaqədar  ekosis-
temlərin  və  təbii  landşaftların  qorunması  tədbirləri  ilə  həyata 
keçirilir. Buraya təbii bitki örtüyü və heyvanat aləminə vurulan 
ziyanı azaltmaq və onların yayılma sahələrinin stabilləşdirməsi, 
mühafizə olunan  ərazilər sisteminin genişləndirilməsi, suqoru-
yucu, sahəqoruyucu, yolkənarı və s. meşələrin salınması, yaba-
nı  bitki  növlərinin  yığılmasının  və  heyvanların  ovlanmasının 
ciddi tənzimlənməsi, müxtəlif bitki növlərinin mal-qaranın ota-
rılmasının  nizamlanması,  müvafıq  hüquqi  sənədlərin  yaradıl-
ması, əkinçilik və heyvandarlıqla məşqul olan sahibkar və fer-
merlərin maarifləndirilməsi daxildir. 
Dövlət  Proqramında  nəzərdə  tutulmuş  tədbirlərə  uyğun 
olaraq  Bölgə  ekologiya  şöbələrinin  mütəxəssisləri  tərəfindən 
mütəmadi heyvandarlıqla məşqul olan fermerlərlə görüşlər ke-
çirərək  torpaqların  münbitliyinin  qorunması,  səhralaşma  və 
eroziya  proseslərinin  yaranmasında  mal-qaranın  rolu  haqqında 
müzakirələr aparmaq, eroziyanın zəifləndirilməsi və qarşısının 
alınması üzrə müvafiq tədbirlərin (mal-qaranın hissə-hissə, küz 
sistemi  ilə  otarılması,  vahid  otlaq  sahəsinə  düşən  mal-qaranın 
sayını ciddi surətdə nizamlamaq və optimal qaydalara riayət et-
mək,  otlaq  sahələrinin  bir  hissəsini  dincə  qoyaraq  onun  təbii 
bərpasına  şərait  yaratmaq,  otlaqlardan  istifadəni  mal-qaranın 
növünə  uyğunlaşdırmaq,  otlaqlardan  istifadə  müddətinə  ciddi 
əməl etmək və s.) həyata keçirilməsi tövsiyyə edilir. 
Kənd təsərrüfatı bitkilərinin genofondunun qorunmasının 
təmin edilməsi bu sahədə aparılan işlər yerli və beynəlxalq təc-
rübə nəzərə alınmaqla genişləndirilməlidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə