Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   2   3   4   5   6   7   8   9   ...   118

 

birlər  haqqında",  2006-cı  il  24  mart  tarixli  "Azərbaycan  Res-
publikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifa-
dəsinə  dair  Milli  Strategiya  və  Fəaliyyət  Planı"na  dair,  "Bakı 
və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbi-
ət  Qoruğunun  yaradılması  haqqında"  və  digər  sərəncamlarla 
xeyli işlərə start verilmişdir. 
Qeyd edək ki,  ekoloji baxımdan davamlı olmasını  təmin 
etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi eko-
loji  problemləri  aradan  qaldırmaq,  onların  ətraf  mühitə  mənfi 
təsirinin minimuma endirilməsi tələb olunur. 
Hazırda  Respublikamızda  reallığı  nəzərə  alaraq  ekoloji 
durumu  və  sosial-iqtisadi  vəziyyəti  düzgün  qiymətləndirərək 
Azərbaycanın ekoloji istiqamətini aşağıdakı kimi qiymətləndir-
mək olar: 
Ekoloji  təhlükəsizliyin  təmin  olunmasını  əsas  götürərək, 
ətraf mühitin çirklənməsinin minimuma endirilməsi sahəsində-
ki ardıcıl tədbirləri davam etdirməklə mühafizəsinin tənzimlən-
məsi  məqsədi  ilə  davamlı  inkişaf  prinsipləri  üzrə  mütərəqqi 
üsulların tətbiq edilməsi. 
İndiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədi ilə 
təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənə-
nəvi metodlarla tükənməyən enerji mənbələrindən yararlanmaq 
və enerji effektivliyinə nail olmaq. 
Qlobal ekoloji məsələlər üzrə milli səviyyədə tələbatların 
qiymətləndirilməsi,  həlli  yollarının  müəyyənləşdirilməsi,  Bey-
nəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli 
potensial  imkanlardan  istifadə  etməklə  həyata  keçirilməsinin 
təmin edilməsi, ən aktual məsələdir. 


 

REDAKTORDAN 
 
Müasir dünyamızda ekoloji problemlər qlobal problemlər 
arasında  ilk  sıradadır.  Tarix  boyu  təbiət  və  cəmiyyət  arasında 
xeyli gərgin məqamlar yaşanmışdır. Lakin etiraf edilməlidir ki, 
son dövrlər təbiətlə cəmiyyət arasında gedən "döyüşlərdə" təbi-
ət uduzur. Əslində isə təbiətin bu vəziyyətlərə düçar edilməsi - 
elə insan cəmiyyəti üçün fəlakətlidir. 
Deyilənlərlə  yanaşı  dünya  ekoloji  mühitinin  korlanması 
bəşər  insanını  dərindən  düşünməyə  vadar  edir.  Vaxt  keçdikcə 
insanlar dərk  edirlər ki,  təbii ehtiyatlara qeyri-elmi münasibət, 
havanın,  suyun,  torpağın  çirkləndirilməsi  insanın  özünün  sağ-
lamlığı  və  yaşayışı  əleyhinə  yönəlmiş  bir  fəaliyyətdir.  Əgər 
bəşəriyyət  atraf  mühitin  pisləşməsinin  aradan  qaldırılmasına 
nail olsa belə, yenə də ekoloji hər hansı bir fəaliyyəti unutma-
malı, yaddan çıxarmamalıdır. 
Ətraf mühitə baxış, daim və elmi nəticələrə əsaslanan bir 
istiqamət  olmaqla  günümüzlə  yanaşı,  gələcəkdə  baş  verə  bilə-
cək  fəsadlarda  nəzərə  alınmalıdır.  Cəmiyyətlə  təbiət  arasında 
maddələr mübadiləsini ağılla, şüurla qaydaya salmaq gərəkdir. 
Cəmiyyətdə  təbiətə  yeni  bir  baxış  formalaşdırmalıdır.  Hər  bir 
insan özünün və övladının gələcəyini sağlam ətraf mühitdə gör-
məlidir, hər bir ağaca, yaşıllığa özünün yetişdirdiyi bir dəyər ki-
mi  əzizləməlidir.  Müasir  insanın  mənəvi  tərbiyyəsinin  mühüm 
vasitələrindən biri olan ekoloji tərbiyyənin rolu və əhmiyyəti, cə-
miyyətin -yeni isan tərbiyəsi aspektində reallaşdırılmalıdır. 
Artıq, dövrümüzün insanı təbiətdən istifadəni bazar qüv-
vələrinin  kor-koranə  oyununa  tabe  etməyin  hansı  fəlakətlərə 
gətirib  çıxardığını  yaxşı  anlayır.  Odur  ki,  ümum  bəşəri  sərvət 
kimi Yer kürəsinin ehtiyatlarından səmərəli istifadə olunmasını 
təmin edə biləcək səmərəli beynəlxalq qaydalara əməl edilməsi 
zərurəti  hər  gün  daha  çox  aktuallaşır.  Bu  mənada  alimlərimiz 
də geniş miqyaslı, hər şeyi əhatə edən, ümumbəşəri, ümumdün-
ya,  planetar,  beynəlaxlq,  beynəlmiləl  xarakterli  tədqiqatlar 


 

aparmaqla, dünya elminə, dünya xalqlarına, dünya sivilizasiya-
larına xidmət edə biləcək əsərlər yaratmalıdırlar. 
Azərbaycan  da müasir dünya ekoloji "bataqlığı"nın  mər-
kəzində  duran  bir  ölkədir.  Azərbaycan  ən  çox  meşə  qıtlığı  və 
neft çirkləndiricilərindən əziyyət çəkir. Neftin törətdiyi ekoloji 
çatışmamazlıq əsasən Xəzərə, Bakı və Abşeron, Sumqayıta çox 
zərər vurur. Amma, son dövrlər adı çəkilən sahələrdə çirkləndi-
rici mənbələrin sağlamlaşdırılmasına dövlət səviyyəsində xüsu-
si qayğı göstərildiyindən və neftin nə vaxtsa tükənəcəyini nəzə-
rə alsaq, gələcəyə nikbin baxış hissi yarana bilər. Hazırda pay-
taxtda, Sumqayıtda və bütövlükdə Abşeronda ən çox çirkləndi-
rici mənbə maşınların atmosferi həddindən artıq dərəcədə kor-
lamasıdır. 
Bölgələrimizdə  isə  meşələrimizin  korlanması  nəticəsi 
olaraq  saf  su  qıtlığı,  torpaqların  yuyulması  və  istifadədən  çıx-
ması,  şoranlaşma,  əkin  yerlərinin  get-gedə  azalması,  dağıdıcı 
və  fövqəladə  hal  yaradan  sellərin  çoxalması,  atmosferdə  oksi-
genin azalması, təbiət heyvan və quşlarının yoxa çıxması, suda 
və  quruda  insana  xeyir  verə  biləcək  canlıların  kökünün  kəsil-
məsi  və  s.  çoxlu  sayda  problemlərin,  neqativ  halların  yaran-
masına gətirib çıxarmışdır. 
Deyilənlər  üzərində  hökumət  səviyyəsində  düşünməyin 
vaxtı çoxdan çatmışdır. 
Oxucularımıza  çatdırılan  bu  kitabda  xeyli  özünəməxsus-
luq var. Belə ki, birinci olaraq ekoloji çatışmamazlıqların Azər-
baycanda  fovqəladə  hallar  yarada  bilməsi  ön  plana  çəkilmiş, 
müəyyən səviyyədə əlaqələndirilmiş, ilk addım atılmışdır. Xey-
li  maraq  kəsb  edən  məsələlərdən  biri  də  qədim  Azərbaycan 
türklərinin xalq fenelogiyasına müraciət edilməsi və onun eko-
loji problemlərlə əlaqələndirilməsidir. 
 Qədim Azərbaycan türk tayfalarının hələ Tanrıçılıq döv-
ründə hansı milli dəyərlərə malik olmaları və ətraf mühitə mü-
nasibəti  müəyyən  dərəcədə  işıqlandırılmış,  hazırki  ekoloji  du-
rumumuz üçün örnək ola biləcəyi qeyd edilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə