Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 208,74 Kb.

səhifə1/4
tarix29.01.2018
ölçüsü208,74 Kb.
  1   2   3   4


Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 53 (21.714)

16 mart 2017-ci il, cümə axşamı 

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  martın  15-də  Nizami  Gəncəvi

Beynəlxalq Mərkəzinin həmsədrləri – Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və İs-

gəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin rəhbərlik etdikləri, Serbiyanın sabiq

Prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanovun, Xorvatiyanın sabiq

Prezidenti İvo Yosipoviçin, Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun, Bosniya

və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdciyanın, Ərəb Liqasının sabiq baş katibi

Əmr Musanın və UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin daxil olduqları

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev mühüm beynəlxalq tədbir – V Qlobal Bakı

Forumunda  iştirak  etmək  üçün  ölkəmizə  gəldiklərinə  görə  onlara  təşəkkürünü  bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan artıq beşinci dəfədir, bu Foruma ev sahibliyi

edəcək.  Forum  iştirakçıları  arasında  çox  tanınmış  şəxslərin  olduğunu  və  həmin  şəxslərin

sayının ildən-ilə artdığını deyən dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin

fəaliyyətini yüksək qiymətləndirdi.

Nümayəndə heyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdıran

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-

Freyberqa qeyd etdi ki, əsası beş il əvvəl qoyulan Bakı Forumu böyük uğurlar qazanıb. 

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Rəsmi xronika

    Muxtar  respublikada  yaz-tarla  işlərinin

başladığı bu günlərdən tələbata uyğun kənd

təsərrüfatı  texnikaları  və  avadanlıqlarının

alınıb gətirilməsi mühüm əhəmiyyət daşıyır.

Çünki aqrar sahənin inkişafında, ərzaq məh-

sulları istehsalının artırılmasında və itkisiz

məhsul  yığımında  başlıca  amillərdən  biri

də torpaq mülkiyyətçilərinin və fermerlərin

müasir kənd təsərrüfatı texnikaları ilə təmin

olunmasıdır. Son illər muxtar respublikada

kənd  təsərrüfatında  mütərəqqi  metodların

tətbiqinə  başlanmış,  müasir  texnikalar  və

texnoloji avadanlıqlar alınaraq əlverişli şərt-

lərlə sahibkarlara verilmişdir. 

    Martın 15-də Naxçıvan Muxtar Respub-

likası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbov

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cə-

miyyəti tərəfindən alınmış yeni kənd təsər-

rüfatı texnikalarına baxmışdır.

    “Naxçıvan  Aqrolizinq”  Açıq  Səhmdar

Cəmiyyətinin baş direktoru Vasif Məmmədov

məlumat verərək demişdir ki, cəmiyyət tə-

rəfindən bu günə qədər muxtar respublikaya

1925 texnika və texnoloji avadanlıq alınıb

gətirilmiş, onlardan 1507-si sahibkarlara sa-

tılmışdır. Əkin sahələrinə uyğun bölgü apa-

rılaraq gətirilmiş texnika və texnoloji ava-

danlıqlardan  119-u  yerli  bazalara  icarəyə

verilmişdir. Bundan başqa, 1927 baş damazlıq

cins  mal-qara  xarici  ölkələrdən  alınaraq

muxtar  respublikaya  gətirilmiş  və  lizinq

yolu  ilə  fermerlərə  satılmışdır.  Cəmiyyət

aqrar sahədə fəaliyyət göstərən sahibkarların,

fermerlərin,  kənd  əməkçilərinin  sifarişləri

əsasında 22 adda müxtəlif xidmətlər göstərir.

Muxtar respublikada yaz-tarla işlərinin baş-

laması  ilə  əlaqədar  texnikalar  əsaslı  təmir

edilmiş və əkin işlərinə başlanmışdır. 

    Yeni  alınan  texnikalara  baxış  zamanı

bildirilmişdir ki, sərfəli şərtlərlə uzun müd-

dətə lizinqə verilən kənd təsərrüfatı texni-

kaları həm də iqtisadi cəhətdən səmərəlidir.

Ötən il 9 “New Holland” markalı traktor,

25 kotan, 90 əl üçün otbiçən, 6 dəst yağış

üsulu ilə suvarma sistemi və digər texnoloji

avadanlıqlar olmaqla 240 ədəd texnika alı-

naraq  muxtar  respublikaya  gətirilmişdir.

Hazırda  muxtar  respublikada  yeni  alınan

suvarma  sistemləri  də  40  faiz  güzəştlə

satılır.  2017-ci  ilin  ötən  dövründə  isə  41

texnika alınmışdır. Onlardan 9-u kotan, 6-sı

gübrəsəpən, digərləri isə müxtəlif texnika

və texnoloji avadanlıqlardır. Müasir texnika

və avadanlıqlar əkin sahələrində mütərəq -

qi aqrotexniki qaydaların tətbiqinə imkan

verəcəkdir.

    Ali  Məclisin  Sədri  “Naxçıvan Aqroli-

zinq” Açıq  Səhmdar  Cəmiyyətinin  baza-

sında yaradılan bitkiçilik və heyvandarlıq

aptekinə də baxmışdır. Qeyd olunmuşdur

ki,  muxtar  respublikada  bitkiçilik,  hey-

vandarlıq və arıçılıq sahələrində xəstəliklərə

və zərərvericilərə qarşı mübarizə aparılması

məqsədilə  cəmiyyətin  özündə  və  hər  bir

rayon bazasında bitkiçilik və heyvandarlıq

apteki yaradılmışdır. Apteklərdə kənd tə-

sərrüfatının  müxtəlif  sahələrində  istifadə

olunan dərmanlar satışa çıxarılır. Dərman-

ların istifadə qaydası haqqında torpaq mül-

kiyyətçilərinə  və  fermerlərə  əvvəlcədən

məlumat verilir.

    Cəmiyyətin  anbarlarında  müxtəlif  kənd

təsərrüfatı  texnikalarının  ehtiyat  hissələri

vardır. Gübrə anbarlarında da tələbata uyğun

ehtiyat yaradılmışdır. 

    Ali  Məclisin  Sədri  kənd  təsərrüfatında

yeni innovasiyaların tətbiqinin əhəmiyyətini

vurğulamış, texnikalarla təminat və texniki

qulluq  işinin  diqqətdə  saxlanılması,  kənd

təsərrüfatı texnikalarının və onların ehtiyat

hissələrinin sifariş əsasında alınıb gətirilməsi,

aqrar  sahədə  mütərəqqi  metodların  tətbiqi

ilə bağlı maarifləndirmə və izahat işlərinin

aparılması,  bu  işdə  televiziyanın  imkanla-

rından istifadə olunması ilə bağlı tapşırıqlar

vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı 

texnikaları alınıb gətirilib

    Naxçıvan Muxtar Respublikasında dəmir

yolundan istifadə sahəsində ardıcıl tədbirlər

görülür. Dəmir yolu infrastrukturunun müa-

sirləşdirilməsi sahəsində görülən işlərin nə-

ticəsidir ki, fevral ayında Ordubad-Vəlidağ

sahəsində  hərəkətdə  olan  yük-sərnişin  qa-

tarlarının fasiləsiz işi təmin olunmuşdur. Bu

dövrdə Yük və Sərnişin Daşımaları İdarəsi

tərəfindən  muxtar  respublika  ərazisindəki

ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 2160

ton  müxtəlif  təyinatlı  yük  və  11  min  113

sərnişin daşınmışdır.

    Culfa Lokomotiv Deposunda lokomotivlər

4 dəfə texniki baxışdan keçirilmiş, Culfa İs-

tismar Vaqon  Deposunda  hesabat  ayında  1

sərnişin  vaqonu  cari  təmir  edilmişdir.  De-

fektoskop briqadası tərəfindən 192 kilometr

baş  yol,  39  kilometr  stansiya  yolları  və  78

dəst yoldəyişən qurğu yoxlanılmışdır. 

    Texniki  İnzibati  Binaların Təmir-Tikinti

İdarəsi tərəfindən fevral ayında Ordubad də-

miryol sərnişin vağzalı, eləcə də Yol Sahəsinin

inzibati  binalarında  və  yolun  369-cu  kilo-

metrində yerləşən 4 saylı yol məntəqəsində

aparılan yenidənqurma, Ordubad Yol Sahə-

sinin yardımçı binalarında, Ordubad İdarəetmə

Mərkəzində  və  Naxçıvançay  Təhlükəsizlik

Komandasının  inzibati  binasında  aparılan

əsaslı təmir işləri, Culfa stansiyasında müasir

tələblərə  cavab  verən  yeni  İstismar  Vaqon

Deposunun isə tikintisi davam etdirilmişdir.

         

“Naxçıvan Dəmir Yolları” Məhdud 

Məsuliyyətli Cəmiyyətinin 

mətbuat xidməti

Dəmir yolu nəqliyyatından istifadə 

diqqət mərkəzindədir





Dostları ilə paylaş:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə