Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   2   3   4   5   6   7   8   9   ...   118

 
11 
edir. Deyilənlər çillə suyunun təsərrüfatda xüsusi rola malik ol-
duğunu  təsdiq  edir  ki,  əlbətdə,  el-obada  xalqımızın  bu  ənənə-
sindən günümüzdə də istifadəsi məqsədyönlüdür. 
Əlbətdə, xalq təqviminə xalq meteorologiyasına, ekologi-
yasına  ehkam  kimi  baxmaq  da  düzgün  olmaz.  Dövrümüzdə 
elm  yaxşı  inkişaf  etdiyindən,  ən  çox  ondan  bəhrələnmək  daha 
məqsədyönlüdür.  Xalq  meteorologiyasının  mühüm  bir  hissəsi 
feneologiya və feneoloji müşahidələrlə bağlıdır. Yuxarıda dedi-
yimiz və demədiyimiz əkinçiliklə bağlı məlumatlar ulu babala-
rımızın çox qədimdə feneoloji təqvim yaratmalarının bariz nü-
munəsidir.  Çox  təəssüflər  ki,  vaxt  ötmüş,  zaman  dəyişmiş, 
təsərrüfatlara  baxış  dəyişmiş  və  feneoloji  təqvim  unudulmuş, 
tam  halda  bizə  gəlib  çatmamışdır.  Həm  də  feneoloji  təqvimin 
tədqiqi ilə bağlı elmi araşdırmalar aparılmamışdır. XX əsrin or-
talarına  kimi  Azərbaycan  insanları  əriyin  yetişməsi  ilə  bağlara 
çoxlu sığırçın gəlməsini söyləyirdilər. 
Hətta,  günümüzdə  işlədilən  "ərik  bağın  yoxdur  ki,  sığır-
çının necə quş olduğunu biləsən" zərb məsəli xalqımızın feneo-
loji müşahidələrindən bizlərə miras qalandır. 
Feneoloji  müşahidələrlə  bağlı  zərb-məsəl  -"bildirçinin 
bəyliyi darı sovruqlanacandı” söyləməsidir. Məlumdur ki, əkin-
biçin vaxtı bildirçin daim bu yerlərdə olur, darı qurtardı bildir-
çində yoxa çıxırdı. Həm də darı digər taxıllara nisbətən gec ye-
tişib,  gec  də  döyülür.  Eldə  işlədilən  "arpadan,  buğdadan  əlim 
qırıldı,  çarəm  sənə qaldı,  darı xırmanı" zərb - məsəli də bura-
dandır. Bildirçinin yoxa çıxmasını rəncbərlər artıq payızın başa 
çatması kimi qəbul edərdilər. 
Qədim babalarımız üfüqün vəziyyətinə baxıb günün necə 
keçəcəyini  söyləyə  bilirdilər.  Günəş  doğarkən,  səhər  -  səhər 
üfüq həddindən artıq qızarmış olardısa, həmin gün külək əsəcə-
yi, qış vaxtı, hətta yağış və ya qar yağacağı gözlənilirdi. Axşam 
tərəiı Günəş qüruba enərkən üfüq qızarmış olardısa, səhərin gü-
nəşli  keçəcəyi  mütləq  idi.İnsanlar  təbiətin  bu  feneologiyasını 
belə nəzmə çəkmişdi: 


 
12 
Səhərin qızartısı axşama vaydır, 
Axşamın qızartısı səhərə yay. 
Təsərrüfatla məşğul olan Azərbaycan türkləri Ay planeti-
ni müşahidə etməklə də öz işlərini təbiətə uyğun qurar, təbiətin 
bir  çox  "şıltaqlıq"larınıdan  özlərini  xilas  edərdilər.  Etnoqrafık 
xarakter  daşıyan  bu  tip  müşahidələr  bir  çox  insan  fəaliyyətini 
tənzimləməyi Ayın fazaları ilə uyğunlaşdırırdılar. Səpin, biçin, 
ağacların kəsilməsi, budanması və s. işləri Ay təzələndikdə, ya-
xud  yarımaylıq  olduqda  həyata  keçirməli  idilər.  Səpin  ən  çox 
Ayın bədrlənmiş dövründə keçirilər və toxumun tez cücərməsi, 
məhsuldarlığın çox olması gözlənilərdi. Arpanın dəninin tökül-
məməsi üçün onu Ay qaranlığında əkməli idilər. Yaxud, ağac-
dan düzəldilmiş alət  və  əşyaları qurd  yeməməsi  üçün ağacları 
ay qaranlığında kəsərdilər.  
Qədimlərdə  Azərbaycanda,  onun  dağ  və  dağətəyi  bölgə-
lərində qalın meşəliklər  yetərincə  idi və  insanlar  ağacı  bir çox 
sahələrdə  işlədirdilər.  Həmin  dövrlərdə  Zəngəzurda,  onun  La-
çın bölgəsində qırmızı palıd bol idi və insanlar bu palıdların iri 
gövdələrini  dam  tikmək  üçün  gecələr  kəsərmişlər.  Mənası  isə 
deyildiyi kimi bu ağacları ağac qurdu yeməsin, millərin, pərlə-
rin  ömrü  uzun  olmaq  üçün  belə  edərmişlər.  Hətta,  el  arasında 
"Ay  daldalandı,  palıdı  kəsmək  olar"  deyimi  dövrümüzə  qədər 
gəlib çatmışdır. 
Digər  tərəfdən  Ayın  təzələnməsi  zamanı  onun  duruşu, 
forması,  bir  sözlə  vəziyyətinə  görə  də  havanın  necə  olacağı 
proqnozlaşdırılırdı.  Adətən,  Ay  təzələnərkən  nazik  qövsvari 
forma  alır.  Və  bu  zaman  ayın  duruşu  Yerə  baxırsa  havaların 
yağmurlu, yağışlı - əksinə Ayın duruşu üfüqədirsə quraqlıq ola-
cağı  demək  idi.  Ayın  bir  qütbünün  üfüqə,  digərinin  Yerə  bax-
ması  vəziyyətinə  isə  havaların  dəyişkən  keçəcəyi  demək  idi. 
Bədrlənmiş  Ayın  dövrəsi  sarımtıl  rəngə  çalardısa,  həmin  ay 
yağmurun çox, ağ rəngə çalardısa quraqlıq olacağı güman edi-
lirdi.  Həsənbəy  Zərdabi  "Kaspi" qəzetində -  1900-cu ildə  yaz-
dığı "Ayın fazalarının Yer üzərində üzvi həyata təsiri" məqalə-


 
13 
sində qeyd edir ki, Yer üzərində üzvi həyat Ayın təsiri ilə əla-
qəlidir. O, yazır: - "Sakit okeanda, Samoa adalarında olan palo-
lo dəniz qurdları Ayın fazalarına, dövrlərinə uyğun olaraq mü-
əyyən dürüst vaxtlarda suyun üzərinə çıxarkən, saatdan xəbəri 
olmayan yerli tayfalar təkcə Ayın öz orbiti üzrə hərəkətinə görə 
həmin  palolo  dəniz  qurdlarının  suyun  üzünə  çıxmasını  nəinki 
gününə, hətta saat və dəqiqəsinə qədər düzgün müəyyən edərək 
dənizə ova çıxırlar və bu ov bir xalq bayramı şəklində keçirdi". 
Təbii  ki,  burada  səma  cisimləri  ilə  kainatın  inkişaf  qanunları 
arasında  bir  vəhdət,  bir  qanunauyğunluq  olduğunun  bariz  nü-
munəsidir. Elm sübut etmişdir ki, Günəş və Ayın Yerə təsirin-
dən  Yer  üzərindəki  okean  və  dənizlərin  suyu  qalxır  və  ya  sə-
viyyə  aşağı düşür və digər hadisələr baş verir. Biz Xəzərin tə-
rəddüdü ilə əlaqədar bu barədə bir neçə dəfə yazmışıq və hesab 
edirik ki, Xəzər səviyyəsinin tərəddüdünün elmi əsaslarla öyrə-
nilməsinə  astranomları,  maye-qaz  mexanikası  ilə  məşğul  olan 
fızik elm adamlarını cəlb etmək çox vacibdir. Nəzərə alsaq ki, 
Azərbaycan Xəzərlə 950 kilometr təmasdadır və bu sahil dünya 
okean sularından 25-26 metr aşağı səviyyədədir, məsələnin ak-
tuallığı bir az da maraq doğurmalıdır. Digər tərəfdən ölkə səna-
yesinin,  onun  iqtisadi  göstəricilərinin  və  bu  sahildəki  insan 
sıxlığını da yada salsaq problemin dövlət əhəmiyyəti kəsb etdi-
yi  gün  kimi  aydın  olar.  Digər  bir  həyat  təcrübəsi  Ay  on  dörd 
günlük  olanda  zəlzələ,  vulkan  və  s.  hadisələrin  də  çox  güclü 
baş  verməsi,  havaların  yağmurlu  keçməsini  insanlar  həmişə 
müşahidə  etməsidir  və  bu  haqda  yazılı  mənbələrdə  də  məlu-
matlar öz əksini tapmışdır. 
Son  dövrlərə  qədər  qış  fəslində  gecələr  ayaz,  şaxtalı  - 
gündüzlər isə dumanlı, buludlu keçərdisə insanlar qışın pis ke-
çəcəyini və əksinə qışda gündüzlərin ayaz, gecələrin isə bulud-
lu, dumanlı keçməsini qışın xoş keçməsi və təsərrüfat üçün fay-
dalı olacağını söyləyirdilər. 
Tarixi  etnoqrafık  məlumatlardan,  söyləmələrdən  aydın 
olur ki, xalq meteorologiyasında duman, şeh məhsuldarlıq, bə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə