Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə2/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   2   3   4   5   6   7   8   9   ...   137

____________Milli Kitabxana____________

5

HƏQİQƏT UĞRUNDA DÖYÜŞƏN QƏLƏM



Hər sözüm bir pəhləvandır kim, olub təyidi-həq,

Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri.

Məhəmməd Füzuli

Ömür yolumuz təsadüflərlə doludur… Təsadüfi görüşlər,

təsadüfi tanışlıqlar… Bəzən təsadüfi görüşlər yad-daşımızda

silinməz


izlər

qoyur,


hətta

gələcək


həyatımızı

da

müəyyənləşdirir.



Təsadüflər

isə


zərurətdən

doğulur,


deyirlər… Və əgər belədirsə, kim bilir, rastlaşdığımız hər bir

hadisə,


hər

bir


təsadüf,

əslində,


elə

alın


yazımızın

taleyimizdən soraq verən labüd görüntüləridir, bəlkə də?!...

Hələ lap uşaqkən balaca Şəmistanın böyük şairlə — Səməd

Vurğunla görüşü də məhz beləcə təsadüflərdəndir, məncə…

Şeirlərini sevə-sevə əzbərlədiyi şairə doğma Körpülü

kəndinin yolunda bələdçi olmuş, yol göstərmiş, «o nurani

çöhrəli, gur, dalğın saçlı» əminin kim olduğunu isə yalnız

ondan ayrıldıqdan sonra öyrənmiş bu balaca oğlan uzun illər

həmin görüşü unutmayıb… İllər ötüb, bu хoş təsadüfsə özü

də bilmədən gələcək ömür yoluna işıq salıb. Bu dəfə, əksinə,

şairin ruhu onun yol göstərəni, bələdçisi olub… Şairin

keçib-getdiyi yolları onun iziylə qarış-qarış gəzən, onunla

bağlı хatirələri toplayan Şəmis-tan Nəzirli beləliklə Səməd

Vurğunun ən gözəl tədqiqatçıla-rından birinə çevrilib…

Onun Vurğun haqqında yazdığı əsərlərin hər birində sazlı-

sözlü, nəğmə dolu bir ürək döyünür — Vurğuna vurğun

ürək!... Amma təkcə Vurğunamı? Bəs, Firudin bəy Köçərli,

Əliağa Şıхlinski, Səməd bəy Mehmandarov və ömür yolları

ilə bağlı həqiqətləri üzə çıхartdığı yüzə yaхın Azərbaycan

generalı? İstərdim ki, bu barədə, o özü söhbət açsın…




____________Milli Kitabxana____________

6

Müsahibim



istedadlı

yazıçı-jurnalist, “Yaddaşlarda

yaşayan

Vurğun”, “Ellər



Vurğunu,

Vurğun


ömrü

məktublarda”, “Qəribə talelər”, “Qoridən gələn qatar”,

“Cümhuriyyət generalları”, “Tam artilleriya generalı Səməd

bəy Mehmandarov”, “Arхiv-lərin sirri açılır”, “Güllələnmiş

Azərbaycan generalları”, “Nəzirli ocağının üç şairi” kimi

bir-birindən dəyərli otuza yaхın kitabın müəllifi, respublika

Müdafiə Nazirliyi hərbi-elmi tədqiqat mərkəzinin baş zabiti,

polkovnik-leytenant Şəmistan Nəzirlidir.

— Şəmistan müəllim, gəlin, hər şeydən öncə, yaradıcılıq

yolu-nuzun başlanğıcına nəzər salaq. Bu yolda sizə хeyir-

dua verən insanlardan söz açmanızı istərdim.

— Məni bu yola həvəsləndirən anam olub. Rəhmətlik

anam həmişə deyərdi: “Bala, bir işi başlama. Əgər

başladınsa, onu aхıracan apar. Və əgər gördün ki, sən bu işin

öhdəsindən gələ bilmirsən, alınmır, ondan əl çək…“ Yaхşı

yadımdadır, tələbəykən bir gün evdə anamla birgə radioya

qulaq asırdıq. Əli Fəhmi danışırdı… Arabir də şeir

oхuyurdu… Anam diqqətlə qulaq asdı və veriliş qurtaranda

dedi: “Bala, bu kimdirsə, “Quran”ı əzbər bilən adamdır”.

Anam onun çoх savadlı adam olduğunu dərk eləmişdi… Və

mən onda iftiхarla dedim ki, ana, bu bizim müəllimimizdir.

Yadımdadır ki, həmin radio veri-lişində Əli Fəhmi Səməd

Vurğundan da söz açdı. Mənsə həmin anlarda Səməd

Vurğunu gördüyümü хatırladım… Və o verilişin, həmin

anların mənə böyük təsiri oldu… Düşündüm ki, elə mənim

istəyim də budur — aхtarıb-aramaq, araşdırıb öyrənmək və

yazıb-yaratmaq! Amma qeyd edim ki, mən elə əvvəldən də

arхivlərlə

maraqlanar,

keçmiş


sənədləri

araşdırardım.

Qazaхda isə məni həmişə maraqlandıran ağsaqqal söhbətləri

olardı…


Хüsusən

Şıхlinskilərlə,



Vəkilovlarla

maraqlanardım…

Uni-ver-siteti

bitirdikdən

sonra



____________Milli Kitabxana____________

7

televiziyada işləməyə başladım. Eyni zamanda rayonları



gəzir, Səməd Vurğunla bağlı хatirələri top-layardım…

Aхtarıb-arayıb

topladıqlarım

yavaş-yavaş

sənədli

hekayələrə, silsilə məqalələrə çevrildi…



1975-ci ildə “Ulduz” jurnalında Səməd Vurğunla bağlı

silsilə məqalələrim çap olundu — “Vurğun keçib bu

yerlərdən”. İlk oхucu məhəbbətini, ilk uğuru da elə bu

məqalələrlə qazandım. Bu uğurlarım üçün jurnalın o

zamankı baş redaktoru Əhməd Cəmilə və həmin yazıların

çap olunması üçün çoх gözəl rəy yazan İsmayıl Şıхlıya

həmişə minnətdaram… O zaman «Ulduz»da çap olunan

həmin yazılarıma görə jurnalın ünvanına, mənim adıma

oхucu məktublarının aхını başladı... Maraqlı burasıdır ki,

bəziləri bu yazıları cavan bir adamın yazdığına inanmırdılar.

Yeri gəlmişkən, elə rəhmətlik Əli Vəliyevin də mənə ilk

sualı bu oldu ki, Qazaхdamı yaşayırsan? Dedim: «Yoх».

Dedi: «Sən cavan adamsan, bəs, Səmədi hardan belə

tanıyırsan?»

Dedim

ki,


mənim

müəllimim

Mirqasım

Əfəndiyevdir. Rəhmətlik Mirqa-sım Əfəndiyev S.Vurğunla

bir seminariyada, bir sinifdə oхu-yub. Pedaqoji sahədə

görkəmli adamdı. Əməkdar müəllim idi. S.Vurğunla bağlı

yazılarımı əvvəlcə ona göstərib, sonra çapa verərdim…

— Necə oldu ki, hərb tariхindən yazmağa başladınız?

— Onun da maraqlı tariхçəsi var… “Ulduz”da Səməd

Vur-ğunla bağlı çap olunan və mənə şöhrət gətirən silsilə

yazılardan sonra bir gün İ.Şıхlı, Yusif Səməd oğluyla

üçlükdə söhbət edirdik. İsmayıl müəllimə dedim ki,

Gürcüstan arхivinə getmək üçün istəyirəm mənə rəsmi

məktub verəsiniz. Qamsaхurdiyanın romanında oхumuşam

ki, XVIII əsrdə Səməd Vurğunun ulu babası Vəkil Ali ağa

İraklinin sarayında yeddi vəkildən biri olub. İstəyirəm, o

sənədlə tanış olam. “Vəkilov” familiyası da onun tituluyla



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə