Zġyadxan nəBĠBƏYLĠ


 Respublikamızda milli proqram



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   13   14   15   16   17   18   19   20   ...   118

 
52 
6.3. Respublikamızda milli proqram 
 
Azərbaycanın  ekoloji  siyasətini  həyata  keçirmək  üçün 
müvafiq  milli  proqramların  hazırlanması  və  nəzərdə  tutulmuş 
tədbirlərin  həyata  keçirilməsi  vacib  məsələlərdəndir.  Bununla 
əlaqədar Milli Proqram Azərbaycan Respublikası Prezidentinin 
2003-cü  il  18  fevral  tarixli  1152  saylı  Sərəncamı  ilə  təsdiq 
edilmişdir. 
Ölkənin  ümumi  inkişaf  istiqamətinin  ayrılmaz  hissəsi 
olan  Milli  Proqram  ətraf  mühitin  qorunması  sahəsində  fəaliy-
yətin koordinasiyasının gücləndirilməsi ilə milli, bölgə və bey-
nəlxalq  səviyyələrdə  təbii  ehtiyatların  mühafizəsi,  elmə  əsas-
lanan inkişafın tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını 
təmin  edən  iqtisadi  inkişafa  yönəlməlidir.  Bu  mənada  ekoloji 
baxımdan dayanıqlı sosial-iqtisadi inkişaf üzrə milli proqramın 
həyata keçirilməsi üçün əlaqədar dövlət qurumlarının və qeyri-
dövlət  təşkilatlarının  fəaliyyətinin  koordinasiyası  vacib 
şərtlərdəndir. 
Milli  proqram  təbii  və iqtisadi  ehtiyatların idarə edilmə-
sində  istənilən  iqtisadi  layihələr  həyata  keçirilərkən  neqativ 
ekoloji fəsadların yaranma imkanının istisna olunmasına yönəl-
mişdir. Ətraf mühit və iqtisadi potensialın idarəetmə sahəsində 
hər hansı bir amilin kifayət qədər nəzərə alınmaması məsələnin 
həllində arzuolunmaz ekoloji,  iqtisadi və sosial  fəsadlara gəti-
rib çıxara bilər. Ümumilikdə, milli proqramın həyata keçirilmə-
si,  təbii  ehtiyatlardan  istifadə  və  təsərrüfat  fəaliyyətinin  xa-
rakterlərinin dəyişilməsi ilə ekoloji tələbatlara cavab verən yeni 
texnologiyaların  tətbiqi,  sənaye  və  kənd  təsərrüfatı  məh-
sullarının  istehsalının  yüksəldilməsinə  yönəldilməklə  havanın, 
suyun,  torpağın  yaxşılaşdırılmasına  və  təbii  ehtiyatlardan  sə-
mərəli istifadə edilməsinə xidmət deməkdir. 
Milli  Proqram  dayanıqlı  inkişafın  əsas  istiqamətlərini 
müəyyənləşdirməklə, davamlı inkişafı təmin edən bir sıra təd-
birlər  sistemini  əhatə  edir.  Proqramın  həyata  keçirilməsi  üçün 


 
53 
müxtəlif  sahələr  üzrə  dayanıqlı  inkişaf  prinsiplərinə  əsaslanan 
fəaliyyət vacibdir. 
Belə  Proqram  bir  tərəfdən  dayanıqlı  inkişaf  sahəsində 
dünyada  toplanmış  ən  müasir  bilikləri  nəzərə  alır,  digər  tərəf-
dən  isə  zamanın  sınağından  çıxmış  və  ekoloji  qaydalara  əsas-
lanan  elmi  fikirlərə,  milli  mədəniyyətə  və  təcrübəyə  əsas-
lanması gərəkdir. 
Milli  Proqram  uzunmüddətli  sənəd  olmaqla,  yeni  təşəb-
büslər və müxtəlif əlavə fəaliyyət sahələri üçün də açıqdır. Bu 
sənədin  əsasında  müxtəlif  sahələr  üzrə  dayanıqlı  inkişaf 
prinsiplərinə cavab verən fəaliyyət qaydaları tərtib edə bilər. 
Milli  Proqram  Azərbaycan  Respublikası  üçün  mövcud 
problemlərin  həllinin  ilkin  mərhələsi  olaraq,  2003-2010-cu 
illəri əhatə edən tədbirlər sistemini təşkil edir. Burada nəzərdə 
tutulmuş  tədbirlərin  bir  qismi  artıq  həyata  keçirilmiş  və  bu 
istiqamətdə yaxşı istiqamətdə davam etdirilir. 
 
 
6.4.Milli Proqramın vacib istiqamətlərindən biri də 
respublika meĢələrin bərpa edilməsi və artırılması 
məsələsidir.  
 
Azərbaycan özünün təbii zənginliyinə görə dünyanın qa-
baqcıl  sıralarındadır.  Respublikamızın  ərazisində  450-dən  çox 
ağac və kol bitkilərinə rast gəlinir ki, bunlardan bir çoxu nadir 
və  endemik  bitgilərə  aiddir.  Meşələrimizin  respublikamızın 
həyatındakı  rolunun  nə  qədər  böyük  olması,  onların  iqlimin, 
havanın,  su  balansının  təbii  nizamlanmasında,  tarlaların  quru 
küləklərdən  qorunmasında,  torpaq  sürüşmələrinin,  fövqəladə 
halların qarşısının alınmasında çox vacib əhəmiyyət kəsb edir. 
Son  illər  aparılan  tədbirlər  nəticəsində  meşələrin  artırıl-
ması və bərpa olunması istiqamətində nəzərə çarpacaq işlər hə-
yata  keçirilmişdir.  Lakin,  buna  baxmayaraq  respublikamızın 
müəyyən  yerlərində  meşə  sahələrinin  azalması,  onların  cins 


 
54 
tərkibinin pisləşməyə doğru dəyişməsi, mövcud meşələrin sey-
rəkləşməsi  halları  mövcuddur.  Bu  proseslərin  qarşısı  vaxtında 
alınmasa respublikamız ağır ekoloji fəlakətlər, eroziya proses-
lərinin, səhralaşmanın, dağlıq ərazilərdə sel və sürüşmə, qar uç-
qunları,  bulaqların  və  çayların  quruması  təhlükəsi  ilə  üz-üzə 
qala  bilər.  Odur  ki,  meşə  təsərrüfatının  problemləri  və  onların 
həllinə diqqəti artırmaq gərəkdir. Bunlardan əlavə, Respublika-
mızın  ərazilərində,  xüsusilə  də  az  meşəli  aran  bölgələrində 
meşəbərpa  və  qoruyucu  meşəyetişdirmə  işlərinin  həcmini  bir 
neçə dəfə artırmaq mühümdür. 
Meşə  ilə  bağlı  mövcud  çatışmamazlıqların  həll  edilməsi 
məqsədilə  Respublika  Prezidentinin  1152  saylı  2003-cü  il  18 
fevral  tarixli  Sərəncamı  “Azərbaycan  Respublikasında  Meşə-
lərin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” təsdiq 
olunmuşdur.  Milli  Proqramda  nəzərdə  tutulmuş  tədbirlərə  uy-
ğun olaraq respublikanın düzən, dağ və dağətəyi bölgələrində, 
arid  zona  bozqırlarında  yeni  meşələrin  və  yaşıllıqların  salın-
ması üçün 3 yeni meşəsalma müəssisələri (Jənqi, Qiləzi və Qa-
radağ)  və  qiymətli  ağac  və  kol  cinslərindən  ibarət  əkin  mate-
rialları yetişdirmək üçün Lənkəran, Quba və Abşeronda yeni fi-
danlıqlar (tinglik) yaradılmışdır. 
Bu  mənada  son  dövrlər  Azərbaycanda  meşəsalma  işləri 
geniş  vüsət  almışdır.  Arzumuz  bu  işlərin  uzunmüddətli 
olmasıdır. 
 
6.5. Milli MeĢəsalma Proqramı ilə yanaĢı respublikamızda 
yay-qıĢ otlaqlarının, biçənəklərinin səmərəli istifadəsi 
proqramıdır. 
 
Respublika  Prezidentinin  22.04.2004-cü  il  tarixli,  222 
saylı sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasın-
da  yay-qış  otlaqlarının,  biçənəklərinin  səmərəli  istifadə  olun-
ması və şəhərsalmanın qarşısının alınmasına dair Dövlət Proq-
ramı”nda  yay-qış  otlaqlarının,  biçənəklərin  səmərəli  istifadə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə