Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da NATO baş katibinin
Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.
NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdıran xüsusi
nümayəndə Ceyms Appaturay Prezident İlham Əliyevin NATO-nun mənzil-qərargahına son
səfərini və keçirdiyi görüşləri xatırlayıb.
Dövlətimizin başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə Davosda keçirdiyi müzakirələr
zamanı görüşdüyünü məmnunluqla qeyd edib.
Söhbət zamanı Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud
olmasının razılıq doğurduğu vurğulanıb, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı
əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfə yüksək qiymətləndirilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların
hazırkı vəziyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, NATO-nun qəbul etdiyi sə-
nədlərdə Azərbaycanın ərazi bütövlüyünün daim dəstəklənməsindən məmnunluq ifadə olunub.
Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnət-
darlığını bildirib, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.
Rəsmi xronika
Bildirilib ki, bu gün ölkəmizdə,
eləcə də muxtar respublikamızda
yaradılmış ictimai-siyasi sabitlik
iqtisadiyyatın bütün sahələrinin
inkişaf etdirilməsinə hərtərəfli
şərait yaradıb. Sahibkarlığın in-
kişafına göstərilən dövlət dəstəyi
hesabına ümumi daxili məhsulda
özəl bölmənin xüsusi çəkisi ar-
taraq 87 faiz olub. Ötən dövrdə
qəbul olunmuş dövlət proqram-
larının icrası sahibkarlığın inki-
şafına öz töhfəsini verib. Belə
ki, sahibkarlar tərəfindən yeni
istehsal sahələri, iş yerləri yara-
dılıb, məşğulluq təmin olunub.
Yeni istehsal və emal sahələrinin
sayının artması nəticəsində mux-
tar respublikada 361 növdə məh-
sul istehsal olunur. Əhalinin 107-si
ərzaq, 236-sı qeyri-ərzaq olmaqla,
343 növdə məhsula olan tələbatı
tamamilə yerli istehsal hesabına
ödənilir.
Qeyd olunub ki, cari ilin əv-
vəlindən ölkəmizdə, eləcə də
muxtar respublikamızda sahib-
karlığın inkişaf etdirilməsi ilə
bağlı mühüm tədbirlər həyata
keçirilib. Amma buna baxma-
yaraq, bəzi hallarda yaranmış
vəziyyətdən sui-istifadə edən,
xüsusilə süni şəkildə qiymətləri
artıran sahibkarlara da rast gəli-
nir. Bununla bağlı nazirlik tərə-
findən müxtəlif reydlər keçirilir
və bu kimi neqativ halların qar-
şısı alınır. Dövlətimiz tərəfindən
sahibkarlara hərtərəfli dəstək
göstərilir, onların fəaliyyətini
stimullaşdırmaq məqsədilə müx-
təlif tədbirlər həyata keçirilir.
Eyni zamanda istehlakçıların hü-
quqlarının qorunması da diqqət
mərkəzində saxlanılır. Burada
əsas məqsəd daxili bazarın qo-
runması, ixracyönümlü məhsul-
ların istehsalını stimullaşdırmaq,
idxaldan asılılığı minimuma en-
dirməkdir. Çünki yerli istehsalın
inkişafı daxili bazarın qorunma-
sında, xaricə valyuta axınının
qarşısının alınmasında və idxal-
dan asılılığın aradan qaldırılma-
sında mühüm rol oynayır.
Vurğulanıb ki, indiyədək
muxtar respublikada yerli xam-
mala əsaslanan bir çox istehsal
müəssisələri yaradılaraq fəaliy-
yətə başlayıb. Əhali tələbatının
dolğun şəkildə ödənilməsinə im-
kan verən istehsal müəssisələ-
rinin yaradılması bundan sonra
da davam etdiriləcəkdir. İstehsal
olunan məhsulların xarici amil-
lərdən asılılıq səviyyəsini müəy-
yənləşdirməli, bunun aradan qal-
dırılması yollarını araşdırmalı-
yıq. Bildiyiniz kimi, muxtar res-
publikamızda kənd təsərrüfatı
və müxtəlif sənaye məhsullarının
istehsalı üçün münbit şərait möv-
cuddur. Buna görə də daxili ba-
zarda yerli istehsalın xüsusi çə-
kisini artırmaq üçün azad rəqabət
mühitinin yaradılmasına nail ol-
malı, inhisarçılığın qarşısının
alınması məsələlərinə diqqəti
artırmalıyıq. Eyni zamanda yerli
məhsul istehsalçıları daxili ba-
zarın tələbatının ödənilməsi ilə
yanaşı, xarici bazarlara çıxış
imkanları haqqında da düşün-
məlidirlər. Nəzərə almaq lazım-
dır ki, ixracyönümlü məhsul is-
tehsal edən sahibkarlıq subyekt-
lərinin fəaliyyətini stimullaşdır-
maq məqsədilə tələbatdan artıq
məhsulun ixracı qarşımızda du-
ran əsas məsələlərdəndir. Buna
görə sahibkarlar dövlətimiz tə-
rəfindən onlar üçün yaradılmış
şəraitdən lazımınca bəhrələn-
məli, daxili bazarda əhalinin
yerli məhsullara olan tələbatının
ödənilməsinə, eyni zamanda bu
məhsulların muxtar respublika-
dan kənarda satışının təşkilinə
nail olmalıdırlar.
Sonra sahibkarlarla müzaki-
rələr aparılıb.
Xəbərlər şöbəsi
Sahibkarlarla görüş keçirilib
Fevralın 16-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan
Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı
ilə sahibkarlarla görüş keçirilib. “Tələbatın ödənilməsi və
yerli istehsalçıların mənafeyinin qorunması” mövzusunda
keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat
naziri Famil Seyidov açıb.
Sayı: 31 (21.441)
17 fevral 2016-cı il, çərşənbə
Əhaliyə göstərilən nəqliyyat xid-
mətinin səviyyəsinin yüksəldilməsi
istiqamətində işlər 2016-cı ilin yanvar
ayında da davam etdirilmişdir. Muxtar
respublikadakı avtovağzallarda, Av-
tobus Parkında qış mövsümünün ge-
dişi və marşrut xətlərinə buraxılan
nəqliyyat vasitələrinin texniki sazlığı
nəzarətdə saxlanılmışdır. Ötən ay
sərnişindaşıma ilə məşğul olan av-
tobusların təmizliyinə, sürücülərin
geyim formasına və hərəkət qrafikinə
nəzarət edilmiş, axşam saatlarında
şəhərdaxili marşrutların işi səmərəli
təşkil olunmuşdur.
Naxçıvan-Bakı-Naxçıvan marşrutu
üzrə ötən ay Naxçıvandan Bakıya
85 reys edilmiş, 2550 nəfər sərnişin
daşınmışdır. Əks istiqamətdə daşınan
sərnişinlərin sayı isə 2697 nəfər ol-
muşdur. Həmçinin yükdaşıma fəa-
liyyəti göstərən fiziki və hüquqi şəxs-
lərin avtonəqliyyat vasitələrinə baxış
keçirilmiş, təhlükəsizlik tədbirləri
izah olunmuşdur.
Şəhərdaxili və rayonlararası nəq-
liyyatın, xüsusilə sərhəd və ucqar
dağ kəndlərinə işləyən avtobusların
fəaliyyəti xüsusi nəzarətdə saxla-
nılmış, avtobuslara gündəlik texniki
baxış keçirilərək lazımi təmir işləri
görülmüşdür. Bütün bunların nəti-
cəsidir ki, muxtar respublikada sər-
nişindaşıma xidmətinin səviyyəsi
daha da yüksəldilmiş, fəaliyyətdə
olan 138 marşrut xəttindəki 303 av-
tobusla rayon mərkəzləri və kənd -
lərin hamısına avtonəqliyyat xidməti
göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti
Muxtar respublikada avtonəqliyyat xidməti günün
tələblərinə uyğun qurulur
Ölkəmizin paytaxtında fəaliyyət
göstərən yüksəkixtisaslı həkim bri-
qadalarının muxtar respublikaya dəvət
olunması, aztəminatlı ailələrdən olan
xəstələrin başqa ünvanlara üz tut-
madan müayinə və cərrahi əməliy-
yatlarının təşkili yanvar ayında da
davam etdirilmişdir. Belə ki, Res-
publika Klinik Xəstəxanasının 21
nəfərlik həkim briqadası Şərur ra-
yonunda olmuş, 2504 nəfəri tibbi
müayinədən keçirmiş, 75 əməliyyat
aparmışdır. Bu dövrdə dağınıq skleroz
xəstələrinə, eləcə də Naxçıvan Muxtar
Respublikası Ağciyər Xəstəlikləri
Dispanserinə dərman preparatları,
reaktivlər və digər tibbi materiallar
verilmiş, Naxçıvan Diaqnostika-Müa-
licə Mərkəzində Daxili İşlər Nazirliyi
əməkdaşlarının qanvermə aksiyası
keçirilmiş, 23 nəfərdən 11,5 litr qan
tədarük edilmişdir.
Muxtar respublikada epidemio-
loji vəziyyətə nəzarət etmək məq-
sədilə qabaqlayıcı profilaktik təd-
birlər görülmüş, səhiyyə müəssi-
sələri gücləndirilmiş iş rejiminə
keçmişdir. Ərazi Gigiyena və Epi-
demiologiya mərkəzləri tərəfindən
məktəb və məktəbəqədər uşaq
müəssisələrində, ictimai-iaşə ob-
yektlərində, əhalinin daha sıx olduğu
ictimai yerlərdə, məişət tullantı
meydançalarında, həmçinin su an-
barlarında, su təchizatı qurğularında
müntəzəm dezinfeksiya və dezinsek -
siya işləri aparılmışdır.
Ay ərzində muxtar respublikanın
tibb müəssisələrinə 1915 xəstə mü-
raciət etmiş, 1837 xəstə müayinə və
müalicədən sonra evə buraxılmış,
stasionarda 419 cərrahi müdaxilə
aparılmışdır. Bu dövrdə rayon mərkəzi
xəstəxanaları və GEM-lər tərəfindən
“İstehsalatda baş verən bədbəxt ha-
disələr və onların aradan qaldırılması
sahəsində görülən tədbirlər”lə bağlı
tikinti və digər istehsal obyektlərində
nəzarət yoxlamaları davam etdirilmiş,
əlilliyin təyininin yeni meyarlara ke-
çidi ilə əlaqədar tibb müəssisə rəh-
bərləri və Naxçıvan Muxtar Respub-
likası Əmək və Əhalinin Sosial Mü-
dafiəsi Nazirliyinin tibbi-sosial ekspert
komissiyasının birgə seminarı keçi-
rilmişdir. Ahıl və əlillərə göstərilən
tibbi xidməti yaxşılaşdırmaq məq-
sədilə yanvar ayı ərzində muxtar res-
publika üzrə 26 nəfər Bakı şəhərinin
Şağan qəsəbəsində yerləşən Əlillərin
Müalicə Pansionatına, 22 nəfər Mər-
dəkan qəsəbəsində yerləşən Müharibə
və Əmək Veteranları Pansionatına,
16 nəfər müxtəlif xəstəxanalara müa-
licəyə göndərilmişdi.
İxtisaslı kadrların hazırlanması is-
tiqamətində tədbirlər də davam et-
dirilmiş, 1 həkim təkmilləşmə kursu
keçməsi üçün Ankara Universitetinin
Tibb fakültəsinə göndərilmişdir. Əhali
arasında səhiyyə maarifi işlərinin
aparılmasına da diqqət artırılmış,
2138 maarifləndirici söhbət aparılmış,
15 seminar keçirilmiş, tibbi şuralarda
14 məsələ müzakirə edilmiş, “Sağ-
lamlıq” televiziya və “Şəfa” radio
verilişlərində aktual tibbi məsələlər
öz əksini tapmışdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti
Muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi
xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər yanvar ayında
da davam etdirilmiş, səhiyyə sisteminin yenidən qurulması və müasir
standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması,
yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılmışdır.
Səhiyyə infrastrukturunun müasirləşdirilməsi tədbirlərinin davamı
olaraq ötən ay Kəngərli rayonunun Yurdçu və Babək rayonunun
Xəlilli kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilmiş, tibbi
xidmətin səviyyəsi yüksəldilmişdir.
Əhaliyə nümunəvi səhiyyə xidməti göstərilir
“Naxçıvan Dəmir Yolları” Məh-
dud Məsuliyyətli Cəmiyyətindən al-
dığımız məlumata görə, cəmiyyətin
Texniki İnzibati Binaların Təmir-
Tikinti İdarəsi tərəfindən Ordubad
dəmiryol sərnişin vağzalında, Yol
Sahəsinin inzibati binasında, İda-
rəetmə Mərkəzində, Yol Sahəsinin
yardımçı binalarında, yük anbarla-
rında, eləcə də onları əhatə edən
ərazidə, sərnişin və yük platforma-
larında kompleks tikinti, yenidən-
qurma və əsaslı təmir işləri davam
etdirilir.
Cəmiyyətdən qəzetimizə verilən
məlumatda o da bildirilib ki, vağzalda
əsas tikinti işləri başa
çatdırılıb, binaların çar-
dağı qurulub, pəncərələr
salınıb, tikililərin fasa-
dına suvaq çəkilib.
Xatırladaq ki, son il-
lərdə “Naxçıvan Dəmir
Yolları” Məhdud Məsu-
liyyətli Cəmiyyətinin
maddi-texniki bazası
gücləndirilib, dəmir yolu
nəqliyyatı sistemi müasir tələblər sə-
viyyəsində qurulub. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin
2011-ci il 16 mart tarixli Sərəncamı
ilə təsdiq olunan “Naxçıvan Muxtar
Respublikasında dəmir yolu nəqliyyat
sisteminin 2011-2015-ci illər üzrə in-
kişaf Proqramı”nın uğurlu icrası bu
sahənin hərtərəfli inkişafını təmin
edib.
Ordubad dəmiryol vağzalında kompleks quruculuq işləri aparılır