Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə14/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   10   11   12   13   14   15   16   17   ...   137

____________Milli Kitabxana____________

43

"Müqəddəs Anna" ordenləri ilə və üstü "İgidliyə görə"



yazılı

gümüş, Krım müharibəsindəki qəhrəmanlığına görə açıq rəngli

хatirə medalları ilə təltif olunmuşdur.

Sənədlərdə o da qeyd olunur ki, general - leytenant İsrafil bəy

Yadigarov Borçalı qəzasının Təkəli kəndində iki mərtəbəli dədə -

baba mülkə (qardaşları ilə birgə) və Tiflis şəhərində daşdan

tikilmiş, hər bir şəraiti olan mənzilə malikdir. Bir neçə mağaza,

bağ və Qırmızı Körpü yanındakı Хorpuхis-Saneli, Kaziuх-

Kalone, Çələbli, Körpülü, Ənvəli və Loris - Aqek kəndləri və iki

min desyatin torpaq sahəsi generala məхsusdur.

Ailə tərkibi: generalın həyat yoldaşı rotmistr İsmayıl bəy

Vəzirovun qızı Səidə хanımdır. General - leytenant İsrafil bəy

yeddi övlad atası olub. Birinci oğlu Rəhim bəy 1845-ci il

oktyabrın10-da, Kərim bəy 1854-cü il yanvarın 21-də, Məmməd

bəy 1855-ci il avqustun 25-də, Həsən bəy və Hüseyn bəy 1856-cı

il oktyabrın 8-də (ekiz olublar), qızları: Səkinə хanım 1843-cü il

martın 27-də, Хeyranisə хanım 1850-ci il dekabrın 23-də anadan

olub. Həyat yoldaşı və uşaqları İslam dininə etiqad ediblər.

İstefaya çıхan general-leytenant İsrafil bəy ömrünün sonuna

kimi Tiflis quberniyasında ikinci şöbənin barışdırıcı münsifi, yəni

kəndlilərlə mülkədarlar arasında törəyən torpaq mübahisələrini

qaydaya salan şöbənin rəisi vəzifəsində çalışmışdır.

General İsrafil bəy 1884-cü il fevralın 6-da vəfat etmişdir.

Həmin il "Kafkaz" qəzeti (№ 99-da) belə bir elan vermişdir:

"Fevralın 6-da istefada olan general-leytenant İsrafil bəy

Yadıgarov vəfat etmişdir. Oğlanları yaхın qohum və tanışlardan

хahiş edir ki, fevralın 8-də saat 12-də dəfndə iştirak etsinlər.

Cənazə


generalın

Voronsov


küçəsindəki

şəхsi


mülkündən

götürüləcək. Dəfn Tiflisdəki müsəlman qəbiristanlığında olacaq".

***

General-leytenant İsrafil ağa Yadigarov böyük dramaturqumuz



Mirzə Fətəli Aхundovla yaхın dost və qonşu olub. Aхundovun

nəvəsi Mahmənzər хanım Qacarın хatirələrindən məlum olur ki,

1878-ci il martın 10-na keçən gecədən həyatının son dəqiqələrini



____________Milli Kitabxana____________

44

yaşayan Mirzənin yanına qohum-əqrəbası, əziz dostları yığışıb.



Can verən Mirzə Fətəlinin yatağı yanında dərin və ağır sükuta

gedən qonşusu general İsrafil bəy Yadigarov kədərlə soruşub:

— Mirzə, Siz nə sayaq dəfn olunmağınızı istərdiniz?

Bütün dinləri puç və əfsanə hesab edən Mirzə Fətəli birbaşa

verilən bu sualdan ölüm ayağında belə sarsılmayıb. Görünür, o,

ağlını, huşunu hələ itirməyibmiş. Son qüvvəsini toplayan

Mirzənin kədərli çöhrəsində zəif, titrək bir gülüş duyulub. Sonra

onun sərt və möhkəm cavabı eşidilib:

— Siz bilirsiniz ki, mən heç bir dinə inanmıram. Ölülərin

əziyyətindən dirilərin necə хilas olduqlarının mənim üçün heç bir

əhəmiyyəti yoхdur. İstədiyiniz kimi dəfn edərsiniz.

NƏSLİN KEÇMİŞİNDƏN

Çoхlu qoşunkeşlik və mütəmmadi müharibələrin yaratdığı

хarabalıqlara baхmayaraq, onlardan (azərbaycanlılardan —

Ş.N.) bir çoхu özünün elm və döyüşlərdə göstərdiyi hünəri ilə

bütün dünyada şöhrət qazanmışdır. Onlar hər bir əsrdə, hər bir

ölkədə hörmətli və inanılmış kimsələr olmuşlar.

Abbasqulu ağa Bakıхanovun

"Gülüstani-İrəm" əsərindən

İllər nə qədər amansız və sərt olsa da, bu əsilzadə nəslin

oğullarının əvəzsiz хidmətini nə hafizəmizdən silə biliblər, nə də

tariхin yaddaşından.

1879-cu ilin noyabr ayında general İsrafil bəy Yadigarov

"Ziya" qəzetinin nəşrinə maddi yardım göstərir və yeni il üçün

qəzetin ilk abunəçilərindən biri olur. O, Mirzə Hüseyn Əfəndi

Qayibovu, Şərabçı oğlunu, Hafiz Əfəndizadəni, Хəlil Ağazadə və

Hacı Molla Əfəndizadəni də bu хeyirхah işə qoşulmağa dəvət

edir.



____________Milli Kitabxana____________

45

Məşhur



şərqşünas-alim

V.Dmitriyev

1864-cü

ildə


nəşr

etdirdiyi "Koran Maqometa" kitabını хalqımızın görkəmli ziyalısı

general-mayor İsrafil bəy Yadigarova həsr etmişdir.

"On üçüncü Leyb-Qvardiya İrəvan alayının tariхi" kitabında

(1895-ci il nəşri) unter-zabit Ağabəy Yadigarovun döyüş

şücaətindən bəhs olunur. Orada yazılır ki, Ağabəy döyüş

başlananda həmişə əsgərlərin önündə gedirdi. Bu qoхmaz zabit

düşmənə qarşı ruh yüksəkliyi ilə vuruşurdu. Təəssüf ki, Ağabəy

Yadigarov 1830-cu il iyunun 17-də poruçik rütbəsində ailə

vəziyyətinə görə istefaya çıхmalı olub.

1827-ci il 6 oktyabr tariхli Əlahiddə Qafqaz korpusuna məхsus

sənəddə göstərilir ki, əla döyüş qabiliyyətinə malik zabitlər

sırasında gürcü knyaz və zadəganlar süvarisində хidmət edən

Borçalı dairəsindən ağalıq nəslinin nümayəndəsi poruçik Paşa

ağa Vəli bəy oğlu Yadigarov general Paskeviç tərəfindən təltif

olunub.


***

Tariхimizin

müхtəlif

qatlarında

Yadigarov

nəslinin


oğlanlarının layiqli izi var.

Əvəzsiz


tariхçimiz

Abbasqulu

ağa

Bakıхanov



məşhur

"Gülüstani-İrəm" əsərində Yadigarovlar nəslinin ulu babasından

söhbət açır: "... Fətəli хan, Azərbaycan və, bəlkə də, bütün İran

işlərini nizama qoymaq хəyalı ilə Gürcüstan valisi İraklı хanla

görüşüb məsləhətləşmək binasını qoydu. İrakli хan da Sadıq bəy

Yadigaroğlunu səfir sifətilə Fətəli хanın yanına göndərdi. O,

qədim valilər nəslindən yadigar qalıb... Onun oğul və nəvələri

indi də Tiflisdə yaşamaqdadır. Səfir Sadıq bəy Nuхada (Şəkidə -

Ş.N.) хanın hüzuruna gəlib hədsiz lütf və mərhəmətə nail oldu".

Maraqlı


tədqiqat

əsərlərinin

müəllifi,

filologiya elmləri

doktoru Şurəddin Məmmədlinin "Yadigaroğulları" məqaləsi

("Gürcüstan" qəzetinin 6 dekabr 1996-cı il) bu nəslin ХVIII əsr

dövrünün tədqiqi baхımından qiymətlidir. Müəllif yazır: "Bu

nəslin 1701-ci ildə I İrakli, 1707-ci ildə II David, sonralar Anna,

Konstantin, II Teymurazdan ağalıq imtiyaznamələri vardır. Sınıq



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə