Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 16 (20.917)
28 yanvar 2014-cü il, çərşənbə axşamı
Bu barədə qəzetimizə “Naxçıvan Biznes
Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin
direktoru Vüqar Səfərov məlumat verib. Onun
sözlərinə görə, xalçalarla yanaşı, hazırlanan
digər əl işlərinin üzərində də “Naxçıvan – 90”
ifadəsinin əksini tapması nəzərdə tutulub.
Hazırda xalq yaradıcılığı emalatxanasında
3 xalça toxunur. Xalçaların toxunmasına
yanvar ayından başlanılıb və toxucular,
əsasən, Naxçıvan xalçaçılığına məxsus olan
ornament lərdən istifadə edirlər.
Muxtar respublikamızda xalçaçılıq ənənə-
lərinin yaşadılması, keyfiyyətli yerli xalçaların
istehsalının kütləviliyinə nail olunması, evlərdə
kiçik xalça istehsalı sahələrinin yaradılması
son dövrlərdə xüsusilə diqqət mərkəzində sax-
lanılan məsələlərdəndir. Qeyd edək ki, bir
müddət öncə Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Məşğulluq Xidməti işaxtaran
vətəndaşları Naxçıvan Regional Peşə Tədris
Mərkəzində xalçaçı peşəsi üzrə kurs keçməyə
dəvət edib. Xidmət tərəfindən verilmiş elanda
bildirilir ki, peşə hazırlığı kursunda iştirak
etmək istəyənlər 2014-cü il fevralın 10-dək
tələb olunan sənədləri yaşadıqları ərazi üzrə
məşğulluq mərkəzlərinə təqdim etməlidirlər.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində
açılmış xalçaçılıq üzrə peşə kursları, Naxçıvan
Qızlar Liseyində tikiş, toxuculuq və xalçaçılıq
dərnəyinin fəaliyyətə başlaması, “Naxçıvan
Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiy-
yətinin xalq yaradıcılığı emalatxanasında xalça
toxunmasının təşkili gələcəkdə hər bir xalçaçının
özünün bir kiçik toxuculuq fabrikinin, müəssi-
səsinin sahibinə çevrilməsinə imkan verəcək.
Bu il xalq yaradıcılığı
emalatxanasında toxunacaq
bütün xalçaların üzərində
“Naxçıvan – 90” yazılacaq
Ordubad Rayon Vergilər
Şöbəsində “Nağdsız hesab-
laşmaların üstünlükləri”
mövzusunda vergi ödəyiciləri
ilə görüş keçirilib.
Tədbiri rayon Vergilər Şö-
bəsinin rəisi Məhəmməd İbadov
açaraq qeyd edib ki, nağdsız
ödənişlər vəsaitlərin dövriyyə-
sinin sürətləndirilməsində, nağd
pulların çapı, daşınması, sax-
lanması və təsərrüfat əməliy-
yatlarının xərclərinin azalma-
sında, nəticədə isə iqtisadiyyatın
inkişafında əhəmiyyətli rol oy-
nayır. Nağdsız hesablaşmaların
ödəniş kartları, bank köçürmə-
ləri, çeklər və sair kimi müxtəlif
növləri mövcuddur. Onlardan
ödəniş kartlarını xüsusilə qeyd
etmək lazımdır. Nağdsız ödəniş
sisteminin inkişafı, nağdsız döv-
riyyənin genişləndirilməsi cə-
miyyətdə maliyyə sabitliyinin
qorunub saxlanılması baxımın-
dan zəruri sayılır. Bildirilib ki,
nağdsız ödəniş pul nişanlarından
istifadə etmədən pul vəsaitlərinin
bir bank hesabından digər bank
hesabına köçürülməsi vasitəsilə
həyata keçirilən hesablaşmadır.
Hazırkı mərhələdə nağdsız əmə-
liyyatlar “POS-terminal” adla-
nan aparatlardan və internetdən
istifadə etməklə kartların köməyi
ilə aparılır.
Qeyd edilib ki, nağd pul it-
dikdə, oğurlandıqda onu qay-
tarmaq çətin olduğu halda, plas-
tik kart itirilsə belə, digər şəxs-
lər ondan istifadə edə bilmirlər
və beləcə, pul itmiş və oğur-
lanmış sayılmır. Kart itəndə,
yaxud oğurlananda banka mə-
lumat vermək kifayətdir ki,
bloklaşdırma aparılsın və heç
kim ondan istifadə edə bilmə-
sin. Bundan başqa, nağdsız
ödənişlərin hamısı rəsmi qey-
diyyata alınır və bu vəsaiti ver-
gidən yayındırmaq mümkün
deyil. Bu isə o deməkdir ki,
nağdsız ödənişlərin genişlən-
məsi dövlət büdcəsinə daxilol-
maları da şəffaflaşdırır.
Sonda iştirakçıların sualları
cavablandırılıb, vergi ödəyici-
lərinin nağdsız hesablaşmaların
aparılmasındakı rolu müzakirə
edilib.
Nağdsız hesablaşmaların
üstünlükləri müzakirə
edilib
“Naxçıvan xalçaçıları” kitabı ABŞ-da
ingilis dilində çapdan çıxıb. Kitab Nyu-
Yorkun “Hudson Publishing” nəşriyyat
evində çap edilib.
Professor Vidadi Muradovun müəllifi ol-
duğu kitabın ingilis dilində nəşr olunması
Azərbaycan xalçaçılığının dünyada təbliği
baxımından mühüm əhəmiyyət kəsb edir.
Nəfis tərtibatı ilə diqqəti cəlb edən kitabda
Naxçıvan Muxtar Respublikasının 7 rayonunun
68 kəndindən 254 toxucu haqqında məlumatlar,
rəngarəng ekspedisiya materialları yer alıb.
Kitabda Şahbuzdan 31, Şərurdan 58, Babəkdən
49, Culfadan 37, Sədərəkdən 8, Kəngərlidən
35, Ordubaddan 36 toxucunun həyat və fəa-
liyyəti ilə yanaşı, qədim abidələrdən, şəxsi
fantaziyalardan qaynaqlanaraq toxunan xal-
çalardan da bəhs edilib.
Xəbərlər şöbəsi
“Naxçıvan xalçaçıları” kitabı
Nyu-Yorkda nəşr olunub
İqtisadiyyatda öz aparıcı möv-
qeyini qoruyan kənd təsərrüfatı
sektoru 2013-cü ildə də muxtar
respublikada diqqət mərkəzində
saxlanılmış, Naxçıvan Muxtar Res-
publikası Ali Məclisi Sədrinin 17
sentyabr 2008-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş “2008-2015-ci
illərdə Naxçıvan Muxtar Respub-
likasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı”na uyğun olaraq, bu is-
tiqamətdə ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilmişdir. Bunu
Culfa rayonunun timsalında da
görmək mümkündür.
2013-cü ildə bölgənin kənd
təsərrüfatı məhsulları istehsalçı-
larına 50 faiz güzəştli şərtlərlə
218 min 100 manat dəyərində
605,5 ton mineral gübrə satılmış,
yanacaq və motor yağlarına görə
40 manat hesabı ilə 1002 isteh-
salçıya 295 min 400 manat yar-
dım edilmiş, həmçinin muxtar
respublikada fəaliyyət göstərən
bank və kredit təşkilatları tərə-
findən 72 nəfər kənd təsərrüfatı
məhsulları istehsalçısına 104 min
manat kredit verilmişdir. Həmin
kreditin 83 min manatından əkin-
çilikdə, 21 min manatından isə
heyvandarlıqda istifadə olun-
muşdur. Bu dövrdə rayona 31
ədəd müxtəliftəyinatlı kənd tə-
sərrüfatı texnikası və aqreqatı
alınıb gətirilmişdir.
Aqrar sektorda özəl bölmənin
xüsusi çəkisi var. Bu səbəbdən
də özəl bölməyə qayğı davam
etdirilmiş, sahibkarlar müxtəlif
dövlət yardımlarından bəhrələn-
mişlər. Belə ki, bəhs olunan dövr-
də Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin Sa-
hibkarlığa Kömək Fondu tərə-
findən rayonda bağçılıq təsərrü-
fatının yaradılması üçün 52 min,
kompot istehsalı üçün 10 min,
quşçuluq təsərrüfatının yaradıl-
ması üçün 15 min, pendir istehsalı
üçün 29 min, meyvə-tərəvəz qu-
rudulması sahəsinin yaradılması
üçün 34 min və heyvan yemi is-
tehsalı üçün 12 min, istixana
kompleksinin yaradılması üçün
15 min manat olmaqla, ümumi-
likdə, 8 layihə üzrə güzəştli
şərtlərlə 167 min manat kredit
verilmişdir. Yeni istehsal sahələ-
rinin yaradılması tələbat malları
istehsalı ilə yanaşı, əhalinin məş-
ğulluq problemlərinin həllinə də
əhəmiyyətli təsir göstərmişdir.
2013-cü ildə rayonda 116 yeni iş
yeri açılmışdır.
Aqrar sektorun inkişafına qayğı
dinamik xarakter alıb
Vurğulanıb ki, sovet rəhbərliyi
tərəfindən qədim Azərbaycan torpağı
olan Zəngəzurun Ermənistana ve-
rilməsi nəticəsində Naxçıvan Azər-
baycanın əsas ərazisindən ayrı dü-
şüb. Qədim diyarın muxtariyyət
statusu məsələsində görkəmli
diplomat Behbud ağa Şahtaxtins-
kinin prinsipial mövqeyi, məsələ
ilə bağlı Moskvada apardığı danı-
şıqlar, 1921-ci il martın 1-də V.İ.Le-
ninə göndərdiyi məktub, nəhayət,
Rusiyanın Naxçıvan məsələsinə
münasibətini müsbət istiqamətdə
dəyişməsinə səbəb oldu. Nəticədə,
Naxçıvan muxtar statusu RSFSR
ilə Türkiyə arasında imzalanan
Moskva müqaviləsində təsbit edildi.
Elə həmin il oktyabrın 13-də RSFSR
ilə Azərbaycan SSR, Ermənistan
SSR, Gürcüstan SSR və Türkiyə
arasında imzalanmış Qars müqavi-
ləsinə əsasən, Naxçıvanın ərazisi,
sərhədləri daha da dəqiqləşdirildi.
Həmin müqavilələrlə Rusiya, Tür-
kiyə və Cənubi Qafqaz respublikaları
Naxçıvana Azərbaycanın tərkibində
muxtar qurum kimi tanınan bey-
nəlxalq hüquqi təminat verdilər.
Qeyd olunub ki, muxtar qurumlar
yaranma əsaslarına görə milli-ərazi
və inzibati-ərazi əlamətlərinə ayrılır.
Naxçıvan Muxtar Respublikası döv-
lətin əsas ərazilərindən tam təcrid
olunmuş vəziyyətə, geosiyasi əsasa
görə yaranıb. Belə coğrafi-siyasi
əlamət tarixi zərurət kimi Naxçıvana
muxtar hüquqların verilməsini şərt-
ləndirib və qismən özünüidarə hü-
ququnun tanınmasına yol açıb. Çünki
Zəngəzur mahalının Ermənistana
verilməsi ilə Naxçıvan diyarı Azər-
baycanın əsas ərazilərindən aralı
düşüb, nəticədə, muxtariyyət mə-
sələsi gündəliyə gəlib.
“Naxçıvanın Azərbaycan SSR-in
tərkibində muxtar respublika hüqu-
qunun qanuni yolla təsbit edilməsi
1924-cü ilin fevralınadək ləngidildi”, –
deyən Cəfərqulu Quliyev bildirib ki,
həmin il fevralın 9-da Azərbaycan
SSR Mərkəzi İcraiyyə Ko-
mitəsinin dekretinə əsasən,
Naxçıvan muxtar ölkəsi
Azərbaycan SSR tərkibində
muxtar respublikaya çev-
rildi. Bununla da, qədim
diyarın statusu qəti şəkildə
müəyyənləşdi.
Babək qəsəbə tam orta
məktəbinin tarix müəllimi
Möhsün Həsənov “Naxçıvan müs-
təqillik illərində” mövzusunda danı-
şaraq bildirib ki, ötən əsrin sonlarında,
bölgəyə erməni hücumlarının aramsız
xarakter aldığı bir dövrdə, Azərbay-
canın əsas ərazisi ilə əlaqələrin kə-
sildiyi şəraitdə Naxçıvanın muxta-
riyyət statusu çevik siyasi, iqtisadi
və humanitar xarakterli addımların
atılmasına, muxtariyyətin ərazisinə
edilən qəsdlər barədə beynəlxalq ic-
timaiyyətin məlumatlandırılmasına,
beləliklə də, Azərbaycanın tarixi əra-
zisinin qorunub saxlanılmasına imkan
yaradıb. Naxçıvanın muxtariyyət sta-
tusu ötən əsrin 90-cı illərində Azər-
baycanın müstəqillik uğrunda apardığı
mübarizə dövründə mühüm amil
olub. Bu status ulu öndər Heydər
Əliyevin 1990-1993-cü illərdəki siyasi
fəaliyyəti dövründə Naxçıvanın su-
veren hüquqlarının təmin edilməsi
uğrunda gedən mübarizədə xüsusi
əhəmiyyət kəsb edib.
Sonra şagirdlər muzeyin ekspo-
zisiyası ilə tanış olublar.
Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində Babək qəsəbə və Qo-
şadizə kənd tam orta məktəbləri şagirdlərinin iştirakı ilə açıq dərs
keçilib. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi
münasibətilə keçilən açıq dərsdə Qoşadizə kənd tam orta məktəbinin
tarix müəllimi Cəfərqulu Quliyev “Naxçıvanın muxtariyyəti tarixi nai-
liyyətdir” mövzusunda danışıb. Bildirilib ki, Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası həm tarix və
mədənilik baxımından, həm də yerləşdiyi geostrateji mövqeyinə görə
həmişə maraq dairəsində olub. Bu səbəbdən bu qədim diyar tarixin
müxtəlif dövrlərində işğal xarakteri daşıyan hücumlara məruz qalsa
da, bütün çətinliklərə sinə gərib və öz varlığını qoruyub saxlaya bilib.
“Muxtariyyət ili” ilə əlaqədar açıq dərs keçilib
Nахçıvаn şəhərinin Babək mə-
həlləsində istеhsаl müəssisəsi
üçün tоrpаq sаhəsi аyrılmış, bu-
rаdа müasir layihə əsasında is-
tеhsаl sехi, хаmmаl və hаzır məh-
sullаrın sахlаnılmаsı üçün sоyu-
ducu аnbаr, lаbоrаtоriyа, inzibаti
binа tikilib istifadəyə verilmişdir.
2011-ci ilin əvvəlində istifadəyə
verilən müəssisədə Polşa istehsalı
olan müasir tехnоlоji аvаdаnlıqlаr
quraşdırılmış, istehsal prosesinə
mərkəzləşdirilmiş qaydada nə-
zarət təmin edilmişdir. Həmçinin
müəssisənin daim təzə ətlə təmin
olunması üçün Culfa rayonunun
Gülüstan kəndi ərazisində yаr-
dımçı təsərrüfаt yaradılmışdır.
Hazırda müəssisədə “Nахçıvаn”,
“Hаlаl” və “Dоğmа tаm” çеşid-
lərdə hisə vеrilmiş və bişirilmiş
kоlbаsа, eləcə də sоsiskа istеhsаl
оlunur. Onu da qeyd edək ki,
müəssisə fəaliyyətə başlayan za-
man 2-3 çeşiddə ət və ət məh-
sulları istehsal olunurdusa, hazırda
burada 22 çeşiddə məhsul istehsal
edilir.
Burada хаmmаlın qəbulundаn
tutmuş sаtışа çıхаrılmаsınаdək
texnoloji proseslərə ciddi əməl
оlunur: ət və hazır məhsul lаbо-
rаtоr аnаlizdən keçirildikdən sonra
istеhsаlа və satışa burахılır.
“MM” əmtəə nişanı ilə satışa
çıxarılan məhsullar аlıcılаr tərə-
findən rəğbətlə qаrşılаnır. Ayrı-
аyrı ticаrət şirkətlərindən аlınаn
sifаrişlər də dаdı-tаmı ilə sеçilən
bu yеrli məhsulа tələbаtın çох
оlduğunu göstərir. Müəssisədə is-
tehsal olunan məhsulların ölkə -
mizin digər regionlarında satışını
təmin etmək məqsədilə Bakı şə-
hərində satış mərkəzi yaradılmış-
dır. Gələcəkdə müəssisədə istеhsаl
edilən məhsullаrın xarici bazarlara
çıхаrılmаsı da plаnlаşdırılır.
İqtisadi əlaqələri genişlənən
müəssisədə daxili bazarın tələ-
batına uyğun yeni istehsal sahə-
lərinin yaradılması məqsədilə
ətin konservləşdirilməsi, tara və
ətin qovrulması istehsalı sahə-
lərinin biznes-planı hazırlanıb
Sahibkarlığa Kömək Fonduna
təqdim olunmuşdur. Layihənin
reallaşması üçün Sahibkarlığa
Kömək Fondundan 2013-cü ilin
sentyabr ayında dövlət maliyyə
dəstəyi göstərilmiş və layihənin
icrasına başlanılmışdır. Ətin kon-
servləşdirilməsi istehsalı sahəsi
üçün Almaniyanın “ASCA” şir-
kətindən istehsal gücü saatda
600 ədəd 400 qramlıq tara olan,
ətin konservləşdirilməsi istehsalı
sahəsində isə istifadə olunacaq
tara istehsalı üçün Çin istehsalı
olan müasir texnoloji avadanlıqlar
alınıb gətirilmişdir. Ətin qovrul-
ması istehsalı sahəsi üçün Tür-
kiyə Respublikasından bu sahə
üzrə qabaqcıl təcrübəyə malik
şirkətlərlə müqavilələr bağlanmış,
maliyyə vəsaiti ödənilmişdir. İs-
tehsal gücü gündə 2 ton olan
avadanlıqlar yaxın günlərdə alınıb
gətiriləcək və şirkətin mütəxəs-
sisləri tərəfindən quraşdırılacaq-
dır. Yeni istehsal sahələrinin ya-
radılması daxili bazarı keyfiyyətli
yerli ərzaq məhsulları ilə təmin
etməklə yanaşı, yeni iş yerlərinin
açılmasına da əlverişli şərait ya-
radacaq, 15 nəfər daimi işlə təmin
olunacaqdır.
Nахçıvаn şəhərində fəаliyyət göstərən özəl müəssisə-
lərdən biri də “Müasir Məkan” ət və ət məhsulları istehsalı
müəssisəsidir. Bu müəssisə də dövlət qаyğısındаn bəhrələn-
miş, müəssisəyə Sаhibkаrlığа Kömək Fоndu tərəfindən
2010-cu ilin mart ayında 260 min mаnаt dövlət mаliyyə
dəstəyi göstərilmişdir.
“Müasir Məkan”da yeni istehsal
sahələri yaradılır