Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.

səhifə8/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   118

 
24 
s.  bişirilməli,  yumurta  boyanmalı,  çərəzlər  hazırlanmalı,  yeddi 
taamdan az olmayan ərzaq süfrəyə gətirilməlidir. Qədim Azər-
baycanlılar deyilənləri hazırlamaq üçün təbiəti qorumalı, onun 
bol  olmuş  məhsulundan  bayram  tədarükünü  ayrıca  saxlamalı 
idi.  Xalqımızın  adətinə  görə  bütün  insanlar  Novruz  bayramını 
öz evində ailə üzvləri ilə birlikdə keçirməli idilər. Ancaq, oğul-
uşaqlar  ata-analarına  baş  çəkməli  idilər,  el-obanın  əlsiz-ayaq-
sızlarını  yad  etməli,  qayğı  göstərməli,  əl  tutmalı  idilər.  Kimin 
mərasimi  keçirməyə  imkanı  yoxsa,  ona  el  qayğısı  göstərilərdi 
ki,  bu  da  insanlar  arasında  mehribanlıq,  qayğıkeşlik  hissləri, 
vəhdətlik  yaratmaqla,  milli  birliyin  rəhninə  çevrilməyə  şərait 
yaradırdı.  Bayram  bütün  elin  bayraymı  olduğundan  deyilən 
qaydalara əməl edilər, ellıklə də keçirilərdi. 
Səhər tezdən, sübh çağı axar su, bulaq və çay başına get-
mək, suya niyyət etmək, ona ürək açmaq və nəhayət suyun üs-
tündən atlanmaqla (tullanmaqla) "ağırlığım-uğurluğum axar su 
ilə getsin" deyər, böyük ümüdlərlə gələcəyə baxardılar. Bunları 
ən  çox  cavanlar  edər,  qızlar  isə  bu  günü  səbirsizliklə  gözlər, 
niyyətlərinin çin olacağına inanar, bunu ümid yeri bilərdilər. 
 
Mən aşıq suda yandı, 
Od gəldi, suda yandı, 
Dərdimi suya dedim
Od tutdu O da yandı.  
 
Halallıq, paklıq, bərabərlik kimi mənəvi xarakter daşıyan 
Novruz bayramının, Yeni il bayramının digər bir mahiyyəti də 
harama  göz  dikməyə  qarşı  yönəlmişdir  ki,  bu  məsələ  hazırda 
insanlığa  hava-su  kimi  gərəklidir.  Od-alov  köhnə  ildən  qalma 
azar-bezarı  yandırmaqla  bərabər,  haram  tikəyə  əl  uzadanların, 
nəfsinə  qalib  gələ  bilməyən  insanların  günahının  paklanması 
məzmununu özündə əxz etdirirdi və indi də etdirməlidir.  
Azərbaycan  Novruzunun  mütərəqqi  xüsusiyyətlərindən 
biri  də  Yeni  ildə  küsülülərin  barışdırılmasıdır.  Xalqımızın  bu 


 
25 
mənəvi dəyərinə görə köhnə ildən qalma söz-söhbətə, dedi-qo-
duya, kin-küdurətə, giley-güzara Novruzda xitam verilməsidir. 
Bu  adətə  görə  yaşayış  məntəqələrində  el-oba  ağsaqqalları,  ağ-
birçəkləri qabağa düşər küsülüləri bir-biri ilə barışdırardılar və 
böyüklərin sözləri hüquq məcəllələrindən çox-çox güclü idi.  
Novruz  qabağı  digər  bir  mərasim  "Mürvət-toyu"  adlanır 
və adətimizə görə kəndin, yaşayış məskəninin yetim uşaqlarını, 
imkansızları ağsaqqallar yığışaraq toyunu edər, onlara hav təş-
kil  etməklə  ev  tikər,  yeni  ailənin  təməlini  qoymaqda  yardımçı 
olardılar. 
Novruz  bayramında  Azərbaycan  xalqı  məişət  oyunları 
olan "Dirədöymə", "Zorxana", "Təkəçi", "Xan-xan" oyunların-
dan kəndirbazlardan, məzhəkəçilərdən, meydan tamaşalarından 
eninə-boyuna  istifadə  edərdilər,  xalq  toparlanaraq  şənlənərdi-
lər, birinin dediyi söz digərinin boğazında ilişməzdi. 
Novruzun  axırıncı  çərşənbəsində  Azərbaycan  insanları 
"Şal  sallama",  "Qulaq-pusqusu",  "Baca-baca",  "Nünnünü" 
mərasimləri  keçirər,  özü  üçün  "cığir"lar  açardılar.Bu  münasi-
bətlə  dahi  şairlərimizdən  biri  Şəhriyar  özünün  "Heydərbabaya 
salam" əsərində belə deyir: 
 
Bayram idi gecəquşu oxurdu
Adaxlı qız bəy corabı toxurdu. 
Hər kəs şalın bir bacadan soxurdu, 
Ay nə gözəl qaydadı şal sallamaq
Bəy şalına bayramlığın bağlamaq.  
 
Alicənab  insan,  alim,  yazıçı,  folklorşünas  Əzizə  xanım 
Cəfərzadə  yazır  ki,  il  təhvili  vaxtı,  yəni  gecə  ilə  gündüzün  ta-
razlaşdığı  o anı  anam  xüsusi marağımıza səbəb olan hazırlıqla 
başlardı. Naxışlı mis məcməyimizin ortasına əsl çinidən qədim 
lacivərdi kasamızı qoyar, içərisinə zəfəranla adlarımızı yazardı. 
Sonra  onun  dövrəsinə  bir  quru  balıq  qoyar  və  yeddi  qism  "S" 
hərfi  ilə  başlayan  şey  düzərdi:  piyalədə  su,  səməni,  quru  sün-


 
26 
bül,  sumaq,  gümüş  sim,  sənki-sitarə  (ay  daşı)  boyunbağı,  üzü 
qozla  bəzənmiş  sucuq  nimçəsi,  sarıkök  sürməturş,  acı  şeyləri 
isə Yeni il təhvil xonçasına düzməzlər". 
Yaz  gecə-gündüz bərabərliyi  olan martın 9-da (21-də)  el-
obamızın keçirdiyi bayrama Abbas Səhhətin münasibəti belədir: 
 
Ol gün ki, fəsli yaz olur
Gecə-gündüz taraz olur. 
Havanın artır istisi. 
Daha soyuqluq az olur. 
 
Azərbaycanda  Novruzun  gəlişinin  bir  təzahürüdə  yaz 
müjdəçisi  novruzgülü,  gicitkan,  qulançar,  mərövcə  torpaqdan 
baş qaldırıb, qazı dəlməsi, üzə çıxması sayılır. 
 
Göydə bulud qanadını gəribdü, 
Novruzgülü dənər qarı dəlibdi. 
Ağ şamdanlı məcməyilər yan-yana 
Səmənilər düzülübdür eyvana. 
 
Uzun illərin müşahidəsi göstərir ki, qaranquş, durna, ala-
cəhrə,  şanapipik,  sığırçın,  hacıleylək  və  s.  köçəri  quşlar  ancaq 
Novruzun gəlişi ilə vətənimizə qayıdırlar. 
Azərbaycanda  qədim  türkün  Tanrıçılıq  mənəvi  dəyərlə-
rindən biri də bu topağın fauna və florası ilə yanaşı burada ya-
şayan, buraya gələn quşların toxunulmazlığı idi. Yaz müjdəçisi 
qaranquşun ardınca Azərbaycana hacıleylək gələrdi, kiçik yaşlı 
uşaqlar leyləyin gəlişinə sevinər, böyüklərdən muştuluq alardı-
lar. N.Dubrovin özünün "История войны и владычество рус-
ских  на  Кавказе,  СПв,  1871,  т.1,  ст,  351" əsərində yazır ki, 
"Azərbaycanlılar  arasında  leylək  toxunulmazdır.  Müsəlman 
əhali bu quşa nəinki toxunmur, əksinə, ona qulluq etməyi özü-
nə borc bilir. Bu da onunla əlaqədardır ki, bu quşlar hər yerdən 
müsəlmanlar arasında müqəddəs sayılan Məkkəyə cəmləşir və 




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   118


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə