2
Ön söz: AMEA-nın həqiqi üzvü, akademik Ramiz Məmmədov
Elmi redaktor: Tarix elmlər doktoru, professor Abbas Seyidov
Rəyçilər: AMEA-nın müxbir üzvü, coğrafiya elmlər doktoru,
professor Elbrus Əlizadə
Coğrafiya elmlər fəlsəfə doktoru Şamil Əzizov
Texnika elmlər fəlsəfə doktoru Nuğay Əliyev
Ramiz Dəniz. “Braziliyanın müəmmalı kəşfi”.
Bakı, “MM-S” müəssisəsi, 2014, 183 səh..
ISBN – 978-9952-8230-6-6
“Braziliyanın müəmmalı kəşfi” elmi-tədqiqat əsəri coğrafi
kəşflər sahəsində mahiyyətinə görə diqqəti cəlb edəndir. Rəsmi
olaraq Braziliya aprelin 22-i 1500-cü ildə Pedru Alvareş Kabral
tərəfindən təsadüf nəticəsində kəşf edilibdir. Uzun illər apardığım
araşdırmalardan aydın oldu ki, həmin əraziyə Pedru Kabraldan hələ
6 il əvvəl yəni, 1494-cü ildə Duarti Paşeku Pireyranın başçılığı ilə
Portuqal kralı II Juanın göndərdiyi ekspedisiya yan alıbdır. Elə
həmin ildə Roma papası VI Aleksandr Borcia verdiyi bulla ilə
dünyanı, Portuqaliya ilə İspaniya arasında iki yerə bölür və
Tordesilyas müqaviləsinə görə portuqallar indiki Braziliyaya
yiyələnirlər. Həmin tarixi hadisədə təsiredici hal odur ki,
portuqallar Roma papasının vasitəsilə ispanların nümayəndəsini
aldatmağa müvəffəq olmuş və bu işdə Duarti Pireyranın səyahətinin
nəticəsi mühüm rol oynamışdır.
Bir sözlə, qeyd etmək istəyirəm ki, adı çəkilən elmi əsər əldə
olunan faktlara və fərziyyələrə görə, coğrafi kəşflər tarixi sahəsində
çalışan hər bir mütəxəssis üçün lazımi mənbə ola bilər.
D 4702060103 © R.Dəniz 2014
M 087-2014
4
Ön söz
Orta əsrlər coğrafi kəşflər tarixi sahəsində çalışan
alimlər
indiyənə qədər Amerika qitəsinin kəşfi ilə bağlı bir sıra
mühüm işlər görür və öz aktuallığını itirməyən həmin
məsələyə aydınlıq gətirmək üçün yeni-yeni elmi-tədqiqat
əsərlərini yaradırlar. Bu sahənin alimləri arasında daim fikir
ayrılığı yaranır və ərsəyə gətirilən hər bir əsər coğrafiya
elmi sahəsində xüsusi önəm daşıyır. Maraqlıdır ki, yazıçı-
tədqiqatçı, publisist Ramiz Dəniz tədqiqatları ilə yeni
kəşflərə əl ataraq, alimləri düşündürən suallara cavab
verməli olubdur:
Ədəbiyyat üzrə Prezident təqaüdçüsü olmuş, “Qızıl qə-
ləm” mükafatı laureatı, Ramiz Dəniz (Qasımov) eyni
zamanda həm bədii ədəbiyyatın bir neçə janrında, həm də
elmi əsərlər yazır.
“Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsi-
nin həqiqi kəşfi” adlı əsərdə Xristofor Kolumbun birinci
səyahəti (1492-1493) zamanı baş verən bir çox qaranlıq
məqamlar, o cümlədən ekspedisiya vaxtı istifadə etdiyi
naməlum xəritənin aqibətindən çox maraqlı faktları üzə
çıxarır. Əsas məlumatlara əks olaraq, Ramiz Dəniz bildirir
ki, X. Kolumb elə birinci transatlantik səyahətində hara
getdiyini əvvəlcədən bilmiş və bu faktı dünya ictimaiyyə-
tindən gizlətməyə müvəffəq olmuşdu. Bunun özü yenilik