Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   2   3   4   5   6   7   8   9   ...   118

 
17 
ölkələrində il Xızır adı ilə məlum olan yaydan və Qasım adla-
nan qışdan ibarət idi. Azərbaycan əhalisi ilin 1-ci yarısında iq-
lim  şəraitinə uyğun olaraq bütün  təsərrüfat  işlərini  görüb başa 
vuran, soyuqlar düşdükdə isə məişət işləri ilə məşğul olardılar. 
Sonralar ulu babalarmız ili on iki aya, fəsilləri isə hər biri üç ay 
olmaqla yaz, yay, payız, qış olmaqla dörd yerə bölmüşlər. Xal-
qımız bu təqvimi belə ifadə etmişdir
 
Üçü bizə yağıdı, 
Üçü cənnət bağıdı. 
Üçü yığıb gətirər, 
Üçü vurub dağıdar. 
 
Xalqımız  yeni  təsərrüfat  ilinin  başlanğıcını  yaz  gecə  - 
gündüz  bərabərliyi  məqamından  hesablamağa  başlamışdır.  Bu 
qərarın  düzgün  olmasını  Azərbaycan  astronomik  təbiətinə  uy-
ğun olmasını müasir clm də təsdiq edir. 
Bəlli olduğu kimi Günəşin, yazın, isti Günəş şuasının in-
sanların  həyatında  oynadığı  rol  mifık  təfəkkürümüzdə  çox 
gcniş yayılmışdır. Günəşin, işığın, yazın çağrılması mərasimlə-
ri  Azərbaycanda  təm-təraqla  keçirilmiş,  sonralar  bu  mərasim 
Novruz bayramı, Bahar bayramı, yaz bayramı, yeni il bayramı, 
yaz  gecə-gündüz  bərabərliyi  bayramları  kimi  mifık  təfəkkürü-
müzə hopmaqla, günümüzə qədər yaşamış və gələcəkdə də ya-
şayacaqdır. 
Qədim  Azərbaycan  türklərinin  təfəkküründə  Günəş  bir 
növ  canlı  varlıqdır.  Əgər,  o  insanlara  lazımdırsa,  onu  çağırıb 
gətirmək və qüvvəsindən istifadə etmək lazımdır. 
 
Gün çıx, gün çıx,  
Kəhər atı min, çıx. 
Keçəl qızı qoy qaç,  
Saçlı qızı götür qaç.  
 
Qədim Azərbaycan türkləri Günəşin çağrılması mərasim-
lərini  ən  çox  çillələr  çıxdıqdan  sonra  boz  ayda  çağırar  və  bu 


 
18 
cağırışlardan  biri  də  "qodu-qodu",  "dodu-dodu",  "kodu-kodu" 
kimi adlarla məlum olan mərasimdir. Qədimlərdə qodunu gəti-
rən, gəzdirən cavan qızlar olduğu halda XIX əsrdə bu işi oğlan-
lar  edərdi.  Bu  isə  doğurdan  da  Azərbaycanda  əkin-biçinlə  çox 
qədimlərdə  qadınların  məşğul  olduğunun  sübutudur  və  xalqın 
özünün qədimliyidir. Soyuqdan, yağmurdan təngə gəlmiş, səpi-
nin  gecikməsindən  darıxan  qızlar-qadınlar  Qodu  gəzdirər,  is-
lanmış  qodunu  qurutmaq  üçün  həyətlərə  girər,  mahnılarla  Gü-
nəşi çağırar, onu arıyardılar. 
 
Qodu-qodunu gördünmü?  
Qoduya salam verdinmi?  
Qodu burdan keçəndə  
Qırmızı gün gördümü? 
Yaxud: 
 
Ay dolanıb batmağa, 
Yuxum qəlib yatmağa.  
Yağış yağıb isladıb,  
Gün gərək qurutmağa. 
 
Yağmur taxıl yığımı dövrünə düşəndə, qız-gəlinlər başqa 
çağırış edərdilər. 
 
Bu salanan taxıldır, 
Bu qaralan naxırdır.  
Gəlinlər pay verəndə,  
Qazılar ona paxıldır. 
 
Qoduya qaymaq gərək,  
Qablara yaymaq gərək.  
Qodu gün çıxarmasa,  
Gözlərin oymaq gərək!  
 
Düzəldilən qodunu çox vaxt Günəşə bənzətməyə çalışar, 
ona qırmızı paltar geyindirərdilər. 


 
19 
Qədim  Azərbaycan  türkləri  üçün  Günəş  və  Ay  hər  ikisi 
canlı məxluqdur. Günəş son dərəcə gözəl bir qadın. Ay isə gö-
zəl bir kişidir. 
Türkün Tanrıçılıq dini-mənəvi dəyərlərində də Tanrı tək 
olsada, onun yaratdığı hər şey müqəddəs idi. Ağaclara, gülə-çi-
çəyə toxunmaq, onu məhv etmək olmazdı.  Əksinə təbiətin bi-
tirdiyi,  bir  çox  şeyləri  mühafizə  edər,  onun  da  yaşamaq  haqqı 
olduğunu  qəbul  edərdilər.  Bu  mənada  qədim  türklərdə  təbiət 
çox möhkəm qorunardı, ona qida mənbəyi, insanın qoruyucusu
müdafiəçisi  kimi  baxılardı.  Saf  təbiət  məhsulundan,  heyvanat 
məhsulundan,  saf  sudan,  təmiz  havadan  bəhrələnən  insan  daimi 
hərəkətdə  olduğundan, fiziki işlərin çoxluğundan çox güclü olar, 
boyu iki metrdən hündür olardı və uzun ömürlü olardılar. Ekoloji 
tarazlığın pozulması, meşələrin qırılması, havanın, suyun torpağın 
çirkləndirilməsi,  şəhər  yaşayış  tərzinin  geniş  vüsət  alması,  in-
sanları cılızlaşdırmış, fiziki qabiliyyətdən geri qalmış və nəticədə 
insan özü-özü ilə çarpışmaq məcburiyyətində qalmışdır. 
Qışla yazın vuruşu, qışın yola salınıb yazın, baharın qar-
şılanması tərənnüm olunan qədim Azərbaycan türk mərasimlə-
rindən  biri  də  "Kosa-kosa"  olub  Noruzla  bağlıdır.  Xalq  tama-
şaçı  formasında  ifa  olunan  bu  mərasimdə  kosa  qışı,  keçəl  isə 
yazı ifadə edir. 
Mifoloji  təfəkkürümüzdə  kosa  dölzüslük,  məhsulsuzluq 
rəmzi, keçəl isə əksinə, artım, döl, məhsuldarlıq rəmzidir. "Ko-
sa-kosa"dakı  kosa  ilə  keçəlin  döyüşü  həyati  məna  kəsb  edib, 
kosanın  keçəl  tərəfindən  öldürülməsi  əslində  yazın  qışı  öldür-
məsi, ona qalib gəlməsi kimi qəbul edilməlidir. Özünü gülməli 
vəziyyətə  salmış  kosanın  köməkçisi  ondan  və  məclis  əhlindən 
pay istəyir: 
Kosam bir oyun eylər,  
Quzunu qoyun eylər,  
Vüqar Zəyzit düyüşün,  
Oğlunun toyun eylər. 


 
20 
Yaxud: 
A Kosa-kosa, gəlsənə! 
Gəlib salam versənə! 
Boşqabı doldursana! 
Kosanı yola salsana! 
 
Kosanın köməkçisi tamşaçıları inandırmaq isətyir ki, ko-
sa-yəni qış yol üstədir, səfərə çıxır, ona yol xərci toplayıb yola 
salmaq gərəkdir. 
Toplaşanlardan səs çıxmadıqda köməkçi məcbur olub ke-
çəli məclisə dəvət edir. Keçəl mehribanlıqla qarşılanır va  yığ-
dığını kosaya verir. Lakin kosa acgözdü, əl çəkmək istəmir, ye-
nə də pay istəyir, pay yığdıqca yığır uzanıb yatır. 
Yatmış kosanın payı ondan götürülür, kosa öldürülür, kö-
məkçi ona ağlayır və bərkdən söyləyir: 
 
Kosam ikicanlıdır, 
Qolları mərcanlıdı, 
Kosama əl vurmayın, 
Kosam ikicanlıdı. 
Arşın uzun bez qışa, 
Kəfənsiz öldü kosa.  
 
İnsanlar  kosanın  (qışın)  bu  halına  sevinir,  keçəli  (yazı) 
qarşılayır və onların gülüşü yazın qışa qalib gəlməsi gülüşü ol-
maqla, hamılıqla Novruzu tərənnüm edirlər: 
 
Novruz, novruz bahara! 
Güllər, güllər, nahara! 
Bağcamızda gül olsun! 
Gül olsun, bülbül olsun! 
Gəldi martın doqquzu, 
Bayram etdik Novruzu.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə