Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix31.10.2018
ölçüsü1,22 Mb.
#77330
  1   2   3   4


Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 98 (21.759)

24 may 2017-ci il, çərşənbə 

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Mayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız,

onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam

Həmrəyliyi  Oyunları  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyeva  və  ailə  üzvləri  görüşdə

iştirak ediblər.

Dövlətimizin başçısı görüşdə nitq söyləyib.

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  parlaq  qələbə  münasibətilə  bütün

idmançıları, məşqçiləri, idman mütəxəssislərini ürəkdən təbrik edərək bildirib ki, bizim idmançılar

bu  Oyunlarda  75  qızıl,  50  gümüş,  37  bürünc  medal  qazanaraq  komanda  hesabında  birinci

oldular. Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi

və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti

artır. 

Sonra IV İslam Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan



idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.



Rəsmi xronika

    Mayın 23-də Naxçıvan Muxtar Respub-

likası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbov

Avropa Yenidənqurma və İnkişaf Bankının

Azərbaycandakı  Daimi  Nümayəndəliyinin

rəhbəri xanım İvana Duarte ilə görüşüb. 

    Ali  Məclisin  Sədri  qonağı  salamladı,

Avropa Yenidənqurma və İnkişaf Bankının

Azərbaycandakı fəaliyyətinə toxundu. Avropa

Yenidənqurma və İnkişaf  Bankı tərəfindən

ötən müddətdə ölkəmizdə 161 layihə çərçi-

vəsində investisiya qoyuluşunun həyata ke-

çirildiyini bildirən Ali Məclisin Sədri bunun

özəl  sektorun  inkişafına  dəstək  verdiyini

vurğuladı. 

    Xanım İvana Duarte ilk dəfə Naxçıvana

səfər etdiyini bildirdi, muxtar respublikada

olmaqdan və keçirilən görüşdən məmnunlu-

ğunu  ifadə  etdi.  Avropa  Yenidənqurma  və

İnkişaf  Bankının  fəaliyyət  istiqamətləri  və

Azərbaycanda həyata keçirdiyi layihələr haq-

qında  məlumat  verən  xanım  İvana  Duarte

muxtar respublika ilə əməkdaşlıqda maraqlı

olduqlarını bildirdi. 

    Söhbət  zamanı  qarşılıqlı  əməkdaşlıq

imkanları müzakirə olundu.  



Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

    Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin

ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb. 

    Ali Məclisin Sədri Dan Stavın muxtar respublikaya ötən səfərini və bu zaman səmərəli

danışıqların aparıldığını xatırlatdı. 

    Ali  Məclisin  Sədri  İsrail  dövlətinin Azərbaycanla  faydalı  əməkdaşlığından  və  bunun

Naxçıvanla müxtəlif sahələrdə əlaqələrin inkişafına verdiyi töhfədən danışdı.

    Səmimi  qəbula  görə  minnətdarlıq  edən  Dan  Stav  Naxçıvana  növbəti  səfərinin  və

əlaqələrin  genişləndirilməsinin  əhəmiyyətini  vurğuladı.  Diplomat  səfər  müddətində

keçirəcəyi görüşlərin əməkdaşlıq üçün yeni imkanlar açacağını qeyd etdi. 



Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

İsrailin ölkəmizdəki səfiri ilə görüşüb

    İsrailin Azərbaycandakı fövqəladə

və səlahiyyətli səfiri Dan Stav muxtar

respublikaya  səfəri  çərçivəsində

Naxçıvanın  təhsil,  mədəniyyət  və

səhiyyə müəssisələri ilə tanış olub.

    Səfir  əvvəlcə  Naxçıvan  Dövlət

Universitetində olub, ali təhsil oca-

ğının  Beynəlxalq  münasibətlər  və

xarici  dillər  fakültəsinin  tələbələri

ilə  görüşüb.  Dan  Stav  İsrail-Azər-

baycan  əlaqələrinə  dair  mühazirə

oxuyub,  tələbələri  maraqlandıran

sualları cavablandırıb. 

    Naxçıvan  Muxtar  Respublika

Xəstəxanasında olan qonağa məlu-

mat  verilib  ki,  8  mərtəbəli  binada

tibbin ən son yenilikləri tətbiq olunur.

2015-ci il dekabrın 1-də Azərbaycan

Respublikasının  Prezidenti  cənab

İlham Əliyevin açılışını etdiyi xəs-

təxanada,  ümumilikdə,  300  çarpa-

yıdan ibarət 14 stasionar şöbə fəa-

liyyət  göstərir.  130  həkimin,  467

orta və kiçik tibb işçisinin çalışdığı

xəstəxanada elmi-tibbi kitabxana da

yaradılıb.  Burada  tələbələr  üçün

2 böyük auditoriya və 7 sinif otağı,

kompüter  zalı,  200  nəfərlik  iclas

zalı, tibb idman mərkəzi və müayinə

otaqları fəaliyyət göstərir.

    “AKİ Əczaçılıq Anbarı” Məhdud

Məsuliyyətli  Cəmiyyəti  ilə  tanış

olan səfirə müəssisə haqqında ətraflı

məlumat verilib. 

    İsrailin Azərbaycandakı fövqəladə

və səlahiyyətli səfiri Dan Stav “Xan

Sarayı” Dövlət Tarix-Memarlıq, Mö-

minə  Xatın  və Açıq  Səma Altında

Muzey Kompleksi ilə də tanış olub.

Tural AĞAYEV

İsrailin səfiri Dan Stav muxtar respublikanın təhsil,

mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə