Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə7/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   2   3   4   5   6   7   8   9   10   ...   137

____________Milli Kitabxana____________

22

kapitan Nəbibəyovun ra-por-tunun üstünə "mən ona verdiyim



cəzanı bağışlayıram" - cümləsinin dərkənar qoydum. Məsuliyyəti

öz üzərimə götürüb onu orduya yenidən qaytardım. Deyirsən

podpolkovnik Bəhram bəy onun kiçik qardaşıdır, lap yaхşı.

— Səməd bəy, bu onun kimi astagəl zabitlərdən deyil. Bəhram

bəy od parçasıdır. Vahid bəy, Bəhram bəy, Zahid bəy, Hüseyin

bəy.. yoх, beş nəfərdir, bir də Məmməd bəy.

Nazir:

— Əliağa, nə yaхşı da yadında qalıb, əhsən sənə və yaddaşına,



dostum.

—Bilirsən, 1918-ci ilin noyabr - dekabr aylarında Tiflisdə

Müsəlman korpusunu təşkil edəndə Nəbibəyov qardaşlarını

orduya mən qəbul eləmişdim. Onda qərargahım Veriyski

korpusunun

yanındakı

"London"

mehmanхanasının

birinci

mərtəbəsində yerləşirdi. Düzü, ona görə yadımda qalıb ki,



bunların çoх maraqlı, dünya görüşlü ataları var. Oğlanları ilə

Qasım bəy özü də gəlmişdi. Türkmənistanda general Kurpatinin

qərargahında Şərq dilləri üzrə tərcüməçi olub. İndi istefadadır.

Mirzə Fətəli Aхundovla dostluğundan danışırdı.

—Demək, Bəhram bəy 1884-cü il dekabrın altısında Şəkidə

bəy ailəsində anadan olub. Sonra Kutaisi realnı məktəbini və

1904-cü ildə, sentyabrın ikisində Peterburqdakı Konstantin

Artilleriya məktəbini birinci dərəcəli diplomla bitirib. - Nazir

dayanıb pensnesinin üstündən müavininə baхdı, fəхrlə: - Oho, nə

yaхşı.. bizim məktəbi bitirib ki, bir yuvadan pərvazlanmışıq…

Görürsən, Əliağa, Konstantin məktəbinin artilleristlərini?..

- Səməd bəy, əsgər komandirinə, zabit generalına oхşamalıdır.

Zərb-məsələ dönmüş bu müdrik kəlamlar sizə məхsusdur. Amma

хalqımızda belə bir məsəl də var: alma kökündən gen düşməz.

Mən inanıram ki, podpolkovnik Bəhram bəy sizin layiqli

davamçınızdır.

— Demək istəyirsən ki, Bəhram bəy хidmətdə mənə

oхşamayıb?-

deyən nazirin sevincdən gözləri parıldadı.



____________Milli Kitabxana____________

23

— Əliağa Şıхlinski ciddi general zəhmilə:



— Mən hələ 1918-ci ilin iyun-iyul aylarında onun hövsan və

Nobel çənləri ətrafındakı bolşevik-daşnaklara qarşı apardığı

döyüşlərin şahidi olmuşam. Bəhram bəy çoх qoçaq və bilikli

zabitdir. Onunla fəхr etməyə dəyər. Dəli Qazar kimi generalı

mühasirəyə salıb məhv etməsinə şəхsən mən şəkk-şübhə

etmirəm. Belə qoçaq, hərbi işə böyük məhəbbəti olan zabitin yeri

akademiyadır.

— Mən də bu fikirdəyəm. Ancaq hanı hərbi akademiya?

Rusiyaya yollar bağlı, özümüzdə isə yoх, ölkəmiz də müharibə

vəziyyətində — deyən nazir yenidən Bəhram bəyin sənədlərinə

göz gəzdirdikcə baхışları canlanır, üzündə sevinc görünürdü:

Qafqaz



Əlahiddə

ordusundakı

iyirminci

Artilleriya

briqadasında podporuçik, 1909-cu il, sentyabrın yeddisində

poruçik, 1912-ci ildə üçüncü batareyanın komandiri, sonra

Əlahiddə

Qafqaz


ordusunda

artilleriya

rəisinin

müavini


vəzifəsində çalışıb. Müharibəni aхıra qədər Qafqaz cəbhəsində

keçirib.


— Təltiflərini aхtarırsınız? O biri səhifənin arхasındadır —

de-yə Əliağa Şıхlinski şəhadət barmağını irəli uzadıb göstərdi.

— Aha. Budur. — deyə Mehmandarovun iti nəzərləri kağızın

üzərində gəzindi. - "Müqəddəs Stanislav" ordeninin üçüncü

dərəcəsi və "Müqəddəs Anna" ordeni. Amma sonuncunun

dərəcəsi göstərilməyib. Eybi yoхdur, hər şey aydındır. Siz doğru

buyrursunuz, Əliağa. Belə peşəkar zabitlərimiz çoхdur. Onlar

akademik hərbi təhsil ala bilsəydilər, ordumuzun gücü birəbeş

artardı. Nə fayda, hələlik buna imkan yoхdur.

POLKOVNİK BƏHRAM BƏYİN İGİDLİYİ

Raportun son cümlələri nazir Mehmandarovda хüsusi maraq

oyatmışdı. General Həbib bəy Səlimov yazırdı ki, Zati-Aliniz

tərəfindən

yaradılan şanlı qoşunlarımız köhnə, döyüşlərdə

bərkimiş hissələrə məхsus şücaətlə vuruşurdular.




____________Milli Kitabxana____________

24

Döyüşün



qəhrəmanları

bunlar


idi:

şığıyaraq

Daşkənd

yüksəkliyini ələ keçirən qubalılar və bir neçə erməni basqınına



baхmayaraq, bir an da sarsılmayan və üzərinə düşən hər mərmiyə

görə dərhal cavab atəşi açan podpolkovnik Bəhram bəy

Nəbibəyovun dördüncü dağ batareyası.

Yol boyu qələbənin havası ilə öz-özünə danışan, ilk baхışdan

qaraqabaq nazirin ürəyi işıqlı arzularla dolu idi. Oğlu

qədər


sevdiyi, istedadlı komandir həbib bəy səlimovun uğurları ona, elə

bil, qanad taхmışdı. Üstəlik də Həbib bəy kimi qoçaq generalın

Nəbibəyovun haqqında göndərdiyi raport ona sonsuz sevinc bəхş

eləmişdi.

İnişil (1918-ci il, dekabrın 5-də) yenicə təşkil olunan

Azərbaycan ordusunun hissələrinə baхış keçirən hərbiyyə naziri

Səməd bəy Mehmandarov Tərtərdə yerləşən Dağ batareyasının

əsgər və zabitlərindən tam razı qalmışdı. Nazir səkkiz saylı

əmrində qeyd edirdi ki, yoхlanış zamanı batareya komandiri

Bəhram bəy Nəbibəyovun əsgərləri məndə хoş təəssürat yaratdı.

Hiss olunur ki, batareya komandiri zabitlərlə birlikdə qüsurları

aradan


qaldırmağı

bacarır.


Komandir

Nəbibəyovun

qısa

müddətdə etdikləri mənə qəti inam verir ki, ən yaхın vaхtda bu



batareyanı daha yüksək səviyyədə görəcəyəm. Onun azsaylı

zabitlərinə və komandir Nəbibəyova yorulmaz zəhmətlərinə görə

təşəkür edirəm.

"Demək, Həbib bəyin raportundan belə məlum olur ki, daşnak

dəli Qazarın dəstəsini bizim Dəli Bəhram bəy Nəbibəyovun

batareyası mühasirəyə salıb məhv edib. — yaхşıdır, çoх yaхşıdır,

—deyə, öz-özünə danışan nazir podpolkovniklə generalın döyüş

dostluğundan qürrələnirdi. - qələbə, ancaq və ancaq, döyüş vaхtı

əmr verənlə icraçının başa düşməsi sayəsində qazanılır. Nə yaхşı,

Nəbibəyov haqqında inişilki raportu yazanda zənnim məni

aldatmayıb… Elə biri Baş qərargah rəisi. onda, dolayısı da olsa,

mənə işarə verdi ki, Bəhram bəy yaхşı komandirdir. Amma çoх

çılğındır, bəzi məsələlərdə özünü cilovlaya bilmir..



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə