Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   12   13   14   15   16   17   18   19   ...   118

 
49 
VI FƏSĠL 
 
ƏTRAF MÜHĠT HAQQINDA BEYNƏLXALQ 
SAZĠġLƏR VƏ DÖVLƏTLƏARASI ƏLAQƏ 
 
6.1. Beynəlxalq saziĢlər və dövlətlərarası əlaqə 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra 
ətraf  mühitin  mühafizəsi,  biomüxtəliflik,  hidrometeorologiya, 
geologiya,  balıqartırma  və  sair  sahələrdə  beynəlxalq  və  höku-
mətlərarası sazişlərin imzalanması mümkünlüyü yarandı. 
09 iyul 2004-cü il tarixində "Ətraf mühitin mühafizəsi sa-
həsində  Azərbaycan  Respublikası  Höküməti  və  Türkiyə  Res-
publikası Höküməti arasında Razılaşma", 05 avqust 2004-cü il 
tarixində "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvət-
lər Nazirliyi və İran İslam Respublikasının Ətraf Mühit Depar-
tamenti arasında Anlaşma Memorandumu", 08 dekabr 2004-cü 
il tarixində "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven-
siyasının  Kioto  Protokolunun  həyata  keçirilməsi  sahəsində 
əməkdaşlıq  haqqında  Azərbaycan  Respublikası  Höküməti  və 
Danimarka  Krallığı  Höküməti  arasında  Anlaşma  Memorandu-
mu" imzalanmışdır. 
25 oktyabr 2004-cü il tarixində "Azərbaycan Respublika-
sının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Almaniya Ma-
liyyə  Əməkdaşlığı  (KFW)  təşkilatı  arasında  "Cənubi  Qafqaz 
üçün Ekoregional Təbiəti Mühafızə Proqramı"nın hazırlanması 
üzrə Anlaşma Memorandumu" və 03 dekabr 2004-cü il tarixin-
də Avropa Şurası  ilə  "Zümrüd şəbəkəsi" potensialının  yaradıl-
masına dair Saziş layihəsi imzalanmışdır. 
Ölkənin  bölgələrində  yayılması  məqsədi  ilə  tükənməyən 
enerji mənbələrindən istifadə sahəsində Kanada Beynəlxalq İn-
kişaf  Agentliyinin  dəstəyi  ilə  Pirallahı  Meteoroloji  Stansi-
yasında 2 külək və 2 günəş qurğusu quraşdırılmışdır və Türki-
yə  Respublikasının  özəl  şirkətləri  tərəfindən  respublikamızda 
bioqazın  istehsalı  ilə  əlaqədar  pilot  layihələr  həyata  keçirilmiş 


 
50 
və  artıq  bir  çox  bölgələrdə  bioqaz  qurğuları  quraşdırılmışdır. 
Bir  sıra  region  dövlətləri,  inkişaf  etmiş  dövlət  və  beynəlxalq 
təşkilatlarla olduqca mühüm sazişlər imzalanmışdır. 
Belə  ki,  2006-cı  ilin  sentyabr  ayında  Ukrayna  Respubli-
kası  və  Azərbaycan  Respublikası  arasında  Ətraf  təbii  mühitin 
mühafızəsi sahəsində əməkdaşlıq üzrə Saziş imzalanmışdır. 
Almaniyanın  Cənubi  Qafqaz  üçün  Ekoregional  Təbiəti 
Mühafizə  Proqramı  çərçivəsində  "Samur-Yalama  Milli 
Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə və Xüsusi 
müqavilələr imzalanmışdır. 
2007-ci ilin fevral ayında Moldova Respublikası və Azər-
baycan  Respublikası  arasında  Ətraf  mühitin  mühafizəsi  sahə-
sində əməkdaşlıq üzrə Saziş, aprel ayında Azərbaycan Respub-
likasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  ilə  Koreya 
Respublikasının  Ehtiyatlar  Korporasiyası  və  Koreya  Respubli-
kasının Mineral Ehtiyatlar Geoelmlər İnstitutu arasında mineral 
ehtiyatların işlənməsi sahəsində qarşılıqlı əməkdaşlığa dair An-
laşma  Memorandumu,  may  ayında  Azərbaycan  Respubli-
kasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və  Misir  Ərəb 
Respublikasının  Misir  Mineral  Ehtiyatlar  Qurumu  arasında 
Texniki  Əməkdaşlığa  dair  Protokol,  oktyabr  ayında  Azərbay-
can Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ko-
reya Respublikası Tikinti və Nəqliyyat Nazirliyi arasında Yeni 
İnzibati Şəhərin Salınması sahəsində Əməkdaşlığa dair Anlaş-
ma Memorandumu və Almaniya Federativ Respublikasının Ət-
raf  Mühit,  Təbiətin  Mühafızəsi  və  Nüvə  Təhlükəsizliyi  üzrə 
Federal Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və 
Təbii  Sərvətlər  Nazirliyi  arasında  təmiz  inkişaf  mexanizmi  la-
yihələrinin  həyata  keçirilməsi  üzrə  əməkdaşlığa  dair  Anlaşma 
Memorandumu imzalanmışdır.  
2008-ci  ilin  11  sentyabr  tarixində  Azərbaycan  Respubli-
kası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Özbəkistan Res-
publikası  Təbiətin  Mühafızəsi  üzrə  Dövlət  Komitəsi  arasında 
Ətraf Mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş im-
zalanmışdır. 


 
51 
Türkiyə  Respublikası  və  Azərbaycan  Respublikası 
arasında Ətraf mühitin mühafizəsi sahəsində imzalanmış Saziş 
çərçivəsində təcrübə mübadiləsi aparılır və bu sahədə fəaliyyət 
davam etdirilməkdədir. 
2007-ci ilin may ayında Bakıda Xəzər dənizinin su mühi-
tinin  qorunması  üzrə  çərçivə  konvensiyasının  Tərəflərin  1-ci 
konfransı  və  4-5  oktyabr  2007-ci  il  tarixlərində  Almaniya  Fe-
derativ Respublikasının dəstəyi ilə Bakıda keçirilən "Xəzər də-
nizinin  davamlı  inkişafı  üçün  strategiyalar"  mövzusunda  bey-
nəlxalq konfrans olmuşdur və bu işlər hazırda da uğurla həyata 
keçirilir. 
 
6.2. Ətraf mühit haqqında beynəlxalq konvensiyalar 
Buraya: 
-"Ətraf  mühit ilə  bağlı məsələlərdə  məlumatın  əldə  edil-
məsi,  ictimaiyyətin  qərar  qəbul  edilməsində  iştirakı  və  ədalət 
məhkəməsinin açıq keçirilməsi haqqında" Orhus Konvensiyası; 
-BMT-nin  "Təhlükəli  tullantıların  sərhədlərarası  daşın-
masına  və  kənarlaşdırılmasına  nəzarət  haqqında"  Bazel  Kon-
vensiyası; 
-"Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yaba-
nı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyası; 
-"Ozon qatının qorunması haqqında" Vyana Konvensiyası; 
-"Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu" 
-BMT-nin İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası; 
-Texnologiyaların ötürülməsi
-"Sənaye  qəzalarının  transsərhəd  təsiri  haqqında"  Kon-
vensiya; 
-Sərhəddən  keçən  su  axınlarının  və  beynəlxalq  göllərin 
mühafizəsi və istifadəsi üzrə Konvensiya
-Biomüxtəliflik üzrə Konvensiya; 
-"Davamlı  Üzvi  Çirkləndiricilər  haqqında"  Stokholm 
Konvensiyası; 
-BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyası;  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə