“ azərbaycan hava yollari ”



Yüklə 39 Kb.
tarix31.08.2018
ölçüsü39 Kb.
#65858

AZƏRBAYCAN HAVA YOLLARI ”

MİLLİ AVİASİYA AKADEMİYASI

Fakültə: İqtisadiyyat və hüquq

Kafedra: Hüquqşünaslıq

İxtisas: BİM

Qrup: 367a

Sərbəst iş



Mövzu: Beynəlxalq iqtisadi hüququn mənbələri

Rəhbər: İmanov İsmayıl

Tələbə: Səfərov Məğrur

BAKI 2010

Beynəlxalq İqtisadi Hüququn mənbələri

Beynəlxalq İqtisadi Hüququn mənbələri Beynəlxalq Ümumi Hüququn mənbələri kimidir. Beynəlxalq iqtisadi hüququn mənbələri aşağıdakılardan ibarətdir:



  1. Beynəlxalq müqavilələr ;

Müasir dünyada ağırlıq mərkəzi tədricən çox tərəfli iqtisadi əməkdaşlığa doğru meyil olunur. Beynəlxalq İqtisadi Hüquqda olan normaların yaradılması baxımından çox tərəfli müqavilələrin bağlanması olduqca böyük əhəmiyyətmkəsb edir. Məhz buna görə çoxtərəfli müqavilələr Beynəlxalq İqtisadi Hüququn özəyini təşkil edir.

Universal Beynəlxalq İqtisadi müqavilələrə nümunə olaraq Tariflər və Ticarət üzrə Ümumi Saziş ( TATÜ ) və bu sazişin modifikasiyası olan, o cümlədən , Ümumdünya Ticarət Mərkəzinin yaradılması ilə əlaqədar olan Mərakeş Sazişləri Paketini , o cümlədən, xammal malları üzrə çox tərəfli sazişləri , Beynəlxalq Ticarət Hüququnun unifikasiyası əsasında intellektual mülkiyyətlərin qorunması üzrə, nəqliyyat və rabitə üzrə çoxtərəfli konvensiyaları və digər konvensiyaları misal kimi göstərmək olar.

Lakin çox tərəfli müqavilələrin bütün əhəmiyyətlərinə baxmayaraq iqtisadi tərəfdən əməkdaşlıq əksər hallarda iki tərəfli sazişlərin əsasında həyata keçirilir.

İki tərəfli iqtisadi münasibətləri tənzimləyən beynəlxalq müqavilələrin arasında Ümumi çərçivə xarakterli müqavilələri , o cümlədən, dostluq , əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələri də həmçinin fərqləndirmək lazımdır. Beləliklə, bunun kimi müqavilələrdə tərəflərin əsas siyasi öhdəlikləri bərabər, eyni zamanda, iqtisadi əməkdaşlığın genişləndirilməsi, kommersiya sazişlərinin bağlanması və digərləri kimi öhdəliklər də təsbit edilir.

Lakin Beynəlxalq İqtisadi Hüququn normalarının formalaşdırılmasında ən əhəmiyyətli olan rolu müqavilələrin bəzi xüsusi növləri oynayır. Bu müqavilələrə ticarət müqavilələrini də aid etmək olar. Çox böyük əhəmiyyətə malik olan ticarət müqavilələrinə həm ticarət, dəniz üzgüçülüyü və s. bu kimi haqqında olan müqavilələri də aid etmək olar.



Ticarət – iqtisadi əməkdaşlıq haqqında uzunmüddətli sazişlər əməkdaşlığının konkret sahələrini və formalarını müəyyən edir.

Uzun müddətli sazişlər aşağıdakılardır:



  • Tikinti obyektlərinin və sənaye obyektlərinin yenidən bərpa edilməsi;

  • Avadanlıqlaın və digər malların istehsal edilməsi və tədarük edilməsi;

  • Potentlərin və lisenziyaların alqısı və satqısı;

  • Birgə sahibkarlıq və s.

Bu kimi sazişlərin həyata keçirilməsində yardım göstərilməsinin və onlara nəzarət edilməsi məqsədilə adətən tərəflərin nümayəndələrindən ibarət olan qarışıq komissiyalar yaradılır.

Bu cür sazişlərin bazalarının əsasında iqtisadi və sənaye elmi texniki əməkdaşlığın uzunmüddətli davam edən proqramlar qəbul edilir. Proqramlarda əməkdaşlığın konkret sahələrinin və obyektlərinin siyahısı əks etdirilir. Bunlar sazişə gələn milli subyektlər üçün adətən tövsiyyə xarakteri daşıyır.

Sənaye obyektlərinin tikilməsi ilə əlaqədar olaraq texniki yardım göstərilməsi haqqında olan sazişlər xüsusi olaraq ayrıca bir kateqoriya təşkil edirlər. Bu kimi bağlanan sazişlər ümumi çərçivə xarakteri daşıya bilərlər və o cümlədən, yalnız konkret, çox vaxtlar isə iri miqyaslı layihlələrdən ibarət ola bilərlər.

İqtisadi əməkdaşlığın ticarət və digər növləri beynəlxalq valyuta haqqı, beynəlxalq valyuta hesabı və həmçinin beynəlxalq valyuta kreditləri haqqındakı sazişlərin əsasında olan, və onların valyuta – ödəmə və maliyyə təminatı ilə bağlı olan əlaqələri ilə çox sıx bağlıdır.



Klirinq sazişləri də qarşılıqlı ticarət əməliyyatlarında gəlirin və xərclərin zaçotunu nəzərdə tutan müqavilələrdir. Adətən klirinq sazişləri konvensiya olunmayan valyutaları tətbiq edən dövlətlər tərəfindən tətbiq olunur.

Kredit sazişləri “xalis” növdə olan bir dövlətin digər dövlətə pul formasında, mal formasında və ya qarışıq formalarda borc verməsi ilə də mövcud ola bilər. Lakin, buna baxmayaraq, indi hal-hazırda məqsədli kredit və ya şərti kreditlər daha geniş yayılmışdır. Bu tərzdə kreditlər kreditor olan dövlət tərəfindən konkret malların, yəni xammalların, ərzaqların, sənaye məhsullarının, habelə müxtəlif silah növlərinin alınmasına görə verilir.



Qarşılıqlı mallar tədarükü haqqında sazişlər də çox geniş yayılmışdır. Hər hansı bir dövlətdə ixracın miqdar məhdudiyyətlərinə və idxalın miqdar məhdudiyyətlərinə müraciət etmək zərurəti yarandıqdan sonra əmtəə dövriyyəsi haqqında, başqa sözlə desək, qarşılıqlı mallar tədarükü haqqında sazişlərdən istifadə olunur.

  1. Beynəlxalq təşkilatların qərarları (tövsiyyələri, qətnamələri);

Beynəlxalq iqtisadi məsələlərlə bir başa məşğul olan beynəlxalq təşkilatlardan biri Birləşmiş Millətlər Təşkilatıdır. Birləşmiş Millətlər Təşkilatının tərkibindəki təşkilatlar ( Baş Məclis, EKOSOS, UNKTOD, və s. ), habelə ixtisaslaşdırılmış idarələri tərəfindən (UNİDO, ÜİMT və s.) əməkdaşlıq məsələləri üzrə çoxsaylı tövsiyyələri qəbul edilir. Bu təşkilatların və idarələrin qərarları adətən hüquqi cəhətdən məcburi xarakter daşımır, bütün buna baxmayaraq, tövsiyyələr qüvvəsinə malik olur.

Misal kimi Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi dövlətlərin iqtisadi hüququ və vəzifələri Xartiyası, Yeni Beynəlxalq İqtisadi Qayda haqqında bəyannamələr və Yeni beynəlxalq iqtisadi qaydaların bərqərar olması üzrə Fəaliyyət Proqramı kimi çox mühüm olan aktları qəbul edilmişdir. Qeyd edək ki, Fəaliyyət Proqramı 1974-cü ildən fəaliyyət göstərir. Bu sənədlərdə iqtisadi əməkdaşlığın qeyri-diskriminasion, qarşılıqlı əlverişli əsasları bəyan edilir. “Beynəlxalq iqtisadi münasibətlərdə etibarın möhkəmləndirilməsi tədbirləri haqqında” ( 1974-cü il ) və “Beynəlxalq iqtisadi təhlükəsizlik haqqında” ( 1985-ci il ) qətnamələr də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin mühüm sənədlərindən sayılır.



Bir sıra regional iqtisadi idarələrin, ilk növbədə Avropa Birliyinin iqtisadi idarələrinin qətnamələri təkcə tövsiyyə deyildir, o həmçinin məcburi hüquqi qüvvəyə malik ola bilər.

  1. Dövlətlər arası iqtisadi konfransların qərarları;

Mövcud qərarlara, xüsusilə konfransların yekun aktları növündə tərtib edilmiş əsas qərarlarına nəzəriyyədə çoxtərəfli müqavilələrin xüsusi növü kimi baxılır və buna müvafiq olaraq, həm tövsiyyələr və həmçinin də məcburi hüquqi qüvvəyə malik ola bilər. Beynəlxalq konfransaların beynəlxalq iqtisadi hüququnun formalaşmasında mühüm rol oynamış sənədləri ticarət və inkişaf üzrə 1964-cü ildə Cenevrədə olan konfranslarının Yekun aktında, Avropa təhlükəsizlik və əməkdaşlıq üzrə 1975-ci il Müşavirəsinin Yekun aktında əks etdirilmişdir.

  1. Beynəlxalq adət.

Tarixi adət bir mənbə kimi , ümumiyyətlə beynəlxaalq hüquqda çox əəmiyyətli olan mühüm rol oynayır. Lakin bunu da qeyd etmək lazımdır ki, digər beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi sahəsində adətin məhdud rolu səbəbindən, dövlətlərin öz qarşılıqlı münasibətlərində standartlara riayət etməsi kimi mürəkkəb məsələni yalnız adət hüququnun köməyi ilə həll etmək qeyri-mümkündür.

Bu da səciyyəvidir ki, beynəlxalq hüququn dövlət suverenliyinə hörmət, dövlətlərin hüquqi bərabərliyi, beynəlxalq müqavilələrə məcburi surətdə riayət edilməsi və s. kimi çoxdan “kök salmış” əsas prinsipləri də dövlətlər indiyə qədər öz ikitərəfli və eləcə də çoxtərəfli sənədlərində dönə-dönə təsbit etməyə çalışırlar
Yüklə 39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə