67
hərəkət etməsinə bütün ölkələr üçün eyni qaydada, ayrı-seçgi-
lik olmadan icazə verə bilər. Lakin, belə hallarda xarici gəmilər
sahil dövlətinin qanun və qaydalarını gözləməli, verilmiş xüsu-
si icazəyə uyğun hərəkət etməlidir. Bu qaydaların özləri belə,
daxili suların rejiminin müəyyən dərəcədə beynəlxalq hüquqi
xarakterli olmasını bir daha təsdiq edir.
Bir dövlətin digəri ilə həmsərhəd çay, göl və kanallarının
suları üzərində sahil dövlətlərinin hakimiyyəti, onlar arasında
bağlanmış saziş ilə müəyyən olunmuş sərhəd xətti üzrə ayrıl-
malıdır. Bu sularda gəmi hərəkəti, balıqçılıq və s. məsələlər də
müvafıq sazişlər əsasında nizamlanır, saziş olmadıqda hər bir
sahil dövləti öz hissəsində öz qaydalarını tətbiq edir.
Daxili körfəzlər, boğaz, liman suları və s. sahil dövlətinin
daxili suları hesab olunur.
1958-ci ilin Məhəlli dəniz və bitişik zolaq haqqında Ce-
nevrə sazişinə görə, sahilə doğru quruya girən və dövlətin quru
ərazisinin əhatəsində olan dəniz suları körfəz, kiçik körfəz
(buxta) adlanır.
Sahilləri bir dövlətə məxsus olub, eni isə həmin dövlətin
məhəlli sularının enindən ikiqat artıq olmayan, yaxud artıq olsa
da həmin dövlət üçün mühüm iqtisadi, hərbi əhəmiyyəti olan
körfəz və buxtaların suları da dövlətin daxili suları hesab olu-
nur. Dövlət ərazisinin tərkib hissəsi olan bütün bu suların hüqu-
qi vəziyyəti də həmin dövlətin qanunları ilə müəyyən olunur.
Sahil dövlətinin limanları hərbi gəmilərə, sahil boyu
gəmilərinə və ticarət gəmilərinə məxsus limanlara ayrılır. Bun-
lardan hərbi limanlar və sahil boyu gəmiçilik limanları xarici
gəmiçilik üçün qapalı, qalanları isə açıq ola bilər. Digər dövlə-
tin limanında olan xarici gəmilərin daxili qaydaları, əsasən, gə-
mi bayrağı ölkəsinin qanunları ilə tənzimlənir.
Xarici limanda həmin gəmilərin
hüquqi vəziyyəti isə bey-
nəlxalq hüquqi normalarla, habelə ticarət və dəniz üzgüçülüyü
haqqında müvafıq müqavilələr əsasında fəaliyyət göstərir. Ha-