Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   14   15   16   17   18   19   20   21   ...   118

 
55 
olunması  və  şəhərsalmanın  qarşısının  alınması  üzrə  tədbirlər 
insan  fəaliyyəti  nəticəsində  yaranan  mənfi  fəsadların  azaldıl-
masında  bütün  mövcud  imkanları  səfərbər  etməyi  nəzərdə  tu-
tur. Buraya daxildir: 

 
kənd  təsərrüfatı  istehsal  sahəsinə  Dövlətin  himayəsi  və 
nəzarəti; 

 
sahələrin hüquqi, struktur, iqtisadi, texniki, aqrotexnoloji, 
kadr, maarifləndirmə və digər məsələlərin tənzimlənməsi 
və təkmilləşdirilməsi; 
Deyilən  tədbirlərin  məqsədyönlü  maliyyə  təminatı 
olmasa da ötən dövr ərzində müəyyən işlər  görülmüş, bir sıra 
nailiyyətlər əldə edilmiş və görüləsi işlər də yetərincədir. 
Qeyd edək ki, burada  

 
Yay  otlaqaltı  torpaqların,  biçənəklərin  səmərəli  istifadə 
olunması və deqradasiya proseslərinin qarşısının alınması 
məqsədilə həmin ərazilərdəki torpaq-bitki örtüyünün eko-
loji  qiymətləndirilməsi  üzrə  tədqiqat  işlərinə  başlanmış 
və bu istiqamətdə axtarış işləri davam etdirilməkdədir. 
Heyvandarlıq  və  əkinçiliyin  inkişafı  ilə  əlaqədar  eko-
sistemlərin  və  təbii  landşaftların  qorunması  tədbirləri  həyata 
keçirilir.  Buraya  təbii  bitki  örtüyü  və  heyvanlar  aləminə  vuru-
lan ziyanı azaltmaq və onların  yayılma sahələrinin stabilləşdi-
rilməsi,  mühafizə  olunan  ərazilər  sisteminin  genişləndirilməsi, 
suqoruyucu, sahəqoruyucu, yolkənarı və s. meşələrin salınması, 
yabanı  bitki  növlərinin  yığılmasının  və  heyvanların  ovlanma-
sının  ciddi  tənzimlənməsi,  müxtəlif  bitgi  növlərinin  mal-qa-
ranın  otarılmasının  nizamlanması,  müvafiq  hüquqi  sənədlərin 
yaradılması,  əkinçilik  və  heyvandarlıqla  məşğul  olan  sahibkar 
və fermerlərin maarifləndirilməsi daxildir. 
Dövlət  Proqramında  nəzərdə  tutulmuş  tədbirlərə  uyğun 
olaraq  bölgə  ekologiya  şöbələrinin  mütəxəssisləri  tərəfindən 
mütəmadi  heyvandarlıqla  məşğul  olan  fermerlərlə  görüşlər 
keçirərək  torpaqların  münbitliyinin  qorunması,  səhralaşma  və 
eroziya proseslərinin  yaranmasında mal-qaranın rolu haqqında 


 
56 
müzakirələr aparmaq, eroziyanın zəifləndirilməsi və qarşısının 
alınması üzrə müvafiq tədbirlərin (mal-qaranın hissə-hissə, küz 
sistemi  ilə  otarılması,  vahid  otlaq  sahəsinə  düşən  mal-qaranın 
sayını  ciddi  surətdə  nizamlamaq  və  qaydalara  riayət  etmək, 
otlaq  sahələrinin  bir  hissəsini  dincə  qoyaraq  onun  təbii  bər-
pasına  şərait  yaratmaq,  otlaqlardan  istifadəni  mal-qaranın  nö-
vünə  uyğunlaşdırmaq,  otlaqlardan  istifadə  müddətinə  ciddi 
əməl etmək və s.) həyata keçirilməsi tövsiyyə edilir. 
Kənd təsərrüfatı bitkilərinin qenofondunun qorunmasının 
təmin  edilməsi  bu  sahədə  aparılan  işlər  yerli  və  beynəlxalq 
təcrübə nəzərə alınmaqla genişləndirilməlidir.   


 
57 
VII FƏSĠL 
 
ƏTRAF MÜHĠTĠN MÜHAFĠZƏSĠ, MĠLLĠ 
SULARIMIZ, XƏZƏR VƏ BEYNƏLXALQ  
HÜQUQ 
 
7.1. Ətraf mühitin mühafizəsinə nəzarət və standartlar 
 
Ətraf  mühitin  mühafızəsi  əsasən  elmi-tədqiqat  işləri 
əsasında aparılmalıdır. Əlbətdə uzun müddətli təcrübələrin nə-
ticələri də, bəzi sahələrdə özünü doğrultması məsələsi də istis-
na edilmir. Ətraf mühitin mühafizəsi və ona nəzarət əsasən-tə-
bii  sərvətlərdən  istifadə  və  onların  emalı  zamanı  ortaya  çıxan 
məsələləri əhatə etməlidir. Təbii və digər məhsulların işlənməsi 
və hazırlanması zamanı tətbiq edilən texnoloji prosesin ekoloji 
və  gigiyena  əlamətləri  DÜYST  əsasında  müəyyən  edilməlidir. 
Bu  zaman  ilkin  və  təkrar  emal,  məhsulun  və  tullantıların  ətraf 
mühiti çirkləndirə biləcək xüsusiyyətləri mütləq nəzərdən qaç-
mamalıdır.  Zərərli  maddələrin  havada,  suda,  torpaqda,  qidada 
və  s.  konsentrasiyasının  dəqiq  müəyyənləşdirilməsi  əsas  olub, 
DÜYST-ə uyğun gəlməlidir. Tələblərin yerinə yetirilməsi üçün 
yaşayış yerlərində havadan, sudan, torpaqdan,qidadan və s. nü-
munə götürmək, ona nəzarət etmək üçün xüsusi cihazlardan is-
tifadə olunmalıdır. 
Sulara nəzarət  isə  siniflər üzrə aparılır. Belə ki,  DÜYST 
17.1.5.01-80  su  hövzələrinin  dib  hissəsindən  nümunələrin  gö-
türülüb  analiz  üçün  saxlanılmasını,  DÜYST  17.1.3.06-82  isə 
yeraltı  suların  mühafizəsi  üçün  ümumi  tələbatı  müəyyən  edir. 
DÜYST  17.1.5.04-81  təbii  sulardan  nümunə  götürmək,  onları 
ilkin  işləyib saxlamaq üçün lazım olan cihaz və  qurğuları mü-
əyyənləşdirir.  DÜYST  17.4.2-81  torpağın  sanitar  halı  üçün 
qaydaları  müəyyən  edir.  Bunlar  sanitar-kimyəvi  və  sanitar-
mikrobioloji  kompleks  kriteriyalarını  əhatə  edir.  DÜYST 


 
58 
17.5.1.05-80  torpaqla  əlaqədar  olan  terminləri,  DÜYST 
17.8.1.01-80  təbii  mənzərələrə,  dağ  süxurlarına,  havaya,  suya, 
bitki və heyvanat aləminə aid olan göstəriciləri müəyyən edir. 
DÜYST 17.2.3.02-78 isə: a) sənaye müəssisəsi tərəfındən 
ətrafa atıla bilən zərərli maddələri müəyyən edən ümumi tələ-
batı, b) tullantıların buraxıla bilən həddini dəqiqləşdirmək üçün 
atmosfer  havasının  keyfiyyətini,  v)  tullantıların  buraxıla  bilən 
həddini və zərərli maddələrin müvəqqəti razılaşdırılmış tullan-
tılarının miqdarını müəyyən edir, q) tullantıların buraxıla bilən 
həddini (TBH) və maddələrin müvəqqəti razılaşdırılmış tullan-
tılarının (MRT) miqdarının gözlənilməsinə nəzarəti əhatə edir. 
Yaşadığımız (XXI əsrin əvvəli) dövrdə təbii ehtiyatların böyük 
miqdarda  dağılması,  biosferin  sənaye  və  məişət  tullantıları, 
kimyəvi  maddələr  və  radioaktiv  element  birləşmələri  ilə 
çirklənməsi, ekoloji sistemlərin dağıdılması, növlərin, o cümlə-
dən insanların kütləvi surətdə qırılması halları mövcuddur. Bizi 
əhatə edən ətraf mühitin fiziki, bioloji və kimyəvi çirkləndirici-
lərin  səviyyəsi  xeyli  dərəcədə  çoxalmışdır.  Dövrümüzün  eko-
loqları  və  ətraf  mühitin  mühafızəsi  mütəxəssisləri  insanlığın 
yaxın gələcəkdə idarəolunmaz ekoloji kritik hadisələrlə qarşıla-
şacağı  gümanındadırlar.  Bu  hadisələr  enerji  və  qida  çatışma-
mazlığı,  əhali miqrasiyası,  kütləvi  xəstəliklər, müharibələr, at-
mosferin istilənməsi və s. formada özünü göstərəcəkdir. 
Ətraf  mühiti  çirkləndirən  istehsalat  və  texnoloji  avadan-
lıqlar tullantının zərərlilik dərəcəsindən asılı olaraq əsasən dörd 
qrupa  bölünür.  Birinci  qrupa  atmosferə  təmiz  qaz  axıdan  və 
axıdılan qazın həcmi sanitar-gigiyena normaları həddində olan 
müəssisələr,  2-ci  qrupa  atmosferə  iyli  qaz  axıdan,  3-cü  qrupa 
atmosferə  kifayət  qədər  qeyri-toksik  maddələr  tullayan,  4-cü 
qrupa  isə  atmosferə  toksik  qaz  axıdan  müəssisələr  aid  edilir. 
Belə  ki,  atmosferə  atılan  tullantıların  həcmi  50  min  m3/saat 
olan  1-ci  qrup,  10  min  m3/saat  2-ci  qrup,  5  min  m3/saat  3-cü 
qrup və 4-cü qrupda tətbiq edilən qaztəmizləyici aparatlar döv-
lət  müfəttişliyində  qeydiyyatdan  keçməlidir.  Qeydiyyat  sənəd-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə