Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə1/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
  1   2   3   4   5   6   7   8   9   ...   51


ZƏHMƏT ŞAHVERDİYEV
NAXÇIVAN
B
Ö
L
G
Ə
S
İ
XIX-XX əsrin əvvəllərində
Bakı-2008


2
Siz tarixçilər yaxşı bilirsiniz, hamımız da yaxşı bilirik ki,
XIX əsr də xalqımız üçün çox müsibətli əsr olubdur.
Gərək onu da doğru-düzgün, nə cür, necə olubdursa yazaq.
Bunlar hamısı həm xalqımızın özünü tanıtması,
həm də bugünkü siyasətimiz üçün lazımdır.
Belə hesab edirəm ki, akademiyanın
qarşısında duran vəzifələrdən biri də Azərbaycan
xalqının XIX-XX əsr tarixinin yazılmasıdır…
Çünki bu dövlət üçün ən vacib məsələdir.
Heydər Əliyev


3
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu,
Naxçıvan Dövlət Universiteti Elmi Şuralarının və
AMEA Naxçıvan bölməsi Rəyasət Heyətinin qərarı ilə çap olunur
Elmi redaktor:
akdemik İ.M.Hacıyev
Rəyçilər:
akademik İ.Ə.Həbibbəyli
tarix elmləri doktoru K.K.Şükürov
Zəhmət Əbülfət oğlu Şahverdiyev. Naxçıvan  bölgəsi  XIX-XX    əsrin
əvvəllərində. Bakı: Elm, 2008, 264 s. (şəkilli)
Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin XIX-XX əsrin
əvvəlləri tarixi kompleks şəkildə araşdırılır. Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən
işğalı, bölgənin inzibati-ərazi quruluşunda dəyişikliklər və idarəçilik sistemi, sosial-iqtisadi və
mədəni həyatı, ermənilərin Naxçıvana köçürülməsi və azərbaycanlılara qarşı soyqırımı
tarixşünaslığın müasir tələbləri, elmi dövriyyəyə yeni cəlb edilmiş sənəd və materiallar əsasında
öyrənilir.
Kitab tarixçilər, tələbələr, Vətənimizin, xüsusilə Naxçıvan bölgəsinin keçmişinə maraq
göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
  0503020907
——————  Qrifli nəşr
655 (07)-2008
İSBN 5-8066-1759-9
© «Elm» nəşriyyatı, 2008


4
KİTABIN İÇİNDƏKİLƏR
Ön söz…………………………………………………………………………..
5
Giriş……………………………………………………………………………..
6
I FƏSİL
Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən işğalı.
İnzibati – ərazi quruluşunda dəyişikliklər və idarəçilik…………………….......
20
1.1  Naxçıvan xanlığının işğalı. Türkmənçay müqaviləsi………………….
20
1.2. Rusiya imperiyası tərkibində Naxçıvanın inzibati-ərazi quruluşu və
idarə sistemi…………………………………………………………………….
23
II FƏSİL
Naxçıvan bölgəsinin iqtisadi vəziyyəti………………………………………....
40
2.1. Kənd təsərrüfatı və aqrar münasibətlər………………………………
40
2.2. Sənətkarlıq və sənayenin inkişafına dair……………………………
50
2.3. Nəqliyyat və ticarət …………………………………………………
59
2.4. İqtisadiyyatda kapitalist münasibətlərinin təşəkkülü…………………
63
III FƏSİL
Naxçıvan bölgəsinin sosial həyatı…………………………………………….... 
67
3.1. Demoqrafik situasiya…………………………………………………
67
3.2. Əhalinin maddi-məişət vəziyyəti………………………………………
74
3.3. Azadlıq hərəkatı………………………………………………………
76
IV FƏSİL
Ermənilərin Naxçıvana köçürülməsi və
azərbaycanlılara qarşı soyqırımı………………………………………………
81
4.1. Çarizmin ermənilərin Azərbaycan torpaqlarına köçürmə siyasətində
Naxçıvan bölgəsinin yeri…………………………………………………
81
4.2. Ermənilərin azərbaycanlılara qarşı 1905-ci il soyqırımının
Naxçıvan bölgəsində gedişi………………………………………………
88
V FƏSİL
Naxçıvan bölgəsində mədəniyyətin inkişafı……………………………….....
94
VI FƏSİL
Naxçıvanın görkəmli tarixi şəxsiyyətlərinin
Rusiya imperiyası və Azərbaycanın XIX-XX əsrin
əvvəlləri siyasi, sosial-iqtisadi və mədəni həyatında iştirakı…………………
102
Nəticə…………………………………………………………………………..
108
Naxçıvan bölgəsinin XIX-XX əsrin əvvəlləri tarixinin əsas hadisələri…….....
110
İstifadə edilmiş ədəbiyyat siyahısı…………………………………………….
115


5
NAXÇIVAN TARİXİNƏ DAİR
SANBALLI  ARAŞDIRMA
Zəhmət Şahverdiyevin «Naxçıvan bölgəsi
XIX-XX əsrin əvvəllərində» monoqrafiyasına
ÖN SÖZ
Tarixşünaslığımızda Naxçıvan tarixinin araşdırılmasına diqqət getdikcə artmaqdadır. Bu çox sevindirici
haldır.  Çünki Azərbaycanımızın bu qədim diyarının ulu keçmişi ilə bağlı tarixi araşdırmaların elmə gətirdiyi
hər bir yenilik təkcə Vətən tarixini deyil, ümumiyyətlə dünya tarixini də yeni faktlarla zənginləşdirir.
Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi Naxçıvan Böyük Azərbaycanın – tarixi Azərbaycanın digər
guşələri ilə birlikdə Yer kürəsində həyatın başlandığı müqəddəs məkandır. Nuh tufanı ilə bağlı diyardır bizim
Naxçıvanımız. Yaşadığımız planetdə həyatın başlandığı dövrün yadigarları olan Gəmiqaya da bu  diyardadır,
Nəbi (Peyğəmbər) yurdu adlı çox qədim bir qəbristan da, Nuhun məzarı da! Qonşuluqda isə Ağrı dağımız
şahidlik edir bu tarixə! Bütün bunlara görə Azərbaycan tarixçisi üçün şərəf işidir Naxçıvan tarixini araşdırmaq!
Naxçıvan tarixinə dair dəyərli tədqiqat işlərinin yazılması həm də qeyrət məsələsidir. Çünki bu regiona
vur-tut 180 il bundan əvvəl köçürülüb gətirilmiş ermənilər Naxçıvanla bağlı saxta tarixşünaslıq «məktəbi»
yaradıblar. Xarici havadarlarının köməyi ilə 1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında dövlət yaradan
ermənilər özlərinin Cənubi Qafqazın guya qədim sakinləri olduqlarını sübut etmək qədim Naxçıvanın onlara
məxsus oduğunu iddia edir, bunun üçün dəridən-qabıqdan çıxırlar…
Bu baxımdan son bir neçə ildə Naxçıvanda bilavasitə Muxtar Respublika rəhbərliyinin qayğısı ilə
aparılan çox ciddi tədqiqat işləri, arxeoloji qazıntılar, etnoqrafik araşdırmalar, ensiklopedik nəşrlər
diqqətəlayiqdir. Fərəhləndirici haldır ki, bütün bu axtarışların sırasına yaxın günlərdə yeni, həm də çox maraqlı
bir əsər də  əlavə olunacaqdır. Əlyazması ilə yenicə tanış olduğum bu əsər Zəhmət Şahverdiyevin «Naxçıvan
bölgəsi XIX-XX əsrin əvvəllərində» monoqrafiyasıdır.
Azərbaycan, o cümlədən Naxçıvan, həmçinin Rusiya və Gürcüstan arxivlərindən toplanmış olduqca
qiymətli arxiv sənədləri əsasında yazılmış bu əsər Naxçıvanşünaslığa mühüm töhfədir. İlk  mənbələrdən başqa
çoxsaylı elmi ədəbiyyatın tənqidi təhlili əsasında ərsəyə gətirilmiş  bu qiymətli əsər XIX-XX yüzilliyin
əvvəllərində Naxçıvan tarixinin bütün sahələrini əhatə edir, bəhs olunan dövrün dolğun elmi mənzərəsini
yaradır.
Fikrimcə Zəhmət Şahverdiyevin «Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində» əsərinin başlıca
məziyyətləri iki mühüm cəhətinə görə diqqətəlayiqdir. Əvvəla, bu sanballı tədqiqat təkzibedilməz faktik material
əsasında ermənilərin regiona kösçürülüb gətirilmə etnos olduğunu sübut edir. Müəllif tarixşünaslığımızdan
ötrü, daha əsası isə erməni saxtakarlarını ifşa etmək üçün çox gərəkli olan bu elmi nəticəsini çoxsaylı cədvəllər,
daha doğrusu konkret rəqəmlərə söykənən faktik materiallarla sübut edir. İkincisi, müəllif ermənilərin regiona
köçüb gəlmələri ilə Cənubi Qafqazda Azərbaycan xalqına qarşı soyqırımları və deportasiyalar dövrünün
başlandığını konkret mənbələr əsasında sübuta yetirir…
Yeri gəlmişkən, Naxçıvanımızın qəhrəman oğulları ermənilərə onların havadarlarının hər cür köməklik
göstərməsinə baxmayaraq Vətən torpağını qoruyub saxladılar.  Rusiya işğalçılarının təpədən dırnağadək
silahlandırdığı ermənilər Naxçıvan torpağında möhkəmlənə bilmədilər. Bu, kəngərli yurdunun şan-şöhrət
tarixidir. Zəhmət Şahverdiyevin tədqiqatında bu mühüm məsələ də layiqincə əks olunmuşdur.
Şübhə etmirəm ki, «Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində» monoqrafiyası Naxçıvanşünaslığa
mühüm töhfədir. Bu qiymətli əsəri oxucuların maraqla qarşılayacağına əminəm.
                                                  Yaqub Mahmudov
  Əməkdar elm xadimi,
                                                     AMEA-nın müxbir üzvü


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə